135
III Bölüm
PEYĞƏMBƏRİMİZ
(sallallahu aleyhi və səlləm)
Səhabəni necə sevdi?
137
Peyğəmbərimiz
səhabəni necə sevdi?
A
llah Rəsulunun
ətrafında yetişən o mü ba-
rək nəslin Peyğəmbərimizə bəslədiyi dərin eşqin
................................
və məhəbbətin necə olduğunu və hansı sə viy-
yəyə ucaldığını birlikdə gördük. Onlara belə sevdanı qazan-
dıran ən mühüm amil şübhəsiz ki, Peyğəmbərimizin də
onlara bəslədiyi məhəbbətdi. Belə olduğu təqdirdə Pey-
ğəmbərimizin
bu sevgisindən əsas bir qayda öyrəndik:
“Sevən sevilir”. Əgər Peyğəmbərimiz
sə ha bəni ölümünə
bir sevda ilə sevməsəydi, səhabə də əsla Pey ğəmbərimizi
belə sevda ilə sevməzdi. Axı səhabəyə be lə bir sevgini
öyrədən də elə həmin böyük müəllim idi. Əs habına hər
şeyi o öyrətmişdi. Onlar Peyğəmbəri sevmə yi belə ondan
öyrənmişdilər. Bu mövzuda hədis və siyər ki tablarımızda
onlarla nümunə görmək mümkündür. Bu nümunələrdən
peyğəmbərimizi
Səhabə kimi Sevmək
138
bir neçəsini burada qeyd edəcəyik. Peyğəmbərimizin
səhabəyə olan sevdasının əhatə dairə sini dərk edəcəyimiz
bir dua ilə başlayaq: Bir gün Pey ğəmbərimiz Rəbbinə
belə yalvaracaqdı:
“Allahım! Əshabımı mənim öhdəmə
buraxma, mən onlara lazımi şəkildə baxmaqdan aciz
qalaram. Onları özlərinin öhdəsinə də buraxma, onlar
özlərinə baxmaqdan aciz qalarlar. Onları başqalarının
öhdəsinə də buraxma, çünki başqaları onların qiymətini
layiq olduqları şəkildə dərk etməz, özlərini onlardan
üstün görərək onlara haqsızlıq edərlər.”
133
Peyğəmbərimizin
bu duasındakı yalvarışların dan
başa düşürük ki, O, əshabını necə bir sevgi ilə sevir. O, əs-
habını nə sevməsinə baxmayaraq, yenə də onların qədir-
qiymətini lazımi şəkildə bilməmək qorxusu daşıyır qəlbində.
Buna görə də onları şəxsindən, səhabənin özündən və
başqalarından belə qoruyaraq, birbaşa Allaha
əmanət
edir.
Məhz səhabəyə:
!للها ُلوُسَر اَي يِّمُأ َو يِبَا َكاَدَف “Fədəkə əbi və
ümmi, ya Rasulullah (Atam, anam sənə fəda olsun, ya
Rasulullah)” - dedirdib, bu sözün məsuliyyətini də yerinə
yetirdən ən mühüm amil, belə bir sevdadır...
Minlərlə əshabı atasını, anasını, nəfsini və sahib olduğu
hər şeyi heç tərəddüd etmədən Peyğəmbərimizin
uğrunda fəda etdilər. Bəzən fəda edəcəklərini də yuxarıda-
kı cümlə ilə bildirdilər. Həmin cümlə elə-belə deyilmiş bir
133.
Əhməd bin Hənbəl, Müsnəd, 7/288; Əbu Davud, Cihad, 35
peyğəmbərimizi
Səhabəni necə sevdi?
139
ifadə deyil. Bizim də bəzən bir-birimizə qarşı işlətdiyimiz:
“Qurban olum” sözü kimi yalnız ağız vərdişi ilə deyilmiş
bir cümlə deyil. O deyildiyi vaxt yeri və zamanı gəldikdə
sözün məsuliyyəti nədirsə, yerinə yetirilməli idi. Bəs,
bu sözü Peyğəmbərimiz
heç hanısısa səhabə üçün
işlətmişdirmi? Bəli, demişdir. İki yerdə iki nəfər səhabə üçün
işlətmişdi bu sözü Peyğəmbərimiz. Minlərlə səhabənin ona
dediyi sözü, Peyğəmbərimiz də iki səhabə üçün işlətmişdi.
Bu, çox maraqlıdır. Elə deyilmi?
Bu bəxtiyar səhabələrdən biri Peyğəmbərimizin:
“Ki
min belə bir dayısı var, göstərin görək!”
134
- deyib, təq dim
etdiyi Sad bin Əbi Vaqqasdır. Uhudun ən şiddətli vax tında
Sad bin Əbi Vaqqas
Pey ğəmbərimizin qarşısında
dayanmış, Ona bir zərər gəl məsin deyə özünü sipər etmiş,
əlindəki oxla düşməni geri çəkilməyə məcbur etmək üçün
nə lazımdırsa etmişdir. Sad ox atarkən Peyğəmbərimiz də
onun arxasında yerə düşənləri yığır, Sada verir və:
!دْعَس اَي ِمْرِإ
!يِّمُأ َو يِبَا َكاَدَف “İrmi, yə Sad! Fədəkə əbi və ümmi (At, ey
Sad! Atam, anam sənə fəda olsun!)”
135
- deyirdi.
Heç bir səhabə bu sözü elə-belə söz olsun deyə dilinə
gətirmədiyi kimi, Peyğəmbərimiz
də boş yerə de-
mə zdi. Həqiqətən də əgər onlar: “Atam, anam sənə fəda
ol sun!” - deyirdilərsə, yeri və zamanı gəldikdə ata da, ana
da, həyat yoldaşı da, övlad da, var-dövlət də, bir sözlə hər
şeyRasulullahın uğrunda fəda edilirdi. Bunun nümunələrini
134.
Tirmizi, 3752
135.
Tirmizi, 3751
peyğəmbərimizi
Səhabə kimi Sevmək
140
də əvvəlki bölmədə qeyd etmişdik. Səhabə necə bu sözü
elə-belə demirdisə, əlbəttə ki, Peyğəmbərimiz də boş yerə
deməmişdi. Həqiqətən də o, yeri və zamanı gəldikdə hər
şeyini əshabı üçün fəda etməkdən heç vaxt əsirgəməzdi.
Bunun necə olduğunu sonrakı səhifələrdə görəcəyik.
Peyğəmbərimizin
o ifadəni işlətdiyi ikinci bəxti-
yar səhabə isə bibisi Safiyyənin oğlu Zübeyr bin Avvamdır.
Hadisəni bizə oğlu Abdullah bin Zübeyr
nəql edir:
“Əhzab günü (Xəndək döyüşü) mən və Əbu Sələmə-
nin oğlu Ömər uşaq olduğumuz üçün qadınların yanında
qalmışdıq. Bir də gördüm ki, atam Zübeyr atının üstündə
iki və ya üç dəfə Qureyza oğullarının yanına gedib gəldi.
Evimizə qayıtdıqdan sonra atamdan soruşdum: “Atacan!
Mən gördüm ki, sən bir neçə dəfə Bəni Qureyza yurduna
gedib gəldin.” Atam: “Oğlum, sən məni ora gedib gələrkən
gördünmü?” - dedi. Mən də: “Bəli!” - dedim. Bundan sonra
atam oraya getməsinin səbəbini anlatdı: “Rasululllah
“Kim Bəni Qureyza yurduna gedib onlardan xəbər gətirə
bilər?” - dedi. Mən də: “Mən gedərəm, ya Rasulullah!”-
dedim və ora getmək üçünRasulullahdan tapşırıq
aldım. Ona görə də bir neçə dəfə ora gedib gəldim. Geri
qayıdandaRasulullah atasını və anasını bir yerdə qeyd
edərək: “Atam, anam sənə fəda olsun!” - dedi.”
136
Bu söz
Zübeyr bin Av vamın qazanacağı ən böyük mükafat və
həyatının ən yadda qalan hadisəsi idi.”
Bu iki nümunəyə baxaraq belə bir sual da soruşaq: Səhabə
136.
Buxari, Fədailu Əshabin-Nəbi, 15; Müslim, 1879; Tirmizi, 3745
Dostları ilə paylaş: |