24
Likvidliyin uyğunsuzluğu
Hazırkı konsolidə edilmiş maliyyə hesabatlarına 27 saylı qeyddə açıqlandığı kimi, Qrupun 31 dekabr
2012-ci il və 31 dekabr 2011-ci il tarixlərinə on iki aya qədərki dövr üzrə yığılan mənfi likvidlik kəsiri
vardır. Rəhbərlik müddəti on iki aya qədər olan cəlb edilmiş öhdəliklərini qarşılamaq üçün lazımi
vəsaitlərin əldə edə biləcəyini ehtimal edir. Xüsusilə də, rəhbərlik ehtimal edir ki, Qrupun səhmdarları
tərəfindən edilən davamlı yardım və beynəlxalq maliyyə institutlarından borc vəsaitlərini cəlb etmək
imkanları onun 27 saylı qeyddə açıqlanan öhdəliklərinin ödənilməsi tələb olunduğu təqdirdə lazımi
vəsaitləri əldə etmək imkanlarını təmin edir.
3.
YENİ VƏ DÜZƏLİŞ EDİLMİŞ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ
STANDARTLARININ(MHBS) TƏTBİQİ
Qrup Mühasibat Uçotu üzrə Beynəlxalq Standartları Şurası (“MÜBSŞ”) və Beynəlxalq Maliyyə
Hesabatlarının Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən buraxılmış yeni və ya düzəliş edilmiş aşağıdakı
standart və şərhləri qəbul etmişdir ki, bunlar da 31 dekabr 2012-ci il tarixinə bitən il üzrə Qrupun illik
maliyyə hesabatı üzrə qüvvəyə minmişdir:
3 saylı MHBS (2008) “Müəssisə Birləşmələri” / 27 saylı MUBS “Konsolidə edilmiş və ayrıca
maliyyə hesabatları” — MHBS-ə 2010-cu il may tarixli İllik Təkmilləşmələr nəticəsində
düzəlişlər: 1) düzəliş edilmiş MHBS-in qüvvəyə minmə tarixindən əvvəl baş vermiş müəssisə
birləşməsinin şərti nəzərə alınması üzrə keçid tələblər; 2) qeyri-nəzarət maraqlarının
ölçülməsinin aydınlaşdırılması;
7 saylı MHBS “Maliyyə Alətləri: Açıqlamalar” — MHBS-ə 2010-cu il may tarixli İllik
Təkmilləşmələrdən nəticələnən düzəlişlər: açıqlamaların aydınlaşdırılması və təkrar
müəyyənləşdirilmiş kreditlərə dair açıqlama tələbinin buraxılması;
24 saylı MUBS “Əlaqəli Tərəf Açıqlamaları” — (2009-cu ildə düzəliş edildiyi kimi) əlaqəli tərəf
anlayışını dəyişdirir və hökumət qurumları üçün açıqlamaları sadələşdirir.
32 saylı MUBS “Səhm üzrə hüquq emissiyalarının təsnifləşdirilməsi”nə düzəliş — bu düzəliş
müəssisənin öz derivativ olmayan pay alətlərinin müəyyən sabit məbləğ qarşılığında istənilən
valyutada alınması üçün emissiya etdiyi və kapilalın tərifinə uyğun gələn alətlərin hüquq
emissiyalarının kapital kimi təsnifləşdirilməsini nəzərdə tutur. Qrup bu cür alətlərə malik
olmadığından bu düzəlişin Qrupun konsolidə olunmuş maliyyə hesabatlarına təsiri yoxdur;
19 saylı BMHŞK “Maliyyə Öhdəliklərinin Pay Alətləri ilə Ödənilməsi” — bu şərh borcverənin
nöqteyi-nəzərindən borcların pay alətləri ilə dəyişdirilməsinin uçotu ilə bağlı təlimatları təqdim
edir. Qrup bu cür əməliyyatlar həyata keçirmədiyindən bu şərh Qrupun konsolidə olunmuş
maliyyə hesabatlarına təsir etmir.
Yeni və ya düzəliş edilmiş standartların qəbul edilməsi Qrupun maliyyə vəziyyəti və ya fəaliyyətinə
heç bir təsir göstərmədi və hamısı aşağıda başqa cür göstərilməyibsə 8 saylı MUBS “Mühasibat
Uçotu Siyasətiı, Uçot qiymətləndirmələrində dəyişikliklər və Səhvlər”ə uyğun olaraq restrospectiv
şəkildə tətbiq olunmuşdur.
MHBS 7yə düzəlişlər Açıqlamalar – Maliyyə aktivlərinin köçürülməsi
Qrup bu il Açıqlamalar- Maliyyə aktivlərinin köçürülməsi haqqında MHBSyə edilmiş düzəlişləri tətbiq
etmişdir. Düzəlişlər maliyyə aktivlərinin köçürülməsi zamanı yaranacaq risklərlə bağlı daha yüksək
şəffaflığı təmin etmək üçün maliyyə aktivlərinin köçürülməsi əməliyyatları üzrə açıqlama tələblərini
artırır.
Maliyyə Alətləri: Açıqlamalar haqqında MHBS 7yə edilmiş düzəlişlərdəki keçid müddəalarına uyğun
olaraq Qrup düzəlişlə tələb olunan müqayisəli məlumatı təqdim etməmişdir.
25
Digər məcmu gəlir maddələrının təqdimatı haqqında MUBS1 ə düzəlişlər
Qrup Digər məcmu gəlir maddələrinin təqdimatı haqqında MUBS 1-ə düzəlişləri qüvvəyə minmə
tarixindən əvvəl tətbiq etmişdir. (1 iyul 2012-ci il tarixdə və ondan sonra başlayan illik dövrlər üçün).
Düzəlişlər məcmu gəlirlər və mənfəət və zərər hesabatı üçün yeni terminologiyanı təqdim edir . Digər
məcmu gəlir maddələrinin təqdimatı haqqında MUBS 1-ə düzəlişlərə əsasən məcmu gəlirlər
haqqında hesabatın adı mənfəət və ya zərər hesabatı və digər məcmu gəlirlər, mənfəət hesabatı isə
mənfəət və ya zərər haqqında hesabat ilə əvəz olunur. Digər məcmu gəlir maddələrinin təqdimatı
haqqında MUBS 1-ə düzəlişləri mənfəət və ya zərərin və digər məcmu gəlirlərinin bir hesabatda və
ya iki hesabatda ayrıca, lakin ardıcıl qaydada təqdim olunması seçimini saxlayır. Lakin, MUBS 1-ə
düzəlişlər digər məcmu gəlir maddələrinin digər məcmu gəlirlər hissəsində 2 kateqoriyada
qruplaşdırılmasını tələb edir: (a) daha sonra mənfəət və ya zərər üzrə yenidən təsnifləşdirilməyən
maddələr və (b) xüsusi şərtlərə əməl edilməklə daha sonra mənfəət və ya zərər üzrə yenidən
təsnifləşdirilə bilən maddələr. Digər məcmu gəlir maddələri üzrə gəlir vergisinin eyni əsasda
bölüşdürülməsi tələb olunur – düzəlişlər digər məcmu gəlir maddələrinin vergidən əvvəl yaxud vergi
çıxıldıqdan sonra təqdim edilməsi seçimi dəyişmir. Düzəlişlər geriyə şamil olunmaqla tətbiq olunur
bunun nəticəsi olaraq , digər məcmu gəlir maddələrinin təqdimatına dəyişiklikləri əks etdirmək üçün
düzəliş edilmişdir. Yuxarıda qeyd olunan təqdimatla bağlı dəyişikliklərdən başqa, Digər məcmu gəlir
maddələrinin təqdimatı haqqında MUBS 1-ə düzəlişlərin tətbiqi mənfəət və ya zərər maddələrinə,
digər məcmu gəlirlərə və cəmi məcmu gəlirlərə heç bir təsir etmir.
Maliyyə hesabatlarının təqdimatı haqqında MUBS 1ə düzəlişlər
(2012-ci ilin may ayında buraxılmış 2009-2011 dövrəsi üzrə MHBSlərə illik təkmilləşmələr)
Qrup 2009-2011 dövrəsi üzrə MHBSlərə illik təkmilləşmələrin bir hissəsi kimi MUBS 1ə edilmiş
düzəlişləri onların qüvvəyə minməsi tarixindən əvvəl (1 yanvar 2013-cü ildən başlayan və ya ondan
sonrakı illik dövrlər üçün) tətbiq etmişdir.
Maliyyə hesabatlarının təqdimatı haqqında MUBS 1 mühasibat qaydalarını retrospektiv qaydada
dəyişən və ya retrospektiv düzəliş və ya yenidəntəsnifləşdirmə aparan müəssisələrdən maliyyə
vəziyyəti haqqında hesabatı növbəti dövrün əvvəlində (maliyyə vəziyyəti haqqında üçüncü hesabat)
təqdim etməyi tələb edir. Maliyyə hesabatlarının təqdimatı haqqında MUBS 1ə düzəlişlər göstərir ki,
müəssisə tərəfindən maliyyə vəziyyəti haqqında üçüncü hesabat yalnız retrospektiv tətbiq, düzəliş və
ya yenidəntəsnifləşdirmə maliyyə vəziyyəti haqqında üçüncü hesabatdakı məlumata mühüm təsir
etdikdə və ya maliyyə vəziyyəti haqqında üçüncü hesabatla tələb olunmayan qeydlərlə bağlı olduqda
təqdim edilməsi tələb olunur.
Gəlir vergisi “Təxirə salınmış vergilər: Baza aktivlərinin bərpası” haqqında MUBS 12-yə
düzəlişlər
Gəlir vergisi “Təxirə salınmış vergilər: Baza aktivlərinin bərpası” haqqında MUBS 12-yə düzəlişlər bu
il tətbiq etmişdir. Düzəlişlərə əsasən İnvestisiya mülkiyyəti haqqında MUBS40-a uyğun olaraq
ədalətli dəyər modelini istifadə etməklə ölçülən investisiya mülkiyyətinin fərziyyə təkzib
olunmayanadək təxirə salınmış verginin qiymətləndiyilməsi məqsədləri üçün satış vasitəsilə tam
bərpa olunacağı ehtimal edilir. Gəlir vergisi “Təxirə salınmış vergilər: Baza aktivlərinin bərpası”
haqqında MUBS 12-yə düzəlişlərin tətbiqi Qrupun konsolidə edilmiş maliyyə hesabatlarına təsir
etməmişdir.
Buraxılmış, lakin hələ qüvvəyə minməmiş yeni və düzəliş edilmiş MHBS-lər
Qrup buraxılmış lakin hələ qüvvəyə minməmiş aşağıdakı yeni və düzəliş edilmiş MHBSləri tətbiq
etməmişdir:
MHBS 9 Maliyyə alətləri
3
;
MHBS 10 Konsolidə edilmiş maliyyə hesabatları
2
;
MHBS 11 Birgə razılaşmalar
2
;
MHBS 12 “Digər müəssisələrdə olan iştirak payının açıqlanması
2
;
MHBS 13 Ədalətli Dəyərin Ölçülməsi
1
;
MHBS 7 “Maliyyə Alətləri: Açıqlamalar” – maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin
əvəzləşdirilməsi ilə bağlı açıqlamaları gücləndirən düzəlişlər
1
Maliyyə alətləri haqqında MHBS 9-a və Maliyyə Alətləri:Açıqlamalar haqqında MHBS 7-yə
düzəlişlər düzəlişlər
– “MHBS9-un icbari tətbiq tarixi və keçid açıqlamaları”
3
;
Konsolidə edilmiş maliyyə hesabatları haqqında MHBS 10-na, Birgə razılaşmalar haqqında MHBS
11-əvə Digər müəssisələrdə iştirak payının açıqlaması haqqında MHBS 12-yə düzəlişlər: Keçid
təlimatı”
1
;
MUBS 19 (2011-ci ildə düzəliş edildiyi kimi) İşçilərin mükafatlandırılması
1
;