69
yayılmasında böyük əhəmiyyəti olmuşdur.
Tərcümənin geniş-
lənməsində ən azı iki mühüm amil əsas rol oynamışdır.
Birinci, Ərəbistanda İslam dininin təsbitindən sonra və
ərəblərin qeyri-ərəb xalqlarla mədəni əlaqə yaratdığı zaman
Qurani-Kərimin tərcüməsi İslam dininin əsas mənbəyi kimi
başqa dillərə tərcümə edilməsi zərurəti ön plana salınmışdır.
İkinci, Qərb və xristian dünyasının İslam maarifini hansı
hədəf məqsədilə öyrənməsi və ona görə də Quranın tərcüməsi
ilə məşğul olmasıdır. Bu tərcümələr bir tərəfdən müsəlmanların
tərəfindən edilən zəif tərcümələr, ikinci tərəfdən xristianların
qərəzli tərcümələri Quranın tərcüməsi sahəsində böyük prob-
lemlərə səbəb oldu. Buna görə də bəzi
alimlər Qurani-Kərimin
tərcüməsinə maneçilik törətdilər. Bir sıra din alimləri də “Alla-
hın kəlamını tərcümə etmək mümkün deyildir” – deyə Quranın
tərcüməsinə icazə vermədilər. Quranın tərcümə tarixində biz iki
mühüm nəzəriyyə ilə üz-üzə gəlirik. Birinci nəzəriyyəyə əsasən
Quranın tərcüməsinə icazə verilmir. İkinci nəzəriyyəyə əsasən
Quranın tərcüməsinin zərurətini təkidlə xatırlayır. Məhz bu
səbəbə görə də görürük ki, bəzi dövrlərdə Quranın tərcüməsi
ləngiyir, bəzi dövrlərdə isə çox genişlənir.
Bu günə qədər
edilən tərcümələr dil üslubu, metod və şivə
baxımından 5 növə bölünürlər:
1. Hərfi və ya sətiraltı tərcümələr. Bu şivə ən qədim tər-
cümələrdə görünür və ilk mütərcimlər çalışmışlar ki, ayələrin
sözlərinin tərcüməsini və qarşılığını orijinal sözün altında ver-
sinlər. Bu növ tərcümədə cümlədən əsər-əlamət yoxdur, sadəcə
sözlər bir-birinin yanında sıralanmışdır.
2. Təfsir yönlü tərcümələr. Bu növ tərcümədə ayələrin
tərcüməsindən əlavə qısaca olsa da, təfsirinə də yol verilmişdir.
3. Məna və məali tərcümələr. Bu
növ tərcümələr Qura-
nın tərcüməsinə icazə verilmədiyi dövrlərdə yaranmışdır və
mütərcimlər iddia etmişlər ki, Quranın özünü tərcümə edə bil-
məsələr də, ən azı onun mənasını anladıqları şəkildə başqa dil-
lərə tərcümə etməyə cəhd göstərmişlər.
70
4. Akademik tərcümələr. Bu növ tərcümədə mütərcimlər
çalışırlar ki, Quranın hər bir sözünə ikinci dildə qarşılıqlı söz
tapa bilsinlər və elə bir tərcümə etsinlər ki, onda Quranın heç
bir sözü və hərfi tərcümədən yayınmasın, tərcüməyə heç nə
əlavə edilməsin.
5. Yeni sətiraltı tərcümələr. Bu
növ tərcümə qədimki sə-
tiraltı tərcümədən fərqli olaraq cümlə quruluşu müntəzəm ol-
masa da, az-çox mövcuddur.
Mütərcim çalışır ki, sözlərin
mənasını orijinal sözün al-
tında verərək, həm də ikinci
dilin qanun-qaydalarına ria-
yət etsin və cümlə quruluşu-
na zərər toxunmasın. Türk
dillərində türkiyəli
alim xa-
nım Mədinə Balcının türk
dilinə etdiyi tərcümə və fars
dilində İlahi Qumşeyinin etdiyi tərcüməsi həmin tərcümə nö-
vündən sayılır.
Dünyada Quranın tərcümələri
Qurani-Kərim birinci dəfə fars dilinə tərcümə edilmişdir
və ondan sonra türk dilinə tərcüməsinə başlanmışdır.
Bugünə qədər Qurani-Kərim 106 dilə tərcümə edilmişdir
və bu tərcümələr Qum şəhərində yerləşən Qurani-Kərimin Bü-
tün Dillərə Tərcüməsi Mərkəzinin Kitabxanasında saxlanılır.
Əlbəttə, tərcümələrin sayı dünyada bundan çoxdur.
Burada ve-
rilən məlumat ancaq həmin mərkəzdə saxlanılan tərcümələrin
əsasında verilir. Bu mərkəzdə 5087 cilddə tərcümə mövcuddur
və 1166 Quran mütərciminin bioqrafiyası hazırlanmışdır.
Quran latın dilinə birinci dəfə 1156-cı ildə tərcümə edilmiş-
dir. Bugünə qədər Quranın latın dilinə bir neçə tərcüməsi mövcud-
dur. İngilis dilində 756 cilddə 148 növ tərcümə edilmişdir. Onlar-
dan ən mühümü Məhəmməd Faruq Əzəm tərəfindən edilən tər-
71
cümədir. Bundan başqa,
Məhəmməd Marmaduq, Uilyam Piktal,
Corc Sil, Edvard Palm, Can Radvell, Şakir Əbdülhəkimxan, Mirzə
Əbülfəz, Məhəmmədəli Lahuri və Heyrət Dehləvi Quranı ingilis
dilinə tərcümə etmişlər. Xanım doktor Səffarzadənin Quranın
ingilis dilinə tərcüməsi isə İranda çap olunmuşdur.
Quranın Andre Druye tərəfindən fransız dilinə edilən tər-
cüməsi daha qədim və məşhurdur. Bu günə qədər fransız dilinə
189 cilddə 51 tərcümə edilmişdir.
Sonuncu tərcümə doktor Hə-
didi və Yəhya Bonon tərəfindən edilən tərcümədir.
Bundan başqa, Qurani-Kərim Qərbin başqa dillərinə, o
cümlədən alman (30 dəfə), ispan (19 dəfə), italyan (14 dəfə),
isveç (7 dəfə), holland (6 dəfə), portuqal (4 dəfə), norveç (4
dəfə) və fin (2 dəfə) dillərinə tərcümə edilmişdir.
Rus dilinə 12 dəfə, bolqar dilinə 5 dəfə, alban dilinə 6 də-
fə, esepranto dilinə 1 dəfə, polyak dilinə 3 dəfə, macar dilinə 2
dəfə tərcümə edilmişdir.
Şərq dillərindən urdu dilinə 206 dəfə, Benqal dilinə 83 də-
fə, Çin dilinə 24 dəfə, yapon dilinə 13 dəfə, İndoneziya dilinə
13 dəfə, Puştu dilinə 12 dəfə, hind dilinə 11 dəfə, sindi dilinə
10 dəfə, Kəşmir dilinə 5 dəfə, malay dilinə 5 dəfə, assam dilinə
4 dəfə, Koreya dilinə 3 dəfə tərcümə edilmişdir.
Müsəlman xalqları arasında fars dilinə 162 dəfə, türk dil-
lərinə 146 dəfə, Azərbaycan dilinə 12 dəfə, kürd dilinə 12 dəfə,
özbək dilinə 5 dəfə, qazax dilinə 5 dəfə, qırğız dilinə 5 dəfə,
türkmən dilinə 5 dəfə, uyğur dilinə 2 dəfə, tatar dilinə 1 dəfə
tərcümə edilmişdir.
Azərbaycan dili və
Quranın tərcümələri
Azərbaycan dilində olan ən
qədim tərcümə Məşhəd şəhə-
rində İmam Rza Əleyhissəlamım muzeyində saxlanılan bir əl-
yazmadır. Çox ehtimala görə, bu əlyazma Uzun Həsən Ağqo-
yunlunun göstərişi ilə toplanmış və tarixi məlum olmayan Oğuz
– Kaşqar dillərində olan tərcümədir. Bu tərcümə sətiraltı tər-