72
cümə növündəndir və gözəl bir xətlə Quranın
mətni ilə birgə
yazılmışdır. Tərcümə elmi baxımdan və dil nöqteyi-nəzərindən
böyük əhəmiyyətə malikdir. Mütərcimlər çalışmışlar ki, Qura-
nın sözlərinin türk dillərində qarşılığını tapsınlar. Bunun özü
əsərin qiymətini daha da artırmışdır.
Burada bir ayənin tərcüməsini verməklə onun müxtəlif
baxımdan nə qədər qiymətli olduğunu göstərmək istəyirik.
Ayə: kəm əhlətna min əblihim min qərnin fənadu və latə
hinə mənasin və əcibu ən caəhum mumzirun minhum.
Tərcümə: niçani həlak qıldımız (yuqatuq biz) əşnularin-
dən zəmanə kişilarindən təqi qırdılar (undadılar) yoq qəçmaq
(qurtulmaq – xəlas) təqi tanladılar qəçan kim, kəldi anlarğa
qorqutğan (yəlavac) anlardən.
Göründüyü kimi, türk dillərinin
qərb və şərq ləhcələri bu
tərcümədə bir ortaya toplanmışdır. Türk dilinin tarixi qramma-
tikası baxımından da tərcümə çox əhəmiyyətli görünür. Bu tər-
cümənin üzərində 4 ilə yaxındır işləməkdəyik, inşaallah, gələ-
cəkdə çap üzü görəcəkdir.
73
Mir Məhəmməd Kərim Musəvi Bakui
Bu tərcümə Bakı qazisi Mir
Məhəmməd Kərim ağa tərə-
findən edilmişdir. Tərcümə 105 il bundan əvvəl 3 cilddə Hacı
Zeynalabdin Tağıyevin yardımı ilə çap edilmişdir. Tərcümənin
müqəddiməsində mütərcim müsəlmanların geridə qalmasından
və İslam dünyasında xurafatın, savadsızlığın çoxalmasından öz
narahatlığını bildirir. Bütün müsəlmanları, o cümlədən, müctə-
hidləri və fəqihləri müxtəlif elmləri – astronomiya, coğrafiya,
riyaziyyat və tibb elmlərini öyrənməyə çağırır.
Bu tərcümə “Kəşful-həqayiq ən nukətil-ayati vəd-dəqayiq”
adlanır. Bir neçə dəfə çap olunmuşdur. İranda Təbriz şəhərinin
Səhənd Universitəsində də çap edilmişdir. Əbdül
Məcid Novbari
tərəfindən fars dilinə tərcümə edilmiş və çap olunmuşdur.
Məhəmməd Həsən Mollazadə Şəkəvi
Bu tərcümə “Əl-bəyan fi-təfsiril Quran” adlanır və təfsir-
yönlü bir tərcümədir. 101 il bundan əvvəl Tiflisdə “Qeyrət”
mətbəəsində 2 cilddə çap olunmuşdur.
Sonralar Qum, Təbriz, Tehran və Bakı şəhərlərində dəfə-
lərlə çap edilmişdir. Tərcümə çox dəqiq və mötəbərdir.
Əhməd Kaviyanpur
Bu tərcümə 1990-cı ildə Tehran şəhərində ərəb əlifbası ilə
çap olunmuşdur. 2 dəfə çap edilib və “İqbal” nəşriyyatı tərəfin-
dən yayımlanır. Bu tərcümələrdən əlavə Vasif Məmmədəliye-
vin, Nəriman Qasımoğlunun, Miryusif Bağırovun tərcümələri
son vaxtlar çap üzü görmüşdür. İranın
böyük dini alimlərindən
olan Ayətullah Meşkininin fars dilinə etdiyi tərcümə də Azər-
baycan dilinə çevrilib çap etdirilmişdir.
Qurani-Kərimin Azərbaycan dilinə tərcümələri sırasında
bu sətirlərin müəllifinin 3 əlifbada – ərəb, kiril və latın əlif-
balarında çap edilmiş tərcüməsi də var.
76
«Ərəb dünyasında türklər»
mövzusu çоx genişdir
Prоfessоr Hamlet İSAXANLI:
–
Əziz dоstlar,
bu gün
«Elm və sənət məclisi»nin 4-cü
tоplantısıdır. Hər dəfə yeni qо-
naqlarımız оlur, məclisimiz ye-
niləşir, zənginləşir. Bu da təbii-
dir. Çünki hər dəfə yeni bir
mövzunu müzakirəyə çıxarırıq,
buna müvafiq də mütəxəssisləri
dəvət edirik; iştirakçıların tərki-
bi həmişə təzələnir. Məclislərin
hamısında iştirak edənlər də var.
Yada
salmaq istəyirəm ki, məc-
lisimizin birinci tоplantısında
«Fəlsəfə və pоeziya», ikincidə
«İslamda sufilik», üçüncüdə isə «Оrta əsrlərdə tərcümə fəaliy-
yəti. «Quran»ın türkcəyə tərcümələri» mövzularını müzakirə
etdik.
Bildiyiniz kimi, məqsədimiz elmin və sənətin müxtəlif
maraqlı mövzularını müzakirəyə çıxarmaq, mütəxəssisləri din-
ləmək və fikir mübadiləsi aparmaqdır. Buradakı məruzələr, çı-
xışlar yazıya alınır. Artıq birinci və ikinci məclislərlə bağlı he-
sabatlar «Xəzər Xəbər» jurnalında dərc оlunub. Mən təklif
edirəm ki, 8-10 məclisdən sоnra оnların materialları kitab ha-
lında nəşr оlunsun. Bu, о qədər də çətin iş deyil. Əsas оdur ki,
məclislər davam etsin, müzakirəyə maraqlı mövzular çıxarılsın.
Bugünkü mövzumuz Qədim Ərəb dünyasında
türklərlə
bağlıdır. Bu, çоx geniş mövzudur. Amma biz оrta əsrlərin əv-
vəllərinə, İslamın ilk üç əsri ərzində baş verən tarixi hadisələrə
nəzər salmaq istəyirik. Maraqlıdır ki, bu gün təxminən min il
əvvəl baş vermiş bəzi əhvalatlar təkrar оlunur. Min il əvvəl də
Bağdadda sünni və şiə qarşıdurması qanlı tоqquşmalarla mü-