66
Yaxud İxlas
surəsinə diqqət yetirsək, Allah-Təala buyurur
ki:
“Ya Məhəmməd, de ki, o Allah birdir. Allah ehtiyacsız-
dır. Törəməyib, törənməmişdir və ona oxşar heç bir şey
yoxdur”. Burada Allah-Təala özünün bir və vahid Allah oldu-
ğunu riyaziyyat elminin məntiqi ilə açıqlayır. Deyir ki, o, bir
olan Allah elə bir Allahdır ki, nə özündən qabaqkı birlərə
möhtac olan bir kimi deyil, nə də elə varlıq
deyildir ki, ondan
başqaları qopsun və törənsin. Çünki riyaziyyat elminin mənti-
qinə əsasən 0 ilə (yox ilə) 1 arasında bir çox birlər mövcuddur
və bu birlər bir-birlərinə oxşayan birlərdir. Allah-Təala isə heç
birə oxşamayan birdir.
Digər tərəfdən bu surədə Allah-Təala buyurur:
“Ya Mə-
həmməd, de ki, o Allah birdir”. Bunun da yozumu bundan
ibarətdir ki, qaib əvəzliyi mənəvi əşyalara və hiss edilməyən,
hissdən qaib olanlara aiddir. Yaxına işarə əlaməti isə “bu” mad-
di əşyaya aid olan bir sözdür. Surədə Allah-Təala “bu” əvəzliyi
yerinə, “o” əvəzliyi işlətməsi o dövrün bütpərəstlərinin ayinləri-
nə müxalif olaraq Allah-Təalanın gözlərdən və hisslərdən qaib
olmasını vurğulayır.
Elm inkişaf etdikcə, fəlsəfə irəlilədikcə,
insan ağlı kamilləşdikcə Quran ayələrində olan əbədi möcüzələr
aydınlaşır.
ə) Quranın təfsiri. Quranşünaslığın hər iki sahəsinin
müştərək mövzusu olan təfsir Quran tarixində böyük əhəmiyyə-
tə malikdir. “Təfsir” sözü açıqlama və şərheləmə deməkdir.
Alimlərin nəzərinə əsasən Qurani-Kərim hər sözündən bir neçə
söz və məna ayrılır. Elə sözlər və söz birləşmələri vardır ki,
onları başa düşmək üçün təfsir elminə ehtiyac duyulur. Bəzi
hekayətlər və mövzular Quran ayələrində vardır ki, onların
nazil olma səbəbini və sözlərin cümlədə tutduğu mövqelərini
açıqlamadan dəqiq mənanı əldə etmək olmaz. Ayələrin müxtə-
lif bətnləri və qatları var. Ayələrin hər qatı açıldıqca
ayədən ye-
ni-yeni məna əldə edilir. Müxtəlif elmlərə söykənərək təfsir el-
minin yardımı ilə biz bu qatları aça bilirik. Bunu izah etmək
üçün Füzulinin bir şeirini təfsir etməklə, daha doğrusu qatlarını
67
açmaqla sözümüzü aydınlaşdıra bilərik. Füzuli bir qəzəlində
belə deyir:
Gözü yaşlıların halın nə bilsin, mərdümi-qafil
Kəvakib seyrini şəb-ta səhər bidar olandan sor.
Bu beytə nəzər etdikdə birinci mənada belə başa düşürük
ki, qafil insan gözü yaşlıların halını nə bilər? Ulduzların gecə
seyr etməsini gecəni səhərə kimi oyaq
olan insandan soruşmaq
lazımdır. Bu beytin bir qatının mənasıdır və sadə olduğuna görə
hamı tərəfindən başa düşüləndir. Beytin ikinci qatını açmaq
üçün bir az dərinə getmək lazımdır. Birinci misrada şair bunu
demək istəyir ki, gözüyaşlıların halını qafil olan mərdüm bilə
bilməz. Qafil mərdüm dedikdə gözün bəbəyi (mərciməyi) nə-
zərdə tutulur. Gözüyaşlı isə ürək deməkdir. Füzuli deyir ki,
ağlayan ürəkdir, ürəyin gözü yaşlıdır. Gecəni səhərə kimi ürək
oyaq qalır, yatmır və çırpınır. Gözün bəbəyinin isə nə ürəyin
çırpıntısından xəbəri var, nə də ürəyin yaş damcıları axmasın-
dan. Çünki o, qafildir, gecə səhərə kimi yatmışdır.
Buna əsasən
ikinci misra da öz mənasını dəqiq göstərir. Şair deyir ki, ul-
duzların, yəni göz yaşlarının axmasını gecəni sübhə kimi oyaq
olan ürəkdən soruşmaq lazımdır, yatan göz bəbəyindən yox.
Göründüyü kimi, qatlar açıldıqca bətnlər yarıldıqca, yeni-
yeni mənalar üzə çıxır. Ecazkarlıq burada özünü qabarıq şəkil-
də göstərir. Təfsir elmi də Quran ayələrinin müxtəlif qatlarını
açır və insanın üzünə yeni-yeni qapılar açır və bununla dünya-
görüşü genişlənir. Təfsir elmi peyğəmbər həzrətlərinin öz döv-
ründən başlanmış, ondan sonra Hz.Peyğəmbərin (s.ə.v) dövrün-
dən başlanmış, sonra səhabələri tərəfindən, o cümlədən imam
Əli (r.a.) Əbdullah bin Əbbas, Əbdullah
bin Məsud, Ubəy bin
Kəb, Zeyd bin Sabit, Əbubəkr Əbu Musa Əşəri, Ömər və Os-
man tərəfindən davam etdirilmişdir.
Səhabədən sonra Səid bin Cubəyr, Qitadə,Əkrəmə, Həsən
Bəsri və İbrahim Nəxəi kimi təfsirçilər Quranın təfsirinə rəğbət
68
göstərmişlər. Bu günə qədər Qurana cild-cild kitablarda yüzlər-
lə təfsir yazılmış, böyük bir xəzinə yaranmışdır.
Müxtəlif alim-
lər tərəfindən yazılan təfsirlər say etibarilə həddən artıq çoxdur.
Ərəb, fars və türk dillərində yazılan təfsirlərin hər biri metod və
şivə baxımından müxtəlif xarakter daşıyır. Burada təfsirləri
prinsip etibarilə, habelə subyektiv amillərə görə və təfsirçilərin
metodlarına əsasən müxtəlif bölgülərə bölmək olar. Bu prinsip-
lərə riayət edən təfsirçilərin təfsirlərinə daha çox əhəmiyyət ve-
rilir və etibarlı sayılır:
1. Quranın Allah tərəfindən nazil olmasına və Allah
kəlamı olmasına tam inansın.
2. Quranın İslam peyğəmbərinin əbədi möcüzəsi olmasını
yəqin etsin.
3. Təfsirini vəhy, ağıl və əhli-beyt təfsirlərinin əsasında
yazsın.
4. Ədəbi-bədii
qaydalara, dil üslubuna, peyğəmbər və
əhli-beyt hədislərinə söykənərək Quranı Quranla təfsir etməyə
çalışsın.
Əldə olan təfsirlərin möhtəvasına diqqət yetirdikdə görü-
rük ki, bəziləri Quranı elmi baxımdan, bəziləri irfani baxımdan,
bəziləri fəlsəfi baxımdan təfsir etmişlər. Demək, hər təfsirçinin
ixtisasından və marağından asılı olaraq Quranın təfsirinə təşəb-
büs göstərmişdir. Bu etibarla təfsirləri aşağıdakı növlərə böl-
mək olar:
1. Elmi təfsir;
2.
Təbliği təfsir;
3. İrfani təfsir;
4. Əxlaqi təfsir;
5. Fəlsəfi təfsir;
6. Ədəbi təfsir.
f)Tərcümə. Tərcümə də
Quranla bağlı biliklərin bir nö-
vüdür. İslam tarixində və İsla-
mın müxtəlif xalqlar arasında