Microsoft Word Elm-Senet. Kitab 2 Amine


Yaxud İxlas surəsinə diqqət yetirsək, Allah-Təala buyurur  ki: “Ya Məhəmməd, de ki, o Allah birdir. Allah ehtiyacsız-



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə18/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

 
66
Yaxud İxlas surəsinə diqqət yetirsək, Allah-Təala buyurur 
ki: “Ya Məhəmməd, de ki, o Allah birdir. Allah ehtiyacsız-
dır. Törəməyib, törənməmişdir və ona oxşar heç bir şey 
yoxdur”. Burada Allah-Təala özünün bir və vahid Allah oldu-
ğunu riyaziyyat elminin məntiqi ilə açıqlayır. Deyir ki, o, bir 
olan Allah elə bir Allahdır ki, nə özündən qabaqkı birlərə 
möhtac olan bir kimi deyil, nə də elə varlıq deyildir ki, ondan 
başqaları qopsun və törənsin. Çünki riyaziyyat elminin mənti-
qinə əsasən 0 ilə (yox ilə) 1 arasında bir çox birlər mövcuddur 
və bu birlər bir-birlərinə oxşayan birlərdir. Allah-Təala isə heç 
birə oxşamayan birdir.  
Digər tərəfdən bu surədə Allah-Təala buyurur: “Ya Mə-
həmməd, de ki, o Allah birdir”. Bunun da yozumu bundan 
ibarətdir ki, qaib əvəzliyi mənəvi  əşyalara və hiss edilməyən, 
hissdən qaib olanlara aiddir. Yaxına işarə əlaməti isə “bu” mad-
di əşyaya aid olan bir sözdür. Surədə Allah-Təala “bu” əvəzliyi 
yerinə, “o” əvəzliyi işlətməsi o dövrün bütpərəstlərinin ayinləri-
nə müxalif olaraq Allah-Təalanın gözlərdən və hisslərdən qaib 
olmasını vurğulayır. Elm inkişaf etdikcə, fəlsəfə irəlilədikcə, 
insan ağlı kamilləşdikcə Quran ayələrində olan əbədi möcüzələr 
aydınlaşır. 
ə) Quranın təfsiri. Quranşünaslığın hər iki sahəsinin 
müştərək mövzusu olan təfsir Quran tarixində böyük əhəmiyyə-
tə malikdir. “Təfsir” sözü açıqlama və  şərheləmə deməkdir. 
Alimlərin nəzərinə əsasən Qurani-Kərim hər sözündən bir neçə 
söz və  məna ayrılır. Elə sözlər və söz birləşmələri vardır ki, 
onları başa düşmək üçün təfsir elminə ehtiyac duyulur. Bəzi 
hekayətlər və mövzular Quran ayələrində vardır ki, onların 
nazil olma səbəbini və sözlərin cümlədə tutduğu mövqelərini 
açıqlamadan dəqiq mənanı əldə etmək olmaz. Ayələrin müxtə-
lif bətnləri və qatları var. Ayələrin hər qatı açıldıqca ayədən ye-
ni-yeni məna əldə edilir. Müxtəlif elmlərə söykənərək təfsir el-
minin yardımı ilə biz bu qatları aça bilirik. Bunu izah etmək 
üçün Füzulinin bir şeirini təfsir etməklə, daha doğrusu qatlarını 


 
67
açmaqla sözümüzü aydınlaşdıra bilərik. Füzuli bir qəzəlində 
belə deyir: 
 
Gözü yaşlıların halın nə bilsin, mərdümi-qafil 
Kəvakib seyrini şəb-ta səhər bidar olandan sor. 
 
Bu beytə nəzər etdikdə birinci mənada belə başa düşürük 
ki, qafil insan gözü yaşlıların halını  nə bilər? Ulduzların gecə 
seyr etməsini gecəni səhərə kimi oyaq olan insandan soruşmaq 
lazımdır. Bu beytin bir qatının mənasıdır və sadə olduğuna görə 
hamı  tərəfindən başa düşüləndir. Beytin ikinci qatını açmaq 
üçün bir az dərinə getmək lazımdır. Birinci misrada şair bunu 
demək istəyir ki, gözüyaşlıların halını qafil olan mərdüm bilə 
bilməz. Qafil mərdüm dedikdə gözün bəbəyi (mərciməyi) nə-
zərdə tutulur. Gözüyaşlı isə ürək deməkdir. Füzuli deyir ki, 
ağlayan ürəkdir, ürəyin gözü yaşlıdır. Gecəni səhərə kimi ürək 
oyaq qalır, yatmır və  çırpınır. Gözün bəbəyinin isə  nə ürəyin 
çırpıntısından xəbəri var, nə də ürəyin yaş damcıları axmasın-
dan. Çünki o, qafildir, gecə səhərə kimi yatmışdır. Buna əsasən 
ikinci misra da öz mənasını  dəqiq göstərir.  Şair deyir ki, ul-
duzların, yəni göz yaşlarının axmasını gecəni sübhə kimi oyaq 
olan ürəkdən soruşmaq lazımdır, yatan göz bəbəyindən yox. 
Göründüyü kimi, qatlar açıldıqca bətnlər yarıldıqca, yeni-
yeni mənalar üzə çıxır. Ecazkarlıq burada özünü qabarıq şəkil-
də göstərir. Təfsir elmi də Quran ayələrinin müxtəlif qatlarını 
açır və insanın üzünə yeni-yeni qapılar açır və bununla dünya-
görüşü genişlənir. Təfsir elmi peyğəmbər həzrətlərinin öz döv-
ründən başlanmış, ondan sonra Hz.Peyğəmbərin (s.ə.v) dövrün-
dən başlanmış, sonra səhabələri tərəfindən, o cümlədən imam 
Əli (r.a.) Əbdullah bin Əbbas, Əbdullah bin Məsud, Ubəy bin 
Kəb, Zeyd bin Sabit, Əbubəkr Əbu Musa Əşəri, Ömər və Os-
man tərəfindən davam etdirilmişdir. 
Səhabədən sonra Səid bin Cubəyr, Qitadə,Əkrəmə, Həsən 
Bəsri və İbrahim Nəxəi kimi təfsirçilər Quranın təfsirinə rəğbət 


 
68
göstərmişlər. Bu günə qədər Qurana cild-cild kitablarda yüzlər-
lə təfsir yazılmış, böyük bir xəzinə yaranmışdır. Müxtəlif alim-
lər tərəfindən yazılan təfsirlər say etibarilə həddən artıq çoxdur. 
Ərəb, fars və türk dillərində yazılan təfsirlərin hər biri metod və 
şivə baxımından müxtəlif xarakter daşıyır. Burada təfsirləri 
prinsip etibarilə, habelə subyektiv amillərə görə və təfsirçilərin 
metodlarına əsasən müxtəlif bölgülərə bölmək olar. Bu prinsip-
lərə riayət edən təfsirçilərin təfsirlərinə daha çox əhəmiyyət ve-
rilir və etibarlı sayılır: 
1. Quranın Allah tərəfindən nazil olmasına və Allah 
kəlamı olmasına tam inansın. 
2. Quranın İslam peyğəmbərinin əbədi möcüzəsi olmasını 
yəqin etsin. 
3. Təfsirini vəhy, ağıl və  əhli-beyt təfsirlərinin  əsasında 
yazsın. 
4.  Ədəbi-bədii qaydalara, dil üslubuna, peyğəmbər və 
əhli-beyt hədislərinə söykənərək Quranı Quranla təfsir etməyə 
çalışsın. 
Əldə olan təfsirlərin möhtəvasına diqqət yetirdikdə görü-
rük ki, bəziləri Quranı elmi baxımdan, bəziləri irfani baxımdan, 
bəziləri fəlsəfi baxımdan təfsir etmişlər. Demək, hər təfsirçinin 
ixtisasından və marağından asılı olaraq Quranın təfsirinə təşəb-
büs göstərmişdir. Bu etibarla təfsirləri aşağıdakı növlərə böl-
mək olar: 
1. Elmi təfsir; 
2. Təbliği təfsir
3. İrfani təfsir; 
4. Əxlaqi təfsir; 
5. Fəlsəfi təfsir; 
6. Ədəbi təfsir. 
f)Tərcümə. Tərcümə də 
Quranla bağlı biliklərin bir nö-
vüdür. İslam tarixində və İsla-
mın müxtəlif xalqlar arasında 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə