Microsoft Word Elm-Senet. Kitab 2 Amine


Mirzə  Rəsul  İsmayılzadə



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə15/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

 
57
Mirzə  Rəsul  İsmayılzadə 
1963-cü ildə  İranın  Şərqi Azər-
baycan vilayətinin Qaradağ 
(Dizmar) mahalında Araz sahi-
lində yerləşən Duzal kəndində 
dünyaya göz açıb.  
Qum  şəhərində  ərəb dili, 
fiqh, təfsir, fəlsəfə  və  kəlam el-
mləri sahəsində təhsil alıb, yük-
sək elmi dərəcələrə layiq görü-
lüb.  İlahiyyat elmləri ilə yanaşı 
Theran Universitəsinin hüquq 
fakültəsində hüquqşünaslıq üzrə bakalavr, Bakı Dövlət Uni-
versitəsində cinayət hüququ üzrə magistr pillələrini bitirib, 
aspiranturada təhsil alıb. 
Ərəb və fars dillərindən Azərbaycan dilinə fiqh, İslam 
əqidələri, əxlaq, hüquq və fəlsəfə sahəsində çoxlu kitablar tər-
cümə edib. Onun tərcümə etdiyi 40 kitabın başında Qurani-
Kərimin akademik tərcüməsi və  Həzrət  Əli  əleyhissəlamın 
“Nəhcül-bəlağə” kitabının tərcüməsi durur.  
Mirzə Rəsulun Azərbaycan dilinə tərcüməsində Qurani-
Kərim  ərəb, kiril və latın  əlifbaları ilə  nəfis  şəkildə  dəfələrlə 
çap edilib. Eyni zamanda həmin tərcümə  İranda keçirilən 
kitab festivalında birinci yeri tutaraq İran İslam Respublikası 
Prezidenti tərəfindən mükafatlandırılıb. 
Azərbaycan  ədəbiyyatı klassiklərinin  əsərlərinin toplan-
ması  və  nəşri ilə bağlı  səmərəli xidmət göstərir.  Şah  İsmayıl 
Xətainin külliyyatı, Molla Əhməd Müqəddəs  Ərdəbilinin 
"Əqaidül-İslam", Xacə  Əhməd Yacəvinin "Divani-Hikmət" 
və Mirzə Ələkbər Sabirin "Hophopnamə" kitablarını  təshih 
və  tərtib edərək elmi-tənqidi  şəkildə Tehranda çap etdirib. 
Onun müxtəlif sahələrə dair 50-dən çox elmi-tənqidi məqaləsi 
İran və Azərbaycan mətbuatında çap olunub.  
Mirzə  Rəsul həm də  şair kimi tanınır.  Şeirlərinin bir 
qismi tərtib etdiyi Mirzə Xurrəm və  Əndəlib Qaracadağının 
divanlarının sonunda çap olunub. 


 
58
Bir müddət Azərbaycan dilində çıxan "Yol" jurnalında 
işləyib, Orta Asiya və türkdilli ölkələr üzrə elmi işçi kimi 
çalışıb, Xəzər Universitəsində Hüquq və əxlaq sahəsində dərs 
deyib.  
Hazırda Beynəlxalq  Əl-Huda Nəşriyyatının Bakıdakı 
şöbəsinin müdiridir.  
 
Qurani-Kərim və onun tərcümələri 
 
Rəsul İSMAYILZADƏ:  
 
Bissmillahir-rəhmanir-rəhim. 
Əlhəmdu lillahi bariil-xəlaiqi əcməin və baisil ənbiyai vəl-
mursəlin. Əssəlatu əssəlam əttəhiyyatu əl-ikram əla əşrəfil-ənbi-
ya vəl mursəlini siyyəma həbibu ilahil-aləmin əl-mustafil-əmcəd 
əbilqasimi Muhəmməd sələvatullahi ələyhi və əla alihit-tayyibin. 
 
Hörmətli iştirakçılar! 
Möhtərəm alimlər! 
Əziz tələbələr! 
Xanımlar və cənablar! 
Əvvəla, bu konfransı təşkil edən və bu konfransda mənim 
çıxışım üçün şərait yaradan Xəzər Universitəsinin alicənab və 
möhtərəm rəhbəri, alim-riyaziyyatçı, şair və ədəbiyyatçı Ham-
let  İsaxanlı  cənablarına və  həmçinin Xəzər Universitəsinin 
möhtərəm əməkdaşlarına təşəkkürümü bildirirəm. İkincisi bura-
da iştirak edən möhtərəm alimlərə, universitet müəllimləri və 
tələbələrinə yazıçı  və  tədqiqatçılara Quransevən insanlara və 
həmçinin möhtərəm  İran  İslam Respublikasının səfiri cənab 
Əfşar Süleymani qardaşıma minnətdarlığımı bildirirəm. 
Mənim məruzəm Qurani-Kərim və onun tərcümələri haq-
qındadır. İnşaallah, onu 3 hissədə açıqlayacağam. Birinci hissə 
Quranşünaslıq elminin yaranması  və tarixi haqqındadır.  İkinci 
hissə günümüzə  qədər Qurani-Kərimin dünya dillərinə  tərcü-


 
59
məsi sahəsindədir. Üçüncü hissə isə Qurani-Kərimin türk dil-
lərinə, xüsusilə Azərbaycan dilinə tərcüməsi barədədir. 
Aydındır ki, Qurani-Kərim elmi-ədəbi, mədəni, hüquqi-
fəlsəfi və dini nöqteyi-nəzərindən müsəlmanlar arasında böyük 
əhəmiyyətə malikdir. Əvvəla, müsəlmanlar öz mədəniyyət və 
fərhənglərini, elm və biliklərini Quranın təsiri altında formalaş-
dırmışlar. 
İkincisi, Quranın müsəlmanlar arasında öyrənilməsi,  əz-
bərlənməsi və ondan ilham almaları müsəlmanların arasında dil 
və mədəniyyət birliyini təmin etmişdir. Müsəlman xalqların dil-
lərindəki Qurani sözlər bu dillər arasında geniş həcmdə müştə-
rək söz və söz birləşmələrinin yaranmasına və qorunub saxla-
nılmasına səbəb olmuşdur. Müsəlman dilləri deyəndə biz ərəb, 
fars, türk, urdu və kürd dillərini nəzərdə tuturuq. Ona görə mü-
səlman dilləri adlandırırıq ki, müsəlmanlar müxtəlif dillərdə da-
nışmaqlarına baxmayaraq Qərb ölkələri, Qərb alimləri bizim 
hamımızı dilimizdən, irqimizdən və milliyyətimizdən asılı ol-
mayaraq müsəlman adlandırırlar. Onlar üçün iranlı, ərəb, türk, 
kürd və başqaları eyni xarakter daşıyır.  
Vaxtilə Qafqazda da türk-Azərbaycan dilinə rus dilinin 
müqabilində müsəlman dili deyilmişdir. Mirzə  Ələkbər Sabir 
“Hophopnamə”  əsərində  və  Cəlil Məmmədquluzadə “Molla 
Nəsrəddin” jurnalında Azərbaycan dilini bəzən “müsəlman 
dili” kimi qeyd etmişlər.  
Qərb alimlərinin bu nəzərləri həqiqətə yaxındır. Ona görə 
ki, yuxarıda adları  çəkilən müsəlman xalqlarının mədəniyyəti, 
tarixi və  ədəbiyyatı  İslam və Quranın təsiri altında formalaş-
mışdır və müxtəlif ərəb, fars, türk, urdu və kürd kimi müxtəlif 
millətlərdən vahid bir ümmət yaratmışdır. Bu nöqteyi-nəzərdən 
Qurani-Kərim bütün müsəlmanların müqəddəs kitabı olmaqla 
yanaşı, həm də onların kimliyini və mənliyini aydınlaşdıran bir 
mənbədir. Burada deyilənlərə  əsasən Qurani-Kərimin müsəl-
manlar arasında əhəmiyyəti daha böyükdür. 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə