Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə14/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

 
53
 
 
 
 
 
 
 
 
 
ÜÇÜNCÜ 
MƏCLİS 
 
 
 
 
 
 
 
 
 
2006-cı il noyabrın 22-də Xəzər Universitetində fəaliy-
yət göstərən «Elm və sənət məclisi»nin üçüncü toplantısı ke-
çirildi. Budəfəki məclisdə «Orta əsrlərdə tərcümə fəaliyyəti. 
«Quran»ın tərcümələri» mövzusu müzakirəyə çıxarılmışdı. 
Azərbaycanın müxtəlif elm ocaqlarında çalışan tanın-
mış mütəxəssislərin iştirakı ilə keçirilən bu toplantıya ayrı-
ayrı peşə sahiblərinin, ictimaiyyət nümayəndələrinin və tə-
ləbələrin də təşrif buyurması müzakirəyə çıxarılan mövzu-
nun aktuallığından xəbər verirdi. 
Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı 
fövqəladə  və  səlahiyyətli səfiri  Əfşar Süleymani də  iştirak 
edirdi. 
Toplantını giriş sözü ilə Xəzər Universitetinin rektoru, 
professor Hamlet İsaxanlı açdı. 


 
54
Tərcümə xalqlar və dövlətlər arasında  
körpü yaradan fəaliyyət növüdür 
 
Professor Hamlet İSAXANLI:
 
 
 
–Əziz dostlar, hörmətli qonaq-
lar!  
Xoş gəlmisiniz! 
«Elm və  sənət məclisi»ni təş-
kil edərkən düşündük ki, geniş  və 
müxtəlif mövzularda müzakirələr 
aparaq, yəni özümüzü bir sahə ilə 
məhdudlaşdırmayaq. Doğrudur, hər 
sahənin öz mütəxəssisləri var: ədə-
biyyatçılar, tarixçilər və s. Amma 
məsələ burasındadır ki, hər hansı bir 
sahə ilə yalnız o sahənin mütəxəs-
sisləri məşğul olmurlar. Ümumiyyətlə desək, tarixçi ədəbiy-
yatsız, ədəbiyyatçı tarixsiz yaşaya bilmir. Elmi maraqla, tədqi-
qatla yanaşı dünyanı yaxşı başa düşmək üçün geniş biliyə malik 
olmaq insanın daxili tələbatıdır.  
Nəhayət, burada tələbələr var. Onların birbaşa işi isə öy-
rənməkdir, humanitar və sosial elmləri, mümkün qədər təbiət 
elmlərini anlayıb bilmək və mümkün olsa, güc olsa, tətbiq və 
tədqiq etməkdir. 
Bugünkü mövzumuz «Orta əsrlərdə  tərcümə  fəaliyyəti 
«Quran»ın tərcümələri»dir. Tərcümənin nə qədər qədim və va-
cib olduğu haqqında xüsusi danışmağa ehtiyac yoxdur. Tərcü-
mə xalqlar, dövlətlər, hətta dövrlər arasında körpü yaradan bir 
fəaliyyət növüdür. Tarixdə böyük mütəfəkkirlər tərəfindən ya-
zılan elə  əsərlər olub ki, yarandığı dildə deyil, tərcümə olun-
duğu dildə qalıb. 
VIII-IX  əsrlərdə müxtəlif  əsərlərin  ərəb dilinə  tərcümə 
olunması bu dili qeyri-adi dərəcədə  zənginləşdirdi. Sonralar 


 
55
Avropa mədəniyyətinin inkişafında da tərcümə çox mühüm rol 
oynadı. Əslinə qalsa, tarixdə ən geniş yayılmış tərcümə fəaliy-
yətindən biri dinlərin müxtəlif xalqlar arasında yayılması məq-
sədinə xidmət etmişdir. Bu məqsədlə yeni əlifbalar yaradılmış, 
bu  əlifbalardan istifadə edərək müqəddəs hesab olunan dini 
kitablar qismən və ya tam şəkildə tərcümə edilmiş və yayılmış-
dır. Hinduizm, buddizm və xristianlıq bu yoldan çox geniş 
istifadə etmişdir.  
Göytürklərdən sonra tarix səhnəsində mühüm rol oynayan 
uyğurlar missionerlərin təbliğatı  və  tərcümələr nəticəsində o 
dövrdə məlum olan, demək olar ki, bütün dinlərlə təmasda ol-
muşlar. Uyğur dilinin, onun qrammatikasının inkişafında, eyni 
zamanda da, Əhməd Cəfəroğlunun fikrincə, ağırlaşmasında bu 
tərcümələr əsas rol oynamışdır. 
Alman və ingilis xalq dilinin yazıya gəlməsinə, ümumiy-
yətlə, həmin dillərin inkişafına Bibliyanın tərcümələri həlledici 
təsir göstərmişdir. 
Quranın müxtəlif Qərb və  Şərq dillərinə  tərcüməsi tarixi 
qədim və zəngindir. Müsəlman dünyasında “Quranı Allah ərəb 
dilində göndərib, ona görə elə ərəb dilində də oxunmalıdır, onu 
tərcümə etmək olmaz” fikri çox geniş yayılmışdır. Bu, Quranın 
Şərq dillərinə tərcüməsinə xeyli mane olmuşdur. Buna baxma-
yaraq, Quran bütün Şərq dillərinə dəfələrlə tərcümə edilmişdir.  
Bu mənada Azərbaycan türkcəsi də istisna deyil. Dini 
ayinlərdə, mərasimlərdə  və  məktəb-mədrəsələrdə Quran ərəb 
dilində oxudulduğundan Quranın Azərbaycan türkcəsinə və di-
gər  Şərq dillərinə  tərcüməsi bu dillərin inkişafına təsir göstər-
məyib. (Bu işi Atatürk dəyişməyə çalışsa da, axırda ərəbcə Qu-
ran oxuma siyasəti yenə qalib gəldi). Üstəlik Avropadan fərqli 
olaraq, mətbəə çap üsulunu Şərq çox gec işə salmış, Quranın 
çapı barəsində isə bu məsələ xüsusilə gecikmişdir. Quran 
tərcümələrinin geniş yayılmamasının daha bir səbəbi də budur. 
Tərcümədən danışanda biz, əsasən Qərbdən Şərqə və əks 
istiqamətdə gedən tərcümə fəaliyyətini nəzərdə tutmuşuq. Çox 


 
56
vaxt Şərqdən Şərqə tərcüməni tamam yaddan çıxarırıq. Elə bu 
səbəbdən də bugünkü mövzunu müzakirəyə  çıxarmışıq. Daha 
doğrusu, Quranın tərcümələri, xüsusilə  də Azərbaycan türkcə-
sinə tərcümələri məsələsinə diqqqət vermək istəyirik.  
Məruzəçi Xəzər Universitəsinin müəllimi, şərqşünas, ədə-
biyyatçı, ilahiyyatçı və tərcüməçi, çoxunuzun yaxşı tanıdığınız 
Mirzə Rəsul İsmayılzadədir.  
Sözü məruzəçiyə verməzdən əvvəl isə bildirmək istəyirəm 
ki,  İran  İslam Respublikasının Azərbaycandakı Fövqəladə  və 
Səlahiyyətli səfiri  Əfşar Süleymani də burada iştirak edir. Mən 
istərdim ki, hörmətli səfir bu məclisə öz xeyir-duasını versin. 
 
Bu məclisin xeyir-duasını 
Allah özü verib 
 
Əfşar SÜLEYMANI,  
İran İslam Respublikasının Azər-
baycandakı Fövqəladə və 
Səlahiyyətli səfiri: 
 
Çox hörmətli Hamlet müəl-
lim! Hörmətli qonaqlar! 
Hamlet müəllim dedi ki, mən 
bu məclisə xeyir-dua verim. «Elm 
və  sənət məclisi»nin xeyir-duasını 
Allah özü verib. Harada elmdən 
söhbət getsə, Allah onu xeyirli edər. 
Bu haqda müqəddəs kitabımız «Quran-i Kərim»də də, hədislərdə 
də çoxlu danışılır. Mən də bu cür işləri alqışlayıram. Arzu-
layıram ki, bu iş davam etdirilsin. Hər bir işin zəkatı olduğu kimi 
elmin də zəkatı var. Elmin zəkatı onun yayılmasıdır. 
Hamınıza uğurlar arzulayıram! Sağ olun! 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə