Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə17/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

 
63
Kainatın varlıqları arasında olan bu hərəkətləri biz hiss edirik. 
Amma o sonsuz məqsədə doğru olan hərəkəti biz fəlsəfə  və 
əqlin vasitəsilə dərk edirik.  
Quran bir ayədə bunu çox gözəl  şəkildə  bəyan etmişdir. 
Ayədə oxuyuruq: “İnna lillah və inna iləyhi racium”,  yəni 
“Biz Allahdanıq və Allaha tərəf də qayıdacağıq”. Bu ayədə 
həmin hərəkət çox açıq şəkildə və sadə dildə bəyan olmuşdur. 
Fəlsəfə  mərifətinə  əsasən hər bir şey qopduğu və ayrıldığı  və 
deyimlə atıldığı  məkana fırlanıb qayıtmalıdır. Bu da yuxarıda 
deyilən ayədə çox açıqca bəyan olunur. 
Quran maarifi Quranşünaslıq elminin bir sahəsi kimi yu-
xarıda adı  çəkilən mövzuları açıqlayır və bu günə  qədər bu 
sahədə çoxlu əsərlər yazılmışdır. 
2. Quranla bağlı biliklər. Quranla bağlı biliklər Quran-
şünaslığın digər bir sahəsi kimi araşdırılır. Quran maarifindən 
fərqli olaraq Quranla bağlı biliklər sahəsi Qurana eşikdən baxır. 
Yəni Quranın tarixini, surələrin və ayələrin formalaşması, Qu-
ranın oxunuşuna, yazılmasına, tərcümə və təfsirinə aid olan mə-
sələləri araşdırır. Quran maarifi sahəsi Quranın möhtəvası ilə 
məşğul olur, Quranla bağlı biliklər sahəsi isə Quranın möhtəva-
sına qarışmır, sadəcə onun formasını araşdırır. Bu sahədə aşağı-
dakı mövzular araşdırılır: 
a) Quran tarixi. Bu mövzuda Quranın tarixi, nazil olma, 
toplanma və yazılma tarixi öz əksini tapır və  aşağıdakı pred-
metləri var: 
1. Quran peyğəmbərə  nə zaman, harada və necə nazil 
olmuşdur? 
2. Ayələr necə toplanmış və yazılmışdır? 
3. Vəhy katibləri kimlər olmuşlar? 
4. Quran surələrinin və ayələrinin düzümü və sayı. 
5. Quranın birləşdirilməsi və sözlərə, kəlmələrə işarələrin 
qoyulması tarixi. 
6. Quranın təhrif olmaması. 


 
64
a) Quran tarixi elminə əsasən Qurani-Kərim Məkkə şəhə-
rində və Hera dağında peyğəmbərə nazil olmağa başlamış və 23 
il ərzində davam etmişdir. Ayələr Cəbrail adlı mələyin vasitəsilə 
peyğəmbərə çatdırılmış  və peyğəmbər də onları azaldıb-çoxalt-
madan olduğu kimi insanlara çatdırmışdır. Bu ayələri peyğəmbər 
həzrətləri oxuduqca müsəlmanlar tərəfindən əzbərlənmiş və vəhy 
katibləri tərəfindən yazıya alınmışdır. Peyğəmbər həzrətlərinin 
özünün təşəbbüsü ilə surələr və ayələr tənzimlənmişdir.  
Peyğəmbər vəfat etdikdən sonra Osmanın xəlifəliyi döv-
ründə müxtəlif şəkildə yazılan Quranlar müsəlmanların arasın-
da ixtilafa səbəb olduğundan Osmanın göstərişi ilə ayrı-ayrı üs-
lub və tərzlərdə yazılan Quranlar toplanmış, bir araya cəm edil-
miş, onların üzündən vahid bir yazı tərzdə Quran tərtib edilmiş-
dir və həmin Ana Quranın üzündən bir neçə Quran yazılmış və 
İslam məntəqələrinə və ölkələrinə göndərilmişdir. Quranın ayə-
lər və surələrinin peyğəmbər həzrətlərinin öz dövründə  vəhy 
katibləri tərəfindən yazıya alınması və müsəlmanlar tərəfindən 
geniş və kütləvi şəkildə əzbərlənməsi Quranın təhrif olunması-
na mane olmuşdur.  
Bu gün müsəlmanların əlində olan Quran peyğəmbərin öz 
dövründə nazil olmuş  və Osmanın dövründə vahid şəkilə  və 
formaya salınmış Quranın arasında heç bir fərq yoxdur. 
b) Quranın təlavəti və  qəraət qaydaları. Bu sahədə 
Quranın 7 növ qəraəti və bu qəraətlərin içərisində olan fərdilik-
lər araşdırılır. Təcvid elminin qaydaları açıqlanır, Quran musi-
qisi və bu musiqiyə aid olan dəsgahlar, o cümlədən “Rast”, 
“Bəyat”, “Hicaz” dəsgahları öyrənilir. Günümüzə  qədər bu 
sahədə böyük alimlər və qarelər yetirilmişdir. Qəraət sahəsində 
ustad Əbdül-Basit, Qəlvəş, Mustafa Rağib, Pərhizkar kimi qa-
relər məşhur qarelərdəndir. 
c) Quran ayələrinin bölgüləri. Quranşünaslar Quran 
ayələrini müxtəlif baxımdan ayrı-ayrı bölmələrə ayırmışlar. 
Ayələrin nazil olma etibarilə ayələr Məkki və Mədəni ailələrə 
bölünürlər. Məkkədə nazil olan və ya peyğəmbərin hicrətinə ki-


 
65
mi nazil olan ayələr Məkki ayələr sayılır. Mədinədə nazil olan 
və hicrətdən sonra nazil olan ayələr Mədəni ayələr sayılır. Ayə-
lərin mənalarında ibham olub-olmaması etibarilə ayələr möhkə-
mat və mütəşabihat ayələrinə bölünürlər. Möhkəm ayələrdə 
məna aydın və heç bir ibham yoxdur. Mütəşabeh ayələrdə isə 
mənalarında ibham və oxşarlıq olduğuna görə möhkəm ayələrə 
istinad edərək dəqiq mənalarını anlamaq mümkündür. 
ç) Söz və söz birləşmələri, morfologiya və sintaksis 
qaydaları. Bu sahədə ayələr morfologiya və sintaksis baxımın-
dan araşdırılır və onların cümlədə tutduğu mövqeyi, hərəkələri 
və quruluşlarına görə mənaları aydınlaşdırırlır. 
d) Yazı və hüsnxətt. Qurani-Kərimin nazil olduğu vaxtdan 
bugünə  qədər müxtəlif  əşyalar üzərində yazıya alınmışdır. Qə-
dim dövrlərdən ceyran dərisi üzərində, taxta üzərində, sümük və 
kağız üzərində yazılmışdır. Bu yazılar müxtəlif xəttatlar tərə-
findən müxtəlif səpkilərdə yazılmışdır. Hicazda, Misirdə, Suri-
yada,  İranda və Türküstanda gözəl xətt nümunələri ilə yazılan 
Quranlar  İslam və  Şərq incəsənətinin və  mədəniyyətinin parlaq 
nümunəsidir. Bunların  ən mühümü və  məşhuru Osman Taha
Neyrizi və Əl-Amidinin gözəl xəttlə yazdıqları Quranlardır. 
e) Quran və onun ecazkarlığı. Alimlərin nəzərinə əsasən 
İslam peyğəmbərinin  ən böyük möcüzəsi Qurani-Kərimin özü-
dür. Qurani-Kərimin morfologiya və sintaksis baxımından, bədii 
üslub qaydaları baxımından ayələrdə  əks olunan fəlsəfi-ictimai, 
hüquqi və elmi qayda-qanunlar baxımından misli-bərabəri olma-
yan bir əsərdir. Onda olan ayələr arasında heç bir ziddiyyət ol-
madığından və hər bir ayə başqa ayələrin mənasını aydınlaşdırdı-
ğı baxımından bir möcüzə sayılır. Misal üçün Quranın bütövlü-
yündə “səmiun-bəsir” sözləri qoşa işlənmişdir və həmişə “səmi” 
sözü “bəsir” sözündən öndə gəlmişdir. Bu da bir elmi məsələni 
açıqlayır ki, insan üzvünün eşitmə funksiyası görmə funksiya-
sından daha əhəmiyyətlidir.  İnsan yatanda da əvvəl gözü yatır, 
sonra qulağı. Demək, qulaq gözdən daha mühümdür.  


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə