63
Kainatın varlıqları arasında olan bu hərəkətləri biz hiss edirik.
Amma o sonsuz məqsədə doğru olan hərəkəti biz fəlsəfə və
əqlin vasitəsilə dərk edirik.
Quran bir ayədə bunu çox gözəl şəkildə bəyan etmişdir.
Ayədə oxuyuruq: “İnna lillah və inna iləyhi racium”, yəni
“Biz Allahdanıq və Allaha tərəf də qayıdacağıq”. Bu ayədə
həmin hərəkət çox açıq şəkildə və sadə dildə bəyan olmuşdur.
Fəlsəfə mərifətinə əsasən hər bir şey qopduğu və ayrıldığı və
deyimlə atıldığı məkana fırlanıb qayıtmalıdır. Bu da yuxarıda
deyilən ayədə çox açıqca bəyan olunur.
Quran maarifi Quranşünaslıq elminin bir sahəsi kimi yu-
xarıda adı çəkilən mövzuları açıqlayır və bu günə qədər bu
sahədə çoxlu əsərlər yazılmışdır.
2. Quranla bağlı biliklər. Quranla bağlı biliklər Quran-
şünaslığın digər bir sahəsi kimi araşdırılır. Quran maarifindən
fərqli olaraq Quranla bağlı biliklər sahəsi Qurana eşikdən baxır.
Yəni Quranın tarixini, surələrin və ayələrin formalaşması, Qu-
ranın oxunuşuna, yazılmasına, tərcümə və təfsirinə aid olan mə-
sələləri araşdırır. Quran maarifi sahəsi Quranın möhtəvası ilə
məşğul olur, Quranla bağlı biliklər sahəsi isə Quranın möhtəva-
sına qarışmır, sadəcə onun formasını araşdırır. Bu sahədə aşağı-
dakı mövzular araşdırılır:
a) Quran tarixi. Bu mövzuda Quranın tarixi, nazil olma,
toplanma və yazılma tarixi öz əksini tapır və aşağıdakı pred-
metləri var:
1. Quran peyğəmbərə nə zaman, harada və necə nazil
olmuşdur?
2. Ayələr necə toplanmış və yazılmışdır?
3. Vəhy katibləri kimlər olmuşlar?
4. Quran surələrinin və ayələrinin düzümü və sayı.
5. Quranın birləşdirilməsi və sözlərə, kəlmələrə işarələrin
qoyulması tarixi.
6. Quranın təhrif olmaması.
64
a) Quran tarixi elminə əsasən Qurani-Kərim Məkkə şəhə-
rində və Hera dağında peyğəmbərə nazil olmağa başlamış və 23
il ərzində davam etmişdir. Ayələr Cəbrail adlı mələyin vasitəsilə
peyğəmbərə çatdırılmış və peyğəmbər də onları azaldıb-çoxalt-
madan olduğu kimi insanlara çatdırmışdır. Bu ayələri peyğəmbər
həzrətləri oxuduqca müsəlmanlar tərəfindən əzbərlənmiş və vəhy
katibləri tərəfindən yazıya alınmışdır. Peyğəmbər həzrətlərinin
özünün təşəbbüsü ilə surələr və ayələr tənzimlənmişdir.
Peyğəmbər vəfat etdikdən sonra Osmanın xəlifəliyi döv-
ründə müxtəlif şəkildə yazılan Quranlar müsəlmanların arasın-
da ixtilafa səbəb olduğundan Osmanın göstərişi ilə ayrı-ayrı üs-
lub və tərzlərdə yazılan Quranlar toplanmış, bir araya cəm edil-
miş, onların üzündən vahid bir yazı tərzdə Quran tərtib edilmiş-
dir və həmin Ana Quranın üzündən bir neçə Quran yazılmış və
İslam məntəqələrinə və ölkələrinə göndərilmişdir. Quranın ayə-
lər və surələrinin peyğəmbər həzrətlərinin öz dövründə vəhy
katibləri tərəfindən yazıya alınması və müsəlmanlar tərəfindən
geniş və kütləvi şəkildə əzbərlənməsi Quranın təhrif olunması-
na mane olmuşdur.
Bu gün müsəlmanların əlində olan Quran peyğəmbərin öz
dövründə nazil olmuş və Osmanın dövründə vahid şəkilə və
formaya salınmış Quranın arasında heç bir fərq yoxdur.
b) Quranın təlavəti və qəraət qaydaları. Bu sahədə
Quranın 7 növ qəraəti və bu qəraətlərin içərisində olan fərdilik-
lər araşdırılır. Təcvid elminin qaydaları açıqlanır, Quran musi-
qisi və bu musiqiyə aid olan dəsgahlar, o cümlədən “Rast”,
“Bəyat”, “Hicaz” dəsgahları öyrənilir. Günümüzə qədər bu
sahədə böyük alimlər və qarelər yetirilmişdir. Qəraət sahəsində
ustad Əbdül-Basit, Qəlvəş, Mustafa Rağib, Pərhizkar kimi qa-
relər məşhur qarelərdəndir.
c) Quran ayələrinin bölgüləri. Quranşünaslar Quran
ayələrini müxtəlif baxımdan ayrı-ayrı bölmələrə ayırmışlar.
Ayələrin nazil olma etibarilə ayələr Məkki və Mədəni ailələrə
bölünürlər. Məkkədə nazil olan və ya peyğəmbərin hicrətinə ki-
65
mi nazil olan ayələr Məkki ayələr sayılır. Mədinədə nazil olan
və hicrətdən sonra nazil olan ayələr Mədəni ayələr sayılır. Ayə-
lərin mənalarında ibham olub-olmaması etibarilə ayələr möhkə-
mat və mütəşabihat ayələrinə bölünürlər. Möhkəm ayələrdə
məna aydın və heç bir ibham yoxdur. Mütəşabeh ayələrdə isə
mənalarında ibham və oxşarlıq olduğuna görə möhkəm ayələrə
istinad edərək dəqiq mənalarını anlamaq mümkündür.
ç) Söz və söz birləşmələri, morfologiya və sintaksis
qaydaları. Bu sahədə ayələr morfologiya və sintaksis baxımın-
dan araşdırılır və onların cümlədə tutduğu mövqeyi, hərəkələri
və quruluşlarına görə mənaları aydınlaşdırırlır.
d) Yazı və hüsnxətt. Qurani-Kərimin nazil olduğu vaxtdan
bugünə qədər müxtəlif əşyalar üzərində yazıya alınmışdır. Qə-
dim dövrlərdən ceyran dərisi üzərində, taxta üzərində, sümük və
kağız üzərində yazılmışdır. Bu yazılar müxtəlif xəttatlar tərə-
findən müxtəlif səpkilərdə yazılmışdır. Hicazda, Misirdə, Suri-
yada, İranda və Türküstanda gözəl xətt nümunələri ilə yazılan
Quranlar İslam və Şərq incəsənətinin və mədəniyyətinin parlaq
nümunəsidir. Bunların ən mühümü və məşhuru Osman Taha,
Neyrizi və Əl-Amidinin gözəl xəttlə yazdıqları Quranlardır.
e) Quran və onun ecazkarlığı. Alimlərin nəzərinə əsasən
İslam peyğəmbərinin ən böyük möcüzəsi Qurani-Kərimin özü-
dür. Qurani-Kərimin morfologiya və sintaksis baxımından, bədii
üslub qaydaları baxımından ayələrdə əks olunan fəlsəfi-ictimai,
hüquqi və elmi qayda-qanunlar baxımından misli-bərabəri olma-
yan bir əsərdir. Onda olan ayələr arasında heç bir ziddiyyət ol-
madığından və hər bir ayə başqa ayələrin mənasını aydınlaşdırdı-
ğı baxımından bir möcüzə sayılır. Misal üçün Quranın bütövlü-
yündə “səmiun-bəsir” sözləri qoşa işlənmişdir və həmişə “səmi”
sözü “bəsir” sözündən öndə gəlmişdir. Bu da bir elmi məsələni
açıqlayır ki, insan üzvünün eşitmə funksiyası görmə funksiya-
sından daha əhəmiyyətlidir. İnsan yatanda da əvvəl gözü yatır,
sonra qulağı. Demək, qulaq gözdən daha mühümdür.
Dostları ilə paylaş: |