114
sadiq qalmağa, farsca mətni olduğu kimi çevirməyə çalışırsa,
başqa bir tərəfdən də tam sərbəstliyə yol verir, tərcüməyə öz
əlavələrini artırır. Tərcümədəki mənzum hekayətlərin bir ço-
xunda Əhmədi klassik tərcümə sənətinin sərbəst-yaradıcı qolu-
nun nümayəndəsi kimi çıxış edir. Bu qəbildən olan hekayətlərin
tərcümə xüsusiyyətləri göstərir ki, Əhmədinin başlıca tərcümə
prinsipi Əttarın kiçik həcmli, yığcam hekayətlərinin məzmunu-
nu tərcümədə daha geniş şəkildə, əlavələr və artırmalarla ver-
mək olmuşdur. Şirazi kimi, Əhmədi də tərcüməyə artırdığı əla-
vələri ilə hadisələrin daha geniş və əhatəli təsvirinə, məzmunun
tam və ətraflı açıqlanmasına can atmışdır.
XVI yüzillikdə
Azərbaycanda tərcümə sənəti
XVI yüzillikdə Azərbaycanda tərcümə sənəti daha geniş
inkşaf etmişdir. Bu əsrə aid tərcümə nümunələri sayca çoxluğu
ilə yanaşı, mövzu və forma baxımından rəngarəngliyi ilə də
seçilir. Onların içərisində həm nəzmlə, həm də nəsrlə edilmiş
tərcümələr də vardır.
XVI əsrə aid tərcümə nümunələrimizin tam olmayan siya-
hısı belədir: Füzulinin “Hədisi-ərbəin” tərcüməsi və “Hədiqə-
tüs-süəda” adlı sərbəst tərcüməsi, Həzini adlı şair-tərcüməçinin
“Hədisi-ərbəin” tərcüməsi, Nişatinin “Şühədanamə” və “Şeyx
Səfi təzkirəsi” adlı tərcümələri, Bəvazicinin “Kəvamilut-təbir”
tərcüməsi, Məqsudinin “Möcüznamə” tərcüməsi.
XVI əsrin Azərbaycan poetik tərcümələri içərisində Füzu-
linin “Hədisi-ərbəin” tərcüməsi xüsusi yer tutur. Füzulinin qırx
qitədən ibarət “Hədisi-ərbəin” tərcüməsi Əbdürrəhman Cami-
nin (1414-1492) fars dilində qitə (dördlük) şəklində yazdığı
“Çehel-hədis” əsərindən çevrilmişdir. Məhəmməd peyğəmbərin
(s.) qırx məşhur hədisi əsasında qələmə alınmış bu qitələri Fü-
zuli böyük ustalıq və sənətkarlıqla ana dilinə tərcümə etmişdir.
115
Tərcüməyə nəsrlə yazdığı kiçik girişdə Füzuli bu “qırx
gövhər danəsini” “ümumfeyz üçün” ana dilinə çevirdiyini qeyd
edir.
Füzulinin tərcüməsi ilə farsca əslinin müqayisəsi dahi şai-
rimizin tərcümə sənətinə böyük məsuliyyətlə yanaşdığını, Ca-
minin qitələrini olduqca dəqiq şəkildə çevirməyə can atdığını
üzə çıxarır.
Son vaxtlar aşkara çıxardığımız Həzininin “Hədisi-ərbəin”
tərcüməsi də nəzmlədir. 1524-cü ildə tamamlanmış bu tərcümə-
nin əsli Məhəmməd Üsfüruninin ərəb dilində nəsrlə yazdığı
“Şərhi-hədisi ərbəin” əsəridir. Həzini “Hədisi-ərbəin” tərcümə-
sində əvvəlcə hədisin özünü (ərəbcə), sonra isə onun məzmu-
nuna uyğun bir-iki kiçik mənzum hekayət verir. Böyük tərbiyəvi
əhəmiyyət daşıyan bu hekayətlər Məhəmməd peyğəmbərin (s.),
Fatimənin (ə.), imam Əli (ə.), xəlifə Ömər (r.), və tərki-dünya
sufilərin həyatı ilə bağlı hadisələrdən götürülmüşdür.
Məsnəvi şəklində qələmə alınmış “Hədisi-ərbəin” tərcü-
məsi orta yüzilliklərin başqa tərcümələri kimi sadə və anlaşıqlı
bir dildədir.
Orta əsrlərə aid nəsr tərcümələri
Orta əsrlərə aid Azərbaycan tərcümə əsərləri sırasında
nəsr tərcümələrinin özünəməxsus yeri vardır. Məlum olduğu
kimi, milli Azərbaycan bədii nəsri nəzmə nisbətən sonralar
yaranmış və az yayılmışdır. Bundan əlavə nəzmə nisbətən nəsr-
də dil öz imkanlarından daha geniş şəkildə istifadə edə bilir. Bu
baxımdan XVI yüzilliyə aid Azərbaycan nəsr tərcümələri istər
bədii nəsrimizin, istərsə də yazılı ədəbi dil tarixinin araşdırılma-
sı baxımından dəyərli qaynaqlardır. Bu dövrün nəsr tərcümələ-
rindən ikisi XVI əsrin istedadlı Azərbaycan mütərcimi şirazlı
Məhəmməd ibn Hüseyn Nişatinin qələmindən çıxmışdır.
Bunlar “Şühədanamə” və “Şeyx Səfi təzkirəsi” adlı irihəcmli
nəsr əsərləridir. Nişati bu tərcümə əsərlərindən birincisini –
“Şühədanamə”ni 1539-cu ildə tamamlamışdır.
116
“Şühədanamə” dövrünün məşhur ilahiyyatçısı, alimi və
yazıçısı Hüseyn Vaiz Kaşifinin “Rövzətüş-şühəda” (Şəhidlər
bağçası) əsərindən tərcümə olunmuşdur. Orta yüzilliklərdə, xü-
susilə də XVI əsrdə geniş şöhrət qazanmış “Rövzətüş-şühəda”
dini məzmun daşıyır. Əsər əsasən imam Hüseynin (ə.) Kərbəla
müsibətinə həsr olunsa da, onda başı bəlalar çəkmiş peyğəmbə-
rlərin (ə.), sonuncu peyğəmbərin (s.), Həzrət Fatimə (ə.), imam
Əli (ə.) və imam Həsənin (ə.) həyatı ilə bağlı faciəli hadisələrə
də müəyyən yer ayrılmışdır. “Şühədanamə”nin mütərcimin öz
əli ilə yazılmış və dünyada yeganə əlyazması Azərbaycan Milli
Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda saxlanılır.
Tərcümə ilə onun əslinin müqayisəsi göstərir ki, Nişati
farsca mətnə tam sadiq qalmağa, əsəri mümkün qədər dəqiq çe-
virməyə can atmışdır. Nişatinin özünün yazdığı kimi, o, “Röv-
zətüş-şühəda”nı fars dilini bilməyən “türk oymaqlarının” sakin-
ləri üçün ana dilinə çevirmişdir. Məhz buna görə də, mütərcim
yüksək dəbdəbəli üslubda yazılmış “Rövzətüş-şühəda”nı bütün
həmvətənlərinin başa düşəcəyi, anlaşıqlı bir dillə tərcümə et-
117
məyə çalışmışdır. Tərcüməçi bu məqsədlə ana dilinin zəngin
ifadə vasitələrindən, şirin və duzlu Təbriz ləhcəsindən götür-
düyü məhəlli sözlərdən böyük ustalıqla istifadə etmişdir. Nişati
“Şühədanamə”də hətta bu gün belə ədəbi dilimizdə işlənən bir
çox ərəb-fars sözlərinin türkcə qarşılıqlarını işlətmişdir. Məsə-
lən: arzu – dilək, qatil – qanlı, qəbilə – oymaq, qədim – əski,
düşmən – yağı, zəhər – ağu, əmr – buyuruq, məktub – bitik,
mübarək – qutlu, nəhayət – sonuc, payız – güz, sifət – bəniz,
şahid – tanıq və s.
Kaşifinin “Rövzətüş-şühəda” əsərinin məşhurluğuna və
mötəbərliyinə baxmayaraq, Nişati tərcümədə müəyyən sər-
bəstliyə də yol vermişdir. Belə ki, o, orijinaldakı müəyyən kiçik
epizodları və 300 beytə yaxın şeir parçasını tərcümə etməmiş,
buraxmışdır. Nişati tərcüməyə özü yazdığı 36 beytlik ayrı-ayrı
şeir parçaları da əlavə etmişdir. Bununla belə, orta əsrlərin
mənzum tərcümələri ilə müqayisədə “Şühədanamə” ilə onun
əsli arasındakı bu cür fərqlər çox kiçik görünür. Bu hal orta
əsrlərin başqa nəsr tərcümələrində də müşahidə olunur.
Nişatinin ikinci tərcümə əsəri – “Şeyx Səfi təzkirəsi”
Səfəvilərin ulu babası Şeyx Səfiəddinin (ölüm tarixi 1344-cü il)
həyatından bəhs edir. Tərcümənin farsca əslini – “Səfvətüs-
səfa” əsərini də Azərbaycan yazıçısı İbn əl-Bəzzaz Ərdəbili
(XIV əsr) qələmə almışdır. 1542-ci ildə tamamlanmış “Şeyx
Səfi təzkirəsi”nin Nişatinin öz əli ilə yazdığı əlyazması günü-
müzə qədər gəlib çatmışdır. Vaxtilə Ərdəbildəki Şeyx Səfi
məqbərəsinin vəqf malı olan bu əlyazma XIX yüzillikdə çar
Rusiyasına gətirilmiş və hazırda Sankt-Peterburqdakı Saltıkov-
Şedrin adına Kütləvi Kitabxanada saxlanılır. Bu qiymətli yazılı
abidə də ədəbi dilimizin, tarix və etnoqrafiyanın araşdırılması
baxımından əvəzsiz və zəngin qaynaqdır. Ömrünü Şiraz şəhə-
rində keçirmiş Nişati həm də XVI yüzilliyin məşhur xətt ustala-
rından biri olmuşdur. Onun əli ilə köçürülmüş bir neçə əlyazma
dünyanın məşhur muzey və kitabxanalarını bəzəyir. “Şeyx Səfi
təzkirəsi” ilk dəfə olaraq 2006-cı ildə nəşr olunmuşdur (tərtib-
çilər: M.Nağısoylu, S.Cabbarlı, R.Şeyxzamanlı).
Dostları ilə paylaş: |