Microsoft Word Hikmet 15. doc



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76442
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

F
əlsəfə   73 
 
 
Qulamrzanın h
ərisliyi o dərəcəyə çatmışdı ki, hətta ölkənin cənub limanlarında 
i
şləyən yükdaşıyan fəhlələr də “pay” verməyincə, gəmiyə ayaq basa 
bilm
əzdilər.  
İran tərəfinin hesablamalarına görə, xarici şirkətlərin çıxardıqları neftə 
qoyulan 
ədalətsiz qiymətlər nəticəsində ölkəyə dəyən ilk zərərin məbləği ayda 
azı 40 milyon dollar t
əşkil edirdi. Neftin nəql və emal edilməsi, habelə 
satı
şından bu şirkətlərin əldə etdiyi mənfəətdən İran xəzinəsinə heç bir şey daxil 
olmurdu.  
İranın iqtisadiyyatı ağır böhran keçirirdi. Milli borc milyard dollara 
çatırdı. Alınmı
ş borcların təkcə faizini ödəmək üçün İran hər il 100 milyon 
dollar öd
əməli idi. Ölkədə işsizlərin sayı 3 milyon nəfəri ötmüşdü.  
Bu bar
ədə “Krestyanka” jurnalının 1961-ci il dekabr nömrəsində  dərc 
olunmu
ş “Qarət olunmuş İran” sərlövhəli məqalədə müəllif Y.Fyodrov yazırdı : 
“On minl
ərlə İran kəndlisi acınacaqlı vəziyyətdə yaşayır. Ağır siyasi əsarət və 
amansız istismar 
İran kəndlərində son həddə çatmışdır. Ölkədə  əkin 
torpaqlarının  70 faizi mülk
ədarların, 18 faizi hökumətin və  şah sarayının, 
yalnız 12 faizi k
əndlilərin əlindədir. Bir qayda olaraq mülkədar  öz torpaqlarını 
icar
əyə verir və    məhsulun 80 faizinə sahib olur. Müxtəlif mükəlləfiyyət və 
töycül
ər kəndlini əldən salır. İşsizlik 100 minlərlə adamı əhatə edir. Dözülməz 
ya
şayışdan təngə  gəlmiş insanlar özünü öldürür, dəli olur, cinayətə  əl atırlar. 
Kirman 
əyalətində qulluqdan çıxarılmış  Həbib Sani 10 yaşlı qızını elektrik 
c
ərəyanı ilə öldürmüş, 4 və 6 yaşlı uşaqlarını hovuzda boğmuşdur.” 
S
əfalət və işsizlik xalqı ümidsiz bir hala gətirib çıxarmışdı. Pəhləvilərin 
yarım 
əsrdən çox sürən hakimiyyəti dövründə müflisləşən  İran xalqı eyni 
zamanda h
ər bir insani hüquqlardan da məhrum idi. Hakimiyyətin “gözü, 
qula
ğı” sayılan “SAVAK” adlı gizli siyasi polis mütləqiyyətin “vuran  əli” idi. 
1957 – 1967 – ci ill
ərdə, yəni öz varlığının ilk onilliyində SAVAK ağlagəlməz  
cinay
ətlər törətmiş,  İran xalqının ən ləyaqətli oğullarına – 360 min siyasi 
m
əhbusa gizli polis idarəsinin zirzəmilərində  işgəncələr vermiş, çoxunu 
m
əhkəməsiz dara çəkmiş, ən təhlükəli hesab etdiklərinin boynuna daş bağlayıb 
vertolyotlardan d
ənizə atmışdı. Tehran yaxınlığındakı dağın altında tikilmiş və 
“Evin” adlanan bel
ə zirzəmilərdən birində minlərlə insan cəsədi tapılmışdı.  
İran xalqının dilənçi kökündə yaşamasının səbəbini dərk edən 
v
ətənpərvər qüvvələr ölkənin hərbi ittifaqlardan çıxmasını, xəyanətkar siyasətin 
d
əyişdirilməsini, sülhsevər ölkələrlə dostluq əlaqələri yaradılmasını tələb 
edirdil
ər. Belə ki, İran  İslam  İnqilabının qələbəsində mühüm rol oynayan 
ruhanil
ər İran tarixində təkrarolunmaz səhifələr yazdılar.  
XX 
əsrin 60-cı illərində  İranın  ən nüfuzlu ruhanilərindən biri də  məhz 
Ay
ətullah Ruhulla Musəvi Xomeyni (r.ə) idi. Şah rejiminin İmam tərəfindən 


74   Щикмят 
 
 
açıq – a
şkar  şəkildə  tənqid edildiyi 1964 – 1965-ci illərdə ruhanilərin 
mübariz
əyə qalxması, onların əqidə birliyinin  bir nümunəsi olaraq xalq 
arasında ehtiramla qar
şılandı. Həmin il şah  İran ruhaniliyinin əleyhinə çox 
k
əskin çıxış etdi. Onun bu çıxışı müqabilində  İmam ruhanilərə üz tutub dedi: 
“Özünüzü ölm
ək üçün, zindana düşmək üçün hazırlayın. Özünüzü döyülmək, 
söyülm
ək və  təhqir edilmək,  İslamı və müstəqilliyi müdafiə etmək yolunda 
müsib
ətlərə dözmək üçün hazırlayın və möhkəm olun.” Pəhləvinin  şah 
hökum
əti arasında başlanan kəskin ziddiyyət Xomeynini ölkəni tərk etməyə və 
15 il
ə yaxın bir müddət  ərzində, yəni 1978-ci il İran inqilabı başlayana kimi 
mühacir
ətdə yaşamağa məcbur etdi. Ayətullah Xomeyninin şah rejiminə qarşı 
mübariz
əsinin mühüm  tərkib hissəsini onun nəzəri – ideoloji fəaliyyəti təşkil 
edirdi. Bel
ə ki, o, İslam dininin ali  mənəvi dəyərlərinə aid çoxsaylı və çoxcildli 
əsərlər yazmışdı. 1972 – ci ildə yazdığı “Sirrin faş edilməsi” əsərində Xomeyni, 
Rza 
şahın siyasətini kəskin tənqid edərək 20 – 30 - cu illərdə    qəbul edilmiş 
qanunvericilik aktlarının l
əğvini tələb edirdi.  
D
əfələrlə  həbs edilən və ölkədən sürgün olunan imam Xomeyni bir 
müdd
ət Türkiyədə qaldıqdan sonra şiə məktəbinin mərkəzi sayılan İraqın Əl – 
N
əcəf şəhərinə köçür və şaha qarşı mübarizəsini buradan davam etdirir. Bir gün  
N
əcəfdə yaşadığı vaxt Küveytdən imama havanı sərinlətmək üçün münasib bir 
kondisioner gönd
ərirlər. Onu mənzildə quraşdırmaq üçün israr edənlərə imam 
icaz
ə vermir və deyir: “Sahibinə qaytarın!” Xomeyni Nəcəfdə yaşadığı zaman 
h
ətta şəxsi maşınının  belə olmasına razılıq vermirdi. Buna görə də o, həmişə 
kiray
ə etdiyi maşında gedib – gəlirdi.  
 
İmam Xomeyni İrana antişah, antihökumət məzmunlu vərəqlər, 
b
əyanatlar, kasetlər göndərir, bu yolda gecə - gündüz  istirahət etmədən çalışır, 
ruhundakı m
ətinlik xəttindən geri çəkilmirdi.  Daha sonra alim –ruhani 
mühacir
ət həyatını Fransada davam etdirməli oldu.  
İmam Xomeyni Fransada yaşayan zaman ətrafındakı adamlara 
tap
şırmışdı ki, elə vaxt hərəkət edin ki, qonşular narahat olmasınlar. Qonşuların 
hamısı m
əsihi idi. Məhz onun bu cür səmimi rəftarının nəticəsi idi ki, imam 
İrana qayıdan zaman oranın məsihi əhalisi çox narahat olmuş, imamdan, onun 
nurani simasından, yüks
ək təfəkkürə malik əxlaqi dəyərlərindən, gözəl düşüncə 
v
ə fikirlərindən ayrılmaq istəməmişdilər. Onlar imamdan təəssüflə ayrılarkən 
çox k
ədərlənmiş və ona bir ovuc Fransa torpağı hədiyyə vermişdilər.  
Qaydaya gör
ə, Parisdə yalnız müəyyən edilmiş yerlərdə heyvan kəsməyə 
icaz
ə verilir. Bir gün şəhərin Nofel Luşato qəsəbəsində imamın iqamətgahında 
bir qoyun k
əsilir. İmam küfr məmləkətində olmasına baxmayaraq, buyurur: “Bu 
ölk
ənin qanununa əməl edilmədiyinə görə, mən bu ətdən yemərəm.”  


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə