Mövzu 5 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası



Yüklə 308,85 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix01.11.2017
ölçüsü308,85 Kb.
#7761
1   2   3   4   5   6   7   8   9   10

kiçik və orta şirkətlərin hərəkətini stimullaşdıracaq. Belə bir şəraitdə yüksək ixtisaslı işçilərə tələb 

həddən artıq yüksək olacaq. 

Yaxın  zamanlarda  miqrantların  mövcud  strukturunda  köklü  dəyişikliklər  gözlənilmir. 

Lakin, aşağı ixtisaslı işçi qüvvəsinin kütləvi, pis təşkil edilmiş immiqrasiyası öz  yerini məqsədli 

təyinata görə kollektiv müqavilələrə verəcəkdir. 

2.

 



ABŞ.  Müasir  dünyanın  iqtisadi  cəhətdən  ən  inkişaf  etmiş  ölkəsi  sayılan  ABŞ  həm 

yüksək, həm də aşağı ixtisaslı işçi qüvvəsinin miqrasiyasının əsas istiqamətidir. Hər il bu ölkəyə 

ümumilikdə  digər  ölkələrə  gələn  immiqrantlardan  daha  çox  işçi  qüvvəsi  axın  edir.  Müxtəlif 

ölkələrdən  işləmək  üçün  ABŞ-a  gedən  miqrantlar  2002-ci  ilin  yekunlarına  görə,  ölkənin  işçi 

qüvvəsinin 12,4%-ni təşkil edir. Orta hesablamalara görə, ABŞ-a leqal şəkildə ildə 740 min nəfər 

immiqrasiya edir və 160 min nəfər emiqrasiya edir. Təmiz immiqrasiya (miqrasiya saldosu) 580 

min nəfər təşkil edir. 

ABŞ-a müharibədən sonrakı immiqrasiya üç mərhələdən ibarət olub. Birinci mərhələ kimi 

güclü  Avropa  emiqrasiyasını  göstərmək  olar.  Bu  zaman  Qərbi  Avropadan  ABŞ-a  6,6  milyon 

nəfərdən artıq adam köç edib. İkinci mərhələ isə 1965-ci ildən başlayıb. Belə ki, xüsusi qanunun 

qəbul  edilməsi  üçün  Asiya  və  latın  Amerikası  ölkələrindən  olanlara  əlverişli  şərait  yaradılıb. 

Üçüncü mərhələnin başlanğıcı kimi 1993-cü il göstərilir. Bu zaman Avropa ölkələrindən, xüsusilə 

də İrlandiya, Böyük Britaniya, İtaliya, Polşadan olan immiqrantlara üstünlük verilməyə başlandı. 

Bu  cür  istiqamət  dəyişmə  onunla  əlaqədardır  ki,  yaxın  zamanlarda  ABŞ  ağ  dərili  əhalinin  azlıq 

təşkil etidiyi ölkəyə çevrilə bilər. ABŞ-ın Hadson İnstitutunun hesablamalarına görə, 1985-ci illə 

müqayisədə  2000-ci  ildə  ağ  dərili  əhalinin  məşğul  əhalidə  malik  olduğu  pay  83%-dən  57%-ə 

düşmüş, “rəngli” dərili əhalinin payı isə 10%-dən 20%-ə qədər artmışdır. 

Aşağı ixtisaslı işçi qüvvəsinin əsas  hissəsi ABŞ-ın  yaxınlığında  yerləşən Latın Amerikası 

ölkələrindən,  xüsusilə  Meksikadan,  Karib  hövzəsi  ölkələrindən  gəlir.  Yüksək  ixtisaslı  işçilər 

ABŞ-a demək olar ki, bütün dünya ölkələrindən, o cümlədən Latın Amerikası ölkələrindən, Qərbi 

Avropadan, Rusiyadan, Hindistandan immiqrasiya edir. 

Hələ  1950-ci  illərdə  həyata  keçirilməyə  başlanmış  yüksək  ixtisaslı  işçilərin  cəlb  edilməsi 

siyasəti  hazırda  davam  etdirlir.  Belə  ki,  ABŞ  Konqresinin  qərarına  görə  immiqrasiya  zamanı 

yüksək ixtisaslı işçilərə, mühəndislərə, menecerlərə, tibb işçilərinə, fundamental sahələrdə çalışan 

elm adamlarına üstünlük verəcəkdir. 

Son zamanlara qədər ABŞ yüksək ixtisaslı işçiləri əsasən Hindistan və Misir ixrac etmişdir. 

1980-ci  illərdə  Hindistandan  ABŞ-a  işləmək  üçün  20  min  nəfərdən  çox  yüksək  ixtisaslı  işçi 

emiqrasiya etmişdir. Ərəb dünyasından ABŞ-a gələn yüksək ixtisaslı işçilərin 2/3-i Misirin payına 

düşür.  Qərbi  yüksək  ixtisaslı  işçilərlə  təmin  edən  ölkələr  sırasında  həmçinin  Pakistanı  da 

göstərmək olar. 

3.

 

Avstraliya. Ölkədə təxminən 200 min nəfər xarici işçi qüvvəsindən istifadə edilir. Şərqi 



və Cənub-Şərqi Asiyadan, həmçinin Şərqi və Mərkəzi Avropadan olan miqrantlar üstünlük təşkil 

edir. 


Avstraliya  da  ABŞ  kimi  immiqrantların  assimilyasiyasına  yönəlib.  1950-60-cı  illərdə 

həyata  keçirilən  immiqrasiya  siyasəti  Şərqi  və  Mərkəzi  Avropadan,  xüsusilə  də  İtaliya, 

Yunanıstan  və  Yuqoslaviyadan  immiqrantların  cəlb  edilməsinə  yönəlmişdi.  1970-ci  illərdən 

başlayaraq immiqrasiya siyasəti Asiya ölkələrinə istiqamətləndi. 1970-ci illərin ortalarında Şərqi 

və  Cənub-Şərqi  Asiya  ölkələrindən  gələnlərin  sayı  1960-cı  illərə  nisbətən  30%  çoxaldığı  halda, 

Şərqi və Mərkəzi Avropadan olanların sayı bu dövrdə 25% azalıb.  




1982-ci ildən başlayaraq Avstraliya ölkədə biznesin inkişafına yönəlmiş  yeni immiqrasiya 

siyasəti  yeridir.  Bu  siyasətə  görə  ilk  növbədə  ölkə  iqtisadiyyatına  investisiya  yatırmış 

immiqrantlar  qəbul  edilir.  1990-cı  illərin  əvvəllərində  bu  siyasətin  nəticəsində  Avstraliya 

iqtisadiyyatına 1,2 milyard dollar sərmayə cəlb edilib, 9 min investor və onların 28 min nəfər ailə 

üzvləri ölkədə yaşamaq üçün viza alıblar. 

Müasir  mərhələdə  miqrasiyanın  bir  xüsusiyyəti  kimi  də  immiqrantları  cəlb  edən  yeni 

mərkəzlərin  yaranmasıdır.  XX  əsrin  60-cı  illərinin  sonu  70-ci  illərinin  əvvəlindən  etibarən  işçi 

qüvvəsini  cəlb  edən  yeni  mərkəzlər  meydana  gəlməyə  başladı.  Bu  regionlarda  yüksək  iqtisadi 

artım  templəri,  emaledici  sənayenin  inkişafı,  iri  həcmli  xarici  kapital  cəlbi  müşahidə  edilir  ki, 

bunlar da əlavə əmək resurslarına ehtiyac yaradır. Bu mərkəzlərə aşağıdakılar aiddir. 

1.

 

Asiya – Sakit okean regionu ölkələri. Regionda qitədaxili miqrasiya axınları ötən  yüz 



il  ərzində  durmadan  müşahidə  edilməsinə  baxmayaraq,  burada  situasiya  1980-ci  illərindən 

ortalarından  radikal  olaraq  dəyişməyə  başlamışdır.  Ərəb  ölkələrinə  tərəf  hərəkət  1970-ci  illərin 

əvvəllərindən müşahidə edilmişdir. Lakin, 1980-ci illərin sonlarından başlayaraq miqrasiya axını 

Asiyadaxili istiqamətə, xüsusilə də yüksək iqtisadi artım nümayiş etdirən ölkələrə - Yaponiyaya, 

Cənubi Koreyaya, Tayvana, Honqkonqa, Sinqapura,  Malayziyaya, Bruneyə doğru  yönlənmişdir. 

Bu  ölkələrin  əksəriyyətində  iqtisadi  inkişafla  yanaşı  işçi  qüvvəsi  kəsirinə  gətirib  çıxarmış 

doğumun azalması prosesi də baş vermişdir.  

Hazırda  regionda  işçi  qüvvəsinin  əsas  idxalatçıları  Bruney,  Yaponiya,  Honq-Konq, 

Malayziya,  Pakistan,  Sinqapur,  Cənubi  Koreya  və  Tayvandır.  İşçi  qüvvəsinin  əsas  ixracatçıları 

kimi  Çin,  Vyetnam,  Laos  və  digər  ölkələr  çıxış  edirlər.  Digər  tərəfdən,  əsasən  Cənub-Şərqi 

Asiyada yerləşən yeni sənaye ölkələrinin güclü inkişafı nəticəsində  regiona immiqrant axını xeyli 

güclənmişdir. 

2.

 

Yaxın Şəqrin neft hasil edən ölkələri. Bu iş qüvvəsi bazarı 1970-ci illərdə formalaşıb. 



1990-cı  illərin  əvvəlində  bu  regiona  4,5  milyon  nəfərdən  artıq  xarici  işçi  cəlb  olunduğu  halda, 

yerli işçilərin sayı 2 milyon nəfərə bərabər idi.  

Bir  sıra  ölkələrdə  xarici  işçi  qüvvəsinin  ümumi  məşğul  əhalidə  malik  olduğu  pay  xeyli 

yüksəkdir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində bu göstərici 97%, Qətərdə 95,6%, Küveytdə 

86,5% təşkil edir. Səudiyyə Ərəbistanı və Bəhreyndə də immiqrantların xüsusi çəkisi böyükdür – 

hər iki ölkədə bu göstərici 40%-ə bərabərdir.  

Yaxın Şərqdə işçi qüvvəsinin əsas ixracatçısı Misirdir. Yaxın Şərqdə həmçinin yaxınlıqda 

yerləşən ərəb ölkələrindən (Suriya, Livan, İordaniya, İraq, Fələstin və s.), Şərqi və  Cənub-Şərqi 

Asiya  ölkələrindən  (Hindistan,  Pakistan,  Filippin,  Banqladeş  və  s.)  olan  miqrantlar  da  çalışırlar. 

Son  zamanlar  Asiyadan,  xüsusilə  də  Cənub-Şərqi  Asiyadan  olan  işçi-miqrantlara  yönəlmə 

güclənmişdir. Bu, həmin regiondan olan miqrantların axınına asan nəzarət edilməsi ilə bağlıdır. 

Yaxın  Şərq  ölkələrinin  işçi  qüvvəsinin  əsasını  təşkil  edən  immiqrantlar  eyni  zamanda  öz 

ölkələrinin iqtisadiyyatlarının stimullaşdırılmasının vacib amili kimi də çıxış edirlər. Daha əvvəl 

qeyd edildiyi kimi, Misir, İordaniya, Yəmən və digər ölkələr üçün xaricdən pul köçürmələri xarici 

valyuta axınının əhəmiyyətli mənbəyidir. 1990-cı illərin ortalarında bu regionda emiqrantların pul 

köçürmələri 3,2 milyard dollara bərabər olub. Pul köçürmələri bəzən əmtəə ixracından əldə edilən 

gəlirlərdən çox olur. 

3.

 



Latın Amerikası ölkələri. Burada miqrantların ümumi sayı 3 milyon nəfərə bərabərdir. 

Bu  regionda  mövsümi  kənd  təsərrüfatı  işləri  ilə  bağlı  miqrasiya  daha  geniş  yayılıb.  Artıq  Latın 

Amerikasının  bəzi  ölkələri  keçmiş  SSRİ  və  Şərqi  Avropa  ölkələrindən  olan  immiqrantlata  öz 

maraqlarının  olduqlarını  bildirirlər.  Argentina,  Boliviya,  Braziliya,  Venesuela,  Çili  və  Paraqvay 




Yüklə 308,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə