Mövzu 5 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası



Yüklə 308,85 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix01.11.2017
ölçüsü308,85 Kb.
#7761
1   2   3   4   5   6   7   8   9   10

BMT-nin  hesablamalarına  görə,  1975-ci  ildən  etibarən  dünyada  miqrantların  sayı  demək 

olar  ki,  iki  dəfə  artaraq  2000-ci  ilin  yekununa  görə,  175  milyon  nəfər  təşkil  etmişdir  ki,  bu  da 

bütün dünya əhalisinin 3%-i deməkdir. Miqrantların coğrafi regionlara görə bölgüsünü və onların 

artım həcmini Cədvəl 7.1-dən görmək olar. 

Cədvəldən  göründüyü  kimi,  miqrantların  çoxu  Avropada  (56  milyon  nəfər),  Asiyada  (50 

milyon  nəfər)  və  Şimali  Amerikada  (41  milyon  nəfər)  yaşayır.  BMT-nin  apardığı  tədqiqatlar 

göstərir ki, miqrantların 60%-i inkişaf etmiş ölkələrdə, 40%-i isə daha az inkişaf etmiş ölkələrdə 

yaşayırlar.  Faktiki  olaraq,  inkişaf  etmiş  ölkələrin  əhalisinin  hər  10  nəfərindən  biri  miqrantdır. 

İnkişaf etməkdə olan ölkələrdə isə hər 70 nəfərə bir miqrant düşür. 

1990-2000-ci illər ərzində dünyada miqrantların sayı 21 milyon nəfər və ya 14% artmışdır. 

Miqrantların  sayı  inkişaf  etmiş  regionlarda  artmış,  inkişaf  etməkdə  olan  regionlarda  isə 

azalmışdır. Avropa, Şimali Amerika, Avstraliya, Yeni Zelandiya və Yaponiyada miqrant axını 23 

milyon nəfər və ya 28% artmışdır. 

Cədvəl 7.1 

Əsas regionlar üzrə miqrant axınlarının həcmi və artımı, 1990-2000 

 

Əsas regionlar 

1990 

2000 

Dəyişmə: 1990-2000 

(min 


nəfərlə) 

(min 


nəfərlə) 

(min 


nəfərlə) 

%-lə 


Dünya 

153 956 

174 781 

20 825 

13.5 

İnkişaf etmiş regionlar 

81 424 

104 119 


22 695 

27.9 


Zəif inkişaf etmiş regionlar 

72 531 


70 662 

-1 869 


-2.6 

Lap zəif inkişaf etmiş ölkələr 

10 992 

10 458 


-534 

-4.9 


Afrika 

16 221 


16 277 

56 


0.3 

Asiya 


49 956 

49 781 


-175 

-0.4 


Avropa 

48 437 


56 100 

7 663 


15.8 

Latın  Amerikası  və  Karib 

hövzəsi 

6 994 


5 944 

-1 051 


-15.0 

Şimali Amerika 

27 597 

40 844 


13 248 

48.0 


Okeaniya 

4 751 


5 835 

1 084 


22.8 

 

Mənbə: International Migration Report 2002. United Nations. New York 2002. 

 

Son  onillikdə  Şimali  Amerikada  miqrantların  sayı  13  milyon  nəfər  (48%)  artdığı  halda, 



Avropada bu artım 8 milyon nəfər və ya 16% təşkil etmişdir. İnkişaf etməkdə olan regionlarda isə 

1990-2000-ci  illər  ərzində  miqrant  əhalinin  sayı  2  milyon  nəfər  azalmışdır.  Latın  Amerikası  və 

Karib hövzəsi ölkələrində miqrantların sayı 1 milyon nəfər və ya 15% azalma göstərmişdir. 

 

BMT-nin rəqəmlərinə görə, 1995-2000-ci illərdə dünyanın daha inkişaf etmiş regionlarına 



daha az inkişaf etmiş regionlar tərəfindən təxminən 12 milyon nəfər miqrant  ixracı baş verib ki, 

bu  da  illik  2,3  milyon  miqrant  deməkdir.  Bu  dövrdə  Şimali  Amerikaya  hər  il  1,4  milyon  nəfər 

miqrant gəlib. 



 

Miqrantların  sayına  görə  ilk  20  yeri  tutan  ölkə  Şəkil  7.1-də  göstərilib.  35  milyon  nəfər 

miqranta malik ABŞ birinci yeri tutur. Onu 13 milyon nəfər miqrantla Rusiya və 7 milyon nəfər 

miqrantla Almaniya izləyir. 

 

Şəkil  7.2-də  əhalinin  ümumi  sayında  miqrantların  sayının  çox  olduğu  ilk  20  ölkə  əks 



etdirilib.  Şəkildən  göründüyü  kimi,  ilk  dörd  ölkə  Qərbi  Asiyada  yerləşir:  Birləşmiş  Ərəb 

Əmirlikləri (74%), Küveyt (58%), İordaniya (40%) və İsrail (37%). 

 

İşçi  qüvvəsinin  beynəlxalq  miqrasiyasına  gəldikdə  isə  müasir  dövrdə  o,  bir  sıra 



xüsusiyyətlərə  malikdir.  İlk  öncə  əmək  miqrasiyasının  artan  həcmlərini  qeyd  etmək  lazımdır. 

Əgər 1960-cı ildə işçi-miqrantların sayı 3,2 milyon nəfərə bərabər idisə, 1995-ci ildə bu rəqəm 10 

dəfə artaraq 35 milyon nəfər təşkil etmiş, 1997-ci ildə isə 40 milyon nəfərə çatmışdı. 2002-ci ildə 

isə bu göstərici artıq 50 milyon nəfəri keçmişdir.

1

 

 



Son onillikdə demək olar ki, sənayecə inkişaf etmiş bütün ölkələrdə xarici işçilərin sayının 

artımı  müşahidə  edilir.  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatına  daxil  olan  bəzi  ölkələrdə 

mövcud olan vəziyyəti Cədvəl 7.2-dən görmək olar. 

 

 



 

Şəkil 7.1. Ən çox miqrantlara malik olan ölkələr, 2000, min nəfərlə. 

 

Mənbə: International Migration Report 2002. United Nations. New York 2002. 

 

 



                                                 

1

 Trends in International Migration. Annual Report 2002. OECD. Paris, 2003. 



1 634 

1 801 


1 922 

1 945 


2 088 

2 256 


2 321 

2 336 


3 028 

4 029 


4 243 

4 705 


5 255 

5 826 


6 271 

6 277 


6 947 

7 349 


13 259 

34 988 


0

5 000


10 000

15 000


20 000

25 000


30 000

35 000


40 000

İtaliya


İsveçrə 

BƏƏ 


İordaniya

Polşa


İsrail

İran


Kot d'İvuar

Qazaxıstan

Böyük Britaniya

Pakistan


Avstraliya

Səudiyyə Ərəbistanı 

Kanada

Hindistan



Fransa

Ukrayna


Almaniya

Rusiya


ABŞ


Yüklə 308,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə