Mövzu 5 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası



Yüklə 308,85 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix01.11.2017
ölçüsü308,85 Kb.
#7761
1   2   3   4   5   6   7   8   9   10

Əksər ölkələr immiqrasiya tənzimlənməsi zamanı selektiv yanaşmadan istifadə edirlər. Bu 

zaman ölkə ona lazım olan şəxslərin gəlişinə mane olmur, digərlərinin ölkəyə daxil olmasını isə 

məhdudlaşdırır.  

Müxtəlif immiqrasiya proqramlarında miqrantları üç kateqoriya üzrə təsnifləşdirirlər: 

1)

 

ailə  emiqrasiyası  (ər-arvad,  valideynlər,  uşaqlar,  bacı  və  qardaşlar,  yaşlı  qohumlar, 



nişanlılar və s.); mütləq surətdə ölkə vətəndaşı olan qohumun olması tələb edilir

2)

 



iqtisadi  emiqrasiya;  ölkənin  iqtisadi  inkişafına  yardım  göstərə  biləcək  ixtisasların,  xüsusi 

qabiliyyətlərin,  özəl  sahibkarlıq  fəaliyyəti  təcrübəsinin  olmasını  tələb  edir.  Emiqrantlar 

kateqoriyasının 4 növü fərqləndirilir: 

a)

 



özəl sahibkarlıq emiqrasiyası (müəsissə təsis etmək təcrübəsi və niyyəti, həmçinin bunu 

həyata keçirmək üçün kifayət qədər kapitalı vardır); 

b)

 

yaxşı təhsilə və ixtisasa malik, iş tapmaq qabiliyyətinə sahib gənc yaşda olan şəxslərin 



emiqrasiyası; 

c)

 



işəgötürənin dəvəti ilə emiqrasiya

d)

 



yaradıcılıq.  Idman,  elm  kimi  sahələrdə  beynəlxalq  əhəmiyyətli  nailiyyətlər  əldə  etmiş 

şəxslərin emiqrasiyası; 

3)

 

humanitar emiqrasiya; qaçqın statusunun verilməsini tələb edir və s. 



Yeni və perspektivli sahələrin mütəxəssisləri (proqramçılar, darixtisaslı mühəndislər və s.), 

nadir  peşə  sahibləri  (almaz  cilalıyıcıları,  şəkil  restavratorları,  qeyri-ənənəvi  müalicə 

metodlarından  istifadə  edən  həkimlər),  dünya  şöhrətli  mütəxəssislər  (musiqiçilər,  aktyorlar, 

alimlər, idmançılar, yazıçılar), sərmayə qoyuluşu edən və yeni iş yerləri yaradan iri biznesmenlər, 

həmçinin  minimal  əmək  haqqı  ilə  ağır,  ziyanlı,  çirkli  işləri  yerinə  yetirməyə  hazır  olan  işçilər 

adətən ölkələr üçün arzuolunan immiqrantlar olurlar. 

İmmiqrasiya  siyasətinin  miqrantların  kateqoriyasından  asılı  olaraq  eyni  zamanda  tətbiq 

edilə bilən üç əsas tipi fərqləndirilir: 

 

ölkəyə  immiqrantların  gəlməsinin  məhdudlaşdırılmasına  (kəmiyyətə  və  müddətə  görə) 



əsaslanan siyasət; 

 



ailə  üzvlərinin  gəlməsinə  şərait  yaradan  və  yaşayış  müddətinə  məhdudiyyət  qoymayan 

siyasət; 

 

immiqrantların  daimi  yaşayışına  icazə  verən  və  vətəndaşlıq  hüququnu  almağa  şərait 



yaradan siyasət. 

İmmiqrasiya siyasətinin bu və ya digər  formasının seçilməsi ölkədə mövcud olan iqtisadi 

vəziyyətdən, milli əmək bazarının vəziyyətindən, demoqrafik situasiyadan asılıdır. 

İmmiqrasiya siyasəti aşağıdakı elementlərdən formalaşdırılır: 

1.

 



Peşəkar səviyyə - xarici işçi qüvvəsinə keyfiyyət tələbləri: 

a)

 



Təhsil  haqqında  sertifikatın  olması.  Təhsilə  qoyulan  minimal  tələb  tam  orta  məktəb 

kursunu  və  ya  peşə-texniki  məktəbin  bitirilməsidir  ki,  bu  da  müvafiq  diplomla 

təsdiqlənməlidir.  Çox  zaman  diplomlar  yenidən  yoxlanma  və  təsdiq  edilmə 

prosedurunu keçir; 

b)

 

Ixtisas üzrə iş təcrübəsi. İşə götürmə zamanı ixtisas üzrə minimum 3-5 il təcrübəsi olan 



mütəxəssislərə üstünlük verilir. Bəzən tövsiyə  məktubları da tələb edilir. Avstraliyada 

ən azı 3 il, ABŞ-da 5 il, Kiprdə isə 2 il iş təcrübəsinə malik peşəkarlar qəbul edilir. 

2.

 

Ölkəyə  daxil  olanlara  yaş  məhdudiyyətinin  tətbiq  edilməsi.  İmmiqrantların  yaş 



məhdudiyyəti onların işləmək istədikləri sahələrə uyğun olaraq müəyyən edilir. Adətən yaş 

məhdudiyyəti 20-40 il arasında tərəddüd edir. Məsələn, Əlcəzairdə müxtəlif ixtisaslar üzrə 




işçinin yaşı 40-ı keçməməlidir, İsveç və Norveçin isə neftçilərin yaşına 20-40 yaş həddində 

məhdudiyyət tətbiq edilmişdir. 

3.

 

Potensial  immiqrantların  sağlamlıq  vəziyyətinin  yoxlanması.  Milli  qanunvericiliklər 



immiqrantların  sağlamlığına  qarşı  ciddi  tələblər  irəli  sürürlər.  Məsələn,  İsveçdə  və 

Norveçdə  ölkəyə  gəlməyə  namizəd  olan  şəxslər  ilkin  tibbi  və  psixoloji  testləşdirmədən 

keçirilir.  Narkomanlar,  psixi  cəhətdən  xəstə  şəxslər,  QİÇS-ə  yoluxmuş  şəxslər  ölkəyə 

buraxılmırlar.  İmmiqrantlar  sağlamlıq  vəziyyətləri  haqqında  xüsusi  arayış  təqdim  etməli, 

ya da xüsusi tibbi müayinədən keçməlidirlər. 

4.

 



Şəxsi  və  siyasi  xarakterli  məhdudiyyətlər  (sosial  təmizləmə).  Daha  əvvəl  cinayət 

işlədiklərinə  görə  məhkum  olunmuş  şəxslərin,  terrorist  və  faşistyönümlü  təşkilatların 

üzvləri olan şəxslərin immiqrasiyasına qadağa qoyulur. Məsələn, İrlandiyada daha əvvəl 1 

ildən  artıq  müddətə  məhkum  olunmuş  şəxslərin  ölkəyə  işləməyə  gəlməsinə  qadağa 

qoyulub.  

5.

 



İşçi qüvvəsinin idxalının birbaşa kvotalaşdırılması. İmmiqrantları qəbul edən əksər ölkələr 

onların  maksimum  kəmiyyətini  müəyyən  edirlər.  Kəmiyyət  kvotaları  ümumilikdə 

iqtisadiyyat  çərçivəsində  (ümumi  əmək  resurslarında  xarici  işçi  qüvvəsinin  maksimum 

payının müəyyən edilməsi), ayrı-ayrı sahələr çərçivəsində (sahə üzrə xarici işçi qüvvəsinin 

maksimum  payının  müəyyən  edilməsi),  ayrı-ayrı  müəssisələr  çərçivəsində  (bu  zaman 

müəssisədə xarici və milli kadrların say nisbəti müəyyən edilir) tətbiq edilə bilər. Məsələn, 

Yunanıstan müəssisələrində xarici və yerli işçilərinin sayının nisbəti 1:10-u keçməməlidir. 

Bəzən  bir  il  ərzində  ölkəyə  gələ  bilən  immiqrantların  sayına  da  məhdudiyyət  qoyulur. 

Kəmiyyət kvotalaşdırması işçi qüvvəsinin idxalının dövlət tənzimlənməsinin kifayət qədər 

sərt metodu hesab edilir.  

6.

 

Maliyyə  məhdudiyyətləri.  Bəzi  ölkələr  immiqrantların  sayının  azaldılmasına  yönəldilmiş 



müəyyən  maliyyə  məhdudiyyətləri  tətbiq  edirlər.  Bir  sıra  ölkələrdə  hüquqi  şəxslər  yalnız 

müəyyən  dövriyyə  və  satış  göstəriciləri  əldə  etdikdən  və  ya  dövlət  büdcəsinə  müəyyən 

qədər  vəsait  köçürdükdən  sonra  xarici  işçini  işə  götürə  bilərlər.  Fərdi  şəxslər  ölkə 

iqtisadiyyatına  müəyyən  məbləğdə  investisiya  qoyacaqları  halda  immiqrasiya  etmək 

hüququ qazanırlar. Bəzi ölkələrin qanunvericiliyinə görə, immiqrasiyanın rəsmiləşdirilməsi 

və  yerli  müəssisələrdə  işə  götürülməyə  görə  immiqrantlar  müəyyən  haqq  ödəməlidirlər. 

Məsələn,  Slovakiyada  sadə  işçi-miqrantlar  işə  düzəldiklərinə  görə  ödəmə  həyata 

keçirməlidirlər.  İrlandiyada  4  ay  müddətində  işləmək  icazəsinə  görə  100  irland  funtu 

həcmində rüsum ödəmək lazımdır.  

7.

 



Müddət məhdudiyyətləri. Əksər ölkələrin qanunvericiliyi xarici işçilərin ölkədə maksimum 

qalma  müddətini  müəyyən  edir.  Bu  müddət  bitəndən  sonra  immiqrantlar  ya  ölkəni  tərk 

etməli, ya da həmin müddətin uzadılması üçün səlahiyyətli orqanlardan icazə almalıdırlar. 

Zimbabvedə  müəyyən  müddətə  işləmək  üçün  icazə  5  ildən  artıq  verilmir.  Polşada  bu 

göstərici 0,5 il, Norveçdə 1 il təşkil edir. Ölkədə tələbə və ya stajor kimi yaşayan şəxslər 

üçün  çox  zaman  sərt  qaydalar  müəyyən  edilir.  Bu  qaydalara  görə,  onlara  ölkədə  qalmaq 

müddətlərini uzatmağa icazə vermirlər. Onlardan təhsil müddətləri bitdikdən sonra mütləq 

öz  ölkələrinə  qayıtmaları  tələb  edilir.  Yalnız  öz  ölkələrində  müəyyən  müddət  qaldıqdan 

sonra onlar yenidən təhsil aldıqları ölkəyə qayıtmaq hüququ əldə edirlər. 

8.

 



Qadağalar.  Özünü  qanunların  qəbul  edilməsində  göstərən  açıq-aydın  qadağalarla 

xaricilərin  məşğul  olması  qadağan  edilən  ixtisasların  siyahısı    və  sahələr  birbaşa  olaraq 

müəyyən  edilir.  Gizli  qadağalar  isə  yalnız  bu  ölkənin  əhalisinin  vətəndaşlarının  işləyə 



Yüklə 308,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə