Mövzu 5 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası



Yüklə 308,85 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix01.11.2017
ölçüsü308,85 Kb.
#7761
1   2   3   4   5   6   7   8   9   10

biləcəkləri sahələr və ya ixtisasların siyahısını müəyyən edir. İmmiqrantların ölkə daxilində 

istənilən hərəkəti, ixtisaslarının dəyişdirilməsi, iş yerlərinin dəyişdirilməsi üçün əlavə icazə 

almaq tələb olunur. Əlbəttə ki, qeyri-leqal immiqrasiya da qadağan edilir və bu zaman heç 

də hər zaman effektiv olmayan polis metodlarından istifadə edilir. 

9.

 

 Milli-coğrafi  prioritetlər.    İmmiqrantları  qəbul  edən  ölkələrin  demək  olar  ki  hamısı 



qanunvericiliklə  immiqrantların  coğrafi  və  milli  strukturlarını  müəyyən  edirlər.  O  adətən 

ölkələr  üzrə  immiqrantların  sayına  qoyulan  kvotalarla  tənzimlənir.  Üstünlük  verilən 

immiqrasiya  regionları  müəyyən  edilir.  1924-cü  ildə  ABŞ  Konqresi  tərəfindən  müəyyən 

edilən  immiqrasiya  kvotalarının  strukturu  Şimali-Qərbi  Avropa  əhalisi  üçün  əlverişli  idi. 

1965-ci  ildə  həyata  keçirilən  immiqrasiya  qanunvericiliyinin  islahatı  Asiya  və  Latın 

Amerikası  ölkələrindən  miqrant  axınını  stimullaşdırdı.  Lakin  1990-cı  ildən  etibarən 

qüvvədə  olan  yeni  immiqrasiya  qanunu  Avropa  ölkələrindən  olan  ixtisaslı  mütəxəssislər 

üçün  geniş  imkanlar  yaradır.  Bəzən  ayrı-seçkilikdə  və  insan  hüquqlarının  pozulmasında 

ittiham  edilməmək  üçün  ölkələr  coğrafi  kvotalar  mərçivəsində  bir  coğrafi  regionda 

yerləçən müxtəlif ölkələrin nümayəndələri arasında immiqrasiya hüququnun əldə edilməsi 

üzrə lotereya keçirirlər. 

10.


 

Qeyri-qanuni  işçi-miqrantlara,  qeyri-qanuni  işçi  qüvvəsi  idxalı  ilə  məşğul  olan  şəxslərə, 

işçi-miqrantlardan  qeyri-qanuni  istifadə  edən  işəgötürənlərə  münasibətdə  tətbiq  edilən 

sanksiyalar  sistemi.  İmmiqrasiya  qaydalarının  pozulmasına  görə  qanunvericiliklə 

sanksiyalar  müəyyən  edilir.  Burada  müxtəlif  həcmdə  cərimələrdən  tutmuş  müxtəlif 

müddətlərə  azadlıqdan  məhrumetməyə  qədər  müxtəlif  cəzaların  tətbiq  edilməsi  nəzərdə 

tutulur.  Onlar  həm  miqrantların  özlərinə,  həm  onların  qeyri-qanuni  surətdə  ölkəyə  daxil 

olmasına köməklik göstərənlərə, həm də onları işə götürənlərə qarşı yönəldilə bilər. Ölkəyə 

qeyri-qanuni daxil olma cinayət hesab edilir. Buna görə deportasiyaŞ pul cərimələri və/və 

ya həbs qəti imkan tədbiri nəzərdə tutulur. 

Dövlətlərin  praktikasında  işçi-miqrantların  ölkədən  çıxıb  getməsinə  yönəlmiş  repatriasiya 

proqramlarından geniş istifadə edilir. Adətən reemiqrasiyanın stimullaşdırılmasına yönəldilmiş bu 

tədbirlər sırasında aşağıdakıları qeyd etmək olar. 

 



Reemiqrasiyanın 

stimullaşdırılması 

proqramları. 

Bu 


proqramlar 

qeyri-qanuni 

immiqrantların  məcburi  repatriasiyasından  tutmuş  vətənə  qayıtmaq  istəyən  immiqrantlara 

maddi  yardım  göstərilməsinə  qədər  geniş  tədbirlər  planını  əhatə  edir.  Qərbi  Avropa 

ölkələrində  (Almaniya,  Fransa,  Niderland)  immiqrantların  könüllü  surətdə  vətənlərinə 

qayıtdıqları halda onlara maddi yardımlar göstərilməsi üzrə proqramlar qəbul edilib. Bu cür 

maddi  yardım alan immiqrantlar bir də bu ölkəyə qayıtmaq hüququndan  məhrum olurlar. 

Maddi yardım immiqrantı işə götürən müəssisənin sosial sığorta və ya pensiya fondlarına 

köçürmələri  əsasında  yığılmış  vəsaitlər  hesabına  həyata  keçirilir.  Bu  cür 

maliyyələşdirmənin  büdcənin  xərclər  hissəsinə  əlavə  yük  olmadığı  hesab  edilsə  də, 

praktikada bu istiqamətə ayrılan büdcə xərcləri də kifayət qədər böyük olur. Büdcə xərcləri 

əsasən  immiqrantların  qeydə  alınması  üzrə  elektron  sistemlərin  yaradılmasına  və  onların 

fəaliyyətinin dəstəklənməsinə sərf edilir. Remiqrasiyanın stimullaşdırılması proqramlarının 

səmərəliliyi xeyli aşağıdır. 

 

İmmiqrantların  peşəkar  hazırlığı  proqramları.  Ayır-ayrı  ölkələrin  (Fransa,  Almaniya, 



İsveçrə)  hökumətləri  immiqrantların  peşəkar  təhsili  proqramlarına  onları  öz  ölkələrinə 

qayıtmağa sövq edən vasitə kimi baxırlar. Bu proqramların məntiqinə görə, inkişaf etmiş 

ölkədə təhsil alan immiqrantlar öz ölkələrində daha yüksək əmək haqqı verilən və prestijli 



olan işlərə iddia edə bilərlər ki, bu da onları öz vətənlərinə qayıtmağa sövq edə bilər. Lakin 

immiqrantlar  bu  cür  proqramlara  çox  az  maraq  göstərirlər.  Məsələ  burasındadır  ki,  hər 

hansı bir ixtisasın əldə edilməsi hələ  vətəndə həmin ixtisas üzrə  iş tapıldığı demək deyil. 

Buna  görə  də  immiqrantlar  reemiqrasiya  etmək  və  vətəndə  daha  yaxşı  iş  tapmaq 

ehtimalındansa  artıq  işlədikləri  iş  yerini  (əmək  haqqı  aşağı  olsa  da)  əllərində  saxlamağa 

üstünlük verirlər. 

 

Kütləvi emiqrasiya mərkəzi olan ölkələrə iqtisadi yardım proqramları. Inkişaf etmiş ölkələr 



iş  qüvvəsini  ixrac  edən  ölkələrlə  sazişlər  imzalayırlar.  Bu  sazişlərə  görə,  müvafiq 

investisiya qoyuluşları ilə reemiqrantlar üçün iş yeri olacaq  yeni müəssisələr  yaradılır. Bu 

cür müəssisələr kooperativ, birgə müəssisələr, səhmdar cəmiyyət formalarında olurlar. Bu 

forma daha çox Almaniya və Türkiyə arasında inkişaf edib. Bir sıra hallarda əsasən alman 

sərmayələri hesabına yaradılmış türk şirkətləri təkcə reemiqrantları cəlb etmir, həm də yeni 

miqrasiya axınlarının qarşısını alırlar. 

İnkişaf  etmiş  ölkələrin  aktiv  fəaliyyətinə  baxmayaraq,  reemiqrasiyanın  stimullaşdırması 

proqramlarının əksəriyyəti qarşıya qoyulmuş məqsədləri əldə etməmişdir. Əgər proqramlar həyata 

keçirilən ilk dövrlərdə reemiqrasiya axını güclənirsə, proqramların maliyyələşdirilməsinin ixtisar 

edilməsi  ilə  xarici  işçilərin  vətənlərinə  qayıtmaları  kəskin  azalır.  Lakin  onların  aşağı 

səmərəliliyinin  əsas  səbəbi  işçi  qüvvəsini  ixrac  edən  ölkələrin  hökumətlərinin  təkrar  ixracda 

maraqlı  olmamaları  və  emiqrasiyanın  ixtisarı  üçün  zəruri  tədbirləri  həyata  keçirməmələri  ilə 

əlaqədardır. 

Ümumilikdə hər bir ölkə işçi qüvvəsinin ixracı və idxalının tənzimlənməsi üzrə tədbirləri 

özünün  daxili  iqtisadi  vəziyyətindən  çıxış  edərək  müəyyənləşdirir.  Miqrasiya  proseslərinin 

tənzimlənməsinin  xarakterik  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu  sahədə  prioritet  milli  dövlətlərin 

tərəfində  olur.  Mübahisəli  məsələlərin  həllində  məhz  milli  miqrasiya  qanunvericiliyi  əsas 

götürülür. 

 

5.6. Miqrasiya proseslərinin beynəlxalq tənzimlənməsi 

 

İşçi  qüvvəsinin  beynəlxalq  miqrasiyasının  mənfi  nəticələri  və  qeyri-leqal  miqrasiyanın 



yüksək səviyyəsi bu prosesin beynəlxalq səviyyədə də təmzinlənməsini zəruri edir. 

Miqrasiya  proseslərinin  beynəlxalq  tənzimlənməsi  sisteminə  miqrantların  əməyindən 

istifadə  və  onların  sosial-iqtisadi  hüquqları  barədə  ikitərəfli  və  çoxtərəfli  beynəlxalq  sazişlər, 

həmçinin bu işlə məşğul olan beynəlxalq iqtisadi təşkilatlar daxildir. 

Beynəlxalq  səviyyədə  fəaliyyətləri  miqrasiya  proseslərinin  qaydaya  salınmasına 

yönəldilmiş bir neçə təşkilat yaradılmışdır. 



Beynəlxalq Əmək Təşkilatı (BƏT). 1919-cu ildə yaradılan bu təşkilat 1946-cı ildə BMT-

nin  ixtisaslaşmış  təşkilatı  statusunu  alıb.  Hazırda  BƏT-ə  177  ölkə  daxildir.  BƏT-in  vəzifələri 

aşağıdakılardır: 

 



işçilər üçün sosial ədalətliliyin təmin edilməsinə dəstək; 

 



əmək  və  həyat  şəraitinin  yaxşılaşdırılmasına  yönəldilmiş  beynəlxalq  siyasətin  və 

proqramların işlənməsi; 

 

milli  hakimiyyətlər  üçün  əsas  rolunu  oynayacaq  beynəlxalq  əmək  standartlarının 



hazırlanması; 

 



işçi qüvvəsi yığımının reqlamentləşdirilməsi; 

 



işsizliklə mübarizə; 


 

normal həyat səviyyəsini təmin edən əmək haqqına təminat; 



 

peşəkar xəstəliklərdən və bədbəxt hadisələrdən müdafiə; 



 

uşaq və qadınların müdafiəsi; 



 

sosial sığorta və təminat məsələlərinin reqlamentləşdirilməsi; 



 

peşəkar-texniki  tədrisin  təşkili;  bu  məqsədin  reallaşdırılması  üçün  BƏT-in  tərkibində 



Cenevrədə  yerləşən  Beynəlxalq  Əmək  Problemləri  İnstitutu  və  Turində  (İtaliya) 

yerləşən  Yüksək  Texniki  və  Peşəkar  Hazırlıq  üzrə  Beynəlxalq  Mərkəz  faəliyyət 

göstərir. 

BƏT-in strukturuna daxildir: 

 

Beynəlxalq  Əmək  Konfransı  –  BƏT-in  ali  orqanıdır  və  qanunvericilik  funksiyalarını 



yerinə yetirir; 

 



İnzibati  Şura  –  BƏT-in  nəzdində  olan  müxtəlif  komitə  və  komissiyaların  fəaliyyətinə 

rəhbərlik edir; 

 

Beynəlxalq Əmək Bürosu – BƏT-in informasiya və məsləhət orqanıdır. 



BƏT-i digər ümumdünya təşkilatlarından fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir 

ki,  onun  siyasətinin  hazırlanması  zamanı  sahibkarların  və  işçilərin  təmsilçiləri  hökumətlərin 

təmsilçiləri ilə bərabər sayda səsə malik olurlar.  

BƏT aşağıdakı istiqamətlər üzrə fəaliyyətini həyata keçirir: 

1.

 

Əmək haqqında Konvensiya və Tövsiyələrin işlənməsi



2.

 

Asiya,  Afrika  və  Latın  Amerikasının  inkişaf  etməkdə  olan  ölkələrinə  texniki  yardımın 



göstərilməsi; 

3.

 



BƏT fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə təhsilin və tədrisin təşkili. 

BƏT-in əsas funksiyalarından biri əmək  haqqı, iş gününün müddəti və iş şəraiti, işçilərin 

əməyə  görə  mükafatlandırılması,  sosial  təminat,  ödənilən  məzuniyyət,  əmək  müdafiəsi  kimi 

sahələrdə  beynəlxalq  əmək  standartlarının  müəyyən  edən  Konvensiya  və  Tövsiyələrin  qəbul 

edilməsindən ibarətdir. Əsası qoyulandan bəri BƏT 172 konvensiya və 181 tövsiyə qəbul edib. 

BƏT miqrasiya prosesinə qoşulan bütün ölkələrə məşğulluq sahəsində həyata keçirdikləri 

siyasəti  koordinasiya  etməyi,  miqrantlara  tibbi  və  ictimai  xidmətləri  yaxşılaşdırmağı,  “beyin 

axını”na  qarşı  mübarizə  aparmağı,  miqrantların  vətənə  könüllü  qayıdışını  yüngəlləşdirməyi 

tövsiyə edir. 

Aşağıda BƏT-in bir sıra Tövsiyələri sadalanmışdır: 

 

Xarici işçilərlə münasibətlər haqqında (1919); 



 

Gəmi göyərtəsində qadən-emiqrantların müdafiəsi haqqında (1926); 



 

İşçi miqrantların tapılması, işə götürülməsi və iş şəraitləri haqqında (1939); 



 

İşçi miqrantların az zəif inkişaf etmiş ölkələrdə müdafiəsi haqqında (1955). 



BƏT-in  işçi  qüvvəsinin  miqrasiyası  problemlərinin  həllinə  yönəlmiş  ilk  normativ  aktı 

1935-ci ildə qəbul edilmiş və 1938-ci ildə qüvvəyə minmiş Konvensiya № 48 olub. Konvensiyaya 

uyğun  olaraq  əlillikdən,  yaşlılıqdan,  ailə  başçısının  itirilməsindən  irəli  gələn  hüquqların 

qorunması üzrə beynəlxalq əməkdaşlıq sistemi müəyyən edilmişdir. Qaydalar təşkilatın bütün üzv 

ölkələrində yaşayan xaricilərə (vətəndaşlığından asılı olmayaraq) aid edilir. 

1949-cu  ildə  işçi  miqrantlar  haqqında  Konvensiya  №  97  qəbul  edilmişdir.  Konvensiyanın 

müddəaları bu günə qədər aktuallığını qoruyub saxlamışdır. 

Konvensiyanın iki müddəasına diqqət yetirək: 

1)

 

konvensiya ölkə ərazisində qanuni əsasda yaşayan immiqrantlara aiddir; 




2)

 

konvensiyada işçi miqrantlara müəyyən iş müddətindən sonra emiqrasiya etdikləri ölkədə 



daimi yaşayış hüququ əldə etmək imkanı verilir. 

1955-ci ildə BƏT daha bir vacib sənədi – inkişaf etməkdə olan ölkələrin işçi miqrantlarının 

müdafiəsi  haqqında  Tövsiyyə  №  100-ü  qəbul  etmişdir.  Bu  sənəd  inkişaf  etməkdə  olan  ölkələrin 

iqtisadi və sosial inkişaf maraqlarından, bu ölkələr üçün əmək resurslarının arzuolunmaz itkisinin 

məhdudlaşdırılmasından çıxış etməklə miqrasiyanın tənzimlənməsinə yönəldilmişdir. 

Tövsiyyə  ilə  təklif  edilən  tədbirlər  sırasında  emiqrasiya  ölkələrində  iqtisadi  inkişaf  üzrə 

xüsusi proqramlardan tutmuş yeni iş yerlərinin yaradılmasına qədər çeşidli tədbirlərə rast gəlmək 

olar. 


1974 və 1975-ci illərdə işçi miqrantlar haqqında iki sənəd - Konvensiya № 143 və Tövsiyyə 

№ 151 qəbul edilmişdir. Bu sənədlər üzv dövlətlərə qeyri-leqal miqrasiyanın və qeyri-qanuni işə 

götürmənin  qarşısının  alınması  üçün  inzibati  tədbirlərdən  tutmuş  həbs  cəzasına  qədər  müxtəlif 

vasitələrdən  istifadə  etməyi  təklif  edir.  Qeyd  olunan  sənədlərdə  mahiyyət  baxımından  prinsipial 

və yeni olan bir müddəa da öz əksini tapmışdır. Belə ki, ölkədə qanuni əsasda fəaliyyət göstərən 

işçi  miqrant işini itirmişsə ona  ölkədə  qeyri-leqal  yaşayan  kimi baxmaq olmaz  və  malik olduğu 

hüquqlardan istifadəni davam etdirməlidir. 

BƏT-in  normaları  miqrantların  hüquqlarının  müəyyən  edilməsi  ilə  yanaşı  immiqrasiya 

ölkələrinin sosial xidmətlərinin öhdəliklərini də müəyyən edir. 

İmmiqrasiya  ölkələrinin  sosial  xidmətləri  işçi-miqrantlara  və  onların  ailə  üzvlərinə 

münasibətdə bir sıra sosial funksiyaları həyata keçirirlər: 

 

ölkənin iqtisadi, sosial və mədəni şəraitinə uyğunlaşmaqda kömək göstərmək



 

səlahiyyətli orqanlardan informasiya və məsləhət alınmasına yardım etmək; 



 

təhsil,  peşəkar  hazırlıq,  dil  öyrənilməsi,  səhiyyə,  mənzil  şəraiti  və  s.  sahələr  üzrə  təqdim 



edilən imkanlardan tam istifadə üzrə köməklik göstərmək və s. 

BƏT-in hər bir üzv dövləti aşağıdakılara əməl etməlidir: 

 

işçi miqrantlar, onların ailə üzvləri ilə öz vətəndaşları arasında bərabər imkanlar prinsipinin 



tətbiq edilməsini təmin etmək, bu prinsipə əməl edilməməsi üzrə şikayətləri öyrənmək

 



sahibkarlar  və  ya  difər  şəxslər  və  ya  təşkilatlar  tərəfindən  qanunvericiliyin  pozulması 

zamanı inzibati, mülki və cinayət cəzalarını tətbiq etmək; 

 

miqrantların hüquqları üzrə milli qanunvericiliyin və beynəlxalq normaların uyğunluğunu 



təmin etmək; 

 



ailələrin  tezliklə  birləşməsinə  köməkik  göstərmək,  bunun  üçün  ikitərəfli  və  çoxtərəfli 

sazişlər imzalamaq və s. 



Beynəlxalq  Miqrasiya  Təşkilatı  (BMqT).  1949-cu  ildə  Qaçqınların  İşi  üzrə  Beynəlxalq 

Təşkilat kimi yaradılmış bu qurumun səlahiyyətləri zaman keçdikcə genişləndi və onun adı 1989-

cu  ildə  BMiqT-yə  dəyişdirildi.  BMqT-yə  131  dövlət  daxildir  ki,  onun  102-i  üzv,  29-u 

müşahidəçidir.  Bu  təşkilat  çərçivəsində  miqrasiya  axınlarının  tənzimlənməsi  sahəsində 

uzunmüddətli  proqramların  işlənməsi  həyata  keçirilir,  miqrasiyanın  təşkili,  texniki  əməkdaşlıq, 

“beyin  axını”nın  qarşısının  alınması,  reemiqrasiya,  ekspert  xidmətlərinin  göstərilməsi  və  s. 

sahələrdə yardım edilir. Nizamnaməyə görə, BMqT-nin əsas funksiyaları aşağıdakılardır: 

 



vətəndaşların qaydaya salınmış və planlaşdırılmış miqrasiyasının həyata keçirilməsi; 

 



qəbul  edən  ölkənin  inkişafına  yardım  göstərə  biləcək  ixtisaslı  işçi  qüvvəsinin  (ailə 

üzvləri də daxil olmaqla) hərəkətinin təşkili

 

qaçqınların hərəkətinin təşkili; 




 

dövlətlər  arasında  bilik,  təcrübə  mübadiləsinə  və  əməkdaşlığa  şərait  yaratmaq 



məqsədilə müxtəlif tədbirlər həyata keçirmək. 

Hazırda  BMqT  əsasən  miqrasiyanın  kəmiyyət  tərəfini  tənzimləyir.  BMiqT  həmçinin 

qaçqınlara ən müxtəlif yardımlar göstərir. BMiqT beynəlxalq miqrasiyanın əsas məqsədləri kimi 

aşağıdakıları  göstərir:  işəgötürmə;  ailələrin  qovuşması;  təhsilin  alınması;  qısamüddətli  turizm, 

ailəvi, işgüzar səfərlər (3 ay müddətinə); siyasi qaçqın statusunun alınması (Cenevrə Konvensiyası 

üzrə); vətəndaşların vətənə, özünün etnik kökünə qayıdışı; daimi yaşayış yerinə getmə. 

BMqT  qlobal  səlahiyyətlərə  malik,  amma  BMT  sisteminə  daxil  olamayan  yeganə 

təşkilatdır. 

BMT  nəzdində  fəaliyyət  göstərən  Ali  Komissarlığın  Qaçqınların  İşi  üzrə  İdarəsi 

qaçqınların  müdafiəsi,  uzunmüddətli  qərarların  reallaşdırılması,  ilk  növbədə  isə  repatriasiya 

məsələləri ilə məşğul olur. 

İƏİT  nəzdində  fəaliyyət  göstərən  Miqrasiya  üzrə  Daimi  Müşahidə  Sistemi  milli 

immiqrasiya idarələrinin fəaliyyətini koordinasiya edir. 

Beləliklə, 

işçi 

qüvvəsinin 



beynəlxalq 

miqrasiyası 

təsərrüfat 

həyatının 

beynəlmiləlləşməsinin  vacib  və  ən  mürəkkəb  aspektlərindən  biridir.  İşçi  qüvvəsinin  beynəlxalq 

miqrasiyası bir tərəfdən ölkələrin ehtiyaclarına uyğun olara əmək resurslarının yenidən bölgüsünü 

təmin edir və yeni rayonların mənimsənilməsinə şərait yaradır, digər tərəfdən isə iqtisadi və sosial 

ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxarır. 



 

Yüklə 308,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə