Mövzu 5 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası



Yüklə 308,85 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix01.11.2017
ölçüsü308,85 Kb.
#7761
1   2   3   4   5   6   7   8   9   10

xüsusi 

çəkisi 

5.3 


5.3 

5.1 


5.0 

5.1 


5.1 

5.2 


5.1 

5.1 


5.0 

İsveçrə 


xüsusi 

çəkisi 

702.5 


17.8 

716.7 


18.3 

725.8 


18.5 

740.3 


18.9 

728.7 


18.6 

709.1 


17.9 

692.8 


17.5 

691.1 


17.3 

701.2 


18.1 

717.3 


18.3 

Böyük 


Britaniya 

xüsusi 

çəkisi 

828.0 


3.0 

902.0 


3.6 

862.0 


3.4 

864.0 


3.4 

862.0 


3.4 

865.0 


3.3 

949.0 


3.6 

1039.


3.9 


1005.

3.7 



1229.

4.4 



Avstraliya 

xüsusi 

çəkisi 

2169.


25.7 


... 

... 


... 

... 


... 

... 


2138.

23.9 



2249.

24.8 



2263.

25.0 



2308.

24.9 



2309.

24.6 



2364.

24.5 



Kanada 

xüsusi 

çəkisi 

2681.


18.5 


... 

... 


... 

... 


... 

... 


... 

... 


2839.

19.2 



... 

... 


... 

... 


... 

... 


... 

... 


ABŞ 

xüsusi 

çəkisi 

... 


... 

... 


... 

... 


... 

12900 


9.8 

12900 


9.7 

14400 


10.7 

15400 


11.3 

16100 


11.7 

16114 


11.7 

17400 


12.4 

 

Mənbə: Trends in International Migration. Annual Report 2002. OECD. Paris, 2003. 

Müasir mərhələnin bir xüsusiyyəti də qitədaxili miqrasiyanın artmasıdır. 1960-cı illərdə və 

1970-ci  illərin  əvvəllərində  Avropada  həm  emiqrasiya,  həm  də  immiqrasiya  ölkələri  üçün 

qitədaxili miqrasiya xüsusi əhəmiyyət kəsb etməyə başladı. Almaniyadan başqa, Fransa, Belçika, 

İsveçrə və bir sıra digər Qərbi və Şimali Avropa ölkələri immiqrasiya ölkələrinə çevrildilər. Bu 

ölkələr  üçün  qeyd  olunan  dövrdə  yüksək  iqtisadi  artım  templəri,  istehsalın  və  əməyin 

beynəlmiləlləşməsi,  demoqrafik  vəziyyətin  kəskinləşməsi  xarakterik  idi.  Türkiyə,  İtaliya, 

Yunanıstan,  İspaniya,  Portuqaliya  və  keçmiş  Yuqoslaviya  isə  emiqrasiya  ölkələri  kimi  çıxış 

etməyə başladılar. Bu ölkələr iqtisadi cəhətdən nisbətən az inkişaf etmiş ölkələr olmaqla yanaşı, 

onlarda əhalinin təbii artım tempi daha yüksək və qeyri-ixtisaslı işçi qüvvəsinin payı daha çox idi. 

1990-cı illərdə Avropada vəziyyət bir elə dərəcədə dəyişməmişdir. Amerika və Afrika qitələrində 

də qitədaxili miqrasiya güclənmişdir. 

 

Digər  bir  xüsusiyyət  kimi  isə  beynəlxalq  miqrasiya  ilə  əlaqədar  olan  pul  axınlarının 



həcminin  artmasını  göstərmək  olar.  Hazırda  bu  göstərici  yüz  milyard  dollarla  ölçülür  və 

masştabına görə birbaşa xarici investisiyalarla müqayisə edilə bilər. Pul köçürmələrinin təxminən 

4/5-ü  inkişaf  etmiş  ölkələrdə  işləyən  miqrantların  payına  düşür.  Bu  o  deməkdir  ki,  işçi 

miqrantların əsas hissəsi inkişaf etmiş ölkələrdə cəmlənib. 

 

Qeyri-rezident işçilərə ən çox əmək haqqı ödəmələri Almaniya, İtaliya, Yaponiya, Belçika, 



ABŞ-da  həyata  keçirilir.  Inkişaf  etməkdə  olan  ölkələrdə  xarici  işçi  qüvvəsindən  Cənubi  Afrika 

Respublikası,  Malayziya,  Küveyt  daha  aktiv  surətdə  istifadə  edirlər.  Şəxsi  xarakterli  pul 

köçürmələrinin  əsas  hissəsi  inkişaf  etmiş  ölkələrdən  (ABŞ,  Almaniya,  Yaponiya,  Böyük 

Britaniya),  yeni  sənaye  ölkələrindən  (Cənubi  Koreya)  və  neft  hasil  edən  inkişaf  etməkdə  olan 

ölkələrdən  (Səudiyyə  Ərəbistanı,  Venesuela)  həyata  keçirilir.  Xaricdən  pul  köçürmələrinin  əsas 

alıcıları  inkişaf  etmiş  ölkələrdir  (transmilli  şirkətlərin  xarici  bölmələrində  çalışanların,  xarici 

ölkələrdə yerləşdirilən hərbi qulluqçuların, diplomatların pul köçürmələri). 



Bununla  belə,  bir  çox  inkişaf  etməkdə  olan  ölkələrdə  (Banqladeş,  Burkina-Faso,  Misir, 

Yamayka,  Malavi,  Mərakeş,  Pakistan,  Portuqaliya,  Şri-Lanka,  Sudan,  Türkiyə)  şəxsi  xarakterli 

köçürmələrin  həcmi  əmtəə  ixracından  əldə  edilən  gəlirlərin  20-50%-i  həcmindədir.  İordaniya, 

Lesoto,  Yəməndə  köçürmələr  ümumi  milli  məhsulun  10-50%-ə  bərabərdir.  BMT-nin 

hesablamalarına  görə,  təkcə  2000-ci  il  ərzində  xaricdən  edilmiş  pul  köçürmələri  nəticəsində 

Salvador,  Eritreya, Yamayka,  İordaniya, Nikaraqua  və  Yəmən  kimi ölkələrin  ÜDM-si təxminən 

10% artmışdır. 

Praktikada  xarici  işçiləri  kütləvi  surətdə  cəlb  edən  müəyyən  coğrafi  regionlar  da 

fərqləndirilir.  Bu  regionları  “cəzbetmə  mərkəzləri”  adlandırırlar.  Hazırda  dünyada  bu  cür  8 

mərkəz  formalaşaraq  fəaliyyət  göstərməkdədir.  XVIII-XIX  əsrlərdən  formalaşmağa  başlamış 

ənənəvi mərkəzlərə aşağıdakılar aiddir. 

1.

 



Qərbi  Avropa  ölkələri.  Burada  miqrantların  və  onların  ailə  üzvlərinin  sayı  13  milyon 

nəfəri  keçmişdir. 2000-ci ilin  yekunlarına  görə,  immiqrantların Almaniyanın əmək resurslarında 

xüsusi  çəkisi  8,8%-ə  bərabər  olmuşdur.  Fransada  bu  göstərici  6,0%-ə,  Avstriyada  10,5%-ə, 

İsveçrədə 18,3%-ə, Lüksemburqda isə 57,3% təşkil etmişdir. 

Xarici  işçilər  əsasən  əl  əməyinin  yüksək  olduğu  sahələrdə  (tikinti,  xidmət  sahələri)  və 

həmçinin,  yerli  əhalinin  işləməyi  özlərinə  sığışdırmadıqları  və  ya  təhlükəli  hesab  etdikləri 

sahələrdə  çalışırlar.  Məsələn,  Fransada  tikinti sahəsində  çalışanların 1/4-ni, avtomobilqayırmada 

işləyənlərin  isə  1/3-ni  emiqrantlar  təşkil  edir.  Belçikada  dağ  sənayesində  çalışanların  1/2-i 

xaricdən gəlir.  

Immiqrantların  əsas  hissəsini  qəbul  edən  ölkələr  Almaniya,  Fransa,  Böyük  Britaniya, 

İsveçrə,  Belçika,  İsveç  və  Niderlanddır.  2000-ci  ilin  rəqəmlərinə  görə,  Almaniyada  3,6  milyon 

nəfər (əsaən türklər, yuqoslavlar və italyanlar), Fransada 1,6 milyon nəfər (əsasən Şimali Afrika 

ölkələrindən olanlar), Böyük Britaniyada 1,2 milyon nəfər (əsasən Krallığa daxil olan ölkələrdən) 

immiqrant çalışmaqdadır. 

Bu  regiona  işçi  qüvvəsini  ixrac  edən  ölkələr  kimi  coğrafi  baxımdan  Avropanın 

“kandarı”nda  yerləşən ölkələri (Türkiyə, İtaliya və s.), Şərqi Avropa ölkələrini, həmçinin Yaxın 

Şərq və Şimali Afrika ölkələrini göstərmək olar.  

Bu  regionda  beynəlxalq  miqrasiya  prosesinin  xarakterik  xüsusiyyəti  “vahid  əmək 

bazarı”nın mövcud olması ilə əlaqədardır. Avropa Birliyinin inteqrasiya mərhələlərindən biri kimi 

formalaşan  bu  bazar  səbəindən  Qərbi  Avropada  Avropa  Birliyinin  üzv  ölkələrindən  olan 

miqrantları payı yüksəkdir (təxminən 40%). 

Almaniya Federal Məşğulluq İnstitutunun proqnozlarına görə, Avropa Birliyində müşahidə 

olunna iqtisadi artım yeni iş yerləri yaratsa da, bu, 1960-cı illərdə müşahidə olunan immiqrasiya 

proseslərinə  oxşar  hadisələrin  baş  verməsinə  gətirib  çıxarmayacaqdır.  Avropa  Birliyi  ölkələri 

üçüncü ölkələrdən işçi qüvvəsinin cəlb etməyə bir o qədər də həvəs göstərməyəcəklər. Gözlənilir 

ki, əsas üstünlüyü Böyük Britaniya, Almaniya, Fransa və Benilüks ölkələri əldə edəcəklər. Bütün 

yeni iş yerlərinin 40%-i Böyük Britaniyada və Almaniyada yaradılacaq. Yeni iş yerlərinin 25%-i 

sənayedə, 50%-i isə topdan və pərakəndə ticarət, nəqliyyat, tikinti sahələrində cəmləşəcəkdir. 

Əksər avropalı ekspertlərin fikrincə, Avropa Birliyi ölkələri əhalinin artımının olmadığı bir 

şəraitdə  əməyə  qənaət  edən  texnologiyalara  üstünlük  verəcək,  qadın  əməyindən  aktiv  şəkildə 

istifadə  edəcəklər.  Onlara  görə,  Avropa  Birliyi  ölkələrində  işsizliyin  7-10%  təşkil  etdiyi  halda 

xaricdən işçi qüvvəsinin cəlb edilməsi “siyasi baxımdan” düzgün olmazdı. 

Avropalı ekspertlərin proqnozlarına görə, yüksək ixtisaslı işçilər işçi qüvvəsinin ən mobil 

hissəsi  olacaqlar.  Kommersiya  qanunvericiliyinin  liberallaşdırılması  Avropa  Birliyi  daxilində 




Yüklə 308,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə