M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə174/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   197
Ali mekteb pedaqogikasi-kitab

 
 
Əmək  tərbiyəsi. 
Əmək  tərbiyənin  qüvvətli  amilidir;  o, 
insan şəxsiyyətinə güclü təsir göstərir. Əmək şəxsiyyətin ideya-
mənəvi,  zehni,  estetik,  fiziki  inkişafında  böyük  rol  oynayır. 
Əmək  insanın  mənəvi  tərbiyəsinin  qüdrətli  vasitəsidir:  o,  in-
sanda əməksevərlik, kollektivçilik, yoldaşlıq və dostluq, xeyir-
xahlıq, gözəllik, borc və məsuliyyət hissi, dəqiqlik kimi müsbət 
keyfiyyətlər formalaşdırır. Şəxsiyyət tərbiyəsini əmək tərbiyəsi 
olmadan  təsəvvür  etmək  mümkün  deyildir.  K.D.Uşinskinin 
sözləri  ilə  desək,  tərbiyə  insanı  xoşbəxt  etmək  istəyirsə,  onu 
əməyə  hazırlamalıdır.  Əmək  hər  bir  gəncin  mənəvi  tələbatına 
çevrilməlidir. 


 
 
192 
Əmək tərbiyəsi qarşısında bir sıra 
vəzifələr
 durur: 
- əmək bacarıq və vərdişləri, əmək mədəniyyəti və əməyə 
tələbat formalaşdırmaq; 
-  gənclərin  mənəvi  tərbiyəsinə,  peşə-ixtisas  hazırlığına 
kömək göstərmək. 
Əmək tərbiyəsi 
məzmunca
 çoxcəhətli və rəngarəngdir. 
Tələbənin  əsas  əməyi 
təlim  əməyidir.
  Buna  görə  də  ali 
məktəbin başlıca vəzifəsi – I kursdan başlayaraq tələbələrə tə-
lim  əməyi  vərdişləri,  zehni  əmək  mədəniyyəti,  əməyin  elmi 
təşkili  bacarıqları  aşılamaqdan  ibarətdir.  Tələbələri  öz  təlim 
fəaliyyətlərini düzgün planlaşdırmağa, hər fənn üzrə səmərəli iş 
priyomlarının  tətbiqinə,  özününəzarət  və  özünüqiymətləndir-
məyə geniş cəlb etmək lazımdır. Bu priyomlara yaxşı  yiyələn-
məklə tələbələrdə özünütəhsil bacarıqları formalaşdırmaq asan 
olur.   
Tələbənin  əməyi  təkcə  təhsil  əməyi  ilə  məhdudlaşmır. 
Buraya habelə özünəxidmət əməyi, ictimai-faydalı əmək, məh-
suldar  əmək  kimi  sahələr  daxildir.  Ali  məktəbdə 
özünəxidmət 
əməyi 
auditoriyaların  təmiz  saxlanması,  kitabxana  kitablarının 
təmiri, növbətçilik, iməciliklər formalarında həyata keçirilir. Bu 
əmək  növündə  iştirak  etməklə  tələbələr  təmizlik,  səliqəlilik, 
kollektivçilik  keyfiyyətlərinə  yiyələnir,  başqalarının  əməyinə 
hörmət etməyi öyrənirlər.  
 ctimai-faydalı  əmək
  növü  ictimai  faydası  olan  könüllü 
əməkdir. Belə əməyin müxtəlif növləri vardır: təhsil müəssisə-
sinin  həyətinin  yaşıllaşdırılması,  onun  ehtiyacları  üçün  tələbə-
lərin  əməyi,  tarixi  və  mədəniyyət  abidələrinə  qayğı  göstəril-
məsi,  digər  təhsil  müəssisələrinə  –  ümumtəhsil  və  orta  ixtisas 
məktəblərinə  hamilik  işləri  (kabinetlərin  tərtibi  və  təchizi, 
pedaqoji  və  texniki  xidmət  göstərilməsi)  və  s.  İctimai-faydalı 
əmək tələbələrdə xeyirxahlıq, məsuliyyət, əməksevərlik, ictimai 
fəallıq,  vətəndaşlıq  keyfiyyətləri  formalaşdırmağa  kömək 
göstərir. 
Məhsuldar  əmək
  bilavasitə  müəyyən  məhsul  istehsalı  ilə 


 
 
193 
bağlıdır. Vaxtilə tələbələr müxtəlif əmək birliklərində  – tələbə 
inşaat  dəstələrində,  yay  əmək və istirahət  düşərgələrində məh-
sul  toplanmasında  və  başqa  formalarda  məhsuldar  əməyə  cəlb 
olunmuşdur.  Hazırda  istehsalat  təcrübəsi  keçən  tələbələr  müx-
təlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq imkanı 
qazanırlar.  
Tələbə  gənclərin  əməyini  təşkil  edərkən  nəzərə  almaq 
lazımdır ki, hər bir əmək tərbiyə etmir. Əməyin tərbiyə vasitəsi 
olması  üçün  onu  müəyyən 
pedaqoji  tələblər
  əsasında  təşkil 
etmək vacibdir: 
1.  Əmək  təlim-tərbiyə  məqsədinə  xidmət  etməli,  gənc-
lərin ideya-mənəvi tərbiyəsi ilə sıx bağlanmalıdır.  
2. Tələbədə əmək fəallığı, təşəbbüskarlıq, əməyə yaradıcı 
münasibət formalaşdırmaq vacib şərtdir.  
3.  Gənclərdə  əməyə  tələbat  formalaşdırmaq  qeydinə 
qalmaq lazımdır.  
4.  Kollektiv  əməyə  üstünlük  verilməlidir.  Belə  əməkdə 
şəxsiyyətin  bir  sıra  müsbət  keyfiyyətləri  (kollektivçilik,  inti-
zam,  məsuliyyət,  dəqiqlik,  yaradıcı  fəallıq,  təşəbbüskarlıq, 
əmək adamına hörmət, tənbələ nifrət və s.) tərbiyə olunur.  
Əmək  tərbiyəsini  göstərilən  tələblər  əsasında  qurmaqla 
əməyin tərbiyəvi rolunu gücləndirmək mümkündür.  
 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə