M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə177/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Ekoloji  tərbiyə. 
“Ekologiya”  yunan  sözü  olub,  yurd 
(məkan)  haqda  təlim  deməkdir.  Ekologiya  bir  elm  kimi  ətraf 
mühit amillərinin – cansız, canlı (biotik) və antropogen (insan 
və  onun  yaratdığı  maddi-mədəni,  elmi-texniki,  iqtisadi-sosial) 
amillərin qarşılıqlı əlaqələrini öyrənir.  
Ekoloji  tərbiyənin  əsasını 
təbiətə  sevgi,  onun  mühafizəsi
 
işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə 
insanı  bəsləyir,  yaşadır,  fiziki  və  mənəvi  qüvvələrini  inkişaf 
etdirir,  ona  həyat  verir.  Lakin  bəzən  insan  öz  yaşamaq  mən-
bəyini  -  təbiəti,  ekoloji  mühiti  korlayır;  udduğu  havanı,  içdiyi 
suyu,  məhsulunu  yediyi  torpağı  zəhərləyir.  Bu  yolla  insanlıq 
öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər 
yaradır. 
Ekoloji  tərbiyədə  aşağıdakı 
vəzifələr
  həyata  keçirilir:  - 
böyüyən nəsildə ekoloji şüuru formalaşdırmaq; - doğma təbiətə, 
ətraf  mühitə  məhəbbət  və  qayğılı  münasibət,  onun  korlanma-
sına qarşı barışmazlıq hissləri aşılamaq; - təbiəti mühafizə üzrə 
zəruri  bacarıq  və  vərdişlər  formalaşdırmaq,  gənc  nəsli  fəal 
ekoloji fəaliyyətə hazırlamaq. 
Ekoloji  tərbiyə  işində  müxtəlif 
yollardan,  forma  və  me-
todlardan
 
istifadə  edilir.  Erkən  yaşlardan  insanlarda  təbiət 
hadisələrinə  düzgün  baxışlar  yaratmaq,  onlara  təbiəti,  canlıları 
sevdirmək,  insan  qəlbində  xeyirxahlıq  hissləri  oyatmaq  lazım-
dır.  Təbiətə  qarşı  qəddarlıq  təbiət  gözəlliklərinə  laqeydlikdən, 
ətraf  aləmə  qeyri-həssas  münasibətdən,  bir  sözlə,  insan  qəl-
bində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır.  
Təlim  prosesi
  ekoloji  tərbiyənin  çox  mühüm  yoludur. 
Ayrı-ayrı  fənlərin  tədrisində  ekoloji  təhsil  və  tərbiyə  üçün 
böyük imkanlar vardır. Ekologiya və təbiəti mühafizə sahəsində 
bir  çox  fənlərdə  –  biologiya,  zoologiya,  botanika,  anatomiya, 


 
 
201 
fiziologiya,  coğrafiya,  kimya,  fizika,  riyaziyyat  və  b.  elmlərin 
tədrisində  mövcud  imkanlardan  səmərəli  istifadə  edilməli,  hər 
bir  elmin  ekoloji  istiqaməti,  tətbiqi  aspektləri  diqqət  mərkə-
zində durmalıdır. 
 Ekoloji  tərbiyə  sahəsində  tədrisdə  aparılan  iş 
audito-
riyadankənar  tədbirlər
  yolu  ilə  daha  da  dərinləşdirilir,  təbiəti 
mühafizə işinin müxtəlif formalarından istifadə olunur: ekoloji 
dərnək və klublar, ekologiya üzrə olimpiada və viktorinalar, tə-
ləbə ekologiya cəmiyyəti, ekologiya dəstələri, ekologiya ayları, 
ekologiya  reydləri  və  s.  belə  maraqlı  formalardandır.  Təhsil 
müəssisələrində  və  yaşayış  yerlərində  yaşıllıq  iməciliklərinin, 
ekoloji  müsabiqələrin  təşkili  kimi  tədbirləri  ənənə  şəklinə 
salmaq lazımdır.   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə