M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə178/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Hüquq  tərbiyəsi. 
Hüquq  tərbiyəsi  şəxsiyyətin  ahəngdar 
inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir 
istiqamətini  təşkil edir. “Hüquq” ərəbcə “haqq söz” deməkdir. 
Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəy-
yən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimlə-
yən məcburi davranış qaydaları sistemidir. Hər cür fəaliyyətdə 
olduğu  kimi,  hüquqi  fəaliyyət  də 
insanın  hüquqi  düşüncəsi, 
inamı və hüquqi davranışının vəhdəti 
kimi özünü göstərir.  
Hüquq  tərbiyəsi  insanın 
hüquqi  şüurunun
  bütün 
kompo-
nentlərinə
 təsir göstərir: hüquqa dair biliklər (idrak komponen-
ti),  hüquqa  münasibət  (qiymətləndirmə  komponenti),  insanın 
davranış  mövqeyi  (iradi  komponent).  Hüquqi  şüurun  hər  üç 
komponenti  vəhdət  halında  çıxış  edir.  Hüquq  normalarına  dair 
biliklər  və  onlara  müsbət  münasibət  əsasında  hüquqi  əqidə  və 
davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy 
formalaşır.  
Hüquq  tərbiyəsi  gənc  nəslin  hüquqi  şüur  və  davranışını, 
habelə  hüquq  normalarına  münasibətini  formalaşdırmaq  məq-
sədi  güdən  planlı  və  mütəşəkkil  fəaliyyət  prosesidir.  Hüquq 
tərbiyəsi qarşısında aşağıdakı 
vəzifələr
 durur: 
a) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair 


 
 
202 
biliklər, baxış və təsəvvürlər aşılamaq; b) hüquqi davranış təc-
rübəsi,  birgəyaşayış  qaydalarına  uyğun  düzgün  davranış  baca-
rıqları  formalaşdırmaq;  c)  sosial-hüquqi  fəallıq,  hüquqazidd 
hallarla mübarizə əzmi tərbiyə etmək. 
Hüquq  tərbiyəsi  müxtəlif 
forma  və  metodlarla
  həyata 
keçirilir. Bu formalar içərisində 
təlim 
əsas yer tutur. Tədris pro-
sesində  tələbə  gənclərdə  hüquqa  dair  biliklər,  hüquq  psixo-
logiyası – qanunlara, birgəyaşayış qaydalarına hörmət və onlara 
əməl  etməyə  daxili  tələbat  yaratmaq,  qanun  və  qaydaların  po-
zulması  hallarına  qarşı  dözümsüzlük  hissi,  hüquq  normalarına, 
cəmiyyət qarşısında öz hüquq və vəzifələrinə şüurlu münasibət 
formalaşdırmaq,  hüquqi  dövlət  quruculuğu  və  hüququn  alili-
yinə dair təsəvvür və baxışlar aşılamaq diqqət mərkəzində dur-
malıdır.  Bu  işdə  fənlərarası  əlaqələrin  yaradılması  da  mühüm 
əhəmiyyət kəsb edir. 
 
Hüquq  tərbiyəsi  üzrə  təlim  prosesində  aparılan  işlərlə 
yanaşı, 
auditoriyadankənar işlər
 də böyük əhəmiyyət kəsb edir. 
Hüquq  tərbiyəsi  ilə  bağlı  auditoriyadankənar  işlər  müxtəlif 
formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki 
qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun forma-
laşmasına  xidmət  edən  formalar;  b)  hüquq-mühafizə  fəaliyyə-
tinin təşkili formaları. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə