M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə179/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   197
Ali mekteb pedaqogikasi-kitab

İqtisadi  tərbiyə. 
İqtisadi  tərbiyə  dedikdə,  böyüyən  nəsli 
təsərrüfatçılıq,  sahibkarlıq,  qənaətcillik  ruhunda  formalaşdır-
maq, onları iqtisadi fəaliyyətə hazırlamaq məqsədi ilə aparılan 
kompleks təsirlər sistemi başa düşülür. 
İqtisadi  tərbiyə  qarşısında  aşağıdakı 
vəzifələr
  durur:  - 
gənc nəsildə iqtisadiyyat, onun cəmiyyətdə rolu, təsərrüfatçılıq, 
sahibkarlıq  haqda  təsəvvürlər,  iqtisadi  təfəkkür  formalaşdır-
maq; - gənc nəsli psixoloji və əməli cəhətdən iqtisadi fəaliyyətə 
hazırlamaq;  -  gənclərdə  qənaətcillik,  ictimai  mülkiyyətə,  xalq 
əmlakına,  məktəb  avadanlığına,  suya,  enerjiyə,  çörəyə  qayğılı 
münasibət  tərbiyə  etmək;  -  israfçılığa,  təsərrüfatsızlığa,  əməyə 
və  əmək  məhsuluna  laqeydliyə,  məsuliyyətsizliyə  qarşı  barış-


 
 
203 
mazlıq tərbiyə etmək. 
İqtisadi  təhsil  və  tərbiyənin 
məzmunu
  geniş  və  rənga-
rəngdir.  İqtisadi  təhsil,  bir  tərəfdən,  iqtisadi  bilikləri,  digər  tə-
rəfdən isə iqtisadi bacarıq və vərdişləri özündə birləşdirir. 
 qti-
sadi biliklərə
  iqtisadi  qanunlarla  tanışlıq,  iqtisadiyyat  və  əmək 
sahəsində əsas anlayışların mənimsədilməsi, dövlət büdcəsi və 
onun əldə edilməsi  yolları, milli gəlir, idxal, ixrac və s. haqda 
məlumatların verilməsi daxildir. 
 qtisadi  bacarıq  və  vərdişlərə
  isə  işin  planlaşdırılması 
(əmək  əməliyyatlarının  sistemi,  işin  icra  mərhələləri,  icra  me-
todları, işin təhlili və qiymətləndirilməsi) və təşkilati bacarıqlar 
(iş yerinin təşkili, işin səmərəli metod və priyomlarının tətbiqi, 
öz əməyinə nəzarətin həyata keçirilməsi) və s. daxildir.  
İqtisadi  təhsil  və  tərbiyə 
müxtəlif  yollarla  və  vasitələrlə
 
həyata keçirilir. Bu sahədə 
təlim prosesi
  böyük  imkanlara  ma-
likdir. Müxtəlif fənlərdə gənclər cəmiyyətin iqtisadi inkişafının 
qanunları ilə tanış olur, iqtisadi təsəvvürlərə yiyələnirlər. 
İqtisadi  təhsil  və  tərbiyə  sahəsində  təlimdə  aparılan  iş 
auditoriyadankənar tədbirlər
 yolu ilə möhkəmləndirilir və daha 
da  dərinləşdirilir.  İctimai-faydalı  və  məhsuldar  əmək  zamanı 
gəncləri  iqtisadi  münasibətlərə  qoşmaq,  iqtisadi  məsələlərin 
praktik  həllinə  cəlb  etmək  mühüm  şərtdir.  Tələbələrin  iqtisadi 
fəaliyyətinə  praktik  istiqamət  vermək,  onu  real  iqtisadi  pro-
seslərə yaxınlaşdırmaq vacibdir. 
Vaxtaşırı  olaraq  fakültələrdə  tələbə  təşkilatları  xətti  ilə 
qənaətcillik  reydləri  və  ayları  keçirmək,  bu  zaman  dövlət  əm-
lakına, elektrik enerjisinə, suya qənaət edilməsi vəziyyətini öy-
rənmək,  reydlərin  nəticələrini  kollektivdə  müzakirə  etmək 
qənaətcillik, təsərrüfatçılıq baxımından əhəmiyyətlidir. 
 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə