M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tələbə kollektivinin şəxsiyyətə təsiri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə180/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   197
Ali mekteb pedaqogikasi-kitab

4. Tələbə kollektivinin şəxsiyyətə təsiri 
Kollektiv  anlayışı,  onun  funksiyaları,  təşkili. 
Şəxsiy-
yətinin  formalaşmasına  təsir  göstərən  amillər  içərisində  kollektiv 
mühüm  yer  tutur.  O,  insan  həyatını  təşkil  etməyin  səmərəli  for-


 
 
204 
malarından  biridir.  Kollektiv  sosial  qrupun  yüksək  təşəkkül 
tapmış  formasıdır.
 
Kollektivə  belə  tərif  vermək  olar: 
kollektiv
 
ictimai-faydalı  məqsədlər  naminə  birgə  fəaliyyət  göstərən, 
qarşılıqlı asılılıq münasibətlərinə daxil olan, özünüidarə orqan-
larına  (müvəkkillərə)  və  ictimai  rəyə  malik  olan  insanların 
mütəşəkkil birliyi, yüksək təşəkkül tapmış sosial qrupdur.  
Kollektivin 
funksiyaları
  aşağıdakılardan  ibarətdir:  a)  tər-
biyə funksiyası; b) stimullaşdırma və tənzimləmə funksiyası; c) 
təşkilatçılıq funksiyası. Kollektivin öz funksiyalarını yerinə ye-
tirməsi üçün onu düzgün təşkil etmək, tərbiyə və inkişafı qey-
dinə qalmaq lazımdır. Kollektiv düzgün təşkil edildikdə tərbiyə 
işində təsirli vasitə ola bilər.  
Kollektivin
 
təşkili
 üçün səlahiyyətlərin, ictimai vəzifələrin 
düzgün  bölünməsi  mühüm  şərtdir.  Vəzifələrin  təyin  etməklə 
yox, seçki  yolu ilə tutulması daha  səmərəlidir. Kollektivin təş-
kilinin digər şərti mümkün qədər daha çox tələbəni 
ictimai vəzi-
fələrə  cəlb  etməkdən
  ibarətdir.  Bu  halda  kollektivdə  bərabərlik, 
qarşılıqlı asılılıq şəraiti yaranır ki, bu da sağlam kollektivin vacib 
şərtidir.  
Kollektivin  təşkili  müəyyən 
prinsiplərə
  əsaslanır.  Bu 
prinsiplərə  demokratiya  (kollektivin  həyatında  və  idarə  olun-
masında  hamının  seçkili  orqanlar  vasitəsilə  iştirakının  təmin 
olunması), aşkarlıq (işlərin gizli, qapalı yox, aşkarlıq şəraitində 
icrası), plüralizm  (fikir müxtəlifliyinə, azadfikirliliyə şərait  ya-
radılması), çoxluğun rəyinin əsas götürülməsi və azlığın rəyinə 
hörmət edilməsi və s. prinsiplər daxildir. Həmin prinsiplər əsa-
sında sağlam, demokratik kollektiv yaratmaq və onu tərbiyənin 
təsirli  subyektinə  çevirmək  olar.  Bunun  üçün  müəyyən  mər-
hələlərlə iş aparmaq lazımdır. 
Kollektivin  inkişaf  mərhələləri.
  Kollektivin  təşkili  uzun 
sürən  prosesdir;  buna  qısa  müddətdə  nail  olmaq  çətindir. 
Kollektivin  inkişafının  göstəricisi  kimi  onun  üzvlərinin  fəallıq 
dərəcəsinin  artması,  xarici  tələblərin  daxili  tələblərə  keçməsi 
prosesi  əsas  götürülür.  Bu  baxımdan  kollektivin  inkişafında 


 
 
205 
dörd mərhələ ayırd edilir. 
Birinci mərhələ
 kollektivin təşəkkülü 
mərhələsi  adlanır.  Burada  əsas  təşkilatçı  kimi  müəllimlər,  ku-
rator, dekanlıq, qrup nümayəndəsi çıxış edir. Onlar qrupda bir-
gə maraqlı işlər təşkil edir, tələbələrə ardıcıl tələblər verir, eyni 
zamanda  tələbələr  içərisindən  fəallar  seçir,  onları  təşkilatçılıq 
işinə cəlb edirlər. 
 kinci  mərhələ
  kollektiv  özəyin  təşkili  mərhələsi  adlanır. 
Fəallar müəllimin-tərbiyəçinin, kurator və qrup nümayəndələri-
nin  dayağı  kimi  çıxış  edir,  onların  tələblərini  müdafiə  edir, 
kollektivin həyatında fəallıq göstərirlər. 
Üçüncü  mərhələ
  özünüidarəyə  keçid  mərhələsi  adlanır. 
Bu  mərhələdə  kollektivin  əksər  üzvləri  onun  həyatında  fəal 
iştirak  edir,  yoldaşlarına  tələblər  verirlər.  Kollektivin  seçkili 
orqanları  əsas  təşkilatçı  kimi  çıxış  edir.  Bu  mərhələdə  kollek-
tivin  ictimai  rəyi  formalaşır  və  əsas  tərbiyəedici,  tənzimedici 
amilə çevrilir. Məhz bu pillədə ayrı-ayrı tələbələrin xoşagəlməz 
hərəkətlərini  kollektivin  müzakirəsinə  çıxarmaq  və  onlara 
səmərəli kollektiv təsiri təşkil etmək mümkündür. 
Dördüncü  mərhələ
  kollektivin  yetkinlik  mərhələsi  adla-
nır. Bu mərhələdə kollektivin bütün üzvləri onun həyatında fəal 
iştirak edir, hərə özünə tələb verir. Beləliklə, tərbiyə özünütər-
biyə ilə qovuşur. 
Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mər-
hələləri onun inkişaf dinamikasını ifadə edir: kollektiv pedaqoji 
rəhbərlikdən tədricən özünüidarə və özünütənzimləmə sistemi-
nə çevrilir və mühüm tərbiyə vasitəsi kimi çıxış edir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə