M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Pedaqoji ünsiyyət və onun strukturu



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə183/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Pedaqoji ünsiyyət və onun strukturu. 
Pedaqoji ünsiyyət 
pedaqoji  proses  iştirakçılarının  qarşılıqlı  münasibətlərini  ifadə 
edən peşə ünsiyyətidir, pedaqoji fəaliyyətin çox çətin bir sahə-
sidir.  Bir  çox  müəllimlər  məhz  tələbələrlə  ünsiyyət  qurmaqda 
çətinlik çəkir, bu sahədə ciddi səhvlərə yol verirlər. Bu səhvlər 
isə onların  iş  keyfiyyətlərinə, səhhətlərinə mənfi  təsir göstərir, 
təlim-tərbiyə  fəaliyyətində  böyük  çətinliklər  yaradır.  Bu  sə-
bəbdən  bəzi  müəllimlər  öz  əməklərindən  həzz  almır,  pedaqoji 
fəaliyyətə könülsüz yanaşırlar. 
Pedaqoji ünsiyyətin düzgün qurulması ünsiyyətin mahiy-
yətini,  strukturunu,  mexanizmini,  şərtlərini  yaxşı  dərk  etmək-
dən, pedaqoji ünsiyyətə yiyələnməkdən çox asılıdır. 
Ünsiyyət
  –  insanların  informasiya  mübadiləsi,  qarşılıqlı 
təsiri  və  bir-birini  qavraması  prosesidir.  O,  insanların  əsas 
sosial  tələbatlarından  biridir.  Müasir  psixologiyada  ünsiyyətin 
üç tərəfi fərqləndirilir: 
- informasiya mübadiləsi (kommunikativ tərəf); 
- insanların qarşılıqlı təsiri (interaktiv tərəf); 
- insanların bir-birini qavraması (perseptiv tərəf). 
Ünsiyyətin  qeyd  edilən  tərəflərinə  müvafiq  olaraq  onun 
üç 
funksiyası
  özünü  göstərir:  informasiya  vermək,  tərbiyəvi 
təsir göstərmək, insanı duymaq funksiyaları. 
Ünsiyyətin  kommunikativ  funksiyası
  –  informasiya  mü-
badiləsi  pedaqoji  fəaliyyətin  əsasını  təşkil  edir.  Müəllim  elmi 
biliklərin  və  mənəvi  dəyərlərin  mübadiləsi  yolu  ilə  tələbələrin 
zehni-mənəvi inkişafını təmin edir. Yanlış ünsiyyət (kobud ton, 
mənfi emosional vəziyyət, çoxlu iradlar tutmaq və s.) tələbənin 


 
 
211 
informasiya  almaq  səyini,  marağını,  zehni  fəallığını  azalda 
bilər. 
Ünsiyyətin interaktiv funksiyası
 – insanların qarşılıqlı mü-
nasibətləri, qarşılıqlı  təsiri ünsiyyətin əsasını təşkil edir. Müəl-
lim  informasiya  verməklə  yanaşı,  tələbələri  birgə  axtarışa, 
əməkdaşlığa  sövq  etməyi  bacarmalı,  onların  özünüifadəsi  və 
özünütəsdiqi  üçün  əlverişli  şərait  yaratmalıdır.  Müəllim-tələbə 
qarşılıqlı münasibətlərinin düzgün qurulması, saf insani xarak-
ter daşıması, bir çox halda, təlim-tərbiyə işində müvəffəqiyyəti 
müəyyən edir.  
Ünsiyyətin  perseptiv  funksiyası
  insanların  bir-birini  qav-
raması və anlaması ilə bağlıdır. Bunsuz düzgün pedaqoji ünsiy-
yət  qurmaq çətindir. Müəllimin emosional  həssaslığı  tələbənin 
hissi aləmini daha yaxşı duymağa, dərdinə şərik olmağa, onun 
mövqeyini başa düşməyə, normal ünsiyyət qurmağa imkan ve-
rir.  Ünsiyyət  prosesində  bəzi  hallar  –  sosial  etalon  və  stereo-
tiplər, insana əvvəldən hazır və dəyişməz münasibət göstərmək,  
birdəfəlik «yaxşı» və ya «pis», «çalışqan» və ya «tənbəl» «mö-
hürü vurmaq», birincilərdə ancaq müsbət, ikincilərdə isə ancaq 
mənfi cəhətləri görmək müəllimin tələbəni düzgün qavramasına 
və  qiymətləndirməsinə  mane  olur.  Müəllim  tələbəni  ali  sərvət 
kimi – şəxsiyyət və insan kimi qavramalı və münasibət göstər-
məlidir. Belə olduqda tələbə də müəllimə eyni mövqedən yana-
şacaqdır.  
Ünsiyyətin  qeyd  edilən 
tərəfləri  (funksiyaları)  vəhdətdə 
həyata  keçirilməlidir
.  Bəzən  ali  məktəb  təcrübəsində  bu 
məsələyə  birtərəfli  yanaşılır:  müəllim  məşğələ  zamanı  ünsiy-
yətin  yalnız  bir  tərəfini,  məsələn,  informasiya  vermək  tərəfini 
təşkil edib, digər iki tərəf üzərində düşünmür.  
Tələbələrdə təlim fəaliyyətinə marağın  azalması  səbəblə-
rinin təhlili göstərir ki, zəif mənimsəmə və fənnə diqqətin azal-
ması başlıca  olaraq məhz pedaqoji  ünsiyyətin  yanlış  təşkili ilə 
bağlıdır.  Eksperiment  təriqi  ilə  müəllim  pedaqoji  ünsiyyətin 
strukturunu  dəyişərək  onun  hər  üç  tərəfini  əlaqəli  təşkil  edir  – 


 
 
212 
qrupda  müsbət  işgüzar  mühitin,  sağlam  mənəvi-psixoloji  iqli-
min yaradılmasına, yəni ünsiyyətin interaktiv və perseptiv tərə-
finə daha çox diqqət yetirir. Bu halda tələbələrin təlimə münasi-
bətində nəzərəçarpan dəyişiklik baş verir. Hər bir müəllim (xü-
susən gənc müəllimlər) tədris etdiyi fənni mükəmməl bilməklə 
yanaşı pedaqoji ünsiyyət qabiliyyətinə də yaxşı yiyələnməlidir.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə