M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Pedaqoji ünsiyyətin forma və üslubları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə184/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Pedaqoji ünsiyyətin forma və üslubları.
 Ünsiyyətin sə-
mərəsi  onun  forma  və  üslublarının  düzgün  seçilib  tətbiq  edil-
məsi ilə sıx bağlıdır. Ünsiyyətin 
iki
 başlıca 
forması
 ayırd edilir: 
formal və qeyri-formal ünsiyyət. 
Formal ünsiyyət
 rəsmi qayda-
larla,  normalarla  tənzim  olunur;  müəllim-tələbə  münasibətləri 
rəsmi münasibətlərdir.  
Pedaqoji prosesdə 
qeyri-formal ünsiyyət
 ünsürləri də özü-
nü göstərir. Belə ünsiyyət rəsmi qaydalarla müəyyən olunmur, 
şəxsi  xarakter  daşıyır  və  simpatiya  və  antipatiyaya  əsaslanır. 
Qeyri-formal ünsiyyət insanların münasibətinə, kollektivin fəa-
liyyətinə,  orada  mənəvi-psixoloji  iqlimin  yaranmasına  müəyyən 
təsir  göstərir.  Lakin  qeyri-rəsmi  ünsiyyətdə  müəyyən  hədd  – 
psixoloji məsafə, «pedqoji pərdə» gözlənməli, belə ünsiyyət mü-
əllimin rəsmi vəzifələrini yerinə yetirməsinə mane olmamalıdır. 
Göstərilən  ünsiyyət  formalarının  heç  birini 
unversallaş-
dırmaq  olmaz
.  Pedaqoji  fəaliyyətdə  ancaq  formal  ünsiyyətə 
əsaslanmaq  –  təlimat  və  əmrlərlə  hərəkət  etmək  formalizmə, 
yeknəsəqliyə,  konservatizmə,  münasibətdə  soyuqluğa  gətirib 
çıxara bilər. Eləcə də ancaq qeyri-formal ünsiyyətə əsaslanmaq 
anarxiyaya, müəllim və tələbə arasında «pərdə»nin götürülmə-
sinə  səbəb  ola  bilər.  Buna  görə  də,  hər  iki  ünsiyyət  formasını 
düzgün 
əlaqələndirmək
,  konkret  şəraitdən,  situasiyadan  asılı 
olaraq yerinə görə onları tətbiq etmək lazımdır.  
Pedaqoji  ünsiyyətin  xarakteri 
ünsiyyət  üslubundan
  çox 
asılıdır.  Ünsiyyət  üsulu  dedikdə,  ünsiyyət  fəaliyyətinin  fərdi 
xüsusiyyətlərinin  məcmusu  başa  düşülür.  Fəaliyyət  prosesində 
rəhbərlik  formasından  asılı  olaraq, 
üç  əsas  ünsiyyət  üslübü
 
fərqləndirilir: avtoritar, demokratik və liberal üslüblar.   


 
 
213 
Avtoritar üslub
 – inzibati-amirlik üslubudur. O, nüfuza və 
tabeçiliyə əsaslanır. Bu halda insana (uşağa, şagirdə, tələbəyə) 
sadəcə  obyekt  kimi  baxılır:  təşəbbüsə,  etiraza  imkan  verilmir, 
müəllim  öz  dediyini  həyata  keçirir  («Mən  deyən  olmalıdır»). 
Onun  əsas  vasitələri  əmr,  tələb,  qadağan,  qışqırıq  və  cəzadır. 
Bu üslubda müəllim tələbəyə  «yuxarıdan aşağı» baxır, hər xır-
da şeyə sərt reaksiya verir, qadağan və danlağa, bəzən təhqirə əl 
atır. Avtoritar üslubda formal ünsiyyət əsas  yer tutur; müəllim 
birbaşa  təsirlərə  –  cəza  metodlarına  geniş  yer  verir.  Bu  halda 
tələbə  zahirən  itaət  göstərsə  də,  daxilən  narazı  qalır,  inciyir, 
müəllimə  soyuq  münasibət  (bəzən  kin)  bəsləyir,  yeri  gəldikdə 
itaətsizlik və müqavimət göstərir. Belə üslüb pedaqoji ünsiyyəti 
çətinləşdirir, əsəbilik, inamsızlıq, qeyri-sağlam psixoloji mühit 
yaradır, münaqişələrə yol açır. 
Demokratik  üslub 
–  əməkdaşlığa  əsaslanan  üslubdur.  O, 
qarşılıqlı hörmət, humanizm, bərabərlik, ədalət üzərində qurulur. 
İnsana  təlim-tərbiyə  prosesinin  fəal  iştirakçısı  –  subyekti  kimi 
baxılır;  onun  rəyi,  arzuları,  mövqeyi,  tələbat  və  maraqları,  mə-
nafeyi nəzərə alınır. Tələbələrin təşəbbüs və fəallığına geniş yer 
verilir.  Müəllim  öz  tələblərini  məcburi  şəkildə,  zorla  qəbul  et-
dirmir;  tələbəni  inandırmağa  çalışır,  nəticədə  tələbə  müəllimin 
tələblərini  şüurlu  şəkildə  dərk  edərək  könüllü  qəbul  edir.  De-
mokratik  üslubun  əsas  vasitələrini  inandırma,  xahiş,  məsləhət 
təşkil  edir.  Müəllim  qərar  qəbul  edərkən  qrupla,  fəallarla  məs-
ləhətləşir,  yeri  gəldikdə  güzəştə  gedir.  Bu  üslubda  qeyri-rəsmi 
ünsiyyət  formasına,  dolayı  təsir  priyomlarına  geniş  yer  verilir. 
Demokratik üslub normal ünsiyyət qurmağa, sağlam mənəvi-psi-
xoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa, 
müəllimin nüfuzunu yüksəltməyə imkan verir. 
Liberal uslub
 – ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsas-
lanan  üslubdur:  müəllim  heç  nəyə  qarışmır,  fəallıq  göstərmir, 
məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır. 
Bu  isə  normal  pedaqoji  ünsiyyətə  və  bütövlükdə  təlim-tərbiyə 
işinin keyfiyyətinə mənfi təsir göstərir.  


 
 
214 
Qeyd  edilən  ünsiyyət  üslubları  içərisində  ən  səmərəlisi 
demokratik  üslubdur.  Ali  məktəb  müəllimi  bu  üsluba  əsaslan-
malıdır. Avtoritar və liberal ünsiyyət üslublarından yaxa qurtar-
maq  üçün  tələbələrlə  münasibətləri  yeni  əsaslarda  –  əmək-
daşlıq, xeyirxahlıq, hörmət və tələbkarlıq, qarşılıqlı inam, həs-
saslıq,  ədalət,  pedaqoji  etika  tələbləri  üzərində  qurmaq,  müəl-
lim və tələbələri ayıran psixoloji səddi, şübhə və etimadsızlığı, 
qeyri-səmimiliyi  aradan  qaldırmaq,  bir  sözlə,  ünsiyyət  mədə-
niyyətinə yiyələnmək lazımdır. 
Tərbiyə  təcrübəsində  demokratik,  avtoritar  və  liberal  ün-
siyyət  üslublarının  müxtəlif  təzahür  formaları  –  fərdi 
ünsiyyət 
üslubları
 müşahidə olunur. Onlardan əsaslarını qeyd edək: 
a) birgə yaradıcı fəaliyyət üslubu – müəllimin tələbələrlə 
birgə yaradıcı axtarışlarına əsaslanır; 
b)  dostcasına  ünsiyyət  üslubu  –  müəllimin  (yaşlı  yoldaş 
kimi)  tələbələrlə  mənəvi  yaxınlıq  və  dostluq  münasibətlərinə 
(müəyyən hədd daxilində) əsaslanır; 
c) ünsiyyət – qorxu üslubu – qorxuya, hədəyə əsaslanır; 
ç)  ünsiyyət  –  məsafə  üslubu  –  müəllimin  tələbələrlə 
müəyyən məsəfə saxlamasına əsaslanır; 
d) ünsiyyət – ələalma üslubu  – tələbəni ələ almaqla, onun 
qılığına  girməklə,  ona  xoş  gəlməklə  süni  nüfuz  qazanmağa 
əsaslanır. 
Bu fərdi ünsiyyət üslublarının ilk ikisi demokratik ünsiyyət 
üslubunun,  üçüncüsü  –  avtoritar,  son  ikisi  isə  liberal  ünsiyyət 
üslubunun təzahürləridir. Qorxu, məsafə və ələalmağa əsaslanan 
ünsiyyət üsulları normal ünsiyyət yaratmağa mane olur. Həm də 
bu  neqativ  ünsiyyət  üslubları  gənc  müəllimlərin  fəaliyyətində 
tədricən  möhkəmlənərək,  dönməz  fərdi  ünsiyyət  üslubuna 
çevrilir  və  təlim-tərbiyə  işini  xeyli  çətinləşdirir.  Bunu  nəzərə 
alaraq  ali məktəb müəllimi (xüsusən  gənc müəllimlər) ünsiyyət 
texnologiyasına, demokratik ünsiyyət üslubuna  yiyələnməyə ça-
lışmalıdır. Çünki pedaqoji ünsiyyət müəllimin şəxsi işi deyildir; 
onun  pedaqoji  fəaliyyətinin  ayrılmaz  tərkib  hissəsi  və  təlim-


 
 
215 
tərbiyə işinin səmərə və keyfiyyətinin çox mühüm şərtidir.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə