M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə181/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Kollektivin tərbiyəsi. 
Kollektivi təşkil edib formalaşdır-
maqla yanaşı, onun tərbiyəsi qeydinə də qalmaq lazımdır. Əks 
halda  böyük  zəhmətlə  yaradılan  kollektiv  inkişaf  etməz,  zəif-
ləyib dağıla bilər.  
Tələbə kollektivinin tərbiyəsi üçün müxtəlif 
yollardan
 is-
tifadə edilir. Kollektivin tərbiyəsinin əsas yolu onun qarşısında 
fərəhli məqsədlərin qoyulmasıdır.
 Fərəhli məqsəd uğrunda mü-
barizə  kollektivi  möhkəmlədir,  onun  həyatına  sevinc  və  güm-


 
 
206 
rahlıq  gətirir.  Tərbiyə  işinin  ustası  A.S.Makarenko  kollektiv 
qarşısında  qoyulan  fərəhli  perspektiv  məqsədlərin  üç  növünü 
müəyyən etmişdi: yaxın, orta və uzaq perspektiv. 
Yaxın perspektiv yaxın vaxt (7-10 gün) üçün qoyulan fə-
rəhli məqsədlərdir. Məsələn, kinoya, teatra, konsertə, gəzintiyə 
getmək, bayrama və idman yarışına hazırlaşmaq və s. Orta pers-
pektiv nisbətən çox (2-3 ay) vaxt tələb edən fərəhli məqsədlərdir. 
Məsələn, səyahətə hazırlaşmaq, olimpiadaya hazırlaşmaq, məktəb 
və rayon miqyasında futbol və ya voleybol yarışında iştirak etmək, 
buraxılış gecəsinə hazırlaşmaq və s. Uzaq perspektiv uzun müddət 
(1-2 il) üçün qarşıya qoyulan fərəhli  məqsədlərdir. Məsələn,  res-
publika və  ya beynəlxalq fənn olimpiadasına, fakültə və fakültə-
lərarası idman yarışlarına hazırlaşmaq, məktəb həyətini, qəsəbəni 
abadlaşdırmaq və s. Perspektiv məqsədlərin müntəzəm və rənga-
rəng  olmasına  diqqət  yetirilməlidir.  Bir  vəzifə  əldə  edilərkən 
yenisini irəli sürmək lazımdır.  
Kollektivin  tərbiyəsində 
ənənələrin  rolu
  da  böyükdür. 
Ənənə dedikdə, dövri olaraq təkrarlanan və hamı tərəfindən qə-
bul edilən möhkəm qaydalar başa düşülür. Ənənə kollektivi da-
ğılmaqdan qoruyur, onu birləşdirir. Bu mənada A.S.Makarenko 
ənənəni  “ictimai  yapışqan”  adlandırıb  qeyd  edirdi  ki,  heç  nə 
ənənə qədər kollektivi möhkəmlətmir. 
Tərbiyə  təcrübəsində  ənənələrin  iki  tipi  özünü  göstərir: 
daxili intizam qaydaları ilə və kütləvi tədbirlərlə bağlı ənənələr. 
Birinci  tipə  ali  məktəbin  rejim  və  intizam  qaydalarının  illərlə 
təkrar  olunub  möhkəm  adət  şəklinə  düşməsi  nəticəsində  yara-
nan ənənələr daxildir. Belə ənənələrə auditoriyanı təmiz saxla-
maq, dərslərə gecikməmək,  yüksək qiymətlərlə oxumaq,  qrup-
da ad günlərinin keçirilməsi, oğlanların qızlara diqqət və qayğı 
göstərməsi, məşğələlərdə sakitliyin  gözlənilməsi, təlimdə  geri-
də qalanlara kömək göstərilməsi, xəstələrə qayğı və s. misal ola 
bilər.  
Kütləvi tədbirlərlə bağlı ənənələr dövri olaraq təkrarlanan 
və təntənəli şəkildə keçirilən kütləvi tədbirlərdir. Tarixi günlərin 


 
 
207 
və  bayramların  keçirilməsi,  ilk  zəng,  son  zəng,  məzunların  gö-
rüşü, hər tələbənin bir ağac əkib ona qulluq etməsi, hər il sparta-
kiada  və  fənn  olimpiadalarının  keçirilməsi  və  s.  kimi  ənənələr 
bura daxildir.  
Kollektivi inkişaf etdirməyin bir yolu da 
fəalların rolunu 
artırmaq
  və  onlara  qayğı  göstərməkdən  ibarətdir.  Fəallar 
kollektivin canlı özəyini təşkil edir, dekanlığın, kuratorun yaxın 
köməkçisi kimi çıxış edirlər.  
Dekanlıq, kurator və müəllimlər tələbə kollektivində fəal-
ların  sırasının  artırılmasına  qayğı  göstərməlidirlər.  Fəalları  ən 
mühüm və məsul fəaliyyət sahələrinə geniş cəlb etmək, onlara 
etimad  göstərmək  və  müəyyən  səlahiyyətlər  vermək,  onlarla 
mehriban  işgüzar  münasibət  yaratmaq  lazımdır.  Bu,  fəalların 
kollektivdə  rolunun  və  sayının  artması  baxımından  əhəmiy-
yətlidir. 
Kollektivin  tərbiyəsində  şəxsiyyətlərarası 
səmimi  qarşı-
lıqlı  münasibətlərin  yaradılması
,  yoldaşlıq  və  dostluğun  möh-
kəmləndirilməsi də mühüm şərtdir. Bu məqsədlə birgə maraqlı 
tədbirlər (əmək, idman yarışları, ekskursiya və gəzintilər, oyun 
və  əyləncələr  və  s.)  keçirmək  faydalıdır.  Gənclik  illərində 
dostluq bəzən qızlar və oğlanlar arasında sevgiyə çevrilir. Bunu 
başa  düşmək,  ona  hörmətlə  yanaşmaq,  onun  yüksək  mənəvi 
əsasda olmasına kömək etmək lazımdır.  
Tələbə kollektivində özünüidarənin təşkili.
 
Tələbə kollektivi 
özünüidarə  prinsipi  əsasında  fəaliyyət  göstərir.  Özünüidarə  tə-
ləbələrin ictimai fəallıq tərbiyəsinin mühüm vasitəsi olub, onlarda 
təşkilatçılıq  bacarığının,  müstəqillik  və  təşəbbüskarlığın,  şəxsi 
məsuliyyət və kollektivçilik hissinin inkişafına kömək göstərir.  
Tələbə özünüidarəsi üç səviyyədə –
 qrup, fakültə və uni-
versitet  səviyyəsində
  fəaliyyət  göstərir.  İlk  kollektiv  olan  aka-
demik qrupun öz fəalları olur: qrup nümayəndəsi, həmkarlar və 
gənclər  təşkilatı  nümayəndələri,  divar  qəzeti  redaksiya  heyəti, 
müxtəlif komissiyalar (təlim, idman, səhiyyə, əmək və s.). Qrup 
fəallarının fəaliyyətini əlaqələndirmək məqsədi ilə bəzi ali mək-


 
 
208 
təblərdə  qrup  şurası  (və  ya  komitəsi)  yaradılır.  İlk  kollektivin 
ali orqanı qrupun ümumi yığıncağıdır. Orada qrup həyatının ən 
mühüm,  aktual  məsələləri  müzakirə  edilir.  Qrupun  ümumi  yı-
ğıncağı  ayda  bir  dəfə  keçirilir.  İlk  yığıncaqda  qrup  nümayən-
dəsi seçilir. 
Fakültə  və  ali  məktəb  səviyyəsində  tələbə  özünüidarə 
orqanları ilk (qrup) kollektivlərinin müvəkkillərini birləşdirmək 
yolu  ilə  yaradılır.  Belə  orqanlara  tələbə  həmkarlar  və  gənclər 
təşkilatı şurası, müxtəlif sahələr üzrə fəaliyyət göstərən komis-
siya  və  şuralar  daxildir.  Fakültə  və  universitet  özünüidarə  or-
qanları  hər  qrupdan  (ilk  kollektivdən)  və  fakültədən  bir  nəfər 
olmaqla yaradılır. Ali məktəb tələbə özünüidarəsinin ali orqanı 
ildə bir dəfədən az olmayaraq keçirilən ümumi  yığıncaq və ya 
tələbə konfransıdır.  
Ali məktəbin tələbə kollektivi özünəməxsus 
quruluşa
 ma-
lik mürəkkəb sosial təsisatdır. Bu təsisatın əsasını 
tələbə akade-
mik qrupu
 təşkil edir. Kurs, fakültə, ali məktəb kollektivləri da-
ha böyük miqyasda fəaliyyət göstərir. Tələbə mühitində ictimai 
təşkilatlarla  yanaşı,  marağa  görə 
birliklər
  də  yaradılır:  qərar-
gahlar,  komissiyalar,  klublar,  bölmələr,  dərnəklər,  bədii  özfəa-
liyyət  kollektivləri  və  s.  Onların  özlərinə  məxsus  məqsəd  və 
vəzifələri,  quruluşu,  idarəetmə  orqanları,  tələbələrin  fəaliyyət 
növləri vardır. Bütün kollektiv tipləri öz xüsusiyyətlərinə uyğun 
olaraq  bu  və  ya  digər  fəaliyyət  növlərinin  (elmi,  tədris,  əmək, 
idman, bədii, ekoloji və s.) təşkili üzrə tələbələrin təlim-tərbiyə 
məsələlərinin həllində yaxından iştirak edirlər. 
Ali  məktəbin  qarşısında  duran  vəzifələrin  yüksək  səviy-
yədə yerinə yetirilməsi tələbə kollektivləri və onların idarəetmə 
orqanları ilə birgə fəaliyyətin səmərəli təşkilindən çox asılıdır.  
Kollektivdə  qarşılıqlı  münasibətlərin  formalaşdırılması. 
Tələbə kollektivində normal münasibətlərin yaradılması bir çox 
amillərlə bağlıdır. Bu amillərə kollektivin ümumi ideya-mənəvi 
dəyərlərlə yaşaması, ünsiyyət mədəniyyəti, ictimai rəy, mənəvi-
psixoloji  iqlim  və  s.  daxildir.  Bu  amillərin  xarakterindən  asılı 


 
 
209 
olaraq  tələbə  kollektivində  səmimi  və  ya  münaqişəli  müna-
sibətlər özünü göstərir. Tələbə qrup kollektivində şəxsi simpa-
tiya ilə birləşən, xüsusən liderlik edən 
qeyri-rəsmi  mikroqrup-
lar
  da bu sahədə böyük  rol oynayır.  Belə kiçik qruplar tərbiyə 
subyekti  və  aləti  kimi  kollektivin  keyfiyyətini  və  imkanlarını 
xeyli  dərəcədə  müəyyən  edir.  Qeyri-formal  qruplar  pozitiv  və 
neqativ mövqe tuta bilər. Pozitiv qeyri-formal qruplar kollekti-
vin tərbiyəvi təsirini gücləndirdiyi kimi, neqativ qruplar bu tə-
siri  zəiflədir.  İkinci  halda  kollektivdə  münaqişələr  yaranır. 
Qeyri-rəsmi  qrup  liderlərinin  təqib  olunması  bu  münaqişələri 
kəskinləşdirə bilər.  
Tələbə kollektivindəki 
münaqişələri
 (onlar daha çox şəx-
siyyətlərarası  münasibətlər  zəminində  baş  verir)  elmi  əsasda 
həll  etmək  lazımdır;  münaqişəni  dərindən  təhlil  etmək,  səbəb-
ləri və münaqişə tərəflərinin motivlərini öyrənmək, heç bir tə-
rəfin  hüququnu  pozmadan,  nüfuzuna  xələl  gətirmədən  kollek-
tivin  ümumi  mənafeyindən çıxış  edərək ixtilafı sivil  yolla həll 
etmək vacibdir. Münaqişələrin profilaktikasına daha çox diqqət 
yetirmək lazımdır. Çünki münaqişələri həll etməkdənsə, onların 
qarşısını  almaq  daha  asandır.  Münaqişələrin  qarşısını  almaq 
üçün  kollektivdə  normal  münasibətlər  qurmaq,  sağlam  ictimai 
rəy,  müsbət  mənəvi-psixoloji  iqlim  və  ünsiyyət  mədəniyyəti 
formalaşdırmaq böyük əhəmiyyətə malikdir.  
 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə