M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə176/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Fiziki  tərbiyə. 
Fiziki  tərbiyə  insanın  sağlamlığını  möh-
kəmlədən,  şəxsiyyətin  fiziki  və  mənəvi-iradi  keyfiyyətlərini 
inkişaf etdirən təsirlər sistemidir. 
Fiziki  tərbiyə 
şəxsiyyətin  ahəngdar  inkişafının  mühüm 
şərtini təşkil edir
. O, 
əqli
 və mənəvi inkişafa kömək edir. Fiziki 
tərbiyə səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir 
qüvvəsini  artırır,  yorğunluğu  götürür,  iş  qabiliyyətini  bərpa 
edir.  Fiziki  tərbiyə  insanın 
əxlaqi-iradi
  inkişafının  da  mühüm 
vasitəsidir: iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, 
kollektivçilik,  yoldaşlıq  və  dostluq  kimi  keyfiyyətlər  tərbiyə 
edir.  Fiziki  tərbiyə  insanı 
əməyə
  və  Vətən  müdafiəsinə 
hazırlayır. O, 
estetik
 tərbiyə ilə də sıx bağlıdır.  
Fiziki tərbiyənin 
məqsədi
 fiziki cəhətdən sağlam, gümrah 
nəsil  tərbiyə  etməkdən,  onları  əməyə  və  fəal  ictimai  həyata 
hazırlamaqdan  ibarətdir.  Bu  ümumi  məqsədə  nail  olmaq  üçün 
fiziki tərbiyə qarşısında aşağıdakı konkret 
vəzifələr
 durur: 
a)  gənc  nəslin  normal  fiziki  inkişafını  və  sağlamlığını 
təmin etmək; 
b)  gənclərə  həyat  üçün  zəruri  olan  bacarıq  və  vərdişlər 
(düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq; 
c)  gənclərdə  bədən  tərbiyəsi  və  idmanla  müntəzəm 
məşğul olmağa tələbat yaratmaq
ç) iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, 


 
 
198 
qüvvə) tərbiyə etmək. 
Fiziki  tərbiyənin  məzmunu
  “Əməyə  və  müdafiəyə  hazı-
ram”  (ƏMH)  kompleksində  və  bədən  tərbiyəsi  və  idman  proq-
ramında öz əksini tapmışdır.   
Məktəbdə  fiziki  tərbiyə  müxtəlif  vasitə  və  formalarla 
həyata  keçirilir.  Fiziki  tərbiyənin 
vasitələrinə
  fiziki  təmrinlər, 
təbii və gigiyenik amillər daxildir. 
Fiziki təmrinlər 
fiziki tərbiyə vəzifələrinin həlli üçün xüsu-
si  seçilib  tətbiq  edilən  əsas  hərəkətlər,  hərəki  əməliyyatlardır. 
Buraya  gimnastika,  oyun,  idman  və  turizm  daxildir.  Tələbəlik 
illərində bunlara xüsusi yer ayırmaq lazımdır. 
Fiziki  tərbiyənin  mühüm  bir  vasitəsi 
təbii  amillərdən
 
istifadə etməkdir. Təbii amillər (günəş, hava, su) təbiətin sağlam-
laşdırıcı  qüvvələridir.  İnsan  orqanizminin  təmiz  havaya  (oksige-
nə), suya, günəş şüasına böyük ehtiyacı vardır. 
Təmiz hava
 insan 
orqanizmi,  beyin,  ciyər  və  ürəyin  fəaliyyəti  üçün  zəruridir.  Odur 
ki, auditoriyanın, iş otağının havasını tez-tez dəyişmək lazımdır. 
Günəş 
həyat  mənbəyidir.  Günəş  şüası  mikrobları  məhv 
edir,  qan  damarlarını  genişləndirir,  orqanizmin  müqavimətini 
artırır. 
Su
 da böyük sağlamlaşdırıcı təsirə malikdir: su dərini tə-
mizləyir,  tənəffüsü  yaxşılaşdırır,  əsəbləri  sakitləşdirir.  Gənclə-
rin gündəlik olaraq duş qəbul etmələri, soyuq havalarda bədəni 
yaş dəsmalla silmələri əhəmiyyətlidir. 
Gigiyenik  amillər
  fiziki  tərbiyə,  sağlamlıq  baxımından 
böyük  əhəmiyyətə  malikdir.  Gigiyenik  amillərə  qida,  yuxu, 
istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat 
geyim və s. daxildir. 
Sağlamlıq üçün 
normal qida
 vacib şərtdir. Yemək müəy-
yən  hədd  daxilində  olmalıdır;  həddən  çox  və  az  yemək  zərər-
lidir.  1-ci  hal  piylənməyə,  2-ci  hal  isə  qanazlığına  səbəb  olur. 
Qidada  zülalların,  vitaminlərin,  mineral  maddələrin  olmasına 
diqqət  yetirilməlidir.  Zülal  çatışmazlığı  üzdə  qırışlara,  rəngin 
solmasına, saç tökülməsinə, böyrək xəstəliyinə səbəb olur. Vi-


 
 
199 
tamin  və  mineral  çatışmazlığından  dəri  xəstəlikləri,  saç  tökül-
məsi,  göz  və  ürək  zəifliyi,  dırnaq  sınması,  qanazlığı  və  s.  baş 
verir. 
Normal  yuxu
  da  sağlamlıq  üçün  mühüm  şərtdir.  O,  yor-
ğunluğu  götürür,  orqanizmin  iş  qabiliyyətini  bərpa  edir.  Nor-
madan çox və az yatmaq eyni dərəcədə zərərlidir. Çox yatmaq 
orqanizmi süstləşdirir, kökəlməyə və piylənməyə (xüsusən ye-
məkdən  sonra)  səbəb  olur,  insanı  passivləşdirir,  bəzən  yatım-
cıllıq kimi zərərli adətin yaranmasına gətirib çıxarır. 
Gigiyenik amillər içərisində düzgün 
gün rejimi
 də böyük 
əhəmiyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan 
qaydaların məcmusudur. O, iş və istirahəti tənzim edir, insanda 
intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müs-
bət adətlər yaradır, iradəni möhkəmləndirir.  
Ailədə və məktəbdə 
sanitar-gigiyenik
 tələblərə ciddi əməl 
edilməlidir.  Ailədə  iş  otağı,  məktəbdə  dərs  otaqları  gigiyenik 
tələblərə (optimal həcmi, hava tutumu, işıq və istilik rejimi, ha-
vasının dəyişilməsi, əşyaların yaş əsgi ilə silinməsi və s.) cavab 
verməlidir.  
Ali məktəbdə fiziki tərbiyənin təşkili formaları.
 Fiziki tər-
biyənin  həyata  keçirilməsi  səmərəli  formalar  seçib  tətbiq  et-
məyi  tələb  edir.  Belə  formalara  bədən  tərbiyəsi  məşğələləri, 
gün  rejimində  idman-sağlamlıq  tədbirləri,  fiziki  tərbiyə  üzrə 
auditoriyadankənar tədbirlər daxildir. 
Bədən  tərbiyəsi  məşğələləri
  fiziki  tərbiyənin  əsas  və  bü-
tün tələbələr üçün məcburi olan məşğələ formasıdır. Fiziki tər-
biyənin  digər  mühüm  forması  kimi 
gün  rejimində  idman-sağ-
lamlıq tədbirləri 
böyük əhəmiyyətə malikdir. Bu tədbirlərə sə-
hər  gimnastikası,  gün  ərzində  açıq  havada  oyun  və  əyləncələr 
daxildir. 
Fiziki  tərbiyə üzrə  auditoriyadankənar
 
işlər
  gəncləri  sis-
temli  şəkildə  bədən  tərbiyəsi  və  idmana  cəlb  etməyə,  onların 
asudə  vaxtını  səmərəli  təşkil  etməyə  imkan  verir.  Belə  təd-
birlərə  idman  dərnəkləri  və  bölmələri,  oyun  və  əyləncələr,  id-


 
 
200 
man yarışları, idman bayramları, spartakiadalar və s. daxildir. 
Ali  məktəbdə  fiziki  tərbiyə  işləri  ilə  tək  idman  müəl-
limləri yox, dekanlıqlar, müəssisə rəhbərləri, tələbə təşkilatları 
birgə qüvvə ilə məşğul olmalıdırlar. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə