M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə175/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   197
Ali mekteb pedaqogikasi-kitab

3. Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi 
tərbiyəsi 
Tələbələrin  şəxsiyyət  –  Vətəndaş  kimi  formalaşmasında 
elmi  dünyagörüşü,  ideya-mənəvi  və  əmək  tərbiyəsi  ilə  yanaşı 
tərbiyənin  digər  sahələrinin  də  böyük  rolu  vardır.  Yüksək  ha-
zırlıqlı  mütəxəssisi,  dolğun  şəxsiyyəti  estetik,  fiziki,  ekoloji, 
hüquq  və  iqtisadi  tərbiyə  olmadan  formalaşdırmaq  çətindir. 
Buna  görə  də  ali  təhsil  müəssisələrində  bu  sahələr  də  diqqət 
mərkəzində durmalıdır.  
Estetik  tərbiyə. 
Estetik  tərbiyə  ahəngdar  inkişaf  etmiş 
şəxsiyyət  tərbiyəsinin  tərkib  hissələrindən  biridir.  “Estetika” 


 
 
194 
yunanca  “estezis”  sözündən  olub,  hiss  etmək,  qavramaq  de-
məkdir. Estetik  tərbiyə dedikdə, incəsənət  və həyatdakı gözəl-
liklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına 
yönələn təsirlərin məcmusu nəzərdə tutulur. 
Estetik  tərbiyə 
şəxsiyyət  tərbiyəsində  böyük  rol  oynayır

O,  tərbiyənin  digər  tərkib  hissələri  ilə  sıx  bağlıdır.  Estetik 
tərbiyə  əqli  tərbiyəyə  kömək  göstərir:  o,  həyatı  dərk  etməyə 
yardım edir. Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir: 
gözəllik  hissi  insan  qəlbini  təmizləyir,  saflaşdırır,  onu  yaxşı 
əməllərə yönəldir. Gözəl qəlbə malik insan pisliyə, bədxahlığa, 
qəddarlığa  yol  verməz.  Bu  mənada  “Dünyanı  gözəllik  xilas 
edəcək”  fikrinə  haqq  qazandırmaq  olar.  Estetik  tərbiyə  şəx-
siyyətin əmək və fiziki tərbiyəsində də böyük rol oynayır. 
Estetik  tərbiyə 
nəzəri-metodoloji  əsas
  kimi  estetika  el-
minə  istinad  edir.  Estetika  gözəllik  haqqında  elmdir.  Gözəllik 
mütənasiblik,  forma  və  məzmun  vəhdəti,  ahəngdarlıqdır.  İn-
sanın gözəlliyi daxili və zahiri gözəlliyin vəhdətindədir. 
Estetik tərbiyə bir neçə 
vəzifəni
 həyata keçirir: 
1. Gənc nəsildə estetik  baxış  və təsəvvürlər, estetik şüur 
aşılamaq; 2. Estetik  hisslər  və bu əsasda varlığa və incəsənətə 
estetik  tələbat  formalaşdırmaq;  3.  Estetik  zövq  və  mühakimə 
bacarığı  formalaşdırmaq;  4.  Bədii  yaradıcılıq  bacarıq  və  vər-
dişləri, bədii-estetik qabiliyyətləri inkişaf etdirmək. 
Ali  məktəbdə  estetik  tərbiyə  müəyyən 
sistemdə
  aparılır: 
tədris prosesində, auditoriyadankənar tədbirlərdə, elmi-tədqiqat 
fəaliyyətində,  insan  münasibətlərində,  əməkdə,  gəncləri  əhatə 
edən  mühitdə,  təbiətə  münasibətdə,  ədəbiyyat  və  incəsənətdə, 
geyim və davranışda estetik tərbiyə işləri bu sistemə daxildir. 
Tədris prosesi
 estetik tərbiyənin çox mühüm vasitəsi olub 
gənclərin  estetik  şüurunun  inkişafında  böyük  rol  oynayır. 
Tədris və tədris-tədqiqat işlərinin bütün formaları (mühazirə və 
məşğələlər, tələbə müstəqil işləri, tədqiqat  işləri,  pedaqoji təc-
rübə və s.) estetik tələblər əsasında qurulmalıdır.  
Tədris  etdiyi  fəndən  asılı  olmayaraq  müəllim  öz  gözəl 


 
 
195 
nitqi,  davranışı,  münasibəti,  geyimi  ilə  tələbələrin  zövqünü 
tərbiyə edir: “Hər bir fənn müəllimi estetik tərbiyə müəllimi ol-
malıdır” (M.Cəfər).  
Təlimdə  aparılan  estetik  tərbiyə 
auditoriyadankənar 
işlərdə
  daha  da  dərinləşdirilir  və  genişləndirilir.  Bu  işlər  tələ-
bələrin  maraqlarının və fərdi  yaradıcılıq qabiliyyətlərinin inki-
şafına  kömək  göstərir.  Estetik  tərbiyə  üzrə  auditoriyadankənar 
işlərin məzmunu, forması müxtəlif və rəngarəngdir. Bunları üç 
qrupa ayırmaq olar: dərnək işləri, kütləvi işlər və fərdi işlər. 
Bədii  yaradıcılıq  və  incəsənət  dərnəkləri  estetik  tərbiyə 
üzrə  auditoriyadankənar  işlərin  geniş  yayılmış  formalarından-
dır.  Belə  dərnəklərə  musiqi,  xor,  rəqs,  ədəbiyyat,  dram  və  b. 
dərnəklər daxildir.  
Gənclərin  estetik  tərbiyəsində  kütləvi  işlərin  –  teatr  və 
konsertlərə,  sərgi  və  muzeylərə  gedişləri,  bədii-estetik  mövzu-
larda  disput  və  konfransların,  bədii  əsərlərin  müzakirəsinin, 
ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərin, ədəbi-bədii ge-
cələrin,  bayram  və  tarixi  günlərin  keçirilməsi  mühüm  əhə-
miyyət kəsb edir.   
Tələbələrin estetik tərbiyəsi  sistemində 
təbiət  gözəllikləri
 
əvəzsiz rol oynayır. Təbiət gözəlliklər mənbəyi, həm də ən yax-
şı  tərbiyəçidir:  o,  insanın  zövqünü,  əxlaqını,  ağlını,  qəlbini 
zənginləşdirir,  nəcib  hisslər  və  keyfiyyətlər  aşılayır.  Gənclərlə 
tərbiyə işində təbiət gözəlliklərindən istifadə etmək, onlarda tə-
biətə  humanist  münasibət  formalaşdırmaq  qeydinə  qalmaq 
lazımdır.  
Estetik tərbiyənin mühüm bir vasitəsi 
insan gözəlliyi, in-
sani münasibətlərdə gözəllikdir
. Xeyirxahlıq, humanizm, mədə-
nilik, sadəlik və təvazökarlıq, həssaslıq, başqalarının sevincinə 
və kədərinə şərik olmaq – insanın estetik mədəniyyətinin, daxili 
gözəlliyinin  mühüm  göstəriciləridir.  Əksinə,  kobudluq,  nəza-
kətsizlik,  ədalətsizlik,  mərifətsizlik,  insan  ləyaqətinə  toxunan 
sözlər  estetik  mədəniyyətin  aşağı  səviyyəsini  göstərir.  Kobud-
luq, ədalətsizlik gənclərdə emosional və estetik "gönüqalınlıq" 


 
 
196 
(V.A.Suxomlinski)  doğurur.  Onların  qəlbində  xeyirxahlıq  və 
insan ləyaqəti hisslərinin kütləşməsinə gətirib çıxarır. Gəzəlliyi 
görmək üçün insan gözəl qəlbə malik olmalıdır. 
Estetik  tərbiyədə 
estetik  mühitin,  gözəllik  mühitinin 
yaradılması
  böyük  əhəmiyyətə  malikdir.  Təhsil  müəssisəsinin 
təmiz,  səliqəli,  gözoxşayan  həyəti,  tədris  binasının,  otaqların, 
iclas zallarının, yeməkxanaların səliqə-səhmanı, təmizliyi, bədii 
tərtibi, müəllimlərin geyimi, danışığı, davranışı, müəllim-tələbə 
münasibətlərinin və ali məktəb həyatının  estetik-mənəvi  tələb-
lər  əsasında  qurulması  gənclərin  estetik  zövqünün  formalaş-
masında mühüm rol oynayır.  
Ali  məktəbdə  hər  şey,  ilk  növbədə, 
insanların  qarşılıqlı 
münasibətlərinin gözəlliyi, insana ən qiymətli sərvət kimi yana-
şılması
,  tələbəyə  yüksək  qayğı  və  diqqət  göstərilməsi  estetik 
mühitin  yaranmasının  vacib  şərtini  təşkil  edir.  Belə  şəraitdə 
ətraf  mühitin  gənclərə  estetik  təsiri  digər  təsirlərlə  birləşərək 
daha  güclü  olur.  Tələbələrin 
məişət,  geyim,  davranış  mədə-
niyyəti
 də bu sahədə az rol oynamır.  
Tələbə  gənclərin  estetik  inkişafında 
ədəbiyyat  və  incə-
sənət
 aparıcı yer tutur. Bədii ədəbiyyat ideya-mənəvi və estetik 
tərbiyənin qüdrətli vasitəsidir. O, həyatı, insan münasibətlərini, 
insan gözəlliyini və əzəmətini dərk etməyə kömək göstərir. Ali 
məktəb  tələbəsi  elmi  əsərlərlə  yanaşı  bədii  əsərlərin  mütaliəsi 
ilə də məşğul olmalı, kitaba mənəvi tələbat duymalıdır. Bunsuz 
insanı mənəvi boşluq, emosional və estetik həyatın yoxsulluğu 
gözləyir. Ədəbiyyat kimi incəsənətin müxtəlif növləri – musiqi, 
təsviri sənət, rəqs, kino, teatr həyat və insan gözəlliklərini, yük-
sək estetik idealları dərk etməyə, insan qəlbini nəcibləşdirməyə 
kömək edir. V.A.Suxomlinskinin sözləri ilə desək, ağıllı kitab-
la,  musiqi  və  təsviri  sənətlə  –  bu  incə  vasitələrlə  idrakın  və 
emosiyaların bütün həyat boyu tərbiyəsi davam etməsə, neqativ 
hallara qarşı heç bir mübarizə vasitəsi kömək etməz.  
Estetik  tərbiyənin  səmərəsi  üçün  bəzi 
pedaqoji  tələbləri
 
gözləmək lazımdır:  


 
 
197 
1. Estetik tərbiyə zehni, ideya-mənəvi, əmək tərbiyəsi ilə 
sıx  əlaqəli  şəkildə  aparılmalıdır.  2.  Estetik  tərbiyə  hərtərəfli 
aparılmalıdır:  gəncləri  gözəllik  mənbələri  ilə  –  təbiət,  ədəbiy-
yat,  incəsənət,  əmək,  insan  və  cəmiyyət  gözəllikləri  ilə  daha 
çox qovuşdurmaq lazımdır. 3. Estetik tərbiyə sistemli xarakter 
daşımalı,  onun  ayrı-ayrı  ünsürlərinin  qarşılıqlı  vəhdəti  təmin 
olunmalıdır. 4. Estetik tərbiyədə kursdan-kursa keçdikcə müəy-
yən varislik, ardıcıllıq gözlənilməlidir.  
Estetik  tərbiyə  vasitələrinin  kompleks  tətbiqi  şəxsiyyətin 
emosional-estetik  və  mənəvi  inkişafına,  həyata  və  insanlara 
estetik münasibətin formalaşmasına kömək göstərir.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə