İstismar prosesində nəqliyyat vasitəsinin işə texniki hazırlığını saxlamaq, etibarlılığını və
ömür uzunluğunu yüksəltmək üçün müəyyən yürüşlərdən sonra hərəkət tərkibinə kompleks
texniki-təşkilati tədbirlər yerinə yetirilir ki, bu da texniki qulluq deməkdir. Texniki qulluq
Əgər texniki qulluqda nəzərdə tutulan işlər vaxtında və keyfiyyətlə yerinə yetirilməsə
əhəmiyyətsiz sayılan ən kiçik nasazlıq elə imtinaların əmələ gəlməsinə səbəb olar ki, bunların
aradan qaldırılması üçün böyük miqdarda əmək və material xərcləri tələb edilir. Bundan əlavə
nəqliyyatın təmirdə boş dayanma müddəti artdığı üçün onun məhsuldarlığı azalır. Buna görə də
texniki qulluq işləri əvvəlcədən tərtib edilmiş qrafik əsasında yerinə yetirilməlidir. TQ-nin
aparılma keyfiyyətini yüksəltmək üçün avtomobil zonaya gəlməzdən qabaq diaqnostika postunda
Nəqliyyat vasitəsindən maksimum istifadə etmək və onun məhsuldar olmayan vaxtını
azaltmaq üçün TQ-nin rejimi (onun növləri, aparılma periodikliyi, görülən işlər və iş həcmi)
istismar şəraitinə və hərəkət tərkibinin konstruktiv xüsusiyyətlərinə müvafiq olmalıdır. Belə ki,
müxtəlif istismar şəraiti üçün müxtəlif rejimlər tərtib olunmalıdır. Lakin bütün hallarda orta
istismar şəraiti üçün tərtib edilmiş TQ-nin rejimi konkret nəqliyyat növü üçün (onların spesifik
xüsusiyyətləri nəzər alınmaqla) müxtəlif korreksiya əmsalları vasitəsilə düzləndirilməlidir.
Avtomobilin texniki hazırlığının yüksək olması üçün texniki qulluq işləri keyfiyyətlə
yerinə yetirilməlidir. Əks təqdirdə onun aqreqat və mexanizmlərinin resursu azalır. Məsələn,
şinlərdə təzyiqin normadan 20% aşağı olması, onların yürüşünü 25% azaldır, qabaq oxda
çarxların rastlaşmasının normadan 3-4mm fərqli olması, yanacaq sərfini 11-12% artırır, tormoz
mexanizmində araboşluğun 0,5 mm-dən 1 mm-ə qədər artması tormozlama yolunu 20%
Amortizasiya yürüşü daxilində avtomobil bir neçə dəfə müxtəlif xarakterli təmirlərə məruz
qalır. Avtomobilin təmiri əsasən ANM-də yerinə yetirilir. ANM-nin təcrübələri göstərir ki, yeni
avtomobillərin əsaslı təmir yürüşü əsaslı təmir keçmiş avtomobillərin normativ yürüşündən 2,5-3
dəfə artıq olur. Bu onunla izah edilir ki, avtomobilin təmiri aşağı keyfiyyətlə yerinə yetirilir.
41
Nəqliyyat vasitəsi təmir edilərkən onun aqreqat və mexanizmləri tamamilə təzə, təmir
olunmuş və istismara yararlı detallardan yığılır. Bütün detalların texniki şərtlərə müvafiq gəl-
mələrini fərz etsək, təmirin keyfiyyəti yığılma texnologiyası və nizamlama işlərinin düzgün
aparılması ilə qiymətləndirilir.
Bundan başqa təmirin keyfiyyəti avtotəmir zavodu şəraitində hazırlanan bir çox hissələrin
(detalların) mexaniki xüsusiyyətlərinin texniki şərtlərdən kənar olmaları nəticəsində aşağı düşür.
Materialların tərkiblərinin, çəkilərinin, emal növlərinin düzgün seçilməsi təmirin
keyfiyyətinə xüsusi təsir göstərir. Aqreqat və mexanizmlərin yığılmasında araboşluqlar,
oturtmalar, musaidələr, gərilmələr texniki şərtlər əsasında seçildikdə, yüksək məhsuldarlığa
malik cihazlardan, qurğulardan, tərtibatlardan istifadə edildikdə təmirin keyfiyyəti yüksəlir.
Təmirin keyfiyyətinin yüksəlməsində istehsalat prosesində işlədilən yuyucu məhlulların və
mayelərin, detalların səthlərini təmizləmək üçün istifadə edilən təmizləmə üsullarının da təsiri
var.
Ümumiyyətlə, konstruktiv-texnoloji amillər nəqliyyat vasitəsinin istismar keyfiyyətlərinin
yüksəldilməsinə xidmət etməlidir. Məsələn, konstruktiv-texnoloji amillərin AN-nin texniki
vəziyyətinə təsirinə aid bir neçə misal göstərək.
Mühərrikin daim təkmilləşdirilməsinə baxmayaraq o, hal-hazırda avtomobilin ən az ömür
uzunluğuna malik aqreqatlarından biridir. Mühərrikin resursu avtomobilin əsaslı təmir
yürüşünün 60-70%-ni, onun işləmə qabiliyyətini saxlamaq üçün isə bütün xərclərin 20-22%-ni
təşkil edir. Mühərrikin normal işini təmin edən əsas elementlərdən biri yağlama siste-midir. Son
zamanlar bu sistemin təkmilbşdirilməsinə xüsusi fikir verilir. Məlum olduğu kimi yağlama
sisteminin düzgün müəyyən edilməsi nəinki detalların yeyilməsini azaldır, həm də birbşməbrdə
dinamiki qüwəbrin yaranmasının qarşısını alır. Buna görə yağlama sistemində işlədilən yağ
nasosları yüksək məhsuldarlığa hesablanır ki, bununla mühərrikin istənilən rejimində hissələrin
arasına yağın vurulması təmin edilir. Bu isə nasosun konstruksiyası ilə əlaqədardır. Dişli
çarxların ölçülərinin, dişbrin profıllərinin, araboşluqların düzgün təyin olunması yağ nasosunun
normal işləmə qabiliyyətini təmin edir. Yağlama sistemində olan yağın soyudulması üçün yağ
ventilyatoru, təkmilləşdirilmiş təmizləmə üçün narın və kobud süzgəclər və s. nəzərdə tutulur.
Mühərrik detallarının yeyilməsi onun temperatur rejimindən də asılıdır. Mühərrikin normal
tcmperatur rejimini saxlamaq üçün termostatdan istifadə edilir. Porşenlərin ömür uzunluğunu
artırmaq üçün onların işlək sahələrinə sürmə çəkilir. Son zamanlar porşen üzüklərinin üzərinə
xromdan nazik qat çəkilir, konus şəkilli xromlaşdırılraış polad üzüklərdən istifadə olunur,
dirsəkli valın boyunları üçün üçqat nazik içliklər işlədilir. Soyuq havalarda mühərrikin asan işə
salınmasını təmin etmək üçün fərdi işə salıcı qurğulardan, güclü starterlardan geniş istifadə
edilir.
İlişmə muftasının ömür uzunluğunu və etibarlığını yüksəltmək məqsədilə üzlüklər yüksək
keyfiyyətli antifriksion materiallardan hazırlanır. Ötürmələr qutusunda çəp və spiral dişli
çarxlardan, yastıqların məcburi yağlama sistemindən, ötürmələrin səlis və səssiz yerinə
yetirilməsi üçün sinxronizatorlardan istifadə edilir.
Kardan ötürməsinin işləmə müddətini uzatmaq üçün iynəvarı yastıqlar düzgün seçilməli,
yaxşı kipləşdirilməli, səmərəli yağlama aparılmalı, xaçvarı barmağın yığılma texnologiyası
texniki şərtlər əsasında yerinə yetirilməlidir.
Hərəkətin təhlükəsizliyini təmin etmək üçün tormoz sisteminin və sükan idarəsinin
təkmilləşdirilməsinə xüsusi fikir verilməlidir. Buna görə tormoz qəlibləri yüksək keyfiyyətli
friksion materiallardan istehsal edilir. Əks təqdirdə yüksək temperaturalarda (400-450°C)
sürtünmə azalır, tormozlama yolu artdığı üçün qəzaların əmələ gəlmə ehtimalı artır. Soyutmanı
yaxşılaşdırmaq üçün barabanların səthində qabırğalar düzəldilir, diskli tormozlar tətbiq edilir
vəsükan idarəsində hidrogücləndiricilər geniş istifadə edilir.
Dostları ilə paylaş: