Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə32/68
tarix28.11.2023
ölçüsü0,94 Mb.
#136315
1   ...   28   29   30   31   32   33   34   35   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

Molla Vəli Vidadi
(1707-1809). Həyatı. Doğulduğu tarix 
və yer. Təhsili. Ailəsi: atası, anası, həyat yoldaşı, övladları, 
soydaşları və qohumları. Bir müddət II İrakli və Gülüstan 
saraylarında 
yaşaması 
barədə 
məlumatlar. 
M.P.Vaqiflə 
münasibətləri. Əsasən mirzəlik və mollalıq etməsi. Həyatının 
kədərli keçməsi. Üzləşdiyi faciələr. Vəfat etdiyi yer və qəbri. 


45 
Y a r a d ı c ı l ı ğ ı. Həm əruz, həm də heca vəznində şeirlər 
yazması. İstifadə etdiyi janrlar. Vidadi realizmə meylli sənətkar 
kimi. Məhəbbət və gözəlliyi tərənnüm edən şeirləri. Vidadi 
pessimist şair kimi. Vidadi kədərinin şəxsi və ictimai mahiyyəti. 
Sənətkarın əsərlərində vətən həsrəti, qəriblik, qürbət, öz 
bəxtindən və taleyindən şikayət, sızıltı və iztirab motivləri. 
Vidadi yaradıcılığında gələcəyə inam. Şairin müsibətnamələri. 
M.P.Vaqiflə müşairəsi. Azərbaycan ədəbiyyatında mövqeyi. 
M.V.Vidadi şeirlərinin poetik xüsusiyyətləri. Dilinin 
sadəliyi, xəlqiliyi, rəvanlığı, kövrəkliyi və s. Vidadinin həyatının 
və bədii irsinin öyrənilməsi, tədqiqi və nəşri. 
XV Mövzu:
M.P.Vaqifin həyatı və yaradıcılığı
(1717-
1797). Həyatı. Dövrü və mühiti. Şəxsiy-yəti. Qazaxda doğulması. 
Təhsili. Qazaxdan köçməsi və bununla bağlı məlumatlar. 
Məktəbdarlıq etməsi. Müxtəlif elmlərə, incə-sənətə, musiqiyə və 
saza bağlılığı. Qarabağ xanı İbrahim xanın sarayına gəlməsi və 
bununla bağlı fərqli məlumatlar. İctimai-siyasi fəaliyyəti. 
M.P.Vaqif dövlət xadimi kimi. Şuşanın abadlıq və memarlıq 
işləri ilə bağlılığı. Vaqif və Qacar münasibətləri. Qacarın hücumu 
zamanı Vaqifin Şuşada qalması ilə bağlı fərqli məlumatlar. 
Məhəmməd bəy Cavanşir və Vaqif münasibətləri. Vaqifin və 
oğlunun öldürülməsi və bununla bağlı mülahizələr. Vaqifin ailəsi. 
M.V.Vidadi ilə dostluğu və qohumluğu. 
Y a r a d ı c ı l ı ğ ı. M.P.Vaqifin qüdrətli şair kimi ədəbi 
məktəb yaratması. Novatorluğu. Əruz və heca vəznində şeirlər 
yazması. Onun yaradıcılığının əsas xüsusiyyətləri. Vaqif realist 
şair kimi. Vaqif realizminin əsas cəhətləri. Nikbin şair olması. 
Vaqif optimizminin əsas mahiyyəti. Sənətkarın şeirlərindəki 
xəlqilik və sadəlik. Azərbaycan gözəlinin təsviri və tərənnümü. 
Şairin məhəbbət lirikası. Yaradıcılığından nümunələrin təhlili.
“Hayıf ki, yoxdur…”, “Pəri”, “Bayram oldu”, “Tiflis”, 
“Durnalar” və s. şeirləri. M.V.Vidadi ilə deyişməsi. Son şeirləri – 
“Bax”, “Görmədim”. 


46 
Vaqif yaradıcılığının poetik xüsusiyyətləri. Sadəlik, dil və 
üslub gözəlliyi, rəvanlıq, ekspresivlik, musiqililik, dolğunluq, 
bədii təsvir və ifadə vasitələrinin bolluğu. 
M.P.Vaqifin ədəbiyyatımız tarixində mövqeyi və Azər-
baycan ədəbiyyatına təsiri. Həyatının öyrənilməsi. Əsərlərinin 
toplanması, tədqiqi və nəşri. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə