Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə47/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   43   44   45   46   47   48   49   50   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
107 
 
Dəri vərəminin müalicəsinə dair tövsiyələr 

 
Dəri vərəmi olan xəstələrə 2HREZ/4HRE rejimi üzrə müalicə təyin olunur;  

 
DHT-si  əldə  edildikdə  empirik  müalicə  rejimi  dərmanlara  həssalıq  tipi  nəzərə  alınaraq 
dəyişdirilir; 

 
Göstəriş olduğu hallarda yaraların cərrahi işləməsi həyata keçirilir. 
Göz vərəmi 
Gözlərin  vərəm  mənşəli  zədələnmələri  gözün  ön  və  arxa  seqmentlərinin  zədələnmələrinə 
bölünür.  Belə  bölgünün  rasionallığı  bu  patologiyanın  diaqnostikasına  olan  müxtəlif 
yanaşmalarla  əlaqədardır.  Kliniki  formalar  arasında  ən  çox  arxa  seqment  zədələnmələri:  arxa 
uveitlər  (xorioidit,  xorioretinit),  neyroretinit  və  optik  neyropatiyalar  müşahidə  edilir.  Ön 
seqment zədələnmələri arasında ən çox təsadüf edilənləri ön uveitlər (irit, iridosiklit), diffuz və 
ya  düyünlü  (fliktenulyoz)  sklerit,  keratokonyuktivitlərdir.  Eləcə  də  damarlı  qişanın  total 
zədələnmələri ( panuveitlər) də tez-tez təsadüf edilən zədələnmələrə aiddir. 
Ağciyərlərin  və  ağciyərlərdən  kənar  orqanların  fəal  vərəmi  olan  xəstələrdə  gözlərin 
zədələnmələri 1,4-18% hallarda müşahidə olunur. Uveit diaqnozu qoyulan xəstələrin 1-6,9%-də 
(müxtəlif ölkələrdə müxtəlif tezlikdə rast gəlinir) proses vərəm mənşəli olur. Göz vərəmi olan 
xəstələrin əksər hissəsi (97,4%) müraciət əsasında aşkarlanır.  
Adətən,  xəstələrin  43,7%-də  göz  vərəmi  gecikmiş  mərhələlərdə  aşkarlanır  ki,  bu  da 
xəstəliyin bu forması barədə sayıqlığın aşağı səviyyəsinə dəlalət edir.  
Göz vərəmi bütün göz xəstəlikləri arasında müxtəlif müəlliflərin məlumatlarına əsasən 1,3-
5% təşkil edir. Damarlı qişaların iltihabi xəstəlikləri arasında (uveitlər) hadisələrin 6,8-63%-ni 
vərəm üveitləri təşkil edir. Cavan yaşlarda, adətən, arxa uveitlər (xorioretinit) erkən mərhələdə, 
50  yaşdan  sonra  ön  uveitlər  (iritlər,  iridosiklitlər)  təsadüf  edilir  və  adətən,bu  zaman  proses 
gecikmiş fazada aşkarlanır. 
Gözlərin vərəmlə zədələnməsi  bilavasitə VM-nin təsirindən, eləcə də vərəm  antigenlərinə 
qarşı göz strukturlarında əmələ gələn reaktiv iltihab nəticəsində mümkündür. Gözlərin vərəmi 
zamanı müşahidə olunan morfoloji dəyişikliklər (skleranın fliktenulyoz iltihabı, konyuktivitlər, 
buynuzlu  qişanın  xoraları  və  ya  interstisial  dəyişiklikləri,  sinexiyalar,  qüzehli  qişanın,  siliar 
cismin  və  xorionun  qranulyomaları,  torlu  qiaşadakı  damar  dəyişiklikləri)  spesifik  olmayıb, 
digər göz xəstəliklərində də (sarkoidoz, sifilis, Laym xəstəliyi, İİV-infeksiyası) müşahidə edilir. 
Vərəm  prosesi  adətən  gözün  daxili  strukturlarını  (uveitlər,  retinitlər)  zədələdiyi  üçün  histoloji 
və  bakteriolji müayinələrin  aparılması  məqsədi  ilə  biopsiyanın  aparılması və  ya digər patoloji 
materialların alınmasının qeyri-mümkün olması səbəbindən göz vərəminin diaqnostikası xeyli 
çətinləşir.  Gözdən  alınan  möhtəviyyatın  bakterioloji  müayinəsi  də  çox  nadir  hallarda  müsbət 
nəticə verir. Tuberkulin sınaqları və İGRA- testlərin tətbiqi də göz vərəmindən latent və ya fəal 
formalarını  differensə  etməyə  imkan  vermir.  Bütün  bunlarla  əlaqədar  olaraq  əksər  hallarda 
klinik  əlamətlərə,  vizual  simptomatikaya,  xəstəliyin  anamnezinə,  ağ  ciyərlərdə  və  ağ 
ciyərlərdən  kənar  orqanlarda  fəal  vərəm  prosesinin  olmasına  əsasən  göz  vərəmindən 
şübhələnmək  olar.  Zədələnmənin  vərəm  mənşəli  olması  haqqında  son  qərarı  yalnız  vərəm 
əleyhinə müalicənin müsbət nəticəsinə əsaslanaraq vermək olar. 
Son  illər  VM-ni  təyin  etmək  məqsədilə  şüşəyəbənzər  cismin  maye  mühitinin  PZR-nin 
miqdarına əsaslanan diaqnostika metodu geniş tətbiq olunmaqdadır. Bu müayinə üsulu retinal 
vaskuliti (İlz xəstəliyi) olan xəstələr qrupunda, VM-nin DNT-nin səviyyəsi 1,52x10

-1,01x10

diapazonunda olduqda 50% hallarda müsbət nəticə əldə etməyə imkan verir.
 
Müalicənin effektivliyi diaqnozun vaxtında qoyulmasından və kimyəvi terapiyaya başlanma 
müddətindən  asılıdır.  Adətən  standart  kimyəvi  terapiyanın  təyini  tam  sağalma  ilə 
nəticələnir,lakin, bəzi hallarda görmə funksiyasının tam bərpası mümkün olmur. 
Göz vərəminin diaqnostikasına dair tövsiyələr 
-Vərəmli  xəstə  ilə  təmas,  keçmişdə  və  hazırda  latent  və  ya  aktiv  vərəm  infeksiyasının 
mövcud  olması  haqqında  məlumatlar  daxil  olmaqla  xəstəlik  tarixinin  ətraflı  və  diqqətlə 
öyrənilməsi; 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
108 
 
-Ağciyər  və  ağciyərdən  kənar  orqanların  vərəmini  aşkar  etmək  məqsədilə  kompleks 
diaqnostik müayinələrin aparılması vacibdir; 
-Göz  qapaqlarının  xarici  müayinəsi  daxil  olmaqla  göz  yaşı  kisəsinin  və  göz  yaşı 
kanallarının, skleranın, konyuktivanın, buynuzlu qişanın oftalmoloji müayinəsi; 
-Torlu  qişanın  flüorosent  angioqrafiya  (FAQ)  metodu  ilə  müayinəsi  daxil  olmaqla  göz 
dibinin müayinəsi; 
-Optik kogerent tomoqrafiya və ultrasonoqrafiya;  
-Diaqnozu  dəqiqləşdirməyə  ehtiyac  olduqda  şüşəyəbənzər  cismin  punksiyası  və  VM-nin 
PZR kəmiyyətinə əsaslanan müayinəsi.  
Göz vərəminin müalicəsinə dair tövsiyələr 
-Görmə  sinirinə  yan  təsirləri  nəzərə  alınaraq  göz  vərəminin  müalicəsində  etambutolun 
təyini tövsiyə edilmir; 
-Əsas  müalicə  rejimində  etambutolun  streptomisin  ilə  əvəz  edilməsi  tövsiyə  olunur, 
2HRZS/4HR; 
-DHT-i  əldə  edildikdən  sonra  empirik  müalicə  rejimi  (etambutol  müalicə  rejimindən 
çıxarılmaq şərti ilə) həssaslıq testinin nəticlərinə əsasən dəyişdirilir; 
-Fəsadlar  meydana  gəldikdə  (göz  daxili  qanaxmalar,  torlu  qişanın  qopması  və  s.)  cərrahi 
müdaxilələr tətbiq edilir. 
 
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə