Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
127
9.
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinə məsul tibb işçisini xəstənin
müalicəsi davam etdirildiyi müddət ərzində QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində
nəzərdə tutulmuş aylıq həvəsləndirici pul vəsaiti ilə təmin edir (bu prosedura sonrakı dövrdə
hər tibb işçisi üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam
edir);
10.
Azadlığa buraxılan DD-vərəmli xəstənin uğurlu müalicəsi üçün müalicənin sonunda
məsul tibb işçisini QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində nəzərdə tutulmuş mükafatla
(bonus) təmin edir;
11.
Azadlığa buraxılan hər bir vərəmli xəstənin müalicə aldığı tibb müəssisəsinə
monitorinq (baş çəkmə) səfəri həyata keçirir, müalicə prosesinin aparılmasına baxış keçirir,
xəstələrin DOT qaydalarına əməl etməklə müalicə almalarına və qeydiyyat vərəqələrinin
düzgün doldurulmasına nəzarət edir;
12.
Mülki tibb müəssisələrində vərəm əleyhinə müalicəni davam etdirən keçmiş
məhkumlarla hər ay görüşüb onların müalicəyə dair şikayət və tələblərini dinləyir, onlarla
maarifləndirici söhbətlər aparır və müalicənin davam etdirilməsində onlara dəstək göstərilir;
13.
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsi başa çatana kimi (DD-vərəmli
xəstədən hər ay, DH-vərəmli xəstədən isə təyin olunmuş müvafiq dövrlərdə) mülki tibb
müəssisələrində tibb işçisi tərəfindən götürülmüş bəlğəm nümunələrini İMM-nin
laboratoriyasına çatdırır;
14.
Azadlığa buraxılan vərəmli xəstələrin bəlğəminin müalicə başa çatanadək dövri
bakterioloji müayinələrinin (yaxma, əkmə və DHT) nəticələrini ETACXİ-yə və ya xəstənin
müalicə aldığı vərəm əleyhi tibb müəssisəsinə təqdim edir;
15.
Azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicə sxemlərinə korreksiyalar edilməsi
və ya müalicənin dayandırılması üçün İMM-nin həkim konsilium komissiyasına təqdim
edir;
16.
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin mülki tibb müəssisələrində
aparılması və müalicə nəticələri barədə hesabatlar hazırlayır və aidiyəti qurumlara təqdim
edir;
17.
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin effektliyini artırmaq və
müalicənin daha səmərəli təşkili məqsədilə müalicə zamanı müşahidə olunmuş bütün
çatışmazlıqları qeydə alır və sənədləşdirir, onları ümumiləşdirərək ildə 2 dəfədən az
olmayaraq SN MVNP-na və ƏN TBİ-nə təqdim edir;
18.
Mülki vərəm əleyhi tibb müəssisəsinin məsul tibb işçisi, SX İB-nin məsul əməkdaşı
və azadlığa buraxılan vərəmli xəstə arasında üç tərəfli müqavilənin imzalanmasını
təsdiqləyir.
IV. Hüquqi şərtlər
IV. 1. Başlanma tarixivə dayandırılması şərtləri
1.
Bu Müqavilə imzalandığı vaxtdan qüvvəyə minir və 31 dekabr 2012-ci il tarixə
kimi müddətə bağlanılır;
2.
Bu Müqavilə müəyyən edilmiş müddətin bitməsinə 1 ay qalmış Vərəm Layihəsi
davam edən müddətdə Tərəflər görüşərək əməkdaşlığın uzadılmasını müzakirə
edəcəklər, bu halda yeni Müqavilə imzalana və ya bu Müqaviləyə uzadılma
tətbiq oluna bilər;
3.
Istənilən Tərəf digər Tərəfə Müqavilənin dayandırılması barədə 60 (altımış) gün
əvvəl yazılı bildiriş göndərməklə, müddəti başa çatmadan Müqaviləyə xitam
verilə bilər.
4.
Yuxarıda qeyd olunmuş öhdəçiliklərin qismən və ya tam yerinə yetirilməməsi
zamanı bu Müqavilə yazılı xəbərdarlıq ilə tərəflərin hər hansı biri tərəfindən ləğv
edilə bilər.
5.
Bu Müqavilə hər bir tərəf üçün bir nüsxədə tərtib edilərək imzalanır.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
128
IV. 2. Maliyyə öhdəlikləri
Tərəflər bu Əməkdaşlıq Müqaviləsi çərçivəsində bir-birləri qarşısında heç bir maliyyə
öhdəliyi daşımır. SX İB-nin Layihəsinin maliyyələşməsi QF-un 9-cu Raund Vərəm Layihəsi
çərçivəsində ƏN TBİ ilə SX İB arasında bağlanmış Müqavilə əsasında aparılır.
IV. 3. Mübahisələrin həlli
Bu Müqavilənin müddəalarının tətbiqi ilə bağlı Tərəflər arasında yaranan bütün
mübahisələr və fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Tərəflər mübahisələrin dostyana həllinə cəhd göstərməlidirlər.
IV. 4. Bildiriş
Hər hansı Tərəfin digər Tərəfə bildirişi və ya müraciəti yazılı şəkildə olmalı və şəxsən
çatdırılarsa, yaxud faksla ötürülərsə, qeydiyyatlı poçt xidməti vasitəsilə digər Tərəfin
ünvanına düzgün şəkildə çatdırılarsa, müaviq şəkildə verilmiş hesab olunur.
Müalicəni bitirmədən azadlığa buraxılan vərəmli xəstələrə dəstək layihəsinin standart
əməliyyatlar prosedurları
Giriş:
-
Azadlığa buraxıldıqdan sonra müalicənin izlənilməsinin vacibliyi
Digər keçmiş Sovet ölkələrində olduğu kimi, vərəm əleyhi dərmanlara davamlılıq
(DD) Azərbaycanda da vərəmlə effektli mübarizə aparılmasında ciddi maneələr yaradır.
2007-ci ilin aprel ayından başlayaraq Ədliyyə Nazirliyinin Tibb baş idarəsi (ƏN TBİ),
İxtisaslaşdırılmış müalicə müəssisəsində (İMM) DD vərəmli xəstələrin ikinci sıra
dərmanlarla (İSD) müalicəsini təmin edən DD-Vərəm layihəsinin tətbiqinə başlamışdır.
Əvvəlcədən məlum idi ki, müalicə başa çatmadan azadlığa buraxılan və müvafiq nəzarət ilə
müalicənin tamamlanması üçün mülki vərəm əleyhi dispanserlərə göndərilməli xəstələr
olacaqdır. Onlar üçün müntəzəm laborator analizlər, müalicəyə nəzarət, əlavə təsirlərin idarə
olunması və xəstəyə aid müfaviq məlumatların toplanması və hesabatı aparılmalı idi.
Azadlığa buraxıldıqdan sonra xəstələrin müalicəni sonadək davam etdirməsində
məqsəd onları tam müalicə kursu ilə təmin etmək, mülki əhali arasında DD-vərəm
ştammlarının ötürülməsinin, xəstələnmə və ölüm hallarını azaltmaq, DD-ın daha da
genişlənməsinin və Geniş DD-Vərəm ştammlarının yaranmasının qarşısını almaqdır.
Bunları nəzərə alaraq 2009-cu ilin mart ayında ƏN TBİ, SN ETACXİ və BQXK
arasında azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicəsinin izlənilməsinə dair üçtərəfli
Anlaşma Memorandumu imzalandı. Üçtərəfli əməkdaşlıq çərçivəsində pilot layihə olaraq
azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicələrinin mülki vərəm əleyhi tibb
müəssisələrində davam etdirilməsinə dəstək göstərilməyə başlanıldı.
2010-cu ilin sonunda BQXK-nin “Həbsxanada Səhiyyə” proqramının başa çatması ilə
əlaqədar olaraq bu fəaliyyət davam etdirilməsi üçün ƏN TBİ-nə təhvil verildi. 2011-ci ilin
yanvar ayında ƏN TBİ trəfindən QF-un 9-cu Raund qrant layihəsi üzrə keçirdiyi tenderdə
“Sağlamlığa Xidmət” İctimai birliyi (SX İB) qalib olmuşdur və azadlığa buraxılan bütün
vərəmli xəstələrin müalicələrinin davam etdirilməsinə dəstək fəaliyyəti SX İB (Qeyri
Hökumət Təşkilatı) tərəfindən davam etdirilməyə başlanılmışdır.
Azadlığa buraxılan vərəmli xəstələrin (ABVX) mülki sektorda müalicələrinin davam
etdirilməsinə dair təlimatın məqsədi.
Bu təlimatın əsas məqsədi azadlığa buraxılan vərəmli xəstələrin müalicələrinin
mülki vərəm əleyhi müəssisələrdə izlənilməsi işinin təşkilini, strukturunu, fəaliyyət
Dostları ilə paylaş: |