Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
133
g)
Bütün yuxarıda qeyd olunan sənədlər SX İB-nin konsultantı və İMM-nin şöbə
həkimləri tərəfindən toplanaraq İMM-dən SX İB-yə təqdim edilir. Sənədlərin təhvil-təslimi
İMM tərəfindən tərtib olunmuş qeydiyyat jurnalına qeyd edilərək, İMM-nin və SX İB-nin
məsul əməkdaşlarının imzaları ilə təsdiqlənir.
Xəstə azadlığa buraxılan zaman bir daha o müalicəsinin davam etdirilməsi barədə
məlumatlandırılaraq ona məlumat zərfi verilir. Zərf, xəstənin tibb kitabçasından çıxarış
(epikriz), “TB09” göndəriş/köçürülmə formada sənəd, MVƏM-nin ünvan və əlaqə
telefonları, məlumatlandırıcı vərəqə və vərəmə dair maarifləndirici broşürlərdən ibarətdir.
Mülki sektorda müalicənin davam etdirilməsinin təşkili
Müalicənin DOT müalicə qaydalarına uyğun təşkili
ƏN İMM ilə mülki vərəm əleyhi müəssələr arasında mütəmadi olaraq məlumat
mübadiləsi aparılır.
Xəstənin azadlığa buraxılmasına 1-2 həftə qalmış SX İB-nin koordinatoru İMM-dən
xəstə barəsində əldə edilən məlumatları xəstə azadlığa çıxdıqdan sonra yaşadığı ərazi üzrə
VƏD-in məsul həkiminə çatdırır və xəstənin azad olma tarixi barədə məlumat verir;
SX İB-nin əməkdaşı xəstənin daimi yaşayış ünvanında deyil, faktiki olaraq başqa
ünvanda yaşayacağı gözlənildiyi halda, bu barədə ərazi üzrə VƏD məlumat verir və xəstə
qeydiyyata götürüldükdən sonra onun müalicəsinin faktiki yaşayış ünvanına yaxın tibb
məntəqəsində (DOT kabinetdə) təşkil olunmasını təmin edir;
MVƏM-də müalicəyə cəlb olunmuş xəstələrə məsul tibb işçilərinin eyni zamanda
ABVX-nin müalicəsinin davam etdirməsində dublikasiyaya yol verməmək məqsədilə, xəstə
azadlığa buraxılmazdan əvvəl onun hansı tibb məntəqəsində müalicə alacağı barəsində
məlumatlar elektron poçt vasitəsilə MVNM-nə göndərilir.
SX İB, ABVX-nin müalicəsinin MVƏM-də davam etdirilməsinin təşkili üçün zəruri
olan bütün tibbi və digər sənədləri xəstənin müalicəsi davam etdiriləcək VƏD-ə və DOT
məntəqəsinə təqdim edir.
SX İB, xəstənin müalicəsinin davam etdirilməsi və müalicə müddətində
qeydiyyatların aparılması məqsədilə hər xəstə üçün fərdi sənədlər qovluğu hazırlayaraq
DOT məntəqəsində ABVX-nin müalicəsini aparan məsul tibb işçisinə təqdim edir.
Azadlığa buraxılan vərəm xəstəsinin MVƏM-yə qeydiyyata götürülməsi
DH-vərəmli xəstə azadlığa buraxıldıqdan sonra o, İMM-dən zərfin içərisində ona
verilən epikriz və “TB09” formada göndəriş sənədini özü ilə götürərək qeydiyyatda olduğu
ərazi üzrə VƏD-ə müraciət edir.
Xəstə VƏD getməzdən əvvəl SX İB-nin əməkdaşı tərəfindən onunla telefon əlaqəsi
yaradılır və mümkün olduğu halda SX İB-nin həkim koordinatoru ilə birgə VƏD-ə gedir.
Xəstə İMM-dən ona verilən epikriz və “TB09” formada göndəriş sənədinin əsasında
VƏD-ə qeydiyyata götürülür və göndəriş sənədinin talon hissəsi doldurularaq SX İB-nin
əməkdaşı vasitəsilə xəstəni köçürən müəssisəyə, yəni İMM-yə göndərilir.
DD-vərəmli xəstə İMM-dən azadlığa buraxılan zaman İMM-nin baş həkimi tərəfindən
təşkil olunmuş ambulans vasitəsilə ETACXİ çatdırılır və müvafiq təhvil-təslim sənədi
imzalanaraq təhvil verilir. Xəstəni təhvil alan MVNP məsul həkimi onunla maarifləndirici
və məlumatlandırıcı söhbət apararaq onu müalicəsini davam etdirməsi nəzərdə tutulan
VƏD-ə ünvanlayır.
Xəstə VƏD-ə qeydiyyata götürüldükdən sonra o müalicəsini öz faktiki yaşadığı
ünvana yaxın məsafədə yerləşən tibb məntəqəsində (DOT kabinet) davam etdirməyə
başlayır.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
134
Azadlığa buraxılan vərəm xəstəsinin müalicənin izlənilməsi və müalicəyə sadiqliyi
təmin etmək
Müalicənin davam etdirilməsi
ABVX-nin müalicəsini davam etdirən mülki vərəm əleyhi müəssisənin tibb işçisi ilə
SX İB arasında “Razılaşma” sənədi imzalanır. Tibb işçisi Razılaşmanı imzaladığı gündən,
təyin olunmuş sxem üzrə xəstəyə vərəm əleyhinə preparatların DOT müalicə qaydalarına
uyğun gündəlik verilməsini, birbaşa onun müşahidəsi altında qəbul olunmasını təmin edir və
vərəm əleyhi dərman preparatlarını heç bir halda xəstə tərəfindən evə aparılmasına icazə
vermir.
Xəstə ambulator şəraitdə dərmanlarını qəbul etmək üçün (DH-vərəmli xəstələr ən azı
həftədə 3 dəfə, DD-vərəmli xəstələr həftədə 6 dəfə olaraq) tibb məntəqəsinə gəlir və tibb
işçisinin nəzarəti altında dərmanlarını qəbul edir. Müalicə sxemində inyeksiya olan
xəstələrə, tibb işçisi infeksiyaya nəzarət tədbirlərinə ciddi riayət edilməklə proseduranı
yerinə yetirir. Vərəm əleyhi preparatların gündəlik qəbulu haqqında məlumat xəstənin TB
01 formada qeydiyyat vərəqinə və qeydiyyat jurnalına qeyd edilir. Xəstə öz müalicəsininin
vacibliyini və ciddiliyini anlaması və müalicəni tam başa çatdırmasına dəstək məqsədilə
müalicə müddətində tibb işçisi mütəmadi olaraq, onunla maarifləndirici və məlumatlandırıcı
söhbətlər aparır.
BSD dövlət tərəfindən təmin edildiyi üçün mülki VƏD tərəfindən, İSD isə SX İB
vasitəsilə ƏN İMM tərəfindən təmin edilir.
İSD yanaşı təsirlərinin idarəolunması üçün əlavə dərmanlar müvafiq sənəd əsasında
SX İB vasitəsilə ƏN İMM tərəfindən təmin edilir.
Xəstələrə başçəkmə (monitorinq) səfərləri
SX İB-nin həkim koordinatoru tərəfindən azadlığa buraxılan hər bir vərəmli xəstənin
müalicə aldığı tibb müəssisəsinə ayda bir dəfə olmaqla monitorinq (baş çəkmə) səfəri həyata
keçiririlir. Səfərlərin, ay ərzində günlərə və coğrafi mövqeyə əsasən bölüşdürülməsi üçün
aylıq monitorinq qrafiki tutulur.
Səfər zamanı SX İB-nin həkim koordinatoru aşağıdakı layihə fəaliyyətlərini yerinə
yerir:
-
müalicə prosesinin aparılmasına baxış keçirir;
-
Xəstələr arasında maarifləndirici sessiya aparır;
-
Tibb işçisi ilə xəstənin müalicəsilə bağlı söhbət aparır;
-
Xəstənin DOT qaydalarına əməl etməklə müalicə almasına və qeydiyyat
vərəqələrinin düzgün doldurulmasına nəzarət edir;
-
Xəstənin müalicə və müayinələrinə dair qeydiyyat sənədlərinə baxış keçirir;
-
Tibb işçisini müalicə və müayinə üçün qeydiyyat vərəqələri ilə təmin edir;
-
DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq QF 9-cu Raund
Vərəm Layihəsi çərçivəsində İMM-dən təhvil alınmış 2-ci sıra vərəm əleyhinə dərmanların
1 aylıq ehtiyatını xəstənin müalicə aldığı tibb məntəqəsinə təhvil verir;
-
Xəstəyə tibb işçisi tərəfindən təyin olunmuş təyinat vərəqinə müvafiq olaraq yanaşı
təsirlər əleyhinə dərmanları tibb məntəqəsinə təhvil verir;
-
Xəstənin gündəlik qəbul edilən bir aylıq ərzaqları tibb məntəqəsinə təhvil verir;
-
Aylıq əlavə ərzaq bağlaması müvafiq sənəd əsasında xəstənin özünə təhvil verir;
-
ABVX-nin müalicəsi başa çatana kimi (DD-vərəmli xəstədən hər ay, DH-vərəmli
xəstədən isə təyin olunmuş müvafiq dövrlərdə) mülki tibb müəssisələrində tibb işçisi
tərəfindən götürülmüş bəlğəm nümunələrini təhvil alır və İMM-nin laboratoriyasına çatdırır;
-
Başçəkmə zamanı SX İB-nin həkim koordinatoru tərəfindən yerinə yetirilən işlər
barəsində qeydiyyat aparılır və bu barədə müvafiq sənəd imzalanır.
Dostları ilə paylaş: |