Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
135
SX İB-nin həkim koordinatoru VƏTM məsul tibb işçisi, SX İB-nin məsul əməkdaşı və
ABVX arasında üç tərəfli Razılaşma sənədinə müvafiq olaraq müalicənin izlənilməsi
fəaliyyətlərini həyata keçirir.
Sosial dəstək fəaliyyətləri
ABVX-in azadlığa buraxıldıqdan sonra müalicənin sonadək davam etdirilməsini təmin
etmək və DOT müalicə qaydalarına əməl etməklə müalicənin davam etdirilməsinə
həvəsləndirmək və ruhlanmaq məqsədilə, xəstələr və onların müalicələrini davam etdirən
(DOT müalicəsi aparan) məsul tibb işçisi SX İB tərəfindən zəruri sosial dəstək vasitələrilə
təmin edilirlər.
Xəstələrə nəqliyyat xərci
a.
DH-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu raund vərəm layihəsi çərçivəsində
SX İB tərəfindən xəstənin yaşadığı ünvandan DOT məntəqəsinə gəlməsi üçün gündəlik
olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 3
dəfə gəlməsini təmin etmək üçün ona həftədə 3 (üç) manat olmaqla ayda 12 manat verilir.
Əgər xəstə DOT məntəqəsinə gəlməkdə çətinlik çəkirsə, yaxud stiqma səbəbindən oraya
gəlmək istəmirsə tibb işçisi dərmanları xəstənin ünvanına çatdırır və bu zaman nəqliyyat
məsrəfi kimi verilən 1 manat tibb işçisinə ödənilir.
b.
DD-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində İSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində
SX İB tərəfindən xəstənin yaşadığı ünvandan DOT məntəqəsinə gəlməsi üçün gündəlik
olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 6
dəfə gəlməsini təmin etmək etmək üçün ona həftədə 6 (altı) manat olmaqla ayda 26 manat
verilir. Əgər xəstə DOT məntəqəsinə gəlməkdə çətinlik çəkirsə, yaxud stiqma səbəbindən o
gəlmək istəmirsə tibb işçisi dərmanları xəstənin ünvanına çatdırır və bu zaman nəqliyyat
məsrəfi kimi verilən 1 manat tibb işçisinə ödənilir. Ödəmələrin qeydiyyatı xüsusi ödəmə
sənədində alan şəxsin imzası ilə təsdiqlənir.
Xəstələrin gündəlik olaraq 1 manat verərək onların tibb məntəqəsinə gəlməsinə
həvəsləndirilməsini, (xəstə gəlmədiyi təqdirdə bu vəsaitin tibb içşisi tərəfindən istifadə
edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-in mülki sektorda müalicələrinin qısa
(1-5 ay) olmasını, xəstələrin keçmiş məhkum olması ilə əlaqədar çox vaxt bank hesabının
açılması üçün müvafiq sənədlərin olmaması və bu sənədlərin hazırlanmasına müəyyən vaxt
tələb olunmasını və bank əməliyyatlarından istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci
onlara nəğd olaraq verilir.
Nəqliyyat xərci SX İB-nin əməkdaşı tərəfindən ayda bir dəfə olmaqla SX İB
tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb
işçisinə təhvil verilir. Sənəddə xəstənin müalicə aldığı tibb məntəqəsinin adı, xəstənin və
ona məsul tibb işçisinin adı verilən məbləğ göstərilməklə tibb işçisi tərəfindən imzalanır.
Sənəd hər təqvim ayı üçün ayrı doldurulur
Xəstələrə ərzağın verilməsi
a.)
DH-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlanana kimi İMM-də verildiyi qaydada QF-un 9-cu raund
vərəm layihəsi çərçivəsində əldə olunmuş qida məhsulları (21 ədəd şokolad və 3 ədəd
qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə tərtib olunmuş akt əsasında SX İB
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
136
tərərəfindən təhvil götürülür. Hər xəstə üçün ayda bir dəfə xəstənin müalicəsi davam
etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.
b.)
DD-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi İMM-də verildiyi qaydada QF-un 9-cu raund
vərəm layihəsi çərçivəsində əldə olunmuş qida məhsulları (26 ədəd meyvə şirəsi, 26 ədəd
yoqurt, 26 ədəd şokolad və 4 ədəd qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə
tərtib olunmuş akt ilə əsasında SX İB tərərəfindən təhvil götürülür. Hər xəstə üçün ayda bir
dəfə xəstənin müalicəsi davam etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.
Ərzağın verilməsi SX İB-nin əməkdaşı tərəfindən ayda bir dəfə olmaqla SX İB
tərəfindən tərtib olunmuş müvafiq maaliyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb
işçisinə təhvil verilir. Sənəddə xəstənin müalicə aldığı tibb məntəqəsinin adı, xəstənin və
ona məsul tibb işçisinin adı, verilən ərzaq və onun miqdarı göstərilməklə təhvil-təslim edilir.
Məsul tibb işçilərinə həvəsləndiricilər
a.)
DH-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində
SX İB tərəfindən xəstənin müalicəsinə məsul (DOT müalicəsi aparan) tibb işçilərinə
həvəsləndiricilər verilir. Hər tibb işçisinə hər DH-vərəm xəstəsi üçün aylıq 15 manat
olmaqla vəsait onun bank hesabına köçürülür.
b.)
DD-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər
Mülki sektorun vərəm əleyhi müəssisələrində İSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu raund vərəm layihəsi çərçivəsində
SX İB tərəfindən xəstənin müalicəsinə məsul (DOT müalicəsi aparan) tibb işçilərinə
həvəsləndiricilər verilir. Hər tibb işçisinə hər DD-vərəm xəstəsi üçün aylıq 30 manat
olmaqla vəsait onun bank hesabına köçürülür.
Həvəsləndiricilər SX İB-nin əməkdaşı tərəfindən ayda bir dəfə olmaqla SX İB
tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb
işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir.
c.)
Tibb işçisinə mükafat (Bonus)
Mülki sektorun vərəm əleyhi müəssisələrində İSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlanana kimi QF-un 9-cu Raund vərəm layihəsi
çərçivəsində SX İB tərəfindən xəstənin müalicəsinə məsul (DOT müalicəsi aparan) tibb
işçisinə hər DD-vərəm xəstəsinin uğurlu müalicəsinin sonunda 20 manat məbləğində
birdəfəlik mükafat ödənilir və tibb işçisinin bank hesabına köçürülür.
Xəstələrin müalicəsinə məsul tibb işçilərinə hər DD-vərəm xəstəsinin uğurlu
müalicəsinin sonunda ödənilən mükafat HKK-nın qərarına müvafiq olaraq “uğurlu müalicə”
nəticəsilə müalicəsi dayandırılan hər xəstəyə görə HKK-nın qərarını təsdiqləyən sənəd
əsasında tibb işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir.
Nəğdsiz ödəmələr
Layihə fəaliyyətlərinin icrası zamanı maliyyə hərəkətlərinin bank köçürmə yolu ilə
həyata keçirilməsinə çalışılır. Xəstələrə ödənilən nəqliyyat xərci istisna olmaqla bürün
ödəmələr Bank vasitəsilə həyata keçirilir. Xəstələrin gündəlik olaraq 1 manat verərək
onların tibb məntəqəsinə gəlməsinə həvəsləndirilməsini, (xəstə gəlmədiyi təqdirdə bu
vəsaitin tibb içşisi tərəfindən istifadə edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-
in mülki sektorda müalicələrinin qısa (əsasən 1-5 ay) olmasını, xəstələrin keçmiş məhkum
olması ilə əlaqədar çox vaxt bank hesabının açılması üçün müvafiq sənədlərin olmaması və
bu sənədlərin hazırlanmasına müəyyən vaxt tələb olunmasını və bank əməliyyatlarından
istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci onlara nəğd olaraq verilir.
Dostları ilə paylaş: |