Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
63
Kontaktlar və risk qrupları arasında aparılan profilaktikanın monitorinqi
Risk qruplarına pozitiv xəstələrlə kontaktda olmuş, müxtəlif xroniki xəstəliklərə düçar
olmuş (ağciyərlərin və ürək-damar sisteminin xəstəlikləri, şəkərli diabet və digər endokrin
xəstəliklər), İİV-ə yoluxmuş şəxslər, habelə venadaxili narkotik istehlakçıları və s. aiddir.
Pozitiv vərəm halı ilə epidemioloji kontaktda olmuş şəxslər iki il ərzində hər altı aydan bir
Xpert TB/RIF vasitəsilə yoxlanılırlar.
Vərəmli xəstələrin müalicəsinin monitorinqi
Təlimatın 5-ci Fəsilində qeyd edilir.
İnfeksiyaya nəzarətin monitorinqi
Infeksiyaya nəzarət tədbirlərin monitorinqi üç istiqamətdə aparılır:
a.
İnfeksiyaya inzibati nəzarət tədbirlərinin monitorinqi;
b.
Ətraf mühitin qorunması tədbirlərinin monitorinqi;
c.
Heyətin fərdi qoruyucu tədbirlərinin monitorinqi.
İnfeksiyaya inzibati nəzarət tədbirlərinin monitorinqi SN-nin və ÜST-ün tövsiyələrinə
əsasən yenilənmiş normativ aktların olmasının, infeksiyaya nəzarət qaydalarına riayət
edilməsinin zəruriliyi və müəssisə rəhbərliyinin işçi heyəti fərdi qoruyucu vasitələrlə təmin
etmək öhdəlikləri barədə əməkdaşlara verilən məlumat vərəqlərinin mövcudluğunun
yoxlanmasını ehtiva edir. İnfeksiyaya inzibati nəzarət tədbirlərinin monitorinqi üçün
xəstələrin şöbələr üzrə köçürülmələri və yerləşdirilməsi yoxlanılır.
Bu baxımdan xəstələrin:
Yoluxuculuq statusuna, və
Dərmanlara davamlılıq göstəricilərinə görə bölüşdürülməsi başlıca məsələdir.
Xəstələrin yuxarıda qeyd edilən xüsusiyyətlərə görə ayrı-ayrılıqda saxlanmasının
monitorinqi tibbi sənədlərin, arayışların və laboratoriya qeydlərinin qiymətləndirilməsi
əsasında həyata keçirilir.
Ətraf mühitin qorunması tədbirlərinin monitorinqi çərçivəsində şöbələrə keçidin tambur
sistemi, ultrabənövşəyi süalandırıcıların, hava mübadiləsi sistemində HEPA-filtrlərinin,
palatalarda mənfi təzyiqin olması və s. yoxlanılır. Ölçmələrin nəticələri “Infeksiyaya nəzarət
protokolu”nda qeyd edilmiş standartlarla müqayisə edilir. Palatalara, dəhlizlərə və binalara
fiziki baxış infeksiyaya nəzarətə cavabdeh şəxsin iştirakı ilə keçirilir.
Heyətin fərdi qoruyucu tədbirlərinin monitorinqi işi hər müəssisədəki risk dərəcəsi
barədə onların məlumatlı olmasının, xüsusi nazik-lifli maskalarla və respiratorlarla təmin
edilməsinin və bu vasitələrdən istifadənin yoxlanmasını ehtiva edir.
Bütün qeyd edilən tədbirlər rübdə ən azı bir dəfə olmaqla həyata keçirilir.
Laboratoriya xidmətin monitorinqi
Laborator xidmətin monitorinqi aşağıda qeyd edilənləri ehtiva edir:
a.
Bəlğəm yaxmasının mikroskopiyasını və Xpert TB/RIF edən periferik laboratoriyaların
fəaliyyətlərinin monitorinqi;
b.
Əkmə müayinəsini aparan laboratoriyaların fəaliyyətlərinin monitorinqi;
c.
DHT edən laboratoriyaların fəaliyyətlərinin monitorinqi;
d.
Laboratoriyalar arasında qarşılıqlı əlaqənin, eləcə də laboratoriya və müalicə şöbələri
arasında məlumat mübadiləsinin monitorinqi.
Laborator xidmətin monitorinqi ƏN TBİ-nin əlaqələndirici qurumun vərəmin laborator
diaqnostikası üzrə aparıcı mütəxəssisi tərəfindən rübdə bir dəfə olmaqla, habelə Milli və
Supra-milli İstinad Laboratoriyalarının nümayəndələri tərəfindən həyata keçirilir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
64
Səhiyyə maarifçiliyi işinin monitorinqi
ƏN TBİ-nin əlaqələndirici qurumun tibbi heyətin peşə hazırlığının artırılması və
sanitariya-maarifi işi üzrə məsul şəxsi tərəfindən TSH-lərdə və müalicə müəssisələrində
səhiyyə maarifçiliyi fəaliyyətlərin və təlimlərin monitorinqi aparılır.
Dərmanların idarə edilməsinin monitorinqi
Monitorinq zamanı dərman preparatlarının qeydiyyatına, istifadəsinə, hesabatına, saxlanma
qaydalarına nəzarət edilir. Dərmanların qediyyat jurnalına baxış zamanı mədaxil olunan
dərmanların qeydiyyatının jurnala salınmasına, məxaric və qalıqların qeyd olunmasına
diqqət yetirilir. Dərman preparatlarının faktiki qalığı jurnal qalığı ilə üst-üstə düşməlidir.
Monitorinq zamanı, habelə dərmanların saxlanma şəraitinə, temperatur və rütubət rejiminə
baxılır.
Eləcədə, aptek anbarının sənədləri, dərman maddələrinin qəbulu və şöbələrə verilməsi
jurnallarındakı qeydlər müqayisə edilir. Qeyd edilən tədbirlər rübdə bir dəfədən az
olmamaqla aparılır.
Dərmanların keyfiyyətinə xarici nəzarət SN-nin müvafiq standart əməliyyatlar proseduruna
uyğun olaraq aparılır.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
65
Əlavələr
Əlavə 1: Tibb heyətinin vərəmə görə öhdəlikləri və standart əməliyyatlar proseduru
CM-lərin və İT-lərin TSH-lərinin heyətinin öhdəlikləri
Məhbus müəssisəyə daxil olduqdan sonra ilk üç gün ərzində vərəmə görə
skrininq keçirmək.
Bütün müəyyən edilmiş simptomları və əlamətləri məhbusun tibb kitabçasında
və xüsusi sorğu anket vərəqəsində qeyd etmək.
Xüsusi kitabda vərəm ehtimal edilən şəxslərin qeydiyyatını aparmaq.
Vərəm ehtimal edilən məhbusu digər məhbuslardan ayırmaq.
Vərəm ehtimal edilən şəxsdən bəlğəm toplamaq və nümunəni laboratoriyaya
göndərmək.
Əldə edilmiş skrininq nəticələrinə əsasən və klinik vəziyyətinə görə zəruri
hallarda məhbusu İMM-yə göndərmək.
İMM-dən müalicədən sonra qayıtmış bütün məhbusları vərəmə görə hər 6 aydan
bir dəfə müayinə etmək, onların bəlğəmini toplamaq və laboratoriyaya
müayinəyə göndərmək.
Bütün İİV-ə yoluxmuş şəxsləri hər 6 aydan bir vərəmə görə yoxlamaq.
İzoniazidlə profilaktika təyin edilmiş İİV-ə yoluxmuş şəxslərin izoniazid
qəbuluna gündəlik nəzarət etmək.
Vərəmə görə kütləvi müayinələrin müntəzəm və keyfiyyətli keçirilməsini təmin
etmək.
Vərəm üzrə səhiyyə marifçiliyi materiallarının məhbuslar və işçi heyət arasında
paylaşdırmaq, müvafiq maarifçilik işi aparmaq.
Aşkar edilmiş vərəm hallarının epidemioloji kontaktları üzərində müşahidəni
təmin etmək.
Vərəmə görə risk qrupuna aid şəxslər üzərində müşahidəni təmin etmək.
Fərdi infeksiyaya nəzarət tədbirlərini təmin etmək.
Müalicə müəssisəsinin tibb heyətinin öhdəlikləri
Məhbus müəssisəyə daxil olduqdan sonra ilk üç gün ərzində vərəmə görə
skrininq keçirmək.
Bütün müəyyən edilmiş simptomları və əlamətləri məhbusun adına açılmış
xəstəlik tarixində qeyd etmək.
Vərəm ehtimal edilən şəxslərin qeydiyyatı aparılır.
Vərəm ehtimal edilən məhbusu digər məhbuslardan ayırmaq.
Vərəm ehtimal edilən şəxsdən bəlğəm toplamaq və laborator müayinəsini
aparmaq.
Xüsusi nəqliyyat vasitəsi çağırmaq və vərəm müəyyən edilmiş məhbusu İMM-yə
göndərmək.
İMM-dən müalicədən sonra köçürülmüş bütün məhbusları vərəmə görə hər 3
aydan bir yoxlamaq, onların bəlğəmini toplamaq və laborator müayinəsini
aparmaq.
Vərəm üzrə səhiyyə marifçiliyi materiallarının məhbuslar və işçi heyət arasında
paylaşdırmaq, müvafiq maarifçilik işi aparmaq.
Bütün İİV-ə yoluxmuş şəxsləri MM-də saxlandıqları müddətdə hər 6 aydan bir
vərəmə görə yoxlamaq.
İzoniazidlə profilaktika təyin edilmiş İİV-ə yoluxmuş şəxslərin izoniazid
qəbuluna gündəlik nəzarət etmək.
Dostları ilə paylaş: |