Əlavə 4: Məhbusların kütləvi
skrininqinin mərhələləri
MƏRHƏLƏ 1: Kütləvi skrininqə hazırlıq.
İşçi heyət və məhbuslar vərəm haqqında maarifləndirilir, hər bir kəsə vərəmin
simptomları, erkən qoyulmuş diaqnoz və müalicənin dərhal tətbiqinin faydaları haqqında
məlumat verilir.
Səhiyyə maarifçiliyi keçirən işçilər kütləvi skrininq aparılması planlaşdırılan
cəzaçəkmə müəssisəsinə gəlir;
Cəzaçəkmə müəssisəsinin rəisi və inzibati işçilərlə görüş keçirilir; onlar ümumilikdə
vərəm, vərəmlə mübarizə fəaliyyətləri və kütləvi skrininq prosedurları haqqında
ətraflı şəkildə məlumatlandırılır. Məhbusların siyahısı əldə edilir;
Cəzaçəkmə müəssisəsinin tibb işçiləri ilə görüş keçirilir; onlar kütləvi skrininq
prosedurları və xəstəlik hallarının aşkarlanması fəaliyyətlərinin əhəmiyyəti haqqında
ətraflı şəkildə məlumatlandırılır;
Cəzaçəkmə müəssisəsinin rəisi və tibb işçilərinin dəstəyi ilə məhbuslar üçün səhiyyə
maarifçiliyi sessiyası təşkil edilir;
Şifahi məlumatlandırma sessiyası və söhbətdə marifləndirici çap və video
materiallarından istifadə edilir;
Vərəmə dair broşürlər paylanır, yataqxanalara və məhbusların oxuya biləcəkləri
yerlərin divarlarından posterlər asılır.
MƏRHƏLƏ 2: Skrininqin keçirilməsi və vərəm ehtimal edilən şəxslərin müəyyən
edilməsi
Skrininq üçün münasib yer seçilir;
Skrininqin keçirilməsi üçün lazımi işçi qüvvəsi səfərbər edilir;
Məhbuslar dəstə-dəstə skrininqin aparıldığı
yerə dəvət olunur;
Məhbusların çəkisi və boyu ölçülür;
Cəzaçəkmə müəssisəsindəki hər məhbus üçün sorğu vərəqəsı doldurulur;
Məhbuslar rentgenoloji müayinədən keçirilir;
Rentgen və sorğu nəticələrinə əsasən vərəm ehtimal edilən şəxslər müəyyən edilir və
onların siyahısı hazırlanır;
Bəlğəm toplanışı günü müəyyən edilir, vərəm ehtimal edilən şəxslərin bəlğəm
nümunəsi toplanaraq laboratoriyaya göndərilir.
MƏRHƏLƏ 3: Skrininqin
nəticələri
Əkmə nəticələri pozitiv olanların siyahısı ƏN TBİ-yə göndərilir;
ƏN TBİ tərəfindən verilmiş göndərişə əsasən əkmə nəticələri pozitiv olanlar İMM-yə
etap edilir;
Əkmə nəticələri neqativ olanlar həkim-ftiziatrlar tərəfindən müayinə edilir;
Kliniki-rentgeloji nəticələrə əsasən həkim-ftiziatrın rəyi olduğu halda əkmə nəticəsi
neqativ olan məhbuslar İMM-yə etap edilir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
74
Əlavə 6: Ağciyər və ağciyərlərdən kənar vərəmin diaqnostikasının
xüsusiyyətləri
Bakterioloji
müayinə
Radioqrafiya
AV
Bəlğəm
yaxmasının mikroskopiyası,
neqativ
olduqda - əkmə
1) Infiltrat və ya bərk
sahələr
–
ağciyər
parenximasında
müəyyən
edilən infiltratların və bərk
sahələrin
kölgəlikləri
ölçülərinə, sərhədlərinə və
intensivliyinə görə fərqlənir.
2)
Aydın
sərhəddi
olan/olmayan
hər-hansı
boşluq görüntüsü, bərkimə
ocağlı/düyünlü/fibroz
bərkimə ilə müşayiət olunur.
3)
Aydın
seçilməyən
sərhədli ocaqlar - ağciyər
parenximasında
girdə
bərkimələr (tuberkulomalar).
4)
Döşdaxili və ya
divararalığı limfopatiya – bir
və ya hər iki ağciyərlərin
və/və ya divararalığının limfa
vəzilərinin
atelektaz
və
bərkimə ilə müşayiət olunan
böyüməsi.
Plevritlər
1)
Plevral mayenin mikroskopiyası
adətən neqativdir, lakin əkmə 50% hallarda
pozitivdir
2) Plevranın bioptatı daha həssasdır və
75-90 % hallarda əkmə üzrə pozitivdir;
3) Plevranın punksiyasında sarı rəngli
maye müəyyən edilir, ekssudatda zülalın
miqdarı 30q/l-dən çox olur və aşkar
limfositoz (limfositlərin miqdarı 80–100%)
qeyd edilir.
Plevra boşluqlarına xeyli
miqdarda maye toplanması
qeyd edilir.
Meningitlər
Beyin – onurğa beyini mayesi (BOBM)
adətən yaxma üzrə, habelə 50% hallarda
əkmə üzrə neqativdir.
Hətta
aşkar meningeal simptomlar
olmadıqda belə BOBM müayinə edilməlidir.
Əgər meningit varsa BOBM şəffafdır, onun
təzyiqi yüksəlir, zülalın miqdarı >1q/l və
limfositlərin sayı 30–300/mm3 təşkil edir.
Beyin
qişalarındakı
tuberkulomalar KT və MRT-
də girdə və ya oval formada
vizualizasiya olunur.
Limfadenitlər
Zədələnmiş
periferik limfa vəziləri
xüsusən boyun vəziləri aspirasiya oluna
bilər.
Aspirasiya vəzinin yuxarı qütbündə
edilməlidir.
Sümük vərəmi
Disk sahəsinin daralması
şəklində ilkin dəyişikliklər
sezilmir.
Gecikmiş