Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
57
Fəsil 11: Monitorinq, qiymətləndirmə, qeydiyyat və hesabat
Məqsəd:
Azərbaycanda 2015-ci ilə qədər vərəmlə, o cümlədən DDV ilə xəstələnmə və ölüm
hallarının azaldılması, əhali arasında vərəmin yayılmasının qarşısının alınması yolu ilə
ölkədəki epidemiolji vəziyyətin yaxşılaşdırilmasıdır.
Bu konteksdə Monitorinq və Qiymətləndirmənin (M və Q) məqsədləri aşağıdakılardır:
- Vərəmlə mübarizəyə cəlb olunmuş bütün bölmə və qurumların fəaliyyətinin müntəzəm
və obyektiv
qiymətləndirilməsi;
- Vərəməleyhi tədbirlərin tətbiqi üzrə vəziyyətin vaxtında əks
etdirilməsi;
- Yerinə yetirilmiş tapşırıqların kəmiyyət göstəricilərinin qiymətləndirilməsi;
- Yerinə yetirilmiş tapşırıqların keyfiyyət göstəricilərinin qiymətləndirilməsi;
- Meydana çıxmış problemlər barədə yoxlama keçirilən qurumların və ƏN TBİ-nin
rəhbərliyinin vaxtında məlumatlandırılması;
- M və Q qedişində aşkar edilən problemlərin aradan qaldırılması üzrə tövsiyələrin
verilməsi.
Proqramın indikatorları:
Proqramın indikatorları ÜST kriteriyalarına, Qlobal Əməkdaşlığın “Vərəmi dayandıraq”
vəzifələrinə və Minilliyin İnkişaf Məqsədinə müvafiq hazırlanmışdır:
PS-də bütün aşkar olunmuş Vərəmli xəstələr adekvat müayinə və müvafiq müalicə
imkanı əldə etməlidir.
Yeni bakteriloji pozitiv vərəmli xəstələrin müalicə effektivliyinin səviyyəsi 85%-dən az
olmamalıdır.
ÇDD vərəmli xəstələrin müalicə effektivliyinin səviyyəsi 70 %-dən az olmamalıdır.
Vərəmdən ölüm göstəricisi müalicəyə cəlb olunan xəstələrin sayının 4%-dən artıq
olmamalıdır.
Sahələrarası əməkdaşlıq
PS-də vərəmlə mübarizə tədbirləri SN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
digər tərəfdaşlarla əməkdaşlıq şəraitində həyata keçirilir. Bunun üçün aşağıdakılar zəruridir:
1.
Birgə müntəzəm monitorinq baş çəkmələrini keçirmək üçün vərəməleyhi müəssisələrə
MVNP-nin və beynəlxalq təşkilatların (ÜST, YİK, Qlobal Fond və s.) nümayəndələrinin
girişinin təmin edilməsi.
2.
8 nömrəli formaya müvafiq olaraq SN-i məlumatlarla müntəzəm təmin etmək.
Qeydiyyat, hesabat və məlumat mübadiləsi sistemi:
Vərəmə nəzarət fəaliyyətinə cəlb olunmuş ƏN-nin tibb müəssisələrin sistemi üç
pilləlidir. İlkin (ümumi səhiyyə xidmətləri) səviyyəyə İT-lərin və CM-lərin TSH-ləri,
üçüncü (ixtisaslaşdırılmış tibbi xidmət) səviyyəyə isə İMM aiddir. Ikinci səviyyəli tibbi
xidmət MM-də göstərilir. Hər səviyyədə məlumatların toplanması istifadə edilən sənədlərə
əsaslanır. Vərəm üzrə bütün qeydiyyat-hesabat formaları onların növündən və
daşıyıcısından (elektron və ya kağız) asılı olmayaraq ən azı 50 il müddətində saxlanılır. Bu
müddət keçdikdən sonra fərdi qeydiyyat formalar müəyyən edilmiş qaydada məhv edilir,
aqreqat formalar və aqreqat elektron məlumat bazaları müddətsiz saxlanılır. Elektron
məlumat bazaları rübdə 1 dəfədən az olmayaraq müntəzəm arxivləşdirilir. Bu,
arxivləşdirilmə vaxtı olan məlumatların saxlanması məqsədi ilə edilir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
58
Vərəmə dair istifadə olunan uçot, qeydiyyat və hesabat formaları üçün bax: Əlavə 18.
İT-lərin və CM-lərin TSH-ləri səviyyəsi:
Məhbusun tibbi kitabçası;
Vərəmə görə skrininq qeydiyyatı kitabı.
İMM səviyyəsi
Qəbul şöbəsi daxil olmaqla, hər şöbədə xəstələrin qeydiyyat kitabı (ТВ 03 və ТВ 03
- DD);
Dərmanların qəbulunun fərdi kartası (ТВ 01 və ТВ 01 – DD);
Xəstəlik tarixi;
Şöbələr arasında xəstələrin xərəkətinin dinamikasını və xəstələrin sayını əks etdirən
ümumi
stasionar jurnal;
Aptek şöbəsindən dərmanların sifarişinin icmalı (ТВ 11 və ТB 11 – DD);
Xəstələr üçün sövqedici bağlamalar sifarişinin ümumiləşdirilmiş forması;
Hər müayinə növünü (mikroskopiya, əkmə, DHT, molekulyar üsullar) daxil edən
ümumi Laborator qeydiyyat kitabı (ТВ 04);
Laborator müayinələrin cavabının (mikroskopiya, əkmə, DHT, molekulyar üsullar)
forması;
Bütün yuxarıda qeyd edilən məlumatlar hər xəstə üçün müalicə təyinatların laborator
nəticələrin dinamikasını kumulyativ olaraq əks etdirən elektron məlumat bazalarına daxil
edilmək üçün mənbədir.
Monitorinq və Qiymətləndirmə göstəriciləriləri
Göstərici
Hesablama qaydası
Məlumatın
qeydiyyatı
aparıldığı
mənbə
Başlanğıc
göstəriciləri
Hədəf
göstəriciləri
Yeni
vərəmli
xəstələr
arasında
ÇDDV-nin
səviyyəsi.
Illik
əsasda
hesablanır.
Surət: Müəyyən dövr ərzində
qeydiyyata götürülmüş yeni
vərəmli xəstələr kohortunda
ÇDDV xəstələrin sayı.
Məxrəc: Həmən dövr ərzində
qeydiyyata götürülmüş və
DHT nəticələri əldə edilmiş
yeni vərəmli xəstələrin sayı.
Xəstələrin
qeydiyyat
kitabı ТВ03
9%
(2012)
≤ 8%
Təkrar vərəmli
xəstələr
arasında
ÇDDV-nin
səviyyəsi.
Illik
əsasda
hesablanır
Surət: Müəyyən dövr ərzində
qeydiyyata götürülmüş təkrar
vərəmli xəstələr kohortunda
ÇDDV xəstələrin sayı.
Məxrəc: Həmən dövr ərzində
qeydiyyata götürülmüş və
DHT nəticələri əldə edilmiş
təkrar
vərəmli
xəstələrin
sayı.
Xəstələrin
qeydiyyat
kitabı ТВ03
24%
(2012)
≤ 20%
Bakterioloji
təsdiq olunmuş
yeni
AV
hallarının
müalicəsinin
effektivlik
Surət: Müəyyən dövr ərzində
müalicəyə başlayan zaman
bakterioloji
təsdiqlənmiş,
müalicənin
sonunda
“sağalıb”
və
“müalicəni
bitirib” nəticəsi olan yeni AV
Xəstələrin
qeydiyyat
kitabı ТВ03
Rüblük
hesabat
85%
(2011)
≥ 85%