Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
52
İMM-də SM-yə dair fəaliyyətlər
Xəstələr
üçün məlumatlandırma sessiyaları İMM-də müalicənin aşağıdakı
mərhələlərində tətbiq edilir:
Qəbul bölməsində, diaqnozun təsdiq olunduğu dövrdə:
Vərəm ehtimal edilən bütün məhbuslar İMM-nin qəbul bölməsində vərəm xəstəliyi
təsdiqlənənə qədər saxlanılır. Bu müddətdə xəstəliyin xüsusiyyətləri, yoluxma
yolları və risk faktorları, qorunma və s. haqqında məlumatlandırılır.
Müalicənin başlanğıcında:
Vərəm diaqnozu təsdiqləndikdən sonra xəstə kimyəvi terapiyanın Intensiv Fazasına
başlamaq üçün müalicə bölməsinə göndərilir. Xəstə tibbi proseduralar, müalicənin
müddəti, tam müalicə üçün lazım olan şərtlər, dərmanların əlavə təsirlər ehtimalı,
onların idarə olunması, müalicəyə düzgün riayət edilməməsinin riskləri və s.
haqqında məlumatlandırılır.
Davamedici Fazanın başlanğıcında;
Müalicənin Intensiv Fazası bitdikdən sonra müalicənin davam etdirilməsi üçün
xəstə başqa bölməyə göndərilir. Xəstə müalicənin nəticələri, hətta özünü yaxşı hiss
etsə belə müalicənin sonadək davam etdirilməsinin əhəmiyyəti haqqında və s.
məlumatlandırılır.
Müalicə tamamlandıqda;
Xəstə bəlğəm sınaqların nəticələri, müalicənin uğurlu və ya uğursuz olması
haqqında məlumatlandırılır.
Əgər müalicənin tibbi baxımdan, könüllü və ya digər səbəblərə görə yarımçıq kəsilməsi
baş verərsə - səbəbinə uyğun maarifləndirmə aparılır.
Əgər xəstə müalicə altında olarkən azadlığa buraxılarsa və ya başqa müəssisəyə
köçürülərsə - uğurlu nəticə əldə etmək, ailə üzvlərini və digər şəxsləri qorumaq üçün
müalicəni davam etdirməyin əhəmiyyəti və bunun üçün vasitələr barədə
maarifləndirmə aparılır.
İMM-nin Təlim mərkəzində bütün penitensiar sistem əməkdaşları (əməliyyat işçiləri,
tərbiyəçilər-dəstə rəisləri, nəzarətçilər və mühafizəçilər), tibbi işçilər üçün vərəmə nəzarət
sahəsində müxtəlif mövzularda treninqlər keçirilir.
İMM-nin bölmələrində maarifləndirmə sessiyaları
Bu sessiyalar hər şöbənin həkim və orta tibbi personal tərəfindən aparılır.
Qrup halında sessiyalar həkimlər tərəfindən ən azı ayda 3 dəfə aparılır.
Bölməyə yeni gətirilmiş xəstələrin siyahısı hazırlanır;
Təyin edilmiş vaxtda xəstələr maarifləndirmə sessiyasına dəvət edilir;
Bölməyə uyğun mövzuda maarifləndirmə sessiyası keçirilir.
Orta tibb işçisi hər xəstə ilə ayda 1 dəfə fərdi dərslər aparır.
İMM-də keçirilən SM protokolu üçün bax: Əlavə 14.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
53
Fəsil 8: İMM-dən azadlığa buraxılandan sonra müalicənin fasiləsizliyinin təmini
Bu Təlimat tərtib edildiyi dövrdə müalicəsi tamamlanmadan azadlığa buraxılan
məhbusların müalicəsinin izlənilməsi məsələləri ilə qeyri-hökümət təşkilatı (QHT) məşğul
olur. Onun qarşısında olan məsələ müalicənin davam etdirilməsinin və monitorinqinin
təşkilidir. Azadlığa buraxılan məhbusların müalicəsində fasiləsizliyə və sona çatdırılmasına
nəzarət edilməsi məsuliyyəti ƏN, MVNP və SN üzərindədir. QHT-nin iş prinsipləri ilə
tanışlıq üçün bax: Əlavə 15.
QHT İMM-dən təqdim edilən tibbi sənədləri ETAXİ-yə və ya mülki vərəm əleyhi tibb
müəssisələrinə çatdırmaqla müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələrin
qeydiyyata götürülməsini təşkil edir, onların müalicəni davam etdirmələrinə nəzarət edir və
dəstək göstərir. Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstə ilə ən azı bir ay
əvvəl görüşür, onun müalicəsinin mülki sektorda davam etdirilməsinn təşkili üçün bütün
lazımi məlumatları (onun ailəsi, yxınları barəsində) əldə edir, psixo-sosial dəstək göstərir,
müalicənin mülki sektorda davam etdirilməsinin və tam kurs müalicə almanın vacibliyinə
dair onlar arasında maarifləndirmə işi aparır.
Azadlığa buraxılan vərəmli xəstənin müalicə və müayinələrinə dair sənədlərin və
qeydiyyat vərəqələrinin surətini (epikriz, TB 01, TB 09 və s.) xəstənin müalicəsi aparılacaq
tibb müəssisəsinə təqdim edir.
Xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq İMM-dən əldə olunmuş 2-ci sıra
VƏD-lərin 1 aylıq ehtiyatını təhvil alır (bu prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir
dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam edir) və müvafiq tibb
müəssəsinə təhvil verir və müalicə ərzində monitorinq aparılır.
Müalicə başa çatana qədər xəstə sövqedicilərlə (qida məhsulları, nəqliyyat xərcləri) ilə
təmin edilir.
Həmin xəstlərlə işləyən mülki tibb işçiləri sövqedicilərlə təmin olunurlar.
Bu QHT ƏN TBİ və MVNP arasında məlumat mübadiləsini təmin edir. Qeyd edilən
fəaliyyətlər xəstə, QHT, ƏN TBİ və MVNP arasında bağlanmış müqavilələr çərçivəsində
həyata keçirilir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
54
Fəsil 9: PSVNP-da dərman vasitələrinin idarə edilməsi
Bu fəaliyyət ƏN TBİ-nin Tibbi təchizat şöbəsi tərəfindən həyata keçirilir. PSNVP-nin
uğurlu aparılmasında əsas məqamlardan biri də vərəmin müalicəsində və YT-nin
idarəolunmasında istifadə edilən dərman vasitələri ilə fasiləsiz təchizatın, qeydiyyat və
bölüşdürmənin təmin edilməsidir. Aşağıdakı sxemdə VƏD-lə təchizatın düzgün təşkili tsikli
göstərilmişdir:
Dərmanların seçilməsi aşağıdakı tələblərə cavab verməlidir:
Dərmanların keyfiyyətinə nəzarət beynəlxalq tanınmış sertifikatlarla təsdiq
edilməlidir;
Vərəmli xəstələrin tam müalicə kursunu təmin edən dərmanlarla təchizatın sistemi
tətbiq edilməlidir;
Mövcud ehtiyatlar optimal istifadə olunmalıdır: qiymət və keyfiyyət nisbəti
gözlənilməlidir.
1-ci sıra VƏD-lərin satınalınması dövlət vəsaiti hesabına açıq və beynəlxalq standartlara
cavab verən tender vasitəsi ilə həyata keçirilir. Hazırki dövrdə 2-ci sıra VƏD-lərin
satınalınması Qlobal Fondun həyata keçirilən qrantları çərçivəsində aparılır.
Kombinə olunmuş çox-tərkibli (dörd- və iki-tərkibli) 1-ci sıra VƏD-lər vərəmin
müalicəsinin effektivliyini artırmaqla yanaşı, YT-lərin idarəolunması üçün bir-tərkibli
preparatlar əhəmiyyətli rol oynayır.
Istifadə edilən dərmanların keyfiyyətinə nəzarət məqsədilə İMM-də istifadə olunan 1-ci
və 2-ci sıra VƏD-lərin nümunələri təsadüfi seçmə yolu ilə SN-nin Dərman Vasitələrin
Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında dövri olaraq yoxlanılır. Qeyd edilən
yoxlama qaydaları üçün bax: Əlavə 16.
Istifadəçilər və
istehlakçılar üçün
məlumat
Tələb olunan
dərmanların
hesablanması
Sifariş
Satınalma
Bufer
ehtiyatının
idarəedilməsi
Saxlanma
Bölüşdürülmə
Qablaşdırılma
Çatdırılma
Keyfiyyətə
nəzarət
Keyfiyyətə
nəzarət
Keyfiyyətə
nəzarət
Keyfiyyətə
nəzarət
Dostları ilə paylaş: |