Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
50
qanunvericilik ilə tənzimlənir. Bununla yanaşı istintaq və məhkəmə tədbirlərinin keçirilməsi
zamanı xəstələrlə müstəntiqlərin, vəkillərin, hakimlərin və s. ünsiyyətdə olmasına zərurət
yaranır. Xəstələrin ziyarətçilərlə təhlükəsiz ünsiyyətini təmin etmək üçün yuxarıda qeyd
edilən müxtəlif infeksiyaya nəzarət tədbirləri tətbiq edilir.
Ziyarətdən bilavasitə əvvəl xəstənin son yaxma və əkmə nəticələrinə əsasən yoluxucu
olub olmaması barədə arayış və infeksiyaya nəzarət tədbirləri üzrə əməli tövsiyə verilir.
Basil ifraz edən xəstələr çıxarıcı ventilyasiya və bilavasitə kontakta yol verməyən şüşə
arakəsmə ilə təchiz olunmuş kabinələrdə ziyarətə buraxılırlar.
İMM-də xəstələrin infeksiyaya nəzarət tələblərinə görə bölüşdürülməsi
Infeksiyaya nəzarət tələblərinə müvafiq olaraq İMM-nin şöbələri orada saxlanılan
xəstələrin bakterioloji laboratoriya tərəfindən təsdiq edilmiş statusuna uyğun bir neçə
infeksion təhlükəsizlik səviyyəsinə bölünür. Hər palata/şöbə xəstələr üçün müvafiq
işarələnir:
- Bəlğəm yaxması və əkməsi üzrə pozitiv nəticəli;
- Bəlğəm yaxması üzrə neqativ, lakin əkmə nəticəsi üzrə pozitiv;
- Bəlğəm yaxması və əkməsi üzrə neqativ nəticəli.
Palataların, kameraların və şöbələrin işarələri qapılarında qeyd edilir.
Öz növbəsində əkmə üzrə pozitiv xəstələr bölünürlər:
- 1-ci sıra VƏD-lərə tam həssas;
- 1-ci sıra VƏD-lərin birinə / bir neçəsinə davamlı;
- ÇDD
- GDD.
Binalara texniki tələblər
Xəstələrin saxlanma şəraitinin yaxşılaşdırılmasının vacib amillərindən biri binaların
günəş şüaları ilə təbii işıqlanmasıdır. Keyfiyyətli işıqlanmaya jalüzsüz (örtüksüz)
standart pəncərələrinin istifadəsi ilə nail olunur. Şöbələrin saxlanma rejimi
şərtlərindən asılı olmayaraq İMM-də binalarda pəncərələrin ölçüsü 210 sm x 150 sm
təşkil edir (yəni yaşayış otağının standart pəncərələri).
Gəzinti həyətlərinin ölçüsü 8 m
2
-dən az deyil. Gəzinti həyətləri insan hüquqlarına
riayət edilməsində böyük rol oynayır və məhbusların açıq havada olmaları qanunda
nəzərdə tutulur. Azərbaycan qanunvericiliyinə əsasən, yaşayış otağında / kamerada
hər məhbusa ən azı 4 m
2
yaşayış sahəsi
nəzərdə tutulur. Xəstələr üçün bu sahə daha
çoxdur və ən azı 5 m
2
təşkil edir.
Məhbusların gəzintilərinin sayı və tezliyi
Bu, saxlanma rejimi ilə tənzimlənir və həbsxana saxlanma rejimli şəxslər üçün gündəlik
2 saatdan az olmamalıdır.
Vərəmli xəstə məhbusların qidalanması
Azərbaycan qanunvericiliyinə əsasən, bütün formalı vərəmli xəstələr üçün gündəlik
qidalanmanın energetik dəyəri 3680 kkal-dır. Tamdəyərli qidalanma bədənin ümumi
müqavimətinin möhkəmləndirilməsinin və xəstənin vərəmlə mübarizə qabiliyyətinin
yüksəlməsinin əsasıdır.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
51
Fəsil 7: Səhiyyə maarifçiliyi işi və xəstələrin təlimləndirilməsi
Səhiyyə maarifçiliyi (SM) vərəmlə mübarizə proqramının ayrılmaz hissəsidir.
SM xəstəliyə yoluxma riskini azaltmaq məqsədilə PS əməkdaşları və tibb işçiləri
arasında vərəm sahəsində bilik səviyyəsini artırmağa, məhbuslar, onların ailə üzvləri
və ziyarətçilər daxil olmaqla vərəmə yoluxma ehtimalı olan şəxslərdə adekvat
münasibətin və davranışın formalaşmasına xidmət edir. Xəstələrin təlimləndirilməsi
onlarda öz xəstəliklərinə düzgün yanaşmanın anlaşılmasına, müalicə rejiminə və
sxemlərə intizamlı riayət edilməsinə, başqa şəxslər üçün epidemioloji cəhətdən
təhlükəsiz davranışın aşılanmasına yönəlmişdir.
SM-in məqsədi:
İnfeksiyanın ötürülməsinin qarşısını almağa yardımçı olmaq;
Xəstəlik hallarının erkən aşkarlanmasına kömək etmək;
Məhbusların müayinələrdən yayınmasının qarşısını almaq;
Bütün xəstələrin sağalmasına nail olmaq.
Hədəf qrupları:
PS-də SM məhbuslar və onlarla təmasda olan bütün qruplar üçün zəruridir. Bu qruplara
daxildir:
PS-in tibbi heyəti;
PS-nin inzibati heyəti;
Mühafizəçilər;
Qəbul bölməsinə gətirilən vərəm ehtimal edilən məhbuslar;
Vərəməleyhinə müalicə qəbul edən xəstələr;
Vərəməleyhinə müalicə kursunu bitirmədən azadlığa buraxılan xəstələr;
Vərəməleyhinə müalicədən sonra dispanser şöbəsində müşahidədə saxlanılan
məhbuslar;
Vərəməleyhinə müalicədən imtina etmiş xəstə-məhbuslar;
Qrupdaxili maarifləndirici kimi fəaliyyət göstərən məhbuslar;
Məhbus xəstələrlə görüşə gələn ailə üzvləri və ziyarətçilər.
Maarifləndirici vasitələr:
Uğurlu maarifləndirmə diqqəti cəlb edən, məlumatlandırıcı, düzgün və dəqiq olmalıdır.
Bu səbəbdən, təsirini saxlamaq üçün ismarıclar təkrar olunmalı və müxtəlif yollarla
möhkəmləndirilməlidir.
Əldə olan bəzi vasitələr:
Qrup şəklində və fərdi məlumatlandırma;
Posterlər, broşürlər;
Afişalar (bildirişlər);
Hekayələr;
Vərəm haqqında maarifləndirici filmlər;
Video və audio materiallar;
Reklam vasitələri (vərəmə dair ismarıcların əks olunduğu dəftər, qələm və s.).
Bütün TSH-lar və müalicə müassisəsi əsas SM materialları ilə təmin edilmişdir.
İT-lərdə və CM-lərdə SM
İT-lərdə və CM-lərdə SM tibbi heyət tərəfindən aparılır və vərəmin əsas əlamətləri,
infeksiyaya nəzarət tədbirləri ilə məhbusların tanış edilməsi, İMM-dən müalicədən sonra
qayıtmış məhbuslara qarşı stiqmanın azaldılması və risk qrupları (İİV-ə yoluxmuş,
venadaxili narkotiklərin istehlakçıları və s.) ilə daha müfəssəl işdən ibarətdir.
Dostları ilə paylaş: |