Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
48
onların diqqətlə qiymətləndirilməsi və aradan qaldırılması hesabına əziyyətlərin qarşısını
alınması və yüngülləşdirilməsi yolu ilə nail olunur.
Palliativ müalicəyə ehtiyacı olan xəstələrə qayğının təmin edilməsində etik məsələlər
üzrə ÜST işçi qrupunun tövsiyələri əsas götürülür:
Ölümü təbii qanunauyğun proses kimi qəbul edir;
Həyat müddətini uzatmaq və ya qısaltmaq məqsədi daşımır;
Palliativ qayğının məqsədi xəstənin həyatının son günlərini mümkün qədər keyfiyyətli
şəkildə yaşamasını təmin etməkdir;
Pasiyentin tələbatlarının ödənilməsi məqsədilə müxtəlif peşə mütəxəssislərinin
köməyindən istifadə edir;
Pasiyentin həyat keyfiyyətini yaxşılaşdırır və xəstəliyin gedişinə müsbət təsir göstərə
bilir;
Digər müalicə üsulları ilə müştərək və vaxtında tətbiq edildikdə xəstənin həyatını uzada
bilir.
Digər müalicə növləri artıq səmərəli olmadığı zaman, xəstə ölüm barədə danışmağa
başlayanda, həyata vacib orqanların fəaliyyəti pozulduqda palliativ qayğı tədbirlərinə
başlanılmalıdır. Bu, pasiyentin təkcə fiziki deyil, eləcədə psixoloji, sosial və ruhi
tələbatlarının ödənilməsinə yönəlməlidir. Xəstənin psixoloji durumunu dəstəkləmək və
inamını saxlamaq məqsədi ilə həssaslığı itirilmiş olsa belə 1-ci sıra VƏD-lərıə müalicəyə
yol verilir. Palliativ qayğının başlıca məqsədi xəstənin həyatını uzatmaq deyil, qalan
ömrünü mümkün qədər rahat etməkdir.
Müalicə başa çatdıqdan sonra məhbuslar üzərində müşahidənin təminatı
Müalicəsi uğurla başa çatmış xəstələr dispanser şöbəsinə keçirilirlər və burada 3-6 ay
müddətində saxlanılırlar. Bu müddət ərzində onlar hər 3 aydan bir bəlğəm analizi verirlər
(mikroskopiya/əkmə) və həkim müayinəsindən keçirilirlər. Əks göstərişlər olmadığı
təqdirdə məhbuslar cəza çəkdikləri əsas müəssisələrə geri göndərilirlər. Həmin müəssisələrə
gəldikdən sonra onlar TSH-lərdə qeydiyyata alınırlar. Növbəti bir il ərzində bu məhbuslar
ağır fiziki əməyə cəlb olunmurlar və hər 6 aydan bir bəlğəm analizi verirlər.
İİV-ə yoluxmuş şəxslər arasında vərəmin profilaktikası
İİV-ə yoluxmuş şəxslər arasında vərəmin profilaktikası TBİ üzrə 08 may 2013-cü il tarixli
8-t saylı əmrlə tənzimlənir. Bax: Əlavə 13.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
49
Fəsil 6: Infeksiyaya nəzarət və məhbusların saxlanma şəraitinin standartları
PSVNP üzrə infeksiyaya nəzarət tədbirlərini həyata keçirilməsinə məsul şəxs
əlaqələndirici qurumun səlahiyyətli üzvü olan GEM-in rəisidir. Hər penitensiar müəssisədə
infeksiyaya nəzarət tədbirlərin keçirilməsinə məsul şəxs həmin müəssisənin tibb xidmətinin
rəhbəridir. Müəyyən edilmiş infeksiyaya nəzarət tədbirlərin təşkili və icrası PSVNP-nin
uğurunun başlıca şərtidir. Təlimatın müxtəlif fəsillərində xəstələrin yoluxuculuq statusuna
görə bölüşdürülməsi və infeksiyaya nəzarət məsələlərinə bu və ya digər dərəcədə toxunulub.
Burada infeksiyaya nəzarətin təmin edilməsi üçün ümumi yanaşmalar və prinsiplər
göstərilir.
Inzibati tədbirlər
Infeksiyaya nəzarətin inzibati tədbirlərin əsas prinsipləri aşağıdakılardır:
Penitensiar müəssisənin vaxtaşırı yenilənən infeksiyaya nəzarət üzrə planı;
Vərəm ehtimal edilən şəxslərin müəssisədə saxlanılan digər məhbuslardan təcrid
edilməsi;
Xəstələrin yoluxuculuq statusuna və DHT nəticələrinə görə bölüşdürülməsi;
Infeksiyaya nəzarət tədbirlərinin həyata keçirlilməsi və əməkdaşların fərdi qoruyucu
vasitələrlə təchiz edilməsi üzrə öhdəliklərin penitensiar müəssisələrin inzibati
rəhbərliyi tərəfindən icrası;
Infeksiyaya nəzarət üzrə normativ aktlarların TBİ tərəfindən hazırlanması və təsdiq
edilməsi.
Ətraf mühitin qorunması tədbirləri
Buraya aiddir:
Məhbusların İMM-nin şöbələri arasında köçürülmələri zamanı tambur sisteminin
tətbiqi;
Xəstə məhbuslar saxlandıqları binalarda və laboratoriyalarda məcburi sorucu-
çıxarıcı havalandırma sisteminin yaradılması (qış və yay mövsümlərində temperatur
rejiminə riayət etməklə);
Vərəm ehtimal edilən məhbusların daşındığı nəqliyyat vasitələrinin məcburi sorucu-
çıxarıcı havalandırma sistemi ilə təchiz edilməsi;
Bəlğəm nümunələrinin xüsusi ayrılmış və avadanlıqla təchiz edilmiş otaqlarda və ya
açıq havada toplanması.
Heyətin fərdi qoruyucu tədbirləri
Buraya aiddir:
Inzibati və tibbi heyət mikobakteriyaların tənəffüs yollarına düşməsinin qarşısını
alan respiratorlardan istifadə edir (N95);
Xəstələr, mikobakteriyaların tənəffüs yollarından ətrafa püskürdülməsinin qarşısını
alan cərrahi maskalardan istifadə edir.
Ən təhlükəli şəraitdə işləyən laboratoriya əməkdaşlarının infeksion təhlükəsizliyini
təmin etmək xüsusi diqqət tələb edir. İMM-nin laboratoriyası beynəlxalq təsnifat üzrə 3-cü
biotəhlükəsizlik səviyyəsinə uyğundur. Laboratoriyanın bu və ya digər otaqlarının
biotəhlükəsizlik səviyyəsindən asılı olaraq işçi heyət fərdi qoruyucu vasitələrən istifadə
etməlidir.
Müalicənin gedişində qohumların və yaxın şəxslərin ziyarəti, istintaq və digər hüquqi
tədbirlərin keçirilməsi zamanı infeksiyaya nəzarət tədbirlərinə riayət edilməsi
Azərbaycan qanunvericiliyi qohumların və yaxın şəxslərin məhbuslarla ziyarətini
nəzərdə tutur. Ziyarətlərin tezliyi və sayı məhbusun saxlanma rejimindən asılı olaraq
Dostları ilə paylaş: |