Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
39
belə xəstələri daha tez aşkar etməyə imkan verdiyindən müalicə nəticələrinin
yaxşılaşdırılmasına xidmət edir.
Müştərək İİV-infeksiyalı vərəmli xəstələrin ilkin vəziyyətini qiymətləndirərkən
aşağıdakıları aydınlaşdırmaq lazımdır:
•Pasiyentdə opportunistik infeksiyalar və İİV-lə əlaqəli xəstəliklər daxil olmaqla İİV-
infeksiyasının
gedişinin tarixçəsi;
• CD4 limfositlərin səviyyəsi
və virus yükü;
•Əvvəllər aparılmış
ART barədə məlumat;
•Əvvəlki hospitallaşdırma, sıxlıq şəraitində yaşama və ya DDV-li xəstə ilə təsdiq
edilmiş
kontakt barədə məlumatlar;
•Daha əvvəllər vərəmin kimyəvi terapiyası kursları barədə məlumat.
Fiziki müayinələr immun supressiya əlamətlərini müəyyən edilməsinə və qidalanma
rejiminin qiymətləndirilməsinə, pasiyentin nevroloji vəziyyətinin, AKV əlamətlərinin və
YT-lərin ehtimalını artıra bilən digər yanaşı vəziyyətlərin aşkarlanmasına yönəlməlidir.
Yanaşı vərəm xəstəliyi olan İİV-ə yoluxmuş
şəxslərdə ART
İİV-ə yoluxmuş vərəmli xəstələrdə aparılan ART İİV-infeksiyasının proqressivləşməsi
tempini zəiflədir və xəstələrin həyatda qalma müddətini uzadır. Müştərək infeksiyalı
xəstələrdə ART-nin aparılması üstünlükləri olsa da ART həm vərəmin, həm də İİV-
infeksiyasının müalicəsini dayandırmaq zərurətini doğura bilən YT-lər törədə bilir. Bundan
irəli gələrək, müştərək vərəm və İİV-infeksiyası olan xəstələrdə ART-nin aparılması ilə
əlaqədar risklərin və üstünlüklərin qiymətləndirilməsinə əsaslanan ART-nin başlanma
vaxtına dair tövsiyələr verilmişdir. Müştərək infeksiyalı xəstələrdə CD4 limfositlərin
sayından asılı olmadan, vərəmin müalicəsi başladıqdan iki həftə sonra, lakin ilk iki aydan
gec olmayaraq ART başlamalıdır.
Vərəməleyhi müalicə fonunda ART aparılarkən xəstələrin təxminən 1/3-də immunitetin
bərpasının iltihabi sindromu (İBİS) baş verir. Bu, infeksiyaya daha güclü immun cavab
reaksiyası qabiliyyətinin bərpa olunması ilə bağlı vərəmli xəstənin vəziyyətinin paradoksal
pisləşməsidir. Immun cavab iltihabi reaksiyanın canlanması ilə müşayiət edilir ki, bu da öz
növbəsində xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilir.
ART preparatların kombinasiyası
ilə əlaqədar YT
ART preparatları bir çox YT-lər törədir ki, bunların bir qismi VƏD-lərin törətdiyi
YT-lərlə oxşardır. Bu səbəbdən YT-ni hansı preparatın törətdiyini müəyyən etmək
mürəkkəbdir. Məhz buna görə YT baş verdikdə, xəstənin qəbul etdiyi müalicəni müvəqqəti
olaraq dayandırmaq və sonradan sxeminə dərmanları mərhələli olaraq əlavə etmək vacibdir.
Bu halda YT-nin baş vermə vaxtı ehtimal edilən səbəbi göstərəcəkdir.
Böyrək çatışmazlığı olan pasiyentlərdə vərəmin
müalicəsi
Bəzi vərəmli xəstələrdə bir müddət sonra böyrəklərin ifrazat funksiyasının pozuntusu
baş verə bilir. Böyrək çatışmazlığı olan pasiyentlərdə xüsusən 2-ci sıra VƏD-lər ehtiyatla
tətbiq edilməlidir. Preparatların dozası və/və ya qəbulu intervalları aşağıda qeyd edilən
cədvəldəki tövsiyələrə uyğunlaşdırılmalıdır.
Kreatinin klirensinin normal göstəriciləri:
Kişilər: 97 - 137 ml/dəq
Qadınlar: 88 - 128 ml/dəq
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
40
Böyrək çatışmazlığı olan vərəmli xəstələrdə VƏD-lərin dozaları
Preparat
Qəbulun dövriliyinin
dəyişdirilməsi
Kreatinin klirensi <30 ml/dəq olan və
hemodializ qəbul edən pasiyentlərdə
tövsiyə olunan dozalar və qəbul dövriliyi
†‡§¶
İzoniazid
Dəyişikliksiz
300 mq gündə bir dəfə və ya 900 mq
həftədə 3 dəfə
Rifampisin
Dəyişikliksiz
600 mq gündə bir dəfə və ya 600 mq
həftədə 3 dəfə
Pirazinamid
Dəyişdirilir
Həftədə 3 dəfə, sutkalıq doza 25-35
mq/kq
Etambutol
Dəyişdirilir
Həftədə 3 dəfə, sutkalıq doza 15-25
mq/kq
Levofloksasin
Dəyişdirilir
Həftədə 3 dəfə, sutkalıq doza 750-1000
mq
Moksifloksasin
Dəyişikliksiz
400 mq
gündə bir dəfə, gündəlik
Sikloserin
Dəyişdirilir
250 mq gündə bir dəfə, gündəlik və ya
gündə 500 mq, həftədə 3 dəfə
Etionamid
Dəyişikliksiz
Sutkalık doza 250-500 mq, gündəlik
PAST
Dəyişikliksiz
Gündə iki dəfə, hər dəfə 4 q
Streptomisin
Dəyişdirilir
Sutkalıq doza 12-15 mq/kq, həftədə 2 və
ya 3 dəfə**
Kapreomisin
Dəyişdirilir
Sutkalıq doza 12-15 mq/kq, həftədə 2 və
ya 3 dəfə**
Kanamisin
Dəyişdirilir
Sutkalıq doza 12-15 mq/kq, həftədə 2 və
ya 3 dəfə**
Amikasin
Dəyişdirilir
Sutkalıq doza 12-15 mq/kq, həftədə 2 və
ya 3 dəfə**
Qeyd:
† Bir çox VƏD-lərin bakterisid effekti onların konsentrasiyasından asılı olduğundan
standart dozaları tətbiq etmək lazımdır. Dozaların dəyişdirilməsinə yalnız dözülməzlik
halında yol verilir.
‡ Preparatları hemodializ günü seansdan sonra qəbul etmək lazımdır (bu, habelə
preparatların həftədə 3 dəfə birbaşa müşahidə altında qəbulunu asanlaşdırır).
§ Adekvat absorbsiyası izafi yığılmasız oması məqsədilə preparatın qan zərdabında
konsentrasiyasına nəzarət etmək daha məqsədəuyğundur. Bu, habelə toksiki effektlərdən
qaçılmasına kömək edər.
¶ Peritoneal dializ aparılan pasiyentlər barədə hal-hazırda məlumatlar yoxdur. Belə
məlumatlar meydana çıxana gədər hemodializdə olan pasiyentlər üçün tövsiyə olunan
dozalar tətbiq edilir və dozaların adekvatlığı preparatın qan zərdabındakı konsentrasiyasına
nəzarət edilməklə yoxlanılır.
** Ototoksiklik və nefrotoksiklik riski yüksək olduğundan böyrək funksiyaları azalmış
pasiyentlərin müalicəsində inyeksion preparatlar ehtiyatla tətbiq edilməlidir.
PAST böyrək asidozunun dərinləşməsinə səbəb ola bilər. Izafi natrium yükünə səbəb
olduğuna görə PAST-ın natrium duzunun tətbiqindən çəkinmək lazımdır. Bunun əvəzində
tərkibində natrium duzu olmayan dərman formalarından (məsələn, Jacobus PASER ®)
istifadə etməklə natriumun toplanması təhlükəsini azaltmaq olar.
Levofloksasinə və ofloksasinə nisbətən siprofloksasin böyrəklərlə daha az dərəcədə
çıxarıldıqdan xroniki böyrək çatışmazlığı olan pasiyentlərdə onun tətbiqi daha məqsədə
uyğundur.