Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
32
1. Xəstəliyin anatomik lokalizasiyasına əsaslanan təsnifat.
1.1. Ağciyər vərəmi (AV) – ağciyər parenximasını və ya traxeobronxial ağacı zədələyən,
bakterioloji təsdiq olunmuş və ya kliniki olaraq təyin edilmiş istənilən vərəm halı.
Miliar vərəm, xəstəliyin bu formasında ağciyərlərdə boşluqlar yarandığından ağciyər
vərəmi halı kimi təsnif edilir.
1.2. Ağciyərlərdən kənar vərəm (AKV) – plevra, limfa vəziləri, qarın boşluğu, sidik-
cinsiyyət traktı, dəri, oynaqlar və sümüklər, beyin qişaları kimi ağciyərlərdən fərqli
orqanları zədələyən, bakterioloji təsdiq olunmuş və ya kliniki olaraq təyin edilmiş
istənilən vərəm halı. Rentgenoloji olaraq ağciyərlərdə patologiya müəyyən edilmədən
döş qəfəsi daxili limfa vəzilərinin vərəmi və ya vərəmli plevral maye yığılması AKV
halı hesab edilir.
Eyni zamanda AV və AKV müəyyən edilən xəstə AV halı kimi təsnif edilir. AV və AKV
diaqnostikasının xüsusiyyətləri üçün bax: Əlavə 6.
2. Əvvəlki müalicə tarixçəsinə əsaslanan təsnifat.
2.1. Yeni xəstə – vərəmə görə əvvəllər heç vaxt müalicə olunmamış və ya 1 aydan az
müddətdə vərəməleyhi dərman preparatları qəbul etmiş xəstə.
2.2. Əvvəllər müalicə olunmuş xəstə – vərəməleyhi preparatlarla əvvəllər 1 ay və daha
artıq müddətdə müalicə qəbul etmiş xəstə.
2.2.1.
Xəstəliyin residivi – əvvəllər müalicə olunmuş və son müalicə kursunun
sonunda sağalıb və ya müalicə başa çatıb elan edilmiş, indiki halda təkrar vərəm
epizodu kimi diaqnozlaşdırılan xəstələr (bu, əsil residiv və ya reinfeksiya
nəticəsində yeni vərəm epizodu ola bilər).
2.2.2.
Uğursuz terapiya kursundan sonra müalicəyə cəlb olunan – əvvəllər müalicə
olunmuş və son müalicə kursunun sonunda uğursuz müalicə elan edilmiş
xəstələr.
2.2.3.
Sonrakı həkim müşahidəsi üçün itirilmiş olduqdan sonra müalicəyə cəlb
olunan – əvvəllər müalicə olunmuş və son müalicə kursu sonrakı həkim
müşahidəsi üçün itirilmiş elan edilmiş xəstələr.
2.2.4.
Digər əvvəllər müalicə olunmuş xəstələr – əvvəllər vərəmdən müalicə olunmuş
və son müalicə kursunun nəticəsi naməlum olan və ya sənədlə təsdiq edilməyən
xəstələr.
Vərəmə görə naməlum əvvəlki müalicə tarixçəsi olan xəstələr yuxarıda qeyd edilən
kateqoriyalara aid edilmir.
“Ilk dəfə aşkar edilmiş vərəm halları”nın və “vərəmin residivi halları”nın cəmi “yeni
vərəm halları”nı təşkil edir.
3. Dərmanlara davamlılığa əsaslanan təsnifat
3.1. Monodavamlılıq (MD) – 1-ci sıra dərmanlardan yalnız birinə davamlılıq;
3.2. Polidavamlılıq (PD) – birdən artıq sayda 1-ci sıra dərmanlara davamlılıq (izoniazidə və
rifampisinə birgə davamlılıqdan fərqli);
3.3. Çoxsaylı dərmanlara davamlılıq (ÇDD) – ən azı izoniazidə və rifampisinə birgə
davamlılıq;
3.4. Geniş dərmanlara davamlılıq (GDD) – çoxsaylı dərmanlara davamlılığa əlavə olaraq
hər-hansı flüorxinolona və 2-ci sıra inyeksion preparatlardan (Cm, Km və ya Ami) ən
azı birinə davamlılıq;
3.5. Rifampisinə davamlılıq – fenotipik və ya genotipik metodların tətbiqi ilə müəyyən
edilmiş, digər vərəməleyhi preparatlara davamlılığın olduğu və ya olmadığı rifampisinə
davamlılıq. Buraya MD, PD, ÇDD və ya GDD olmasından asılı olmayaraq rifampisinə
hər-hansı davamlılıq aiddir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
33
4. İİV-statusuna əsaslanan təsnifat.
4.1. İİV-pozitiv vərəmli xəstələr – bakterioloji təsdiq olunmuş və ya kliniki olaraq təyin
edilmiş elə vərəmli xəstələrdir ki, onlarda İİV-ə görə testin pozitiv nəticəsi sənədli təsdiq
olunmuşdur (məsələn, xəstənin İİV-ə görə müalicədə olduğu antiretrovirus terapiyaya
(ART) başlamazdan əvvəl və ya sonra qeydiyyat jurnalına daxil edildiyi ilə sənədli
təsdiq edilmişdirsə) və ya vərəm diaqnozu təyin edilən zamanı İİV-ə görə testin nəticəsi
pozitivdir.
4.2. İİV-neqativ vərəmli xəstələr – bakterioloji təsdiq olunmuş və ya kliniki olaraq təyin
edilmiş elə vərəmli xəstələrdir ki, onlarda vərəm diaqnozu təyin edilən zamanı İİV-ə
görə testin neqativ nəticəsi sənədli təsdiq olunmuşdur.
4.3. İİV statusu naməlum olan vərəmli xəstələrdə – İİV-ə görə testin sənədli təsdiq
olunmuş nəticəsi yoxdur. Əgər sonradan İİV-ə görə testin nəticəsi müəyyənləşirsə,
bundan asılı olaraq xəstə təkrarən təsnif edilir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
34
Fəsil 5: Vərəməleyhi dərmanlar. Vərəmin müalicəsi. VƏD tətbiqi zamanı meydana
çıxan yan təsirlərin idarə olunması.
VƏD
Hal-hazırda Azərbaycan Respublikasında vərəmin müalicəsində 10-dan çox müxtəlif
dərman vasitələrinin tətbiqinə icazə vardır: HİNT
törəmələri, ansamisinlər, pirazinamid,
etambutol, aminoqlikozidlər, polipeptidlər, flüorxinolonlar, tiamidlər, sikloserin, PAST. Bir
sıra preparatlar Azərbaycanda qeydiyyatdan keçirilmədiyi və vərəmin müalicəsi üçün tətbiq
edilmədiyi üçün qeyd edilməyib. Bu preparatların qeydiyyat və idxal məsələləri həll
edildikdən sonra onların müalicə sxemlərində tətbiqinə baxılacaqdır.
•
1-ci sıra VƏD-lər (əsas qrup
dərman vasitələri
)
•
İzoniazid
(H)
•
Ansamisinlər (rifampisin, rifabutin,
rifapentin
) (R,Rfb, Rfp)
•
Etambutol
(E)
•
Pirazinamid
(Z)
•
Streptomisin
(S)
•
2-ci sıra VƏD-lər (ehtiyat qrup
dərman vasitələri
)
•
İnyeksion dərman vasitələri
o
Aminoqlikozidlər (kanamisin, amikasin)
(Km, Am)
o
Polipeptidlər (kapreomisin)
(Cm)
•
Flüorxinolonlar
( oflo-, levo-, moksi-, sparfloksasin) (Ofx, Lfx, Mfx, Sfx)
•
Tiamidlər (etionamid, protionamid)
(Eto, Pto)
•
Sikloserin
(Cs)
•
PAST
(Pas)
VƏD vərəmli xəstələrdə müxtəlif basil populyasiyalarına təsir göstərir:
Daimi və sürətlə bölünən metabolik aktiv basillər;
Ləng-bölünən basillər;
Toxumalarda çox ləng və epizodik bölünən mürgülü və ya persistə edən basillər.
VƏD-lərin təsnifatında ikinci yanaşma prinsipi onların təsir mexanizmidir. Prinsipial
olaraq bir neçə hədəf mövcuddur ki, dərmanların bakterisid, yaxud bakteriostatik təsiri
onlara istiqamətləndirilə bilər: hüceyrə qişasının komponentləri, hüceyrədaxili tərkib
strukturları (məsələn, ribosomlar, yaxud sitoplazma) və VM irsi aparatı.
•
Mikobakteriyaların hüceyrə divarının tərkib komponentlərinin sintezini pozan
dərman vasitələri
–
Mikol turşuların sintezini pozan:
•
Izoniazid
•
Etionamid
–
Arabinoqalaktanın sintezini pozan:
•
etambutol
–
Peptidoqlikanların sintezini pozan:
•
sikloserin
•
Mikobakteriyaların hüceyrədaxili tərkib komponentlərinə təsir edən dərman
vasitələri:
–
Ribosomlara təsir edən:
•
inyeksion dərman vasitələri (kanamisin, amikasin, kapreomisin,
streptomisin)
–
xromosomlara (
DNT-asılı RNT-polimeraza)
təsir edən
Dostları ilə paylaş: |