Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
27
3)
Sidik-cinsiyyət yollarının təkrarlanan infeksiyaları;
4)
Piuriya.
Abdominal
1)
Qarında ağrılar və köp;
2)
Qarında gərginlik;
3)
Assit.
Yayılmış
1)
Kliniki simptomlar: ümumi əhvalın pisləşməsi, qızdırma
(yüksək hərarətlə), tənəffüs pozuntuları;
2)
Digər orqanların cəlb olunması zamanı: plevral mayenin
sızması,
həzm
problemləri,
hepatosplenomeqaliya,
meningeal əlamətlər, perikardit və poliserozitlər.
Fiziki müayinə
Xəstənin boyu və bədən çəkisi ölçülür və BKİ təyin edilir, hansı ki, normada 19-dan
24.9-a kimi olmalıdır. Vərəmli xəstənin fiziki müayinəsinin hər hansı spesifikliyi yoxdur.
Adətən diaqnozun təyin edilməsinə az hallarda nə isə əlavə edir.
Diaqnostik materialın bakterioloji müayinəsi
Vərəm diaqnozunun klassik mikrobioloji təyini dörd mərhələdə aparılan müayinələrə
əsaslanır:
Bəlğəmin birbaşa mikroskopiyası
Bəlğəmin mikroskopiyası vərəmin diaqnostikası mərhələsində və dərmanlara həssas
(DH) və dərmanlara davamlı (DD) formalar daxil olmaqla vərəmin bütün formalarının
müalicəsinin monitorinqi prosesində aparılır.
Daqnostika mərhələsində üç ardıcıl gün ərzində üç bəlğəm nümunəsi əldə edilir. Birinci
nümunə birbaşa mikroskopiya, ikinci nümunə Xpert TB/RIF sistemində müayinə, üçüncü
nümunə birbaşa mikroskopiya və sonrakı əkmə müayinəsi üçün nəzərdə tutulur.
Müalicənin monitorinqi zamanı pasiyentlər iki ardıcıl gün ərzində iki bəlğəm nümunəsi
verirlər. Dərmanlara həssas vərəm (DHV) xəstələrin müalicəsinin monitorinqi zamanı
bəlğəm müayinəsi aşağıdakı sxemdə göstərilir:
Müalicə
kateqoriyası
İntensiv faza
Davamedici faza
1-ci Kateqoriya
Müalicənin
2-ci
ayının
sonunda
Müalicənin 4-cü və 6-cı aylarının
sonunda
2-ci Kateqoriya
Müalicənin
2-ci
ayının
sonunda*
Müalicənin 5-ci və 8-ci aylarının
sonunda
* - nəticələr İntensiv Fazanın sonunda nəzərə alınır
DDV pasiyentlərin müalicəsinin monitorinqi zamanı bəlğəm yaxmasının mikroskopiyası
İntensiv Faza dövründə hər ay, Davamedici Faza dövründə isə hər iki aydan bir aparılır.
Qidalı mühitlərə əkmə
ÜST tövsiyələrinə əsasən, VM-nin qidalı mühitlərdə əkməklə çoxaldılması diaqnozun
təyin edilməsi üçün qızıl standart hesab edilir. Çünki bu üsul bioloji materialda az miqdarda
olduğu hallarda belə VM-nin aşkar edilməsinə imkan verir. Bu üsul vərəmin
aşkarlanmasında, diaqnozun təyin edilməsində və müalicənin monitorinqində tətbiq edilir.
Vərəmin aşkarlanması üçün:
İT-lərdə daxil olma skrininqi zamanı: Bəlğəm nümunəsinin mikroskopiya üzrə
neqativ nəticəsi olduqda, ikinci dəfə bəlğəm nümunəsi əldə edilir və duru qidalı
mühitdə (MGIT) əkilir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
28
Kütləvi skrininq zamanı: Bir dəfə götürülmüş bəlğəm nümunəsi duru qidalı
mühitdə (MGIT) əkilir.
Vərəmin diaqnostikası üçün: İMM-nin qəbul şöbəsində götürülmüş üçüncü bəlğəm
nümunəsi bərk qidalı mühitdə (LY) əkilir. Qəbul şöbəsində götürülmüş birinci bəlğəm
nümunəsi yaxma-mikroskopiya üzrə neqativ olduğu halda material, habelə, bərk (LY)/duru
(MGİT) qidalı mühitdə əkilir.
Vərəmin müalicəsinin monitorinqi üçün:
DHV:
Müalicənin 2-ci ayının sonunda götürülmüş bəlğəm nümunəsi duru (MGIT)
və / və ya bərk (LY) qidalı mühitdə əkilir.
1-ci Kateqoriya müalicə zamanı 4-cü ayın sonunda, 2-ci Kateqoriya müalicə
zamanı 5-ci ayın sonunda əldə edilmiş bəlğəm nümunəsi bərk (LY) qidalı
mühitdə əkilir.
DDV: İntensiv Faza dövründə hər ay, Davamedici Faza dövründə hər iki aydan bir
əldə edilmiş bəlğəm nümunəsi bərk (LY) qidalı mühitdə əkilir.
Dərmanlara həssaslıq testi
DHT pasiyentə adekvat müalicə təyin edilməsi və tətbiq edilən sxemdə vaxtında
dəyişiklik edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, vərəmin diaqnozu təyin
edildikdən sonra mümkün gədər qısa müddətdə DHT aparılması çox vacibdir. Sürətli DHT
qoyulması üçün molekulyar müayinə üsullarından (LPA, Xpert TB/RIF) istifadə olunur.
Lakin, hətta molekulyar müayinə üsulları aparılsa da, bərk və / və ya duru qidalı mühitlərdə
DHT aparılması zəruridir, çünki yalnız bu halda dərmanlara həssaslığın tam və əhatəli
mənzərəsi əldə edilə bilir.
Dərmanlara həssaslıığın formasından asılı olmayaraq (DHV və ya DDV) əgər pasiyent
əkmə nəticələrinə əsasən pozitiv qalmaqda davam edirsə, 1-ci və 2-ci sıra VƏD-lərə DHT
qoyulması zəruridir. Təkrar DHT üç aydan tez olmamaqla aparılır.
DHT həm bərk, həm də duru qidalı mühitlərdə aparılır.
Molekulyar müayinə üsulları
Molekulyar müayinə üsulları müayinə olunan materialda VM üçün spesifik DNT və
RNT fraqmentlərini təcrid və müəyyən edilməsinə əsaslanır. Eyni zamanda VƏD-lərə
həssaslığın olub-olmaması təyin edilir. Bu üsullara Xpert TB/RIF və LPA sınaqları aiddir.
Xpert TB/RIF faktiki olaraq təkcə rifampisin preparatına qoyulmuş DHT-dir. Xpert TB/RIF
üsulu üzrə rifampisinə davamlılığın aşkar edilməsi 94% hallarda izoniazidə də davamlılığın
mövcud olduğunu ehtimal etməyə əsas verir.
LPA sınağı bütün 1-ci sıra VƏD-lərə həssaslığı yoxlamağa imkan verir.
Vərəmin aşkarlanması üçün:
İİV-infeksiyası olduqda / hər hansı “ağciyər” simptomları olduqda / istənilən
penitensiar müəssisəyə vərəm ehtimal edilən şəxslər daxil olduqda: bəlğəm
nümunəsi molekulyar üsulla yoxlanılır (Xpert TB/RIF).
Vərəmin diaqnostikası üçün:
İMM-nin qəbul şöbəsində götürülmüş birinci bəlğəm nümunəsi yaxmanın
mikroskopiyası üzrə pozitivdirsə LPA sınağı qoyulması üçün istifadə olunur. Qəbul
şöbəsində götürülmüş ikinci bəlğəm nümunəsi Xpert TB/RIF üzrə molekulyar üsulla
yoxlanılır.
Dostları ilə paylaş: |