Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
25
A18.2 Periferik vərəm limfadenopatiyası
Vərəm adeniti. İstisnadır: döş qəfəsi daxili limfa vəzilərinin vərəmi (A15.4, A16.3),
müsariqə və retroperitoneal limfa vəzilərinin vərəmi (A18.3), vərəm traxeobronxial
adenopatiyası (A15.4, A16.3)
A18.3 Bağırsaqların, peritonun və müsariqə limfa vəzilərinin vərəmi
Arxa keçəcəyin və düz bağırsağın (K93.0*) / yoğun və nazik bağırsağın (K93.0*) /
retroperitoneal (limfa vəzilərinin) vərəmi. Vərəm: assiti / enteriti (K93.0*) / peritoniti
(K67.3*)
A18.4 Dəri və dərialtı toxumanın vərəmi
İndurativ eritema, vərəm qurdeşənəyi: xoralı / adi / göz qapağının / başqa cür qeyd
edilməyən (H03.1*) / skrofuloderma. İstisnadır: qırmızı qurdeşənəyi (L93.-) / sistem
qurdeşənəyi (M32.-).
A18.5 Gözün vərəmi
Vərəm: xorioretiniti (H32.0*) / episkleriti (H19.0*) / interstesial keratiti (H19.2*) /
iridosikliti (H22.0*) / keratokonyuktiviti (interstisial) (fliktenuloz) (H19.2*) İstisnadır: göz
qapağının adi qurdeşənəyi (A18.4)
A18.6 Qulağın vərəmi
Vərəm orta otiti (H67.0*) İstisnadır: vərəm mastoiditi (A18.0)
A18.7 Böyrəküstü vəzilərinin vərəmi (E35.1*)
Vərəm mənşəli Addison xəstəliyi
A18.8 Digər dəqiqləşdirilmiş orqanların vərəmi
Perikardın (I32.0*) / endokardın (I39.8*) / miokardın (I41.0*) / qida borusunun (K23.0*) /
qalxanvari vəzinin (E35.0*) vərəmi / beyin damarlarının vərəm arteriiti (I68.1*).
Miliar vərəm (A19)
Daxildir:
disseminə olunmuş vərəm
generalizə olunmuş vərəm poliseroziti
A19.0 Bir dəqiqləşdirilmiş lokalizasiyalı kəskin miliar vərəm
A19.1 Çoxsaylı dəqiqləşdirilmiş lokalizasiyalı kəskin miliar vərəm
A19.2 Dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin miliar vərəm
A19.8 Miliar vərəmin digər formaları
A19.9 Dəqiqləşdirilmiş lokalizasiyalı miliar vərəm
İMM-nin qəbul şöbəsində diaqnozun təyin edilməsi
İMM-nin qəbul şöbəsi kliniki diaqnozun vaxtında təyin edilməsində / təsdiq edilməsində
/ inkar edilməsində, müvafiq müalicənin təyin olunmasında, saxlanma rejiminə və
yoluxuculuq qabiliyyətinə görə xəstələrin bölüşdürülməsində başlıca rol oynayır.
Penitensiar müəssisələrdən etap edilmiş bütün məhbuslar bu şöbədə qəbul olunurlar. Qəbul
şöbəsinə daxil olanların yerləşdirilməsi vərəmin aşkarlanması üzrə tədbirlər nəticəsində
qabaqcadan əldə edilmiş nəticələrə əsasən həyata keçirilir. Beləliklə, infeksiyaya nəzarət
prinsipləri məhbus İMM-yə daxil olan vaxtdan tətbiq edilir. Daxil olduqdan sonra ilk üç gün
ərzində xəstə bəlğəm analizi (mikroskopiya, əkmə və molekulyar təhqiqatlar) daxil olmaqla
bütün analizləri verir, rentgenoloji müayinədən keçir. Zərurət olduqda qəbul şöbəsində
digər, əlavə instrumental müayinələr (EKQ, USM, bronxoskopiya və s.) aparılır. Xəstənin
müayinə standartlarına habelə qanın (ümumi və biokimyəvi) analizi daxildir. Aparılmış
analizlərə və müayinələrə əsasən həkimlərin konsiliumu məhbusa müvafiq müalicənin təyin
edilməsi / qəbul şöbəsində müşahidənin davam etdirilməsi / onun geriyə göndərilməsi
barədə qərar qəbul edir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
26
Vərəmin diaqnozu aşağıdakılara əsaslanır:
Tibbi tarixçə (simptomlar, həyat anamnezi, xəstəlik anamnezi və s.);
Fiziki müayinə;
Diaqnostik materialın bakterioloji və / və ya histoloji müayinəsi;
Şüa müayinələrin nəticəsi;
Xpert TB/RIF, DHT və digər molekulyar sınaqların və testlərin nəticəsi.
Tibbi tarixçə
Simptomlar
Ümumi
1) Qızdırma;
2) Çəkinin itirilməsi;
3) Ümumi zəiflik;
4) İştahanın itirilməsi.
Ağciyər
1) Əvvəllərdə sporadik və quru, sonradan daimi və bəlğəmli
öskürək;
2) Tezləşmiş tənəffüs;
3) Qanhayxırma;
4) Təngnəfəslik;
5) Sinədə ağrı.
Plevral
1) Nəfəs alma / nəfəs vermə zamanı sinədə ağrı (plevranın
sürtünməsi);
2) Təngnəfəslik;
3) Adətən birtərəfli maye sızması.
Limfatik
(AKV üçün xarakterdir)
1) Adətən boyun limfa vəzilərinin ağrısız böyüməsi;
2) Bir və ya bir neçə vəzilərin qrupunun adenopatiyası:
əvvəllərdə vəzilər çox da böyük olmur, bərkdir, ağrısızdır.
Sonradan ölçüləri böyüyür, hərəkətli olur və xaricə
deşilərək xroniki fistulaya çevrilir. Bir neçə aydan sonra
dəridə yerində tünd qırmızı çapıq qalır.
Mərkəzi sinir sistemi
1) Başağrıları, psixi vəziyyətin dəyişməsi, öyümə, qusma;
2) Ənsə əzələlərinin spesifik reqidliyi ilə meningeal
simptomlar;
3) Gözün hərəki sinirinin çəpgözlüyə və / və ya ptoza
gətirib çıxaran iflici. Bəzən qıcolma tutmaları müşahidə
edilir.
Sümüklər və oynaqlar
Onurğanın
və
iri
oynaqların (bud-çanaq və
diz)
zədələnməsi
xarakterikdir.
1) Oynaqlarda tədricən yaranan ağrı, şişkinlik və
kontraktura;
2) Onurğanın boyun şöbəsi cəlb olunduqda boyunda və
çiyinlərdə ağrılar. Bu, boyundakı əzələlərin tonusunun
artmasına, döş-körpücük-məməvari əzələnin arxasında
soyuq
absesin
yaranmasına
və
proqressivləşən
tetrapleqiyaya səbəb olan nevroloji əlamətlərə gətirib çıxara
bilər;
3) Beldə, onurğa nahiyyəsində ağrılar, bəzi hallarda
onurğanın dorsal şöbəsinin cəlb olunması əlaməti olaraq
donqarlıq şəklində kifozun yaranması. Bu, öz növbəsində
onurğa beyininin sıxılması və paraplegiya baş verməsi
riskini artırır.
Sidik-cinsiyyət
1)
Birtərəfli ağrılar;
2)
Hematuriya;
Dostları ilə paylaş: |