Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
29
Şüa diaqnostikası
Bütün digər müayinə üsulları kompleksindən ayrılıqda döş qəfəsi orqanlarının
rentgenoskopiyası və rentgenoqrafiyası vərəmin diaqnostikası üçün etibarlı deyil, çünki
ağciyərlərin bir çox digər xəstələikləri bənzər rentgenoloji patologiya əlamətləri ilə təzahür
edə bilir. Müvafiq olaraq bütün bunlar bakterioloji müayinələrlə (bəlğəm yaxmasının
mikroskopiyası, əkmə və s.) təsdiq edilməlidir. Buna baxmayaraq, şüa diaqnostikası üsulları
vərəm prosesinin lokalizasiyasının, kliniki formasının, xəstəliyin yayılma dərəcəsinin təyin
edilməsində, habelə müalicənin monitorinqində əhəmiyyətlidir.
Flüoroqrafiya və rentgenoqrafiya vərəmin aşkarlanmasında səmərəli olaraq qalır.
Nəzərə alaraq ki, rentgenoloji müayinə zamanı qəbul edilən orta şüalanma dozası 12 mkZv
təşkil edir, illik kumulyativ dozanın 36 mkZV həddini üstələməsi arzuedilməzdir. Kliniki
zərurət olduqda konsiliumun və ya müalicə həkiminin qərarı ilə bu hədd aşıla bilər. DDV
pasiyentlərin müalicəsinin monitorinqi zamanı illik kumulyativ şüalanma dozasının
aşılmasına yol verilir.
Rəqəmsal flüoroqrafiya aparılır:
CM-lərdə kütləvi skrininq zamanı (ildə bir dəfədən az olmamaqla);
İT-lərdə:
o
daxil olma zamanı;
o
saxlandığı dövrdə hər 6 aydan bir;
o
İT-dən CM-yə köçürüldüyü zaman (əgər sonuncu flüoroqrafiyadan 3 aydan
çox vaxt keçibsə);
o
Xarakterik «ağciyər» şikayətləri ilə müraciət və / və ya vərəmi ehtimal etməyə
imkan verən əlamətlər mövcud olduqda, əgər sonuncu flüoroqrafiyadan 3
aydan çox vaxt keçibsə.
Rəqəmsal flüoroqrafiya müayinəsi zamanı orta şüalanma dozası təxminən 4 mkZv təşkil
edir.
Rentgenoqrafiya müalicə müəssisələrinə (MM və İMM) daxil olma zamanı aparılır. Təkrar
rentgenoqrafiya müalicənin monitorinqi dövründə hər 3 aydan bir aparılır.
Bəlğəm
Birinci nümunə:
mikroskopiya
Pozitiv
LPA sınağı
Neqativ
Əkmə (bərk /
duru qidalı
mühit)
İkinci nümunə:
Xpert TB RIF
Üçüncü
nümunə:
mikroskopiya və
əkmə
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
30
İİV-ə yoluxmuş şəxslərdə vərəmin təzahürlərinin xüsusiyyətləri
Təzahürlər
Erkən mərhələ
(>200 CD4/mm3)
Gecikmiş mərhələ
( <200 CD4/mm3)
Kliniki
AV
Çox zaman AKV
Radioloji
Ağciyərlərin
yuxarı
paylarının cəlb olunması
Dağılma
boşluqlarının
olması
İnterstisiyanın cəlb olunması
Səpələnmiş xəstəlik
Limfadenopatiya, plevritlər
Dağılma
boşluqlarının
olmaması
Bakterioloji
Adətən bəlğəm yaxmanın
mikroskopiyası
üzrə
pozitiv nəticə
Adətən
bəlğəm
yaxmanın
mikroskopiyası üzrə neqativ
nəticə
Bəğəm yaxmasının mikroskopiyası üzrə neqativ nəticəli xəstələrin müayinə alqoritmi
Konsiliumun rolu
Vərəmin diaqnozunun təyin edilməsi məsuliyyətli və kifayət gədər mürəkkəb məsələdir.
Bu, xəstənin müayinəsi üzrə toplanmış materialları kompleks şəkildə qiymətləndirən
həkimlərin və dəvət edilmiş mütəxəssislərin konsiliumu tərəfindən həyata keçirilir.
Konsiliumun qarşısında aşağıdakı məsələlər durur:
Kliniki diaqnozun təyin edilməsi;
Vərəm halının qeydiyyatı və müvafiq təsnifatı;
Dərmanlara davamlılığa, xəstəlik kateqoriyasına, xəstəliyin formasına və ağırlıq
kateqoriyasına müvafiq olaraq müalicənin təyin edilməsi;
Müalicənin rejiminin, müddətinin, sxeminin və təyin edilən preparatların
dəyişdirilməsi;
Vərəmin rentgenoloji əlamətləri / Xpert
TB/RIF (-)
Ən azı 1 həftə ərzində geniş təsir
spektrli antibiotiklərin tətbiqi
Xpert TB/RIF üzrə və
rentgenoloji ağciyərlərin təkrar
müayinəsi
Xpert TB/RIF
(+)
Xpert TB/RIF (-)/
rentgenoloji
dinamiki
yaxşılaşma yoxdur
Xpert TB/RIF (-)
/rentgenoloji
dinamiki
yaxşılaşma var
Vərəmə görə müalicəyə başlamaq
Vərəm inkar edilir
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
31
Müalicənin nəticələrinin qiymətləndirilməsi.
Beləliklə, müalicəyə qəbul, müalicə kursunun təyin edilməsi və dəyişdirilməsi,
müalicənin başa çatdırılması və İMM-dən yazılma barədə qərarlar xəstə barədə göstəricilər
nəzərə alınmaqla kolleqial olaraq qəbul edilir.
Konsiliumun tərkibinə daxildir:
PSVNP-nin koordinatoru, konsiliumun sədri;
İMM-nin baş həkimi, həkim-ftiziatr
MVNP-nin təmsilçisi, həkim-ftiziatr;
2 həkim-ftiziatr;
Bakterioloji və kliniki laboratoriyanın müdiri;
Həkim-rentgenoloq.
Xəstəni konsiliuma təqdim edən müalicə həkimi xəstəlik tarixi, müalicə kartaları,
bakterioloji müayinə nəticələri (mikroskopiya, əkmə, molekulyar üsullar), DHT
göstəriciləri, rentgenoloji diaqnostika, kliniki və biokimyəvi laborator analizlər daxil
olmaqla, xəstə barədə əldə olan məlumatları hazırlamalıdır.
Beləliklə, hər bir pasiyent müalicəyə cəlb olunduqda, İntensiv Fazadan Davamedici
Fazaya keçirildikdə və müalicə başa çatdıqda, yəni ən azı üç dəfə konsiliuma təqdim edilir.
Konsilium DHV və DDV hallarını ayrı-ayrı iclaslarda müzakirə edir. Zərurət olduqda
konsiliuma profil üzrə mütəxəssislər dəvət edilir. Konsilium iclasları həftədə ən azı iki dəfə
keçirilir. Ən mürəkkəb kliniki halları müzakirə etmək üçün konsiliumun qlobal virtual
konsiliumlar şəbəkəsinə qoşulması planlaşdırılır.
Vərəm hallarının təsnifatı
Laborator analizləri, rentgenoloji diaqnostikanın obyektiv nəticələri, eləcədə xəstəlik və
həyat anamnezi üzrə toplanmış subyektiv məlumatlar vərəm hallarıınn epidemioloji təsnifatı
üçün istifadə edilir.
Vərəm halları bölünür:
•
Bakterioloji təsdiq olunmuş vərəm halı – bioloji material nümunəsinin yaxmanın
mikroskopiyası, əkmə və ya cəld diaqnostika vasitələri (Xpert MTB/RİF kimi) ilə
müayinə nəticəsi pozitiv olan hal;
•
Diaqnozu kliniki olaraq təyin edilmiş vərəm halı – bakterioloji təsdiq olunma
meyarlarına cavab verməyən, lakin klinisist-həkim və ya digər həkim tərəfindən fəal
vərəm diaqnozu təyin edilmiş və xəstəyə vərəmə görə tam müalicə kursunun təyinat
verilməsi barədə qərar qəbul edilmiş haldır. Bu tərif rentgenoloji müayinə nəticəsində
aşkar edilmiş patologiyaların mövcud olmasına və ya xəstəliyə dəlalət edən histoloji
müayinə nəticələrinə əsasən diaqnozu qoyulmuş halları, habelə laborator təsdiqi
olmayan AKV hallarını ehtiva edir. Əgər kliniki olaraq təyin edilmiş hallarda
sonradan (müalicəyə başlanmazdan əvvəl və ya sonra) bakterioloji müayinə zamanı
pozitiv nəticə müəyyən edilərsə, bunlar bakterioloji təsdiq olunmuş xəstələr
kateqoriyasına keçirilir.
Istər bakterioloji təsdiq olunmuş vərəm halı, istərsə də diaqnozu kliniki olaraq təyin
edilmiş vərəm halı:
1.
xəstəliyin anatomik lokalizasiyasına görə...
2.
əvvəlki müalicə tarixçəsinə görə...
3.
dərmanlara davamlılığa görə...
4.
İİV statusuna görə təsnif olunur.
200>
Dostları ilə paylaş: |