Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
20
Penitensiar sistemin laborator xidmətində duru və bərk qidalı mühitlərə əkmə aparılır.
Əkmə üçün istifadə edilən qidalı mühitdən asılı olaraq mikobakteriyaların artıb
çoxalmasının surəti fərqlənir. Belə ki, bərk, yəni Levenşteyn-Yensen (LY) mühitində bitmə
21 – 56-cı günlərdə baş verir.
BACTEC/MGIT duru qidalı mühit tətbiq edildikdə bitmə 4 – 42-ci günlərdə baş verir
və bərk qidalı mühitlə müqayisədə aşkarlanma səviyyəsi 10% daha yüksək olur.
DDV-nin bərk qidalı mühitdə diaqnostikası və DHT
DDV-nin diaqnostikası 9 – 12 həftə çəkir.
DDV-nin duru qidalı mühitdə diaqnostikası və DHT
DDV-nin diaqnostikası 3 – 6 həftə çəkir.
DDV-nin molekulyar üsullar istifadə edilməklə diaqnostikası (RNT – diaqnostika)
DDV-nin diaqnostikası 2 gün çəkir.
DDV-nin diaqnostikası 3 – 5 həftə çəkir.
Müayinə üçün laboratoriyaya göndərilən nümunələr kifayət miqdarda olmalıdır, müayinə
olunan şəxsin göstəriciləri qeyd edilməklə ÜST tövsiyələrinə müvafiq xüsusi göndəriş
forması ilə müşayiət edilməlidir. Nümunələr toplandıqdan sonra mümkün qədər qısa
müddətdə, dağılmasının qarşısı alınmaqla, xüsusi qablaşdırılmada və qapalı konteynerlərdə
laboratoriyalara çatdırılır. Bütün göndərilən nümunələr yoluxucu materialların nəql edilməsi
üçün milli və beynəlxalq tələblərə cavab verən şəkildə qeyd olunmalıdır.
1-ci sıra vərəməleyhi dərmanlara (VƏD) (streptomisin, izoniazid, rifampisin,
etambutol və pirazinamid) DHT xəstə müalicəyə cəlb olunan vaxt bitmə vermiş bütün
M
ikr
o
sko
p
iy
a
24 saat
B
ə
rk
q
id
al
ı
m
ü
h
itə
ə
km
ə
6 - 8
həftə
1
-c
i sı
ra VƏ
D
DHT
3 - 4
həftə
M
ikr
o
sko
p
iy
a
24 saat
D
u
ru
q
id
al
ı
m
ü
h
itə
ə
km
ə
2 - 3
həftə
1
-c
i sı
ra VƏ
D
DHT
1 - 3
həftə
M
ikr
o
sko
p
iy
a
24 saat
RN
T
-
d
ia
q
n
o
sti
ka
24 saat
Poziti
v n
ə
ticə
o
ld
u
q
d
a
1 - 2 gün
M
ikr
o
sko
p
iy
a
24 saat
R
N
T
-
d
iaqn
osti
ka
24 saat
Neqati
v
nə
ti
cə
ol
duqda
dur
u
m
ühi
tə
ə
km
ə
2 - 3
həftə
1
-c
i sı
ra V
Ə
D
D
H
T
1 - 3
həftə
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
21
əkmələrə tətbiq edilir və sonradan müalicənin monitorinqi standartlarına uyğun olaraq
təkrarlanır.
2-ci sıra VƏD-lərə DHT xəstə müalicəyə cəlb olunan vaxt poli-davamlılıq və
çoxsaylı-dərmanlara davamlılıq müəyyən edilmiş bütün hallara tətbiq edilir və sonradan
müalicənin monitorinqi standartlarına uyğun olaraq təkrarlanır.
Xpert TB/RIF və / və ya RNT-diaqnostika zamanı ilk dəfə aşkar edilmiş hər hansı
davamlılıq olduqda qidalı mühitlərə əkmə və sonrakı 1-ci və 2-ci sıra VƏD-lərə DHT həyata
keçirilir.
Molekulyar müayinələr, RNT-diaqnostika, Fingerprinting (DNT-daktiloskopiyası)
Line Probe Assay (LPA) – RNT-diaqnostika kimi tanınır və aşağıdakı mərhələlərdən
ibarət texnologiyadır: RNT-nin təcrid edilməsi, amplifikasiyası, hibridizasiyası və xüsusi
striplə sonrakı vizualizasiyası vasitəsilə mutasiya etmiş formalar da daxil olmaqla yabanı
Vərəm Mikobakteriyası Kompleksinin mövcudluğu təsdiq edilir.
Öz növbəsində
mikobakteriyaların mutasiya etmiş formaların təyin edilməsi dərmanlara davamlılığın
müəyyən edilməsinə dəlalət edir.
Klassik üsullardan fərqli olaraq molekulyar amplifikasiya rifampisinə (ayrıca və ya
izoniazidlə kombinasiyada) davamlılığın müayinə olunan şəxsin bəlğəmi əldə edildikdən
sonra bir neçə gün ərzində təyin edilməsinə imkan verir. Müayinə üçün duru qidalı mühitdə
əkmədən bitmə vermiş kultura da istifadə edilə bilər. Azərbaycan PS-də RNT-diaqnostika
HAIN Life science texnologiyası və avadanlığı istifadə edilməklə aparılır.
VM-nin DNT-daktiloskopiyası və ya genetik daktiloskopiyası – DNT zəncirinin
unikal ardıcıllığına əsaslanaraq VM-nin identifikasiyası üçün istifadə edilən üsuldur.
Müxtəlif mikobakteriyaların DNT-sində nukleotidlərin ardıcıllığı fərdidir. Hər konkret
mikobakteriyanın DNT-dəki ardıcıllıq onun DNT simasını və ya genetik pasportunu təşkil
edir ki, bunu konkret ştammın identifikasiyası üçün istifadə etmək olar. Qeyd edilən üsul
VƏD-lərə qazanılmış davamlılıq nəticəsində baş vermiş mutasiyalar zamanı ardıcıl
dəyişiklikləri izləməyə imkan verir. Sadalanan mərhələlərdən genetik pasportun tərtib
edilməsi Almaniya, Borstel AMİL-də həyata keçiriləcəkdir.
Vərəmin süa diaqnostikası və əlavə müayinə üsulları
Azərbaycan PS-də vərəmin diaqnostikası zamanı əsasən iki şüa müayinəsi üsulu tətbiq
edilir: rentgenoskopiya və rentgenoqrafiya. Müassir mərhələdə stasionar və mobil şüa
diaqnostika qurğuları istifadə olunur. Müayinə olunan şəxsə minimal təsir etməklə
maksimal informativ olduğundan rəqəmsal modellər istismar prosesində daha yüksək
effektivlik nümayiş etdirir. Xəstəlik tarixçəsindən, anamnezindən, şikayətlərdən və
simptomlardan ayrılıqda rentgenoloji müayinə yetərincə informativ deyil və diaqnostikada
səhflərə gətirib çıxara bilər. Rentgenoloji müayinə xəstəliyin gedişinin kliniki dinamikasının
qiymətləndirilməsində, aşkar edilmiş ocaqların lokalizasiyasının və vərəmin yayılma
dərəcəsinin dəqiqləşdirilməsində öz rolunu saxlayır.
Xüsusi göstərişlər olduqda xəstəyə bronxoskopiya və bronxoqrafiya keçirilir. Hər iki
müayinə invaziv və xəstə üçün yetərincə travmatik olduğundan onların tətbiqi differensial
diaqnostikanın keçirilməsi şərtləri ilə məhdudlaşır.
Ağciyərlərdən kənar vərəmin (AKV) bir sıra formalarında digər dianostika üsulları və
vasitələri, məsələn punksiya yolu ilə onurğa beyni mayesinin və ya oynaq mayesinin
götürülməsi tətbiq edilir. Sümük-oynaq vərəminin bir sıra formalarında kompyuter və
maqnit-rezonans tomoqrafiyası istifadə olunur. Dəri vərəmi hallarında bakterio – histoloji
müayinə üçün dəri nümunəsi götürülür. Bütün sadalanan üsullar ixtisas həkiminin və vərəm
üzrə mütəxəssisin birgə təyinatı əsasında tətbiq edilir.
Dostları ilə paylaş: |