Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
13
Fəsil 2. Vərəm hallarının aşkarlanması
Vərəmin aşkarlanması üzrə başlıca yanaşmalar
Yoluxucu vərəm hallarının erkən aşkarlanması və sonrakı müalicəsi infeksiyanın
ötürülməsini, xəstələnmə və ölüm göstəricilərini, çoxsaylı və geniş dərmanlara davamlılıq
daxil olmaqla dərmanlara davamlı vərəmin (DDV) baş verməsi riskini əhəmiyyətli dərəcədə
azaldır. Aşkarlanma digər məhbusların, işçi heyətin, ziyarətçilərin və bütövlükdə cəmiyyətin
yoluxması üçün mənbə olan yoluxucu vərəm hallarına (yaxmanın mikroskopiyası / əkmə /
Xpert TB/RIF üzrə pozitiv hallar) istiqamətlənməlidir. Diaqnostikanın əlçatanlığını
yaxşılaşdırmaq, adekvat müalicənin başlanması vaxtını qısaltmaq üçün vərəm hallarının fəal
olaraq aşkarlanması tədbirləri və müraciət əsasında aşkarlanma müştərək aparılmalıdır.
Vərəm başlıca olaraq aerogen yol ilə ötürülən infeksiya olduğundan və yoluxma mənbəyi
əsasən ağciyər vərəmli xəstə olduğundan, analiz üçün əsas bioloji material bəlğəmdir. Bəlğəm
yaxmasının mikroskopiyası yoluxucu halların müəyyən edilməsi üçün əsas üsul (sadəliyi və
ucuz başa gəlməsi baxımından) olduğundan, onun rolu böyükdür. Müasir müayinə metodları
tədricən bəlğəm yaxmasının mikroskopiyasını molekulyar diaqnostika üsulları (Xpert TB/RIF)
ilə əvəz etməyə imkan verir. Qeyd edilən üsul Azərbaycan PS-də uğurla tətbiq olunmaqdadır və
hazırki sənəddə öz əksini tapıb.
Şəxsdə vərəm mikobakteriyasının (VM) aşkar edilməsi vərəm xəstəliyinin olduğunu təsdiq
edir. Aşkar edilmiş bütün vərəm halları son diaqnozun və adekvat müalicənin təyin edilməsi
üçün birinci həftə ərzində mütləq qaydada İMM-yə köçürülür.
Bəlğəmin toplanması qaydaları üçün bax: Əlavə 2.
Vərəmin aşkarlanmasının strategiyaları
Azərbaycanın PS-də vərəmin aşkarlanması məqsədi ilə bir neçə strategiya tətbiq edilir:
Daxil olanların vərəmə görə skrininqi;
Kütləvi skrininq;
Müraciət əsasında vərəm hallarının aşkarlanması.
Daxil olanların vərəmə görə skrininqi: bu tibbi skrininq penitensiar müəssisəyə yeni
daxil olan hər bir məhbusun vərəmə görə məqsədli müayinəsidir. Məhbusun bir penitensiar
müəssisədən digərinə hər-hansı köçürülməsi sorğu üsulu ilə hissəvi skrininqin keçirilməsi
ilə müşayiət olunur.
Yeni daxil olmuş məhbuslar, onlarda vərəmin olması istisna edilənə gədər, digər məhbuslara
qarışmamalıdır. Bu müayinə, karantində saxlanma dövrünün ilk üç günü ərzində keçirilir.
Skrininqdən keçən bütün şəxslər qeydiyyat kitabında qeydə alınır. Qeydiyyat kitabının
nümunəsi üçün bax: Əlavə 3.
Bu skrininq forması vərəmin mənbələrinin yenilənməsinin və artmasının qarşısını alır,
beləliklə məhbuslar arasında yeni vərəmə yoluxma hallarının sayı azalır.
Kütləvi skrininq CM-lərin populyasiyası arasında vərəm hallarının aşkarlanmasına
xidmət edir. Bu halda bütün məhbuslar illik əsasda vərəmə görə müayinə olunur.
Müraciət əsasında vərəm hallarının aşkarlanması respirator xəstəliklərə uyğun
şikayətləri olan məhbusların müraciətlərinə əsasən müayinələrin keçirilməsidir.
Vərəmin aşkarlanması üzrə yuxarıda qeyd edilən strategiyalar bir-birini tamamlayır və
onların ayrılıqda tətbiqi PS-də vərəm hallarının adekvat aşkarlanmasına effektiv təsir
göstərə bilməz.
İT-lərə daxil olanların skrininqi
İT-lərə yeni daxil olan bütün şəxslər ilk üç gün ərzində tibbi baxışdan və döş qəfəsi
orqanlarının rəqəmsal rentgenoqrafiyasından keçirilməklə vərəmə görə müayinə olunur. İT-
də tibbi baxış zamanı skrininq keçirən həkim vərəmə görə standart suallar verir, fizikal
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
14
müayinə aparır, kliniki simptomları qiymətləndirir və vərəm ehtimal olunan şəxslərin
qeydiyyatını aparır. Tibbi kitabçada keçirilən müayinələrin nəticələri əks etdirilir, buraya
həmçinin rəqəmsal rentgenoqrafiyanın çap edilmiş təsviri bərkidilir.
Sonrakı dövrdə döş qəfəsi orqanlarının flüoroqrafiyası / rentgenoqrafiyası aşağıdakı
hallarda təkrarlanır:
Şəxs İT-də uzun müddət saxlanılırsa, hər 6 aydan bir;
İT-dən CM-yə köçürüldüyü zaman (əgər sonuncu flüoroqrafiyadan 3 aydan çox
vaxt keçibsə);
Xarakterik «ağciyər» şikayətləri ilə müraciət və / və ya vərəmi ehtimal etməyə
imkan verən əlamətlər mövcud olduqda (əgər sonuncu flüoroqrafiyadan 3 aydan
çox vaxt keçibsə).
Vərəm ehtimal edilən məhbuslar vərəmin istisna edildiyi vaxta gədər ayrıca
kameralarda saxlanılır. Xüsusi ayrılmış yerlərdə bu məhbuslardan yaxmanın mikroskopiyası
/ Xpert TB/RIF müayinəsi üçün bir dəfə bəlğəm götürülür. Mikroskopiya / Xpert TB/RIF
üzrə pozitiv nəticə əldə edildikdə məhbus İMM-yə köçürülür.
Bəlğəm nümunəsinin yaxmanın mikroskopiyası üzrə neqativ nəticəsi əldə edildikdə,
duru qidalı mühitə (MGİT) əkilmək üçün məhbusdan ikinci dəfə bəlğəm nümunəsi
götürülür. MGİT-də əkmə nəticəsi pozitiv olduğu halda məhbus habelə İMM-yə köçürülür.
Xpert TB/RIF / MGİT-də əkmə neqativ olduqda ağciyər vərəmi (AV) istisna edilir və
PAL strategiyası icra edilir.
Aşağıda İT-lərdə məhbuslar arasında vərəmi istisna etmək üçün tibbi heyətinin
fəaliyyətinin alqoritmi göstərilir:
Qeyd edilən skrininq nəticəsində vərəmin əlamətləri müəyyən edilməyən İİV-neqativ
şəxslərə PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir.
İMM-yə etap edilənə gədər məhbusların bakterioloji statuslarına müvafiq
bölüşdürülməklə yerləşdiriliməsinə ciddi nəzarət olunur. Yaxmanın mikroskopiyası / Xpert
TB/RIF müayinəsi üzrə pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF
ilə Rifampisinə davamlılıq təyin olunanlar isə “DDV” kimi işarələnmiş palatalarda /
kameralarda saxlanılır. Aşkar edilmiş pozitiv və DDV hallar İMM-yə etap edilənə gədər
digər məhbuslarla epidemioloji kontakta girməməlidirlər.
CM-lərə daxil olanların skrininqi
Skrininq CM-yə yeni daxil olan hər bir məhbusa ilk üç gün ərzində keçirilir. Hər yeni
daxil olan şəxs üçün vərəmə görə sorğu vərəqi doldurulur. Sorğu vərəqindəki suallara
vərəmə uyğun əlamətlər, vərəm tarixçəsi və Bədən Kütləsi İndeksinin (BKİ) hesablanması
aiddir.
Sorğu / Fiziki
müayinə
/Rentgen
Vərəm ehtimal
edilir
Yaxmanın
mikroskopiyası/
Xpert TB RIF
Pozitiv nəticə
İMM-yə etap
Yaxmanın
mikroskopiyası üzrə
neqativ nəticə
MGIT-də əkmə
AV istisna edilir /
PAL strategiyası
Xpert TB RIF üzrə
neqativ
Vərəmin əlamətləri
yoxdur / PAL
strategiyası
Dostları ilə paylaş: |