Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
8
İxtisarların siyahısı
AMİL – Ali Milli İstinad
Laboratoriyası
ART – Antiretrovirus terapiya
AV – Ağciyər vərəmi
BÇ – Böyrək çatışmazlığı
BKİ – Bədən kütləsi indeksi
BOBM – Beyin-onurğa beyini mayesi
CM – Cəzaçəkmə müəssisəsi
ÇDD – Çoxsaylı dərmanlara
davamlılıq
DDV – Dərmanlara davamlı vərəm
DHT – Dərmanlara həssaslıq testi
DHV – Dərmanlara həssas vərəm
DOT – Birbaşa müşahidə olunan
müalicə
ETAXİ – Elmi Tədqiqat Ağciyər
Xəstəlikləri İnstitutu
ƏN – Ədliyyə Nazirliyi
GDD – Geniş dərmanlara davamlılıq
GEM – Gigiyena və Epidemiologiya
Mərkəzi
XBT
– Xəstəliklərin Beynəlxalq
Təsnifatı
İBİS – Immunitetin bərpasının iltihabi
sindromu
İİV – İnsanın İmmunçatışmazlığı
Virusu
İMM – İxtisaslaşdırılmış müalicə
müəssisəsi
İT – İstintaq təcridxanası
QHT – Qeyri-hökümət təşkilatı
LİQ – Layihə İcra Qrupu
LY – Levenşteyn-Yensen
M və Q – Monitorinq və
Qiymətləndirmə
MBT – Mədə-bağırsaq traktı
MD – Monodavamlılıq
MİL – Milli İstinad Laboratoriyası
ML – Mərkəzi laboratoriya
MM – Müalicə Müəssisəsi
MSS – Mərkəzi sinir sistemi
PAL strategiyası – Ağciyər
xəstəliklərinə praktiki yanaşma strategiyası
PD – Polidavamlılıq
PL – Periferik laboratoriya
PS – Penitensiar Sistem
PSVNP – Penitensiar Sistemdə
Vərəmə Nəzarət Proqramı
PZR – Polimeraz zəncirvari reaksiya
RD – Rifampisinə davamlılıq
SƏP – Standart əməliyyatlar
prosedurları
SM – Səhiyyə maarifçiliyi
SN – Səhiyyə Nazirliyi
SX İB – Sağlamlığa xidmət İctimai
Birliyi
TBİ – Tibb baş idarəsi
TSH – Tibb-sanitariya hissəsi
TTH – Tireotrop hormon
ÜST – Ümumdünya Səhiyyə Təşkilatı
VƏD – Vərəməleyhinə dərman
VM – Vərəm mikobakteriyası
VNMP – Vərəmə Nəzarət üzrə Milli
Proqram
YİK – Yaşıl İşıq Komitəsi
YT – Yan təsir
Müəlliflər
Bu Təlimat Ədliyyə Nazirliyi (ƏN) Tibb baş idarəsinin (TBİ) rəisi tibb-xidməti general-
mayoru Rəfail Mehdiyevin ümumi rəhbərliyi altında hazırlanmışdır.
Müəlliflər:
Füzuli Hüseynov, ƏN TBİ-nin Müalicə işinin təşkili idarəsinin baş inspektoru-
həkim (vərəm üzrə), Penitensiar Sistemdə Vərəmə Nəzarət Proqramının
(PSVNP) koordinatoru
Elmira Qurbanova, PSVNP-nin gücləndirilməsi üzrə Qlobal Fondun Layihə
İcra Qrupunun (LİQ) koordinatoru
Nəhmət Rəhmanov, İxtisaslaşdırılmış müalicə müəssisəsi (İMM) tibb
xidmətinin baş həkimi
Rasim Tahirli, İMM-nin tibb xidməti laboratoriyasının müdiri
İradə Məmmədova, İMM-nin Vərəm üzrə Təlim mərkəzinin rəhbəri
Redaksiya şurası
Əsgər İsmayılov, PSVNP-nın gücləndirillməsi üzrə Qlobal Fondun LİQ-in
direktoru
Nailə Kərimova, İMM-nin tibb xidmətinin həkimi
Minnətdarlıq
Bu Təlimat Qlobal Fondun maliyyə dəstəyi ilə ƏN TBİ-nin PSVNP-nin əməkdaşları
tərəfindən hazırlanmışdır.
Sənədin tərtibatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Yaşıl İşıq Komitəsinin
(YİK) tövsiyələrinə və prinsiplərinə əsaslanan, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi tərəfindən təsdiq edilmiş milli protokollara istinad edilmişdir.
Təlimat başlıca olaraq ƏN tibb xidmətinin PSVNP-nin tətbiqinə, səhiyyənin
planlaşdırılmasına və maliyyəşdirilməsinə, səhiyyə maarifi işinə və Azərbaycan
Respublikası ƏN çərçivəsində sosial təminata məsul vəzifəli şəxsləri üçün nəzərdə
tutulmuşdur.
Təlimat ÜST eksperti doktor Oqtay Gözəlovun texniki dəstəyi ilə hazırlanmışdır.
Sənədin müəllifləri onun tərtibatında, hazırlanmasında və rəy verilməsində iştirak edən
hər bir kəsə öz dərin minnətdarlıqlarını bildirirlər.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
10
Fəsil 1. Ümumi müddəalar
Vərəm –Mycobacteria Tuberculosis Complex tərəfindən törədilən yoluxucu xəstəlikdir.
Hər il dünyada təxminən 8 milyon insan onunla xəstələnir, təxminən 1,4 milyon insan
vərəmdən ölür. Vərəmə yoluxmuş hər on nəfərdən bir-ikisində xəstəlik inkişaf edir. Bir
qayda olaraq, azadlıqdan məhrum etmə yerlərində vərəmlə xəstələnmə göstəriciləri mülki
səhiyyə sektoruna nisbətən bir neçə dəfə yüksəkdir. Vərəmin və İnsanın İmmunçatışmazlığı
Virusu (İİV) infeksiyasının müştərək olması daha təhlükəli hesab edilir, çünki vərəməleyhi
dərmanların qəbul edilməsi çətinləşir, müalicənin müddəti uzanır, müalicənin arzuedilməz
nəticələnməsi ehtimalı artır.
Vərəmin inkişafının risk amilləri
Vərəmin inkişafının əsas risk amilləri aşağıdakılardır:
Uzunmüddətli immunosupressiv və kortikosteroidlərlə müalicə;
Spirtli içkilərdən və digər psixoaktiv maddələrdən sui-istifadə, narkotik (xüsusən
venadaxili) vasitələrin istehlakçılığı;
Şəkərli diabet;
Silikozlar;
Böyrəklərin ağır xəstəlikləri;
Başın və boyunun onkoloji xəstəlikləri;
Qan və retikuloendotelial sistemin xəstəlikləri;
Qastroektomiya və bağırsaqların şuntlanması, funksiya edən stomalar da daxil
olmaqla bağırsaqlarda keçirilmiş ağır cərrahi əməliyyatlar;
Xroniki malabsorbsiya (mənimsəmənin pozulması) sindromu;
Bədən çəkisinin 10%-dən artıq itirilməsi və aşağı çəki.
Vərəmin inkişafında rolu olan epidemioloji amillər arasında insanların ümumi məkanda
saxlanılmasının və sıxlığının böyük əhəmiyyəti var. Bu halda infeksiyanın ötürülməsi riski
dəfələrlə yüksək olur.
Stress törədən amillər nəticəsində orqanizmin ümumi immunitetinin azalmasının da
vərəmin inkişafında rolu az deyil. Məlumdur ki, azadlıqdan məhrum etmə yerlərində
saxlanılma özü-özlüyündə ciddi stress törədən amildir.
Azadlıqdan məhrum etmə yerlərində vərəməleyhinə tədbirlərin təşkilinin xüsusiyyətləri
Azadlıqdan məhrum etmə yerlərində vərəməleyhinə tədbirlərin təşkili məhbusların
təhlükəsiz şəraitdə saxlanılması məsələləri ilə sıx çulğalaşır. Məhbusların saxlanma
rejiminin təmin edilməsi işinə bir çox insanlar, o cümlədən inzibatçılar, keşikçilər,
nəzarətçilər, əməliyyatçılar və sair şəxslər cəlb olunur. Onların öhdəsinə məhkəmə
qərarlarının icrası ilə bağlı məsələlərin həlli düşür. Tibb heyəti ilə yanaşı bütün bu şəxslər də
vərəmə yoluxma təhlükəsinə məruz qalırlar. Bu baxımdan penitensiar sistemdə (PS)
vərəmlə mübarizə tədbirləri ikili məqsəd daşıyır: tibbi tədbirlərin təmin edilməsi və
məhkəmə qərarlarının icrası.
Azərbaycan PS-də çalışan tibb heyətinin funksional vəzifələri və standart əməliyyatlar
prosedurları (SƏP) üçün bax: Əlavə 1.
Azərbaycan PS-də olan bütün vərəmli xəstələrin mərkəzləşdirilmiş qaydada İMM-də
müalicə olunması işi Penitensiar Xidmətlə razılaşdırılaraq ƏN TBİ tərəfindən həyata
keçirilir. Vərəmin aşkarlanması, habelə müalicədən sonra sağalmış şəxslər üzərində
müşahidə penitensiar müəssisələrin Tibb-sanitariya hissələri (TSH) tərəfindən təmin edilir.
Hal-hazırda Azərbaycan PS-də ƏN TBİ tərəfindən tibbi təminatı həyata keçirilən 24
müəssisə mövcuddur:
3 istintaq təcridxanası (İT)
2 müalicə müəssisəsi (Müalicə Müəssisəsi (MM) və İMM)
Dostları ilə paylaş: |