Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
18
Fəsil 3. Vərəmin diaqnostikası: Diaqnostik müayinələrin keçirilməsində laboratoriya
xidmətinin rolu
ƏN-nin laboratoriya xidməti ibarətdir:
- İMM-nin tibb xidmətinin laboratoriyası (mərkəzi laboratoriya - ML);
- Bəlğəmin mikroskopiyasını və Xpert TB/RIF müayinəsini aparan periferik
laboratoriyalar (PL);
- Bioloji materialların daşınması.
ƏN laboratoriya xidməti şəbəkəsinin ierarxiya strukturunun şərti sxemi:
İMM-nin ML-i PSVNP-də əsas rol oynayır. O, Vərəmə Nəzarət Proqramlarında istifadə
üçün ÜST tərəfindən tövsiyə olunmuş vərəm üzrə bütün növ bakterioloji müayinələri, o
cümlədən yaxmanın mikroskopiyası, əkmə, 1-ci və 2-ci sıra dərmanlara həssaslıq testi
(DHT) və ən yeni molekulyar müayinə üsullarını aparır. PL-lərın işinin keyfiyyətinə
nəzarəti ML edir. Öz növbəsində ML-in işinin keyfiyyətinə nəzarət qarşılıqlı yoxlama
əsasında Səhiyyə Nazirliyinin (SN) Milli İstinad Laboratoriyası (MİL) ilə birgə həyata
keçirilir. DHT-lərin xarici keyfiyyət nəzarəti Almaniyanın Borstel Ali Milli İstinad
Laboratoriyası (AMİL) tərəfindən aparılır.
Bundan başqa ML vərəmin müalicəsi gedişində preparatların yan təsirlərinin (YT)
vaxtında müdaxilə etmək məqsədilə qanın və digər bioloji materialların, o cümlədən
qaraciyərin, böyrəklərin, qalxanvari vəzinin və s. kliniki-laborator göstəricilərinin
müayinəsini həyata keçirir. Bu laboratoriya habelə Vərəmə Nəzarət sahəsində nəzarətin
müxtəlif sahələri üzrə elmi-tədqiqat fəaliyyəti göstərir.
Laboratoriya xidməti PSVNP-nin aparıcı istiqamətlərində özül rol oynayır:
Vərəm hallarının aşkarlanmasında və diaqnostikasında;
Pasiyentlərin kateqoriyalarının müəyyən edilməsində və müvafiq müalicənin
seçilməsində;
Müalicənin monitorinqində, hər bir pasiyentin kliniki vəziyyətinin, habelə müalicə
nəticələrinin və yekunlarının qiymətləndirilməsində;
AMİL, Borstel
İMM ML (Yaxmanın
mikroskopiyası, Xpert
TB/RIF, əkmə, DHT,
genotipləşmə)
MM laboratoriyası
(yaxmanın
mikroskopiyası, Xpert
TB/RIF)
İT-lərin laboratoriyası
(yaxmanın
mikroskopiyası, Xpert
TB/RIF)
CM-lərin
laboratoriyası
(yaxmanın
mikroskopiyası, Xpert
TB/RIF)
ETAXİ MİL
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
19
PSVNP-yə cəlb olunmuş tibbi heyətin qarşılıqlı peşə münasibətində;
Proqram idarəçiliyində, rüblük hesabatların hazırlanmasında;
Vərəmlə mübarizə tədbirlərinin keyfiyyətinə nəzarətdə;
Dərmanlara davamlılıq üzrə epidemioloji nəzarətdə.
İMM-nin laboratoriyası İT-lərdən və CM-lərdən analizlər üçün biomaterialları qəbul
edir. Nümunələrin müayinəsindən sonra cavablar həmin müəssisələrin tibbi heyətinə geri
göndərilir və pozitiv nəticəli məhbuslar müalicə olunmaq üçün İMM-yə köçürülür.
Laboratoriyada istifadə olunan SƏPayrıca dərc edilmişdir.
ƏN müasir vərəm laboratoriyası xidməti bioloji materialların fenotipik və genotipik
müayinələrini aparır:
1.
Fenotipik müayinələr: birbaşa mikroskopiya, duru və bərk qidalı mühitlərdə əkmə
müayinələri, duru və bərk qidalı mühitlərdə DHT.
2.
Genotipik müayinələr: LPA, Хреrt TB/RIF sistemində polimeraza zəncirvari
reaksiyası (PZR), genotipləşmənin ilkin mərhələləri.
Bəlğəm yaxmasının birbaşa mikroskopiyası
Hal-hazırda ƏN-də bəlğəm yaxmasının mikroskopiyası klassik Sil-Nilsen və
flüorossent mikroskopiya üsulları ilə aparılır.
Bəlğəm yaxmasının mikroskopiyasının interpretasiya cədvəli.
Müşahidə olunan
basillərin sayı
Nəticələrin
qiymətləndirilməsi
Bəlğəmin hər
ml-də olan
basillərin təxmin
olunan miqdarı
Pozitiv
nəticənin müəyyən
edilməsi ehtimalı
100 və daha artıq görüş
sahəsində - 0
-
1 000-dən az
10 %-dən az
300 görüş sahəsində 1-2
TDB – az saylı
5 000 – 10 000
50 %
100 görüş sahəsində 1-9
TDB 1+
Təxminən 30 000
80 %
10 görüş sahəsində 1-9
TDB 2+
Təxminən 50 000
90 %
Hər görüş sahəsində 1-9
TDB 3+
Təxminən 100 000
96.2 %
Hər görüş sahəsində 10-
dan çox
TDB 4+
Təxminən 500 000
99.95 %
Xpert TB/RIF
Yaxmanın mikroskopiyasının sadəliyinə və iqtisadi mənfəətinə baxmayaraq, vərəmin
erkən aşkarlanması üçün tam avtomatlaşdırılmış molekulyar müayinə üsulu olan Xpert
TB/RIF getdikcə daha böyük əhəmiyyət kəsb edir. Onun istifadədə sadəliyi, nəticələrin əldə
edilməsində sürətliliyi və bioloji materialda mövcud olan mikobakteriyalara yüksək
həssaslığı üstünlük təşkil edir. Müayinənin cavab variantları aşağıdakılardır:
Müayinə materialında VM vardır və ya yoxdur;
Aşkar edilmiş VM-lərdə rifampisinə davamlılıq vardır və ya yoxdur.
Əkmə müayinəsi və DHT qoyulması:
Bioloji materialın əkmə müayinəsi nümunələrdə olan VM-ləri müəyyən etmək üçün
daha yüksək həssaslığı olan üsuldur. Əkmə üsulu ilə VM-ləri aşkarlamaq ehtimalı 30-50%
artmış olur.
Bitmə vermiş mikrob kulturası 1-ci və 2-ci sıra dərmanlara DHT qoymaq üçün istifadə
edilir.
Dostları ilə paylaş: |