Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
35
•
rifampisinlər (rifampisin, rifabutin, rifampentin)
–
xromosomlar (DNT-qiraza)
•
flüorxinolonlar (sipro-, oflo-, levo-, moksi-, sparfloksasin)
–
Fol turşusu sintezinin və Fe2+ absorbsiyasının pozulması
•
PAST
–
Sitoplazmanın kimyəvi xüsusiyyətlərinin dəyişməsi
•
pirazinamid
Yan təsirlərin diaqnostikası
Vərəmin müalicəsi zamanı YT-lərin əksəriyyəti asanlılıqla müəyyən edilir. Onların
ümumi təsnifatı aşağıda göstərilir.
VƏD əsas YT təsnifatı
1. Hepatotoksik reaksiyalar
a. Medikamentoz hepatit
b. Qaraciyər sınaqlarının simptomsuz yüksəlməsi
2. Nefrotoksik reaksiyalar
a. Proteinuriya
b. Kreatinin səviyyəsinin artması
3. Ototoksik və vestibulyar reaksiyalar
a. Eşitmə qabiliyyətinin azalması
b. Qulaqlarda küy
c. Başgicəllənmə və tarazlığın pozulması
4. Mədə-bağırsaq pozuntuları
a. Öyümə / qusma
b. İshal
c. Qarında ağrılar
d. Qarında köp
5. Elektrolit pozuntuları
a. Hipo- kali-, -maqnezi-, natri-, kalsiemiya
6. Endokrin pozuntuları
a. Hipotireoz
b. Mastopatiya
7. Neyrotoksik reaksiyalar (mərkəzi sinir sistemi)
a. Həyəcanlı vəziyyətlər
b.Psixoz
c. Depressiya
d. Epilepsiyaya bənzər tutma
8. Neyrotoksik (periferik sinir sistemi)
a. Periferik gıcolmalar
b. Periferik neyropatiyalar
9. Allergik / dəri reaksiyaları
a. Səpgi
b. Dəri qaşınması
c. Dərinin laylanması
10. Dayaq-hərəkət sistemi tərəfindən fəsadlar
a. Əzələlərdə ağrılar
b. Oynaq ağrıları
Ağırlıq dərəcəsinə görə YT bölünür:
Geridönən (ağır olmayan), əlavə müdaxilə tələb etməyən;
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
36
Geridönən (orta ağırlıqlı), aradan qaldırılması üçün “səbəbkar” preparatın qəbulunu
müvəqqəti dayandırılması, dozasının azaldılması, qəbul tezliyinin dəyişdirilməsi tələb
olunan ;
Geridönməz (ağır), aradan qaldırılması üçün “səbəbkar” preparatın qəbulunun tam və
birdəfəlik dayandırılması tələb olunan.
Bir çox hallarda VƏD qəbul edən əksər xəstələrdə YT müşahidə olunur: orta ağırlıqlı
YT xəstələrin 1/3-də, ağır YT isə 1-2%-də. Digər dərmanlar kimi VƏD-lər daha çox
hallarda mədə-bağırsaq traktının (MBT), qaraciyərin, dərinin və sümük-əzələ sistemin
pozuntularını törədir. MBT-nin zədələnməsi adətən səbəbkar preparat sxemdən
çıxarıldıqdan sonra tezliklə keçir. Mərkəzi sinir sisteminin, eşitmənin və vestibulyar aparatın
pozuntuları, psixi reaksiyalar daha dayanıqlıdır və bəzən preparatın tətbiqi dayandırıldıqdan
sonra uzun müddət saxlanılır.
Bir sıra preparatlar müəyyən şəraitdə və ya kombinasiyada tətbiq edildikdə xarakterik
YT törədir:
- rifampisin – fasilələrlə aparılan müalicə kursu və bunların arasında böyük intervallar
olduqda;
- pirazinamid – 1-ci sıra VƏD arasında ən toksikidir, 30 mq/kq/gündən artıq dozada
qəbul edildikdə.
Ayrı-ayrı preparatların xarakterik YT-ləri onların tətbiqinə xüsusi məhdudiyyətlər
yaradır:
- İzoniazid, etionamid, protionamid qəbul edən şəkərli diabet, qaraciyər xəstəlikləri,
alkoqolizm və psixi xəstəliyi olan pasiyentlərdə qaraciyərin və sinir sisteminin
zədələnmələri kimi YT-ni aşkar etmək üçün vəziyyətlərinə ciddi nəzarət olmalıdır;
- Teratogen effekti olduğundan hamilə qadınlara etionamidin və protionamidin qəbulu
əks-göstərişdir;
- Laborator heyvanlar üzərində eksperimentlər zamanı sıçanların embrionlarında sümük
və qığırdaq toxumasının pozuntuları yaratdığı barədə məlumatlar əldə edildiyindən hamilə
qadınlarda və uşaqlarda flüorxinolonların tətbiqinə məhdudiyyətlər vardır;
- Kanamisin, amikasin, kapreomisin, viomisin kimi streptomisin də hamilə qadınlara və
«miasteniya qravis» olan xəstələrə ehtiyatla təyin edilir;
- Görmə qabiliyyətinin pozuntuları çətin müəyyən edildiyindən kiçik yaşlı uşaqlarda
etambutolun tətbiqi üçün məhdud göstərişlər vardır;
- Epilepsiya, psixi xəstəliklər və alkoqolizm zamanı sikloserin, terizidon, PAST ehtiyatla
təyin edilir;
- Tioasetazonla müalicə zamanı İİV-ə yoluxmuş xəstələrdə ağır eksfoliativ dermatit baş
verməsi onun belə xəstələrdə tətbiqi üçün əks-göstərişdir. Hər VƏD üçün YT barədə
təfsilatlı məlumat üçün bax: Əlavə 7.
Xəstələrin əksəriyyəti onlarda YT baş verdiyi barədə müstəqil olaraq məlumat verirlər.
Bununla belə bəziləri bir sıra əlamətləri əhəmiyyətli hesab etməyərək və ya onların özbaşına
keçib gedəcəyini güman edərək və ya onları əsas xəstəliklə müqayisədə ciddi qəbul
etməyərək onlar barəsində məlumat verməkdən çəkinə bilərlər. Xəstələrdə müxtəlif YT-lər
müşahidə oluna bilər ki, onlar da bəziləri barədə məlumat verə, digərlərini yaddan çıxara
bilərlər. Buna görə də: 1) xəstələrdən yaranmış simptomları, xüsusən yeni qeyd edilən
“keyfsizlik” əlamətlərini öyrənmək, 2) dövrü olaraq sidiyin və qanın laborator analizlərini
aparmaq lazımdır. Müalicə prosesinin bütün iştirakçıları pasiyentlərlə iş zamanı hər əlaqə
imkanını YT-ni aşkar etmək üçün istifadə etməlidir.
Müalicəyə başlamazdan əvvəl hər bir pasiyent mümkün YT-lər, onların diaqnostikası və
aradan qaldırılması vasitələri barədə müfəssəl məlumatlandırılmalıdır.
Bu və ya digər VƏD nəticəsində baş vermiş YT aradan qaldırmaq üçün preparatın
qəbulu yalnız həkim konsiliumunun qərarı ilə tam dayandırıla bilər.
Dostları ilə paylaş: |