Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
44
cədvəldə göstərilməyib. Həmin preparatların təchizatı və qeydiyyatı təmin olunduqda,
onların vərəmin müalicəsi sxemlərində tətbiq edilməsinə baxılacaqdır.
DHT molekulyar üsullarının (standart müalicə rejimlərinin seçilməsi üçün yardım məqsədi
ilə) nəticələri əsasında dərmanlara qarşı davamlılığın əsas növləri:
LPA testləri üzrə DHT-nin
nəticələri
İnterpretasiya (dərmanlara davamlılığın növü)
H(s*), R(s), E(s)
Qorunmuş həssaslığı olan vərəm
H(r**), R(s), E(s)
Mono-davamlılıq (H) və mümkündür Poli-davamlılıq
(HS)
H(s), R(r), E(s)
Mono- davamlılıq (R) və mümkündür Poli- davamlılıq
(RS)
H(s), R(s), E(r)
Mono- davamlılıq (E) və mümkündür Poli- davamlılıq
(SE)
H(r), R(s), E(r)
Poli- davamlılıq (HE və mümkündür HSE)
H(s), R(r), E(r)
Poli-davamlılıq (RE və mümkündür RSE)
H(r), R(r), Km (s), Ofx (s)
ÇDD
vərəm
H(r), R(r), Km (r), Ofx (s)
ÇDD
vərəm
(Km qarşı davamlılıq)
H(r), R(r), Km (s), Ofx (r)
ÇDD
vərəm
(Ofx qarşı davamlılıq)
H(r), R(r), Km (r), Ofx (r)
GDD
vərəm
* s – həssaslıq qorunmuşdur; ** r – dərman vasitələrinə davamlılıq
AKV-in müalicəsi barədə bax: Əlavə 9
Müştərək İİV-infeksiyası və vərəmin müalicəsi barədə bax: Əlavə 10
Hamiləlik zamanı vərəmin müalicəsi barədə bax: Əlavə 11
Uşağı əmizdirən analarda vərəmin müalicəsi
barədə bax: Əlavə 12
Müalicə nəticələri
Dərmanlara qarşı hər-hansı davamlılıq növü olan vərəmli xəstələrin müalicə
proqramının effektivliyini qiymətləndirmək məqsədilə ÜST və digər beynəlxalq təşkilatlar
müalicə nəticələrinin standart təyini təqdim ediblər:
Sağalma
Müalicə başa çatdı
Müalicənin izlənilməsi itirilib
Uğursuz müalicə
Ölüm
Qiymətləndirilməyib
Qorunmuş həssaslıqlı və rifampisinə hər hansı davamlılıq istisna edilən xəstələrin müalicə
nəticələrinin təyini*
Sağalma – müalicənin başlanğıcında bakterioloji olaraq pozitiv AV xəstədə müalicənin
son və ondan əvvəlki ən azı bir müayinəsində bəlğəmin yaxma və ya əkmə üzrə nəticəsi
neqativ müəyyən olunur.
Müalicə başa çatdı – xəstə, “uğursuz müalicə”yə dair əlamətlər olmadan tam müalicə
kursunu başa çatdırmışdır, lakin bəlğəmin son və ya ondan əvvəlki ən azı bir müayinəsi
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
45
zamanı yaxma və ya əkmə üzrə nəticəsinin neqativ olduğunu təsdiq edən qeydlər yoxdur
(müayinələr aparılmayıb və ya nəticələr əldə edilməyib).
Müalicənin izlənilməsi itirilib – xəstə müalicəyə başlamayıb və ya müalicə
başlandıqdan sonra ən azı 2 ardıcıl aydan çox fasilə vermişdir.
Uğursuz müalicə – xəstədə müalicənin 5-ci ayında və ya daha sonrakı dövründə
bəlğəmin yaxma və ya əkmə üzrə nəticəsi pozitivdir.
Ölüm – müalicədən əvvəl və ya müalicə fonunda vərəmli xəstənin hər hansı səbəbdən
vəfatı.
Qiymətləndirilməyib – müalicə nəticəsi müəyyənləşdirilməmiş vərəmli xəstə. Buraya
başqa tibb müəssisəsinə köçürülmüş xəstələr habelə müalicə nəticələri məlum olmayan
xəstələr aid edilirlər.
*Qeyd: Müalicə müddətində xəstədə rifampisinə davamlılıq (RD) və ya ÇDD müşahidə
olunduqda, onlar 2-ci sıra VƏD-lə müalicə sxeminə keçirilməlidir. Belə xəstələr 1-ci sıra
VƏD-lə müalicə alan xəstələrin kohort təhlilindən çıxarılır və onların müalicə nəticəsi 2-ci
sıra VƏD-lə müalicə alan xəstələrin kohortunda qiymətləndirilir. Əgər belə xəstənin 2-ci
sıra VƏD-lə müalicəsi mümkün olmursa, onun müalicəsinin nəticəsi yuxarıda göstərilən
kimi təyin edilir.
2-ci sıra VƏD-lərlə müalicə qəbul etmiş RD, ÇDD və GDD vərəmli xəstələrdə müalicə
nəticələrinin təyini
Sağalma – Müalicə yuxarıda qeyd edilən müddətlərə və kateqoriyalara müvafiq olaraq,
“uğursuz müalicə”yə dair əlamətlər olmadan başa çatmışdır və İntensiv Fazadan sonra
ən azı 30 gün ara ilə aparılmış üç və daha artıq ardıcıl neqativ əkmə nəticəsi vardır.
Müalicə başa çatdı – Müalicə yuxarıda qeyd edilən müddətlərə və kateqoriyalara
müvafiq olaraq, “uğursuz müalicə”yə dair əlamətlər olmadan başa çatmışdır, lakin
İntensiv Fazadan sonra ən azı 30 gün ara ilə aparılmış üç və daha artıq ardıcıl neqativ
əkmə nəticəsinin olması barədə məlumat yoxdur.
Müalicənin izlənilməsi itirilib – xəstə müalicəyə başladıqdan sonra ən azı 2 ardıcıl
aydan çox fasilə vermişdir.
Uğursuz müalicə – Aşağıda qeyd edilən səbəblərdən müalicə dayandırılıb və ya daimi
müalicə sxemində ən azı 2 VƏD-in dəyişdirilməsi zəruridir:
- İntensiv Fazanın sonunda konversiya
1
yoxdur və ya
- Davamedici Fazada bakterial reversiya
2
baş verib və ya
- Flüorxinolonlara və ya 2-ci sıra inyeksion preparatlara əlavə qazanılmış davamlılığın
olduğunu təsdiq edən məlumat varsa və ya
- Arzuedilməz dərman reaksiyası.
Ölüm – müalicə kursu zamanı vərəmli xəstənin hər-hansı səbəbdən vəfatı.
Qiymətləndirilməyib – müalicə nəticəsi müəyyənləşdirilməmiş vərəmli xəstə. Buraya
başqa tibb müəssisəsinə köçürülmüş xəstələr habelə müalicə nəticələri məlum olmayan
xəstələr aid edilirlər.
Müalicə zamanı kliniki, rentgenoloji və laborator nəzarət
Kimyaterapiya kursu zamanı müalicə rejimi dəyişilməz olduqda müayinə növlərinin
müddətləri bütün xəstələr üçün aşağıda qeyd olunur:
1
Konversiya – ən azı 30 gün ara ilə götürülmüş iki ardıcıl əkmənin nəticəsi neqativdir. Neqativ əkmə
nəticəsi olan birinci nümunənin toplanması vaxtı konversiyanın baş vermə vaxtı kimi hesab edilir.
2
Reversiya – konversiya baş vermiş xəstədə sonradan ən azı 30 gün ara ilə götürülmüş iki ardıcıl əkmənin
pozitiv nəticəsinin alınması. “Uğursuz müalicə” nəticəsini təyin etmək üçün yalnız Davamedici Fazada baş
vermiş reversiya nəzərə alınır.
Dostları ilə paylaş: |